Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   ...   17

6  |  

SAM-ın İCMALI 


SAM-ın İCMALI

  |   7     

GİRİŞ

 

Cənubi Qafqaz regionunda 16 ildir ki qeyri-normal vəziyyət hökm sürür. Bir 



tərəfdə işğal nəticəsində öz doğma torpaqlarından zorla qovulan 1 milyondan çox 

qaçqın, digər tərəfdə isə bir region ölkəsinin düşdüyü “blokada” şəraiti. İkinci hal bi-

rincinin nəticəsidir. Bu, ikitərəfli prosesdir və bir-birinin davamıdır. Biri düzəlmədən, 

o biri dəyişə bilməz. Dəyişsə belə, uzun çəkməz. Qısacası, regionda normallaşma 

prosesi ancaq burada mövcud olan problemlərin kompleks həlli nəticəsində yarana 

bilər. 


 

Bölgədəki  geostrateji  oyunun  bir  parçası  olan  dövlətlər  bu  qeyri-normal 

vəziyyətə  qarşı  siyasətlərini  zaman-zaman    dəyişdirdilər.  Bu  proses  Türkiyə-

Ermənistan  arasında  protokolların  imzalanması  ilə  nəticələndi.  Sürixdə  imza 

mərasimində iştirak edən fövqəlgüclər, əslində, bu normallaşma prosesində hansı 

dövlətlərin  maraqlı  tərəf  olmasına  işarə  idi.  Fəqət  bu  protokollar  regionda  qeyri-

normal vəziyyətin yaranmasına səbəb olmuş  bir tərəfi maraqlandırdığı üçün Cənubi 

Qafqazda bütöv bir normallaşma havasının yaranıb-yaranmayacağı sual altındadır. 

 

Üç  fəsildən  ibarət  bu  hesabatın  birinci  fəslində  Türkiyə-Ermənistan 



münasibətləri  üç  dövrə  bölünərək  təhlil  edilir.  Birinci  dövr  (1988-1993)  həm 

Türkiyə-Ermənistan münasibətlərini, həm də Türkiyənin Dağlıq Qarabağ siyasətini 

əhatə edir. Bu dövr Türkiyənin Ermənistanla sərhədlərini bağladığı tarixdə bitir. İkin-

ci dövr (1993-2002) Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin kəsilməsi 

və  sərhədlərin  bağlı  olmasına  baxmayaraq,  tərəflər  arasında  dolayı  görüşlərin  və 

ticarətin  davam  etdiyini  əks  etdirir.  Digər  iki  dövrdən  fərqli  olaraq,  üçüncü  döv-

rün özünəməxsus xüsusiyyətləri var. 2002-ci ildən sonra Ermənistanla münasibətləri 

normallaşdırma siyasəti həyata keçirən Türkiyə bu ölkəyə qarşı bəzi qarşılıqsız ad-

dımlar atdı. Türkiyə-Ermənistan protokolları da məhz bu üçüncü dövrün məhsuludur. 

 

İkinci fəsildə Türkiyə-Ermənistan arasında imzalanan protokollar və proto-



kolların əhatə etdiyi sahələr, protokolların region, Türkiyə və Azərbaycan üçün orta-

ya çıxara biləcəyi müsbət və mənfi nəticələr təhlil edilir.

 

Üçüncü fəsildə isə Türkiyə-Ermənistan münasibətlərində normallaşma prose-



sinin regional sabitliyə və sülhə təsiri nəzərdən keçirilir. 

 

Hesabatın “Nəticə” və “Tövsiyələr” bölmələrində müzakirə edilən mövzulara 



dair ümumiləşdirici, alternativ fikirlər təqdim edilir. 


8  |  

SAM-ın İCMALI 

  Soyuq müharibədən sonra ortaya çıxan nəticələrə hazır olmayan Türkiyə yeni 

təhlükə və çağırış mənbələri ilə qarşı-qarşıya qaldı. Cənubi Qafqazdan hiss etdiyi 

SSRİ kimi böyük bir təhlükə ortadan qalxdı və yerində üç siyasi oyunçu meydana çıx-

dı. Qısamüddətli tərəddüddən sonra Türkiyə hər üç ölkənin müstəqilliyini tanısa da, 

Cənubi Qafqaz ölkələrinin ona verdiyi reaksiyalar fərqli oldu. Azərbaycan və Gür-

cüstan Türkiyə ilə siyasi, iqtisadi və hərbi əlaqələrini genişləndirmək istəklərini or-

taya qoyduqları halda, Ermənistan ona qarşı fərqli iddialarla çıxış etdi və Türkiyənin 

regional rəqibi olan Rusiya ilə eyni ittifaqda yer aldı.

  Müasir Ermənistan ilə Türkiyə arasında ilk təmasların tarixi 1988-ci ilə təsadüf 

edir. Belə ki, həmin ildə Ermənistanda baş vermiş zəlzələ zamanı Türkiyə bu ölkəyə 

yardım etmişdir. Lakin az sonra bir türk jurnalistin İrəvana səfər etməsi Ermənistanda 

etirazla qarşılanmış və bu tarixdən etibarən 1990-cı ilə qədər türk jurnalistlərin bu 

ölkəyə  səfəri  qadağan  olunmuşdur.  1990-cı  ildə  ermənilərin  Türkiyədəki  katoli-

kosu  Qalustyanın  ölümündən  sonra  Türkiyənin  Rusiyadakı  səfiri  Volkan  Vuralın 

ermənilərə başsağlığı məktubu göndərməsi münasibətlərdə yaxınlaşma yaratmışdır. 

Bu isə türk jurnalistlərin Ermənistana səfər etməsi qadağasının aradan qaldırılması 

ilə nəticələnmişdir. Həmin il Ermənistanın prezidenti seçilən Levon Ter-Petrosyan 

Türkiyə  ilə  iqtisadi  əlaqələr  qurmaq  istəyini  açıqlamış  və  bundan  dərhal  sonra 

Moskvada erməni və türk iş adamları arasında əlaqələrin təməlini qoyan görüşlər 

başlamışdır.

1

 



  Lakin  1990-cı  il  avqustun  23-də  Ermənistanın  qəbul  etdiyi  Müstəqillik 

Bəyannaməsinin  11-ci  maddəsinə  “Osmanlı Türkiyəsində  və  Qərbi  Ermənistanda 

ermənilərə qarşı törədilən soyqırımın beynəlxalq aləmdə tanınması”

2

  cümləsinin sa-



lınması və Ermənistan parlamentinin 1991-ci ilin fevral ayında Qars müqaviləsi ilə 

müəyyən olunmuş Türkiyə-Ermənistan sərhədlərini tanımadığını bəyan etməsi

3

  bu 


iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına öz mənfi  təsirini göstərmişdir. 

  Ermənistanın bu addımlarına baxmayaraq, 1991-ci ilin aprel ayında İrəvana gedən 

Volkan Vural Ter-Petrosyanla görüşmüş və tərəflər arasında xoş qonşuluq əlaqələri 

qurmaq məqsədilə müqavilə planı hazırlanmışdır. Bu səfərdən sonra Ermənistandan 

olan nümayəndə heyəti Türkiyə Baş nazirinin köməkçisi Əkrəm Pakdəmir tərəfindən 

qəbul edilmiş və eyni zamanda, Türkiyənin 1991-ci ildə Mərkəzi Asiyaya ezam et-

diyi nümayəndə heyəti Ermənistanda da səfərdə olmuşdur. Bu zaman kəsiyində türk 

xalqı Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla əlaqələrin qurulmasına qarşı 

sərt mövqe nümayiş etdirdiyi halda, türkiyəli diplomatlar isə əksinə Ermənistanla 

1   Hürriyet (25.09.1990).

2   Declaratıon of Independence, http://www.armeniaforeignministry.com/htms/doi.html

3   Turkish Times (12 Şubat 1991).

I FƏSİL. 

SOYUQ MÜHARİBƏDƏN SONRA 

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə