Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

SAM-ın İCMALI

  |   21     

rincisi,  Ermənistan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  diplomatik 

əlaqələrin  qurulması  haqqında  protokol;  ikincisi  isə  Ermənistan  Respublikası  ilə 

Türkiyə  Respublikası  arasında  əlaqələrin  inkişafı  haqqında  protokol.

36

  Sənədlərə 



əvvəlcədən yerinə yetirilməsi nəzərdə tutulan tapşırıqlar üçün təqvim də əlavə olun-

muşdu.  (Əlavə-3)

  Bu  protokollar  iki  tərəf  arasında  bir  çox  sahəni  əhatə  etsə  də,  burada  ən  çox 

müzakirə mövzusu üç məsələ - 1915-ci il hadisələri, ərazi bütövlüyü və Dağlıq Qara-

bağ münaqişəsi oldu. Hər iki ölkənin müxalifəti iqtidarı bu üç məsələdə qarşı tərəfə 

güzəştə getməkdə günahlandırır. 



  2.4. Tarixçilərdən ibarət komissiyanın yaradılması 

  protokollarda əksini tapıbmı? 

  Türkiyəli  rəsmilərə  görə,  protokolların  imzalanmasında  əsas  məqsəd 

Ermənistanın 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” olaraq tanıt-

ma  siyasətindən  əl  çəkməsinə  nail  olmaqdır.  “Soyqırım”  məsələsini  siyasi  plat-

formadan elmi platformaya keçirmək üçün isə 1915-ci il hadisələrini araşdırmaq 

məqsədilə türk, erməni və tərəfsiz tarixçilərdən ibarət komissiyanın yaradılması 

tələb olunur. Bu komissiyanın yaradılmasında Türkiyənin əsas məqsədlərindən biri 

də üçüncü dövlətlərin parlamentlərində bundan sonra qəbul oluna biləcək “soyqı-

rım” qərarlarını və o dövlətlərin Türkiyə-Ermənistan münasibətlərinə müdaxiləsini 

əngəlləməkdir. İlk dəfə Turqut Özal tərəfindən Ermənistana təklif edilən bu vari-

ant 2005-ci ilin aprelində Türkiyə müxalifətinin də razılığı ilə Baş nazir Ərdoğan 

tərəfindən Ermənistan Prezidenti Robert Köçəryana göndərilən məktubda yer al-

mışdı. Lakin Köçəryan Ərdoğana yazdığı cavab məktubunda ilk öncə sərhədlərin 

açılmasını və tərəflər arasında tarix komissiyasının deyil, hökumətlərarası komissi-

yanın yaradılmasını təklif etmişdi. Yəni “soyqırım”ı siyasi bir məsələ olaraq görən 

Ermənistan  problemin  elmi  platformaya  keçməsini  istəməmişdi.  Ermənistanda 

hakimiyyətdə olan Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının sədri 

və mətbuat katibi Eduard Şarmazarovun sözlərinə görə, “onsuz da protokollarda 

tarix komissiyasının yaradılacağına aid heç bir ifadə yoxdur. Hökümətlərarası ko-

missiya yaradılacaqdır” ifadəsi var.

37

  Protokolların mövzu ilə əlaqədər maddəsı 



belədir: 

  -  İki  ölkə  arasında  qarşılıqlı  etibarın  yenidən  yaradılması  üçün  problemləri 

müəyyənləşdirmək və həll etmək məqsədilə təkliflərin irəli sürülməsi, tarixi qeydlərin 

və  arxivlərin  tərəfsiz  şəkildə  araşdırılması  üçün  dialoq  prosesinin  təsis  olunması 

qərara alınmışdır. 

  Maddədən göründüyü kimi, tərəflər arasında yaradılacaq komissiyada 1915-ci il 

hadisələrinin “soyqırım” olub-olmadığı deyil, ümumi şəkildə problemlərin müzakirə 

mətninin təyin olunmasıdır.

36   Protokolların mətnləri üçün bax: http://www.mfa.gov.tr/sub.tr.mfa?154f9f6d-10d8-444a-b81c-3d28e6f3a92f

37   Milliyet (14.09.2009).




22  |  

SAM-ın İCMALI 

olunacağı qeyd olunur. Tərəflər bu müddəadakı “problem” sözünü istədikləri kimi 

şərh edə bilərlər. Erməni tərəfi komissiyada ermənilərin 1915-ci ildə Şərqi Türkiyədən 

zorla köçürülməsi, köçürülənlərin geri dönməsi, onların mal və mülklərinin qaytarıl-

ması kimi məsələlərin müzakirəsinə üstünlük verə bilər və yüz minlərlə erməninin 

indi olmasa da, gələcəkdə Türkiyəyə qayıtmasını arzulaya bilər. Türkiyədə yaşayan 

ermənilər indidən Türkiyədəki erməni əsərlərinin və yerlərinin siyahısını hazırlama-

ğa

38



,  vaxtilə Türkiyədən getdiyini sübut edən ermənilərə Türkiyə vətəndaşlığının 

verilməsi kimi məsələləri müzakirəyə çıxarmağa başlayıblar.

39

  

  Türkiyə  isə  komissiyanın  gündəliyinə  fərqli  məsələləri  müzakirəyə  çıxarmaq 



istəyəcək. Bununla da tərəflərin qarşılıqlı iddiaları nəticəsində bu komissiya ən yax-

şı  halda  qeyri-işlək  vəziyyətə  düşə  bilər.  Lakin  sənədlərdə  protokollar  qüvvəyə 

mindikdən iki ay sonra tərəflər arasında sərhədlərin açılması, komissiyanın isə üç ay 

sonra işə başlaması haqqında qeydin olması sərhədlərin komissiyanın işə başlamasın-

dan daha tez açılacağından xəbər verir. Yəni komissiya işləməsə belə sərhədlər açıla-

caq. Açılan sərhədləri isə yenidən bağlamaq çətin olacaqdır.



  2.5. Qars müqaviləsi protokollarda əksini tapıbmı?

  Daha  əvvəl  də  qeyd  etdiyimiz  kimi,  Türkiyə  ilə  Ermənistan  arasında  əsas 

problemlərdən  biri  də  Ermənistanın  Qars

40

    müqaviləsini,  bununla  da Türkiyənin 



ərazi  bütövlüyünü  tanımamasıdır.  Hətta  Ermənistan Azadlıq  Bəyannaməsinin  11-

ci  maddəsində  Türkiyəyə  qarşı  torpaq  tələbi  irəli  sürmüş,  Ermənistan  parlamenti 

1991-ci ilin fevral ayında Qars müqaviləsinin tanınmaması haqqında qərar qəbul et-

miş və keçən əsrin 90-cı illərində Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanıyan 

bir protokol imzalamaq istəməmişdir. Protokollarda mövzu ilə əlaqədər maddə bu 

şəkildədir:



  - Tərəflər iki ölkə arasındakı sərhədlərin beynəlxalq hüququn müvafiq müqavilələri 

ilə müəyyən edilmiş şəkildə qarşılıqlı surətdə qəbul olunduğunu təsdiq edir.

  Maddədə açıq şəkildə Qars müqaviləsinə işarə edilməsə də, Türkiyə hakimiyyəti 

Türkiyə  ilə  Ermənistan  arasında  qüvvədə  olan  tək  beynəlxalq  müqavilənin  Qars 

müqaviləsi olduğunu irəli sürərək bu maddəni Ermənistanın Qars müqaviləsini ta-

nıması kimi qəbul edir. Lakin Türkiyə müxalifəti Qars müqaviləsinin protokollarda 

açıq şəkildə qeyd olunmamasını Türkiyənin güzəşti kimi qiymətləndirir. Əhməd Da-

vudoğluna görə, Ermənistan Qars müqaviləsini tanımasa, iki dövlət arasında yax-

şı qonşuluq əlaqəsi qurula bilməz. Ermənistanda protokollara qarşı çıxanlar da bu 

maddəni Ermənistanın tarixi erməni torpaqlarından imtina etməsi kimi anlayır. Bu 

38  Koruculardan Ermenilere İzin Yok, http://www.hyetert.com/haber3.asp?Id=33090&DilId=1. (09.09.2009).

39   Türkiye Kökenliğe Vatandaşlık Verin. Hürriyet (11.09.2009).

40  1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsi Türkiyə Respublikası ilə Azərbaycan, Ermənistan və Gürcüstan

SSR arasında sərhədləri müəyyən edən müqavilədir. SSRİ dağılandan sonra ermənilər bu müqaviləni qəbul etməyərək

1920-ci ildə Avropa dövlətlərinin təzyiqi ilə Osmanlı dövlətinə imzalatdırılan Sevr müqaviləsini əsas götürmək istədilər.

Sevr müqaviləsi ilə Türkiyənin şərq vilayətlərində Ermənistan dövləti qurulmalı idi. Fəqət Türkiyə parlamenti o dövrdə

bu müqaviləni təsdiqləmədiyi üçün müqavilə qüvvəyə minməmişdir. 1920-ci ildə imzalanmış Gümrü və 1921-ci ildə

imzalanmış Qars müqavilələri ilə Ermənistan Sevr müqaviləsinin şərtlərindən imtina etdiyini qəbul etmişdir.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə