Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   25   26   27   28   29   30   31   32   ...   147

37 
 
Azərbaycanın bir sıra rayonlarında aparılan arxeoloji qazıntılar zamanı başsız və  əl-ayaqsız qadın və 
kişi heykəlcikləri aşkar edilmişdir. Ehtimal ki, onlar ibadət mərasimi ilə bağlı  sındırılmışlar. Molla İsaqlı 
kəndindən (İsmayıllı rayonu) tapılmış qadın heykəlcikləri, daşdan yonulmuş kişi başı, heyvan fiqurları son 
dərəcə maraqlıdır. Qadın heykəlciklərinin birində əllər və döşlər nəzərə çarpdırılmır. Yuxarıya doğru zəifləşən 
uzun boyun, balaca baş  və çiyinlərə tökülən saçlarla tamamlanır. Üzü dimdikvarı  çıxıntı  şəklində  təsvir 
olunmuşdur. Boynıında beş  cərgə yapma muncuq, yaxud metal boyunbağı  təsvir edilmişdir. Kiçik kişi başı 
Şirvanın avtoxton sakininin antropoloji cizgilərini - uzun sifət, iri və uzunburun, batıq gözlər - aydın əks etdirir. 
Bu heykəlciklər e.ə. birinci minilliyin sonlarına aid edilir. Bu cür tip indiyədək də istər Abşeronda, istərsə də 
Şirvan rayonlarında mövcuddur. Şirvanın Ağsu rayonunun dağlıq hissəsindəki Nuran kəndində  qırmızımtıl 
gildən qadın heykəlciyi tapılmışdır. Onun zərif 
[73 - 74] 
daranmış saçları, pariki xatırladır. Çılpaq döşləri bir 
qədər uzunsovdur. Boynunda iri medalyonlu həmail var. Ayaqları sanki hamar paltarla örtülmüşdür. Bu 
heykəlcik e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid edilir.
9
 
Azərbaycanda küp qəbirlər dövrünə aid 5 sm-dən 20 sm-dək hündürlükdə olan bir sıra son dərəcə 
maraqlı heykəlciklər tapılmışdır. Bunlar, əsasən, qırmızı gildən hazırlanmış  və yaxşı bişirilmiş  çılpaq qadın 
fiqurlarıdır. Bir neçəsinin boyunbağıları və ayaqlarındakı xal-xal aydın seçilir. Bəzilərinin aşağıya doğru relyefli 
qatlar, yaxud nöqtəli naxışiar  şəklində  işlənmiş paltarları ayırd edilir. Rəssam qadın fıqurunın ölçülərini 
mümkün qədər realistcəsinə  təcəssüm etdirməyə çalışmışdır. Heykəlciklər kobud və sxematik şəkildə 
düzəldilmişdir. Ehtimal ki, heykəlciklər məhsuldarlıq ilahəsinə sitayişlə bağlıdır. Onlar e.ə. birinci minilliyin 
sonu - eramızın ilk əsirlərinə aid edilir. Bu heykəllərin minlərlə insan rəsmi olan Qobustan qaya təsvirlərindəki 
qadın fıqıırları ilə oxşarlığı son dərəcə maraqlıdır. Həmin rəsmlər Mezolit dövründən tutmuş, inkişaf etmiş orta 
əsrlərədək müxtəlif dövrləri əhatə edir. Ola bilsin ki, Azərbaycanın müxtəlif rayonlarındakı istər qrafık, istərsə 
də heykəl qadın təsvirlərinin bəziləri eyni bir şəxsə - bir sıraYaxın Şərq Orta Asiya ölkələrində, Zaqafqaziyada 
və  İranda geniş sitayiş olunan məhsuldarlıq ilahəsi Anahidə aiddir. Strabonun (e.ə. I əsr-

e I əsri) verdiyi 
məlumata görə, bu ilahənin şərəfinə məbədlər ucaldılır, qurbanlar kəsilirdi. "Bu ilahənin məbədi olan hər yerdə 
adət üzrə Vakx bayramına bənzər Sak bayramları keçirilirdi..."
10
 Anahidə midiyalılar və ermənilər də sitayiş 
edirdilər. "Onlar burada kölə kişi və qadınları ilahənin xidmətinə verirlər. Burada təəccüblü heç bir şey yoxdur. 
Lakin tayfanın adlı-sanlı adamları da öz qızlarını  hələ  qız vaxtlarında ilahənin xidmətinə verirlər..."
11
 
Məhsuldarlıq ilahəsinə sitayiş qədim Şirvanın yerli tayfaları arasında da geniş yayılmışdı. "Albaniya tarixi"ndə 
Afrodita
12
 adlandırılan bu ilahəyə sitayiş edildiyi qeyd olunur, lakin onun yerli adı  çəkilmir. Orta Asiyada, 
Dağıstanda, Ermənistanda, Gürcüstanda, İranda çoxlu gil qadın və kişi fıqurları tapılmışdır. Lakin onlar 
Azərbaycanda tapılmış heykəlciklərdən üslııbi cəhətdən fərqlənirlər. Azərbaycandakı heykəlciklərdə realist 
duyum tərzi ilə yanaşı, formaca ifrat mücərrədlik və  bəsitlik müşahidə olunur.
13
 Burada vahid üslub yoxdur. 
Tədqiqatçı bu materialda ifrat materializmdən tutmuş,  ən inkişaf etmiş formalizmə, ekspressionizmə  və 
impressionizmə  qədər müasir estetik kateqoriyaların hamısına rast gələ bilər. E. Xertfeld İranda tapılmış 
heykəlcikləri ev allahları adlandıraraq, onları uzaq dövrlərin dini təsəvvürləri ilə bağlayır.
14
 O hesab edir ki, 
əhali "ev allahları"nın başını insanlara kömək etməyi bacarmadıqları, yaxud kömək etmək istəmədiklərinə görə 
vurmuşlar. Qadın heykəlciklərini o, matriarxat dövrü ibtidai-icma cəmiyyətində ana-ilahənin təcəssümü sayır. 
Azərbaycanın bir sıra rayonlarından tapılmış başı və əl-ayağı sındırılmış heykəlciklər qurban ayinləri ilə 
də bağlı ola bilər. Strabon qədim Albaniyada insan qurban verilməsi adətinin mövcud olduğunu göstərirdi.
15
 
Ehtimal ki, sonralar qurbankəsmə ayinlərində insan gil heykəlciklərlə  əvəz edilmişdir. Movses Kalankatlının 
salnaməsində bu mərasimə  işarə vardır: "müqəddəs baş Gisə  gəldi və cansız qurban gətirdi". Albaniyada 
"bütpərəstlərin qurbangahları" var idi. "Yaman bütlərə qurban verməklə sitayiş etmək" yaxud "bütlərin 
[74 - 75]
 
yaramazlıqlarına" sitayiş etmək adəti qeyd olunur.
16
 
Heykəlciklərdən ölü duası ibadətində istifadə olunması da mümkündür. Heykəlciklərin forma və üslubi 
xüsusiyyətlərinin müxtəlifliyi onları düzəltmiş tayfalar arasındakı etnik fərqlərlə bağlıdır. 
Eramızın hüdudlarında və ilk əsrlərində Şirvanda insanı realist formalarda əks etdirən monumental daş 
heykəltəraşlıq meydana gəlir. Lakin bu heykəllərin semantik mənası başqadır. Bu heykəllər ayin təyinatlı 
heykəlciklərdən fərqli olaraq, qədim Azərbaycanın plastik sənətinin inkişafında yeni - insanı, onun fəaliyyətini 
təbiətdən ayırmaq mərhələsi demək idi. Bəlkə  də insanı  təsvir edən monumental heykəltəraşlığın yeni 
formalarının meydana gəlməsi burada incəsənətin inkişafı ilə bağlı olmaqla bərabər, cəmiyyətin sosial-iqtisadi 
inkişafındakı irəliləyişi, onun sinfı  təbəqələşməsini, yeni formasiyaya - feodalizmə keçidini də  əks etdirirdi. 
Monumental heykəllər nikbin incəsənətin yeni formaları idi. Sonralar, IV-V əsrlərdə xristianlığın bütpərəstliklə 
mübarizəsi və VII əsrdə insan fıqurlarının təsvir olunmasını qadağan edən islam dininin yayılması ilə əlaqədar 
monumental heykəltəraşlıq inkişafdan qaldı. Mənbələrdə belə heykəllərə  işarə var. Ərəb mənbələri  Şirvan 
ərazisində  bəzi nümunələri dövrümüzədək gəlib çıxmış insan və heyvanları  təsvir edən dairəvi heykəllərin 
mövcud olduğunu göstərirlər.  Ərəb müəllifi  İbn  əl-Fəqih  əl-Həmədaninin təqribən eramızın 903-cü ilində 
yazılmış "Kitab əl-buldən" ("Ölkələr kitabı")  əsərində maraqlı  məlumat verilir: "Bab (Dərbənd – S. A. ) 
şəhərində Bab əl-Cihaddakı (cihad qapıları) divarın üstündə iki daş sütun var; hər sütunın üstündə  ağ daşdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə