Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   ...   17

SAM-ın İCMALI

  |   15     

“soyqırım”  olaraq  tanımasını  dəstəkləmir.  Onların  səciyyəvi  xüsusiyyəti  ondan 

ibarətdir ki, qrupun nümayəndələri iki ölkə arasında diplomatik əlaqələrin qurulması 

və sərhədlərin açılması üçün Qarabağın ilkin şərt olmasını istəmir. 

  Başqa bir qrupa görə isə sərhədlər 16 il bağlı qalsa da, Ermənistan Türkiyənin 

tələblərinə müsbət cavab verməmişdir. Yəni Ermənistana qarşı tətbiq edilən blokada 

siyasəti öz nəticəsini vermir və yaxın gələcəkdə də verməyəcəkdir. Elə buna görə də 

Türkiyə bu siyasətini dəyişməlidir. Bu qrupun fikrincə, Türkiyənin sərhədləri bağ-

lama  siyasəti  səhv  bir  addım  idi  və  əgər Türkiyə  Ermənistanla  sərhədləri  açarsa, 

ermənilər Türkiyəyə etibar edəcək, Türkiyəni öz təhlükəsizliklərinə qarşı bir təhdid 

olaraq  görməyəcək  və  nəticədə  həm  Türkiyəyə  qarşı  tələblərində,  həm  də  Dağ-

lıq  Qarabağ  məsələsində  müsbət  addımlar  atacaqlar.  Sərhədlərin  açılması  prosesi 

Ermənistanın Rusiya və İranın əlindən çıxması ilə də nəticələnəcəkdir. 

  Dördüncü  qrup  isə  dövlətlər  arasındakı  münasibətlərin  normallaşmasını 

Ermənistanın  Türkiyəyə  qarşı  tələblərindən  əl  çəkməsində  və  Dağlıq  Qarabağ-

dan çıxmasında görür. Bu qrupa görə, Ermənistan bu mövzularda Türkiyənin ilkin 

şərtlərini qəbul etmədiyi təqdirdə sərhədlər açılmamalı və diplomatik əlaqələr qu-

rulmamalıdır. Digər qruplarla müqayisədə siyasi partiyalar və ictimaiyyət arasında 

bu fikri dəstəkləyənlərin sayı çoxdur və Türkiyə hökuməti də hazırda bu siyasəti 

yürüdür. Lakin onu da qeyd etmək lazımdır ki, Ermənistanla münasibətlərin nor-

mallaşmasının səbəbləri və yolları məsələsində hökumət, hətta dövlət rəsmiləri ara-

sında zaman-zaman görüş fərqlilikləri ortaya çıxır. Türkiyədə çoxluq Ermənistanla 

sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasına qarşı deyil. Lakin bu çox-

luq ilk öncə Ermənistanın Türkiyəyə qarşı tələblərindən imtina etməsini və işğal etdiyi 

Azərbaycan torpaqlarından çəkilməsini istəyir. Türkiyə ictimaiyyətinin Ermənistanla 

münasibətlərin normallaşmasının yolları və səbəbləri haqqında düşüncələri Türkiyə 

hökumətinin xarici siyasətinə təsir göstərdiyi üçün mühüm əhəmiyyət kəsb edir. 

 



16  |  

SAM-ın İCMALI 

2.1.  Protokollardan əvvəl yaşananlar

  Türkiyə ilə Ermənistan arasında danışıqlar SSRİ dağıldığı gündən başlamış və 

sərhədlər  bağlandıqdan  sonra  da  kəsilməmişdir.  Türkiyədə AKP-nin  hakimiyyətə 

gəlişindən  sonra  danışıqlar  daha  da  intensivləşmişdir.  Belə  ki,  ümumiyyətlə,  xa-

rici  siyasətində  Türkiyənin  qırmızı  xətlərini  ortadan  qaldıran  AKP  Ermənistanla 

görüşlərdə  Türkiyənin  ilkin  şərtlərini  qəbul  etdirmək  əvəzinə,  Ermənistanla 

münasibətləri  düzəltməyin  yollarını  axtarmışdır.  Əslində,  AKP  hökuməti,  nəticə 

etibarilə, müzakirəyə açıq və sonluğu riskli olmaqla birlikdə münasibətləri düzəltmək 

siyasəti  yürüdərək  Ermənistanın  tələblərini  ortadan  qaldırmağa  çalışmışdır.  Bu 

mənada tərəflər arasında dəfələrlə gizli görüşlər keçirilmişdir. 2007-ci ilin iyun ayın-

dan başlayan bu gizli görüşmələr Ermənistan Prezidenti Serj Sərkisyanın Abdullah 

Gülü Türkiyə-Ermənistan futbol oyununa dəvət etməsi ilə fəallaşmış, ABŞ Prezi-

denti Barak Obamanın Türkiyə ziyarəti ərəfəsində isə daha intensiv xarakter almış-

dır.  


  Bu proses ermənilərin “soyqırım” günü kimi andıqları 24 apreldən iki gün əvvəl, 

yəni 2009-cu il aprelin 22-də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması 

üçün “Yol xəritəsi”nin razılaşdırılmasının açıqlanması ilə davam etmişdir. Türkiyə 

ilə Ermənistan arasında protokolların hazırlanması və imzalanması gizli və ya səssiz 

diplomatiya prosesinin nəticəsidir. İki dövlətin xalqının biri-birinə düşmənçiliyinin 

yüksək səviyyədə və problemlərin də həssas olduğunu nəzərə alan siyasətçi və ya dip-

lomatlar prosesə zərər verməmək üçün “səssiz diplomatiya” tərzini seçmişlər. Hətta 

protokollar açıqlandıqdan sonra hər iki tərəfdə verilən mənfi reaksiyalar nəticəsində 

proses zərər gördü. Gizli və ya səssiz diplomatiya açıq şəkildə davam etmiş olsaydı, 

bu etirazlar protokolların sadəcə təsdiqlənməsinə yox, hazırlanmasına da əngəl ola 

bilərdi. 

  Türkiyə ilə  Ermənistan arasındakı “səssiz diplomatiya”dan fərqli olaraq  “Yol 

xəritəsi” protokolunun aprelin 24-ündən 1 gün əvvəl açıqlanmasının məqsədi ABŞ 

Prezidenti Barak Obamanın aprelin 24-də “soyqırım” ifadəsi işlətməsinin qarşısı-

nı almaq idi.

23

  Lakin Obama 1915-ci il hadisələri üçün ingilis dilində “genocide” 



ifadəsindən istifadə etməsə də, ermənilərin 1915-ci il hadisələri üçün istifadə etdikləri 

“böyük fəlakət” mənasına gələn “metz yegen” sözünü işlətdi. Yəni Obama erməni 

dilində “soyqırım” dedi.

24

  Obamanın ingilis dilindəki “genocide” sözündən istifadə 



23  B.Obama seçki kampaniyası dövründə 1915-ci il hadisələrini “soyqırım” adlandıracağını ABŞ-dakı erməni diaspor

təşkilatlarına yazılı surətdə vəd etmişdi.

24  Erməni dilində “böyük fəlakət” mənasına gələn bu söz ermənilər tərəfindən 1915-ci il hadisələrini izah etmək üçün

istifadə olunur. Beynəlxalq aləmdə bu ifadə “Armenian Genocide”, “Armenian Holocaust”, “Armenian Massacres” kimi

ifadələrlə birlikdə işlədilir. “TÜRKSAM Obama’nın Büyük Felaket “Mets Eghern” Sözcüğünü Kullanacağını Aylar Öncesin-

den Bildi”,  TURKSAM. (25.04.2009).

II FƏSİL. 



TÜRKİYƏ-ERMƏNİSTAN PROTOKOLLARI


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə