Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

SAM-ın İCMALI

  |   19     

da Azərbaycan bayrağını təhqir edən polis işcisinin işdən azad olunmasından sonra 

gərginlik də sona çatdı. Yaranmış gərgin vəziyyətdən istifadə edərək həm Türkiyə 

daxilində,  həm  də  qonşu  dövlətlərdə  Azərbaycan-Türkiyə  münasibətlərinə  zərər 

vermək  istəyənlər  oldu.  Hətta  bu  gərginliyi  Azərbaycandakı  “Rusiyaya  meyil-

li” qüvvələrin yaratdığı iddia edildi. Lakin bu gün hər iki tərəfin göstərdiyi səylər 

nəticəsində  Türkiyə  ilə  Azərbaycan  arasındakı  etimatsızlıq,  demək  olar  ki,  orta-

dan qalxıb və münasibətlər əvvəlki axarına düşüb. Beləliklə, Türkiyə-Azərbaycan 

münasibətlərinə zərər vermək istəyən güclər öz məqsədlərinə çatmadılar. Lakin bu, 

heç də o qüvvələrin səylərindən imtina etməsi mənasına gəlmir. Hələ də Türkiyə 

daxilində  bəzi  yazıçı  və  alimlərin  yazıları  və  üslubları Azərbaycanda  narahatlığa 

səbəb  olmaqdadır.  Digər  tərəfdən Türkiyənin  də Azərbaycandan  bəzi  gözləntiləri 

var.

  2.3. Protokolların imzalanması

  Hansı tarixdə ratifikasiya olunduğu dəqiq bilinməsə də, aşkarlandıqdan dörd ay 

sonra, yəni 2009-cu il avqustun 31-də İsveçrənin Bern şəhərində protokolların mətni 

açıqlandı.  Protokolları  nəzərdən  keçirən  zaman  üç  mühüm  prosesdən  keçəcəyini 

görmək mümkündür: 1) daxili müzakirə; 2) imza və 3) təsdiqlənmə. Əvvəlcə proto-

kollar hər iki ölkə daxilində siyasi qüvvələr tərəfindən 6 həftə müzakirə edildikdən 

sonra ölkə parlamentlərinə təqdim olunur. Protokollarda imzalanma tarixi əks olunsa 

da, ölkələrin parlamentlərində təsdiq olunma tarixi göstərilmir. Yəni tərəflər proto-

kolların parlamentlərində təsdiqlənməsi tarixi barədə sərbəstdirlər. Bu isə o deməkdir 

ki, tərəflərdən biri istəsə protokolu parlamentdə təsdiqləməyə bilər. 

  Əslində, iki dövlət arasında diplomatik əlaqələrin qurulması üçün Nazirlər Ka-

binetinin razılığı kifayətdir. Lakin hər iki ölkənin hökuməti protokolların qüvvəyə 

minməsi  üçün  ölkə  parlamentlərində  təsdiqlənməsini  istəyirdi.  Protokolları 

parlamentdən keçirməkdə məqsəd 2 səbəblə bağlı ola bilərdi: birincisi, protokolla-

rın arxasında xalq dəstəyinin olduğunu göstərmək; ikincisi, protokolların qüvvəyə 

minmə müddətini uzatmaq. 

  Proseduraya  uyğun  olaraq  Türkiyənin  Xarici  işlər  naziri  Əhməd  Davudoğlu 

müxalifət partiyalarını ziyarət edərək həm protokolların, həm də Türkiyə-Ermənistan 

danışıqlarının məğzini açıqladı. Müxalifət partiyalarından Cümhuriyyət Xalq Parti-

yası, Demokratik Sol Partiyası, Böyük Birlik Partiyası, Səadət Partiyası və Demok-

ratik  Partiya  protokolların  imzalanmasına  qarşı  çıxdılar.

29

   Türkiyə  Böyük  Millət 



Məclisində (TBMM) 20 millət vəkili olan və özünü kürdlərin təmsilçisi kimi tanı-

dan Demokratik Xalq Partiyası (Demokratik Toplum Partisi - DTP 

30

) isə protokollar 



parlamentə təqdim edilərsə, dəstəkləyəcəyini bildirdi.

   Sərkisyan isə ölkə daxilində müxalifət partiyaları ilə görüşləri bitirdikdən sonra 

29   Türkiyənin müxalifət partiyalarının protokollara qarşı çıxmalarının özünəməxsus səbəbləri var.

30   Bu partiya daha sonra məhkəmə qərarı ilə bağlansa da, onun yerinə Sülh və Demokratiya Partiyası (Barış və De-

mokrasi Partisi - BDP) quruldu.



20  |  

SAM-ın İCMALI 

diasporun üzvləri ilə görüşmək üçün xaricə üz tutdu. Xaricdəki erməni diasporunun 

liderləri protokollar mövzusunda iki fərqli mövqe nümayiş etdirsələr də, ən güclü 

erməni diasporu təşkilatları protokolların imzalanmasına qarşı çıxdı. Bu səbəbdən 

Sərkisyan Fransa və ABŞ səfərlərində bu ölkələrdəki erməni diasporunun ciddi eti-

razları ilə qarşılaşdı. Ermənistan müxalifətindən də protokollara qarşı çıxanlar oldu, 

hətta Daşnaksütyun Partiyası protokolların imzalanmasına etiraz əlaməti olaraq ac-

lıq elan etdi. Protokollara qarşı çıxan ermənilərin əsas arqumentləri odur ki, bununla 

da soyqırım məsələsinin müzakirəsinə yol açılacaq, həmçinin Qars müqaviləsinə də 

əsas veriləcək. Bu isə Ermənistanın soyqırım iddialarından imtina etməsi və Qərbi 

Ermənistanı tamamilə itirməsi ilə nəticələnə bilər.

  Həm Türkiyədə, həm də Ermənistanda 6 həftəlik daxili müzakirələr prosesində 

ciddi  etirazların  olmasına  baxmayaraq,

31

    protokollar  oktyabrın  10-da  İsveçrədə 



Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın Xarici işlər na-

ziri Eduard Nalbandyan tərəfindən imzalandı. Mərasimdə Minsk qrupunun həmsədr 

ölkələrinin  xarici  işlər  nazirləri  də  iştirak  etdilər.  İmzalanma  mərasimində  kiçik 

bir böhran yaşandı. Belə ki, Ermənistan tərəfi imza mərasimindən sonrakı mətbuat 

açıqlaması mətninə “protokolların ilkin şərt olmadan həyata keçirilməsi” cümləsini 

əlavə etdirmək istədi. Türkiyə tərəfi isə öz mətnində dolayı yolla Dağlıq Qarabağı 

vurğulamaq niyyətində idi. Lakin Rusiya və ABŞ-dan gələn təzyiqlər nəticəsində 

bu  böhran  protokolların  imzalanması  ilə  aradan  qalxdı.  Protokolun  parafikasiyası 

üçün rəsmi vasitəçi İsveçrə olsa da, əslində, vasitəçinin ABŞ

32

  olduğuna dair çox 



ciddi iddialar mövcuddur. Cümhuriyyət Xalq Partiyasının (Cümuriyyet Halk Par-

tisi  -  CHP)  keçmiş  sədr  müavini  Onur  Öymənin  açıqlamasına  görə,  Türkiyə  ilə 

Ermənistan  arasında  münasibətlərin  normallaşma  prosesinə  ABŞ-ın  Xarici  İşlər 

Nazirliyinin  müşavirlərindən  Devid  L.  Filip  vasitəçilik  etmişdir.  Bu,  Türkiyə  ilə 

Ermənistanı barışdırmaq üçün amerikalı diplomatın ilk cəhdi deyildi. Filip 2001-ci 

ildə Türkiyə ilə Ermənistan arasında Türk-Erməni Barışdırma Komitəsinin (TARC-

Turkish-Armenian Reconciliation Comisson) yaradılmasında da vasitəçi olmuşdur.

33

  



O, bu məqsədlə dəfələrlə Ermənistanı və Türkiyəni ziyarət etmişdir.

34

  Əgər tərəflər 



vasitəçinin ABŞ olduğunu açıqlamış olsaydı, xüsusən Türkiyədə xalqın daha çox 

hissəsi  protokolların  mətninin  qəbuluna  qarşı  çıxardı.  Çünkü  həm  Əfqanıstan  və 

İraq  müharibəsi,  həm  də  Buş  dövründə ABŞ-ın  Türkiyəyə  qarşı  apardığı  siyasət 

səbəbindən türk xalqı ABŞ-a etibar etmir.

  Türkiyə və Ermənistan arasında iki növ protokol parafikasiya olunmuşdu:

35

  bi-



31   Türkiyənin “Radikal” qəzetinin xarici siyasət yazarlarından Murad Yetkinə görə, ermənilərin protokolların imzalanma

tarixi üçün fərqli tələbləri olmuşdur. Belə ki, ermənilər 6 həftəlik daxili müzakirə müddətinin oktyabrın 5-də bitməsini

istəmişdir. Lakin Ankara Ermənistanın bu protokollardan oktyabrın 7-9-da Kişinyovda MDB-nin dövlət başçılarının

zirvə toplantısı çərçivəsində keçirilən Əliyev-Sərkisyan görüşündə Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək

niyyətini başa düşmüş və elə ona görə də buna yol verməmək üçün protokolların Əliyev-Sərkisyan görüşündən sonra

imzalanmasını istəmişdir”. Murat Yetkin. Ermenistan ile Pratakolun Perde Arkası, Radikal. (02.09.2009).

32  Melih Aşık. Bakü`de Skandal. Milliyet (04.09.2009).

33   Aybars Görgülü. Göstərilən əsəri, s. 19.

34   http://www.chp.org.tr/HaberDetayi.aspx?NewsID=192

35  Parafikasiya-görüşmələrdə tərəflərin nümayəndələrinin adlarının baş həriflərinin yazması yolu ilə bir müqavilə




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə