Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   2   3   4   5   6   7   8   9   ...   17

SAM-ın İCMALI

  |   13     

erməniləri barışdırmağın yollarını axtarmaq üçün hesabatlar  hazırladılar,

19

 qəzetlər 



isə  ermənilərlə  türkləri  barışdırmaq  üçün  geniş-geniş  məqalə  və  xəbərlər  dərc 

etdirdilər, Türkiyədəki erməni kilsələri təmir olundu. Ermənistanla münasibətlərin 

normallaşması prosesi sadəcə siyasət sahəsində deyil, mədəniyyət, idman və digər 

sahələrdə də davam etdirildi. Hökumətin daxili və xarici siyasətdə atdığı bu addımla-

ra paralel olaraq, Türkiyədə sayları artan Ermənistanla münasibətlərin normallaşma-

sı prosesini dəstəkləyənlərin və ermənipərəstlərin səsləri daha gur çıxmağa başladı. 

Düzdür, Türkiyədə heç kim Ermənistanla “normallaşma” siyasətinə qarşı çıxmırdı. 

Lakin  bu  mənada  hamının  özünəməxsus  “normallaşma”  səbəbləri  və  yolları  var-

dı.  

  Ölkə daxilində jurnalistlər, siyasi partiyalar, elmi işçilər və ictimaiyyət arasında 



səbəblər barəsində fərqli müzakirələr aparıldı.

  Birincisi,  2002-ci  ildən  sonra  Türkiyənin  ənənəvi  xarici  siyasətində  köklü 

dəyişiklik baş verdi. Bu siyasət Türkiyənin xarici işlər naziri və baş nazirin keç-

miş  müşaviri  Əhməd  Davud-oğlunun  qonşularla  “sıfır”  problem  strategiyası  ilə 

təməlindən  dəyişdi.  Davudoğlu  “Strateji  dərinlik”  adlı  kitabında

20

    “qonşularla 



sıfır problem” strategiyasının məqsədini belə açıqlayır: “Türkiyə bütün qonşuları 

ilə münasibətlərində problemli olduğu üçün sərhədlərinin içinə qapanıbdır və bu 

səbəbdən yaxın regionlarda hərəkət sahəsi daralıbdır. Türkiyənin regional güc ola 

bilməsi üçün qonşularla olan problemini sıfıra endirməlidir. Bu problemlərin güc, 

gərginlik və silahlı müqavimət yolu ilə deyil, neoliberal bir mövqe olan qarşılıqlı 

razılaşma və qarşılıqlı faydalanma modeli ilə həll edilməsinə üstünlük verilməlidir. 

Əgər  Türkiyə  qonşuları  ilə  problemlərini  həll  edə  bilərsə,  regionda  daha  güclü 

dövlət ola bilər”.

  İkincisi, hökumət rəsmiləri qəti şəkildə qəbul etməsələr də, Türkiyənin “erməni 

açılımı”nı xarici təzyiqlərin nəticəsi kimi dəyərləndirənlər də var. Xüsusən, müxalifət 

partiyaları Türkiyənin “erməni açılımı”nı bu şəkildə qiymətləndirir ki, bunun da iki 

səbəbi var:

  1.  Türkiyənin  Avropa  İttifaqına  (Aİ)  üzvlüyü  üçün  təşkilatın  qoyduğu  əsas 

şərtlərdən biri Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Hətta Aİ şərt qoyma-

sa  belə, Avropa  Parlamenti  1987-ci  ildə  qəbul  etdiyi  qərarla  Türkiyənin  “erməni 

soyqırımı”nı tanımasını istəmişdir.

21

 

  2. Türkiyə-Ermənistan sərhədləri bağlandığı gündən etibarən ABŞ bu sərhədlərin 



açılmasını istəmiş, hətta çox vaxt tərəflər arasında vasitəçilik etmiş və Konqresdə 

Türkiyənin  Ermənistanla  sərhəddini  açmasını  tələb  edən  qərarlar  da  qəbul 

edilmişdir.

22

  



  ABŞ-ın  “erməni  soyqırımı”nı  tanımasını  əngəlləmək  üçün  “normallaşma 

prosesi”ni dəstəkləyənlər də vardır. Bu düşüncəni Türkiyə hökumət nümayəndələri 

19   Türkiye’de Ermeniler: Cemaat-Birey-Yurttaş, TESEV. 29.06.2009.

20   Ahmet Davudoğlu. Stratejik Derinlik, Küre Yayınları (İstanbul, 2009), 34-cü çap.

21  Erhan Akdemir. Türkiyenin AB`ye Üyelik Süreci ve Ermeni Sorunu. http://www.abhaber.com/haber.php?id=11337,

(02.05.2006).

22   Carol Migdalovitz. Turkey: Selected Foreign Policy Issues and U.S. Views. CRS Report For Congress. (August 29, 2008),

p. 13.



14  |  

SAM-ın İCMALI 

də bəyənirlər. Xarici işlər Naziri Davudoğlu Abdullah Gülün Ermənistana səfərindən 

sonra TRT-1 kanalına verdiyi açıqlamasında Türkiyənin Obamanın ABŞ prezidenti 

olacağını nəzərə alaraq, “erməni açılımı”nı başlatdığını bildirmişdir. Protokolların 

aprelin 24-dən əvvəl, yəni aprelin 22-də açıqlanması da buna sübutdur.

  Üçüncüsü, Türkiyə-Ermənistan münasibətlərinin “normallaşma prosesi”ni 2008-

ci  ilin  avqustunda  yaşanan  Rusiya-Gürcüstan  münaqişəsi  ilə  əlaqələndirənlər  də 

oldu ki, burada da iki səbəb ön plana çıxarılır:

  •  Bu hadisə Gürcüstanın təkbaşına etibarlı bir enerji dəhlizi olmadığını orta-

ya  qoydu  və  Gürcüstana  alternativ  olaraq  Ermənistan  dəhlizinə  ehtiyac  artdı.  Bu 

mənada, Türkiyənin “erməni açılımı”nı bir növ enerji açılımı olaraq dəyərləndirənlər 

də var.


  •  Bu müharibə göstərdi ki, regionda ortaya çıxan müharibələrdən Rusiya qa-

zanclı çıxır. Regionda müharibənin alovlana biləcəyi başqa bir qaynar nöqtə  Dağ-

lıq Qarabağdır. Bunun qarşısını almaq üçün Türkiyə Minsk qrupunun 17 il ərzində 

edə bilmədiyini etməli və Dağlıq Qarabağ məsələsində hərəkətlilik yaratmalıdır. Bu 

yol da öz növbəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından ke-

çir.


  Lakin Türkiyə-Ermənistan  münasibətlərinin  normallaşması  siyasətinin  2002-ci 

ildə, gizli görüşmələrin isə 2007-ci ildə başladığını nəzərə alsaq, 2008-ci ilin av-

qust ayında yaşanan Rusiya-Gürcüstan müharibəsi “normallaşma” siyasətinin əsas 

səbəbi ola bilməz. 



  1.3. Türkiyənin Ermənistan siyasətində normallaşmanın yolları

  Türkiyədə  sadəcə  münasibətlərin  normallaşmasının  səbəbləri  ilə  deyil,  eyni 

zamanda  onun  yolları  ilə  bağlı  ciddi  müzakirələr  başlandı.  Hazırda  Türkiyədə 

Ermənistanla münasibətlərin “normallaşma” yolları məsələsində ciddi fikir ayrılığı 

mövcuddur. 

  Bu məsələyə münasibətdə, bir qrupun rəyinə görə, “normallaşma”nın yolu ilkin 

şərt olmadan iki ölkə arasında sərhədlərin açılması, diplomatik əlaqələrin və iki xalq 

arasında sülhün bərpa olunmasından keçir. Onların əsas fikri budur ki, 1915-ci ildə 

yaşananlara  görə  erməni  xalqı  Türkiyəyə  etibar  etmir.  Bu  etibarsızlığı  aradan  qal-

dırmaq  üçün  Türkiyə  “tarixi  həqiqəti”  qəbul  etməlidir.  Ermənistana  dünyaya  çıxış 

verilməli və Dağlıq Qarabağ məsələsi Türkiyə-Ermənistan əlaqələrinin bərpası üçün 

əsas şərt olmamalıdır. Bu mövqe Türkiyədə radikal qrupun düşüncəsi kimi qəbul edi-

lir. Onları dəstəkləyənlərin sayı az olsa da, getdikcə mətbuatda güclərini artırırlar. On-

lar, xüsusən də Türkiyə ilə Ermənistan arasında “futbol diplomatiyası” və “protokol 

məsələsi”ndən sonra daha da fəallaşıblar. Bu fikrin tərəfdarları arasında Türkiyədəki 

erməni jurnalistlərlə yanaşı, kommunist və liberal əqidəli türk jurnalistlər də vardır. 

  Bundan başqa, digər bir qrup Türkiyə ilə Ermənistan arasında “normallaşma”nın 

Türkiyənin ilkin şərtsiz sərhədləri açması və diplomatik əlaqələr qurmasından keç-

diyini düşünsə də, birinci qrupdan fərqli olaraq, Türkiyənin 1915-ci il hadisələrini  



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə