Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

 
191 
dollar yox oldu. 21-29 oktyabr tarixlяri aras;nda 400-dən artıq bank 
iflas etmiş, minlərlə insan bütün mal varlığını itirmişdi. Bu müddətdə 
pul kütləsi tamamilə tükəndiyindən alış-verişdə barter metodu 
(əmtəənin əmytəəyə dəyişdirilməsi) geniş yayılmışdı. Qeyd edək ki, 
bu böhranın nəticələri özünü İkinci Dünya Müharibəsinin 
başlanğıcına qədər göstərmişdir.  
1929-cu il oktyabr ayının 24-də dünyanın maliyyə  mərkəzi 
olan Nyu-yorkun birjalarında 12,8 milyon səhm satıldı ki, bu da 
əvvəlkilərdən 1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan 
səhmlərin sayı 16,4 milyona çatdı. Qiymətli kağızların kursu sürətlə 
aşağı düşməyə başladı.  Əgər 1929-cu il oktyabr ayının 1-də 
səhmlərin dəyəri 87 milyard dollar idisə, cəmi bir ay sonr 0,55 
milyard dollara endi. Belə sürətlə azalma daha üç il davam etdi. 
1933-cü ilin martına qədər  1929-cu illə müqayisədə    səhmlərin 
dəyəri 4,5 dəfə azaldı.  
Dünya   iqtisadi   böhranı   aparıcı  kapitalist   dövlətlərinin   
iqtisadiyyatını  ən azı bir rüb geri artdı. Dünya sənaye  istehsalının 
həcmi 38%,  ticarətin həcmi 30%,  kənd  təsərrüfatı   məhsullarının 
istehsalı 30% azalmış oldu. Dünya bazarında  rəqabət   kəskinləşərək   
ticarət   müharibəsi   xarakteri   almağa  başladı. Təkcə 1929-1934-cü 
illərdə 76 ölkə gömrük vergilərini artırıldı.  
Ticarət  rəqabətinin  artması ilə  əlaqədar   ölkələr  arasındakı  
maliyyə  əlaqələrinin  ənənəvi  əsasları  pozulmuş  oldu.  İnflyasiya  
ABŞ-ı  dolların  qızıl standardlarından  əl  çəkməyə    məcbur etdi.  
Nəticədə 56  dövlətin  dollar ilə     bağlı valyutası qiymətdən düşdü. 
1932-ci ilin əvvəli üçün tam işsizlər 26 milyon, işini tamam 
itirməyənlərlə birlikdə 30 milyon nəfərə çatdı.   
Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə  də 
əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə, Versal-Vaşinqton 
sisteminin  əməli iflası başlandı.  İqtisadi böhran fərdiçilik,  şəxsi 
təşəbbüs, və sahibkarlığınn  hüdudsuz azadlığı ideyalarının parıltısını 
söndürmüş oldu.  
Ümumdünya iqtisadi böhranı dünyanın  ən qüdrətli ölkəsi 
olan ABŞ-da 1929-cu ilin oktyabr ayında Nyu-York birjalarından 
birində başladı  və tezliklə bütün kapitalizm dünyasını bürüdü.  
Böhran 1930-cu illərin  əvvəllərində  İngiltərədə  də özünü göstərdi. 
1932-ci ilin ikinci kvartalına qədər iqtisadi böhran daha da dərinləşdi. 
 
192
1933-cü ildə  İngiltərənin iqtisadiyyatı artıq durğunluq dövründəki 
vəziyyətini aldı.  
İqtisadi böhran illərində  İngiltərənin sənaye məhsulları 
böhrandan  əvvəlki 1929-cu illə müqayisədə 82,5 % aşağı düşdü. 
1933-cü ildə isə 1929-cu ildəkinin 93%-ni təşkil edirdi. Lakin həmin 
dövr sənaye məhsulları ABŞ-da 52%, Almaniyada 60%, Fransada isə 
74%-ə qədər aşağı düşmüşdü
5
. Sənaye məhsullarının digər kapitalist 
ölkələri ilə müqayisədə nisbətən az aşağı düşməsi faktı belə bir 
həqiqəti sübut edirdi ki, İngiltərə kapitalizmin sabitləşdiyi dövrdə  
yuxarıda adı çəkilən ölkələr kimi “çiçəklənmə” keçirməmişdi.  
İqtisadi böhran İngiltərənin əsas və ənənəvi sənae sahələrini 
daha çox sarsıtdı. Daş kömür istehsalı hiss ediləcək səviyyədə aşağı 
düşdü. Əgər İngiltərə 1929-cu ildə 258 milyon ton daş kömür istehsal 
edidisə, 1933-cü ildə bu rəqən 208 milyon tona düşdü. Çuqun 
istehsalı həmin dövrlər arasında 7,59 milyon tondan 3,57 milyon tona 
düşdü. Böhran çuqun əridilməsi sahəsində isə İngiltərəni 70 il arxaya 
atdı. Polad əridilməsi həmçinin  9,6 milyon tondan 5,20 milyon tona 
endi.  Əgər  İngiltərədə 1929-cu ildə  gəmilərin  ümumi tonnajı 1522 
min ton idisə, 1933-cü ildə cəmi 133 min ton idi. İngiltərənin ticarət 
gəmiçiliyi də xeyli aşağı endi. 1929-cu ildən 1934-cü ilə  qədər 
İngiltərənin dünya dəniz ticarətində tonnajı 2,43 milyon ton ixtisar 
edilmiş oldu.  
Böhran kənd təsərrüfatını da əhatə etdi. 1930-1932-ci illərdə 
kənд  təsərrüfatı  məhsullarının qiyməti 34% aşağı endi ki, bu da 
ölkənin kənd təsərrüfatına ciddi çətinliklər yaratdı.  İngilis fermerlər 
belə bir çətin dövrdə dövlətdən heç bir yardım ala bilmədilər. Ona 
görə  də Ümumdünya bazarındakı  rəqabətdə  İngiltərənin kənd 
təsərrüfatı məhsulları əlverişsiz vəziyyətə düşdü. Yeni Zellandiyanın 
yağı  İngiltərə bazarlarında ölkə  ərazisində istehsal edilən yağlardan 
daha ucuz qiymətə satılmağa başladı. Belə bir vəziyyət ölkədə Fransa 
ununun satışı üçün də xarakterik idi.  
İngiltərənin dəniz ticarətində  vəziyyəti xüsusilə  kəskin idi. 
Belə ki, 1920-cu  ildə  İngiltərənin ixracı 729,3 milyon ton funт 
sterlinq təşkil edirdisə, 1932-ci ildə bu rəqəm 365 milon funt sterlinq 
idi. 
Sənaye, kənd təsərrüfatı  və ticarət sahəsindəki böhran 
İngiltərədə  işsizlər ordusunun sayının artmasına səbəb oldu. Əgər 
1930-cu ildə işsizlər bütün fəhlələrin 16,8%-ni təşkil edirdisə, 1931-


 
193 
ci ildə bu rəqəm 23,1%, 1932-ci ildə isə 23,5% təşkil edirid. Bu 
dövrdə İngiltərədə hər dörd fəhlədən biri işsiz idi.  
Xüsusilə  İngiltərənin  ənənəvi sənaye sahələri olan daş 
kömür, gəmiçilik və metallurgiyada işsizlik daha  yüksək  həddə 
çatmışdı.  Kömür sənayesinin mərkəzi olan Uelsdə, toxuculuğun 
mərkəzi olan Lankamirdə,  əsas gəmiçilik rayonu olan Klaydda 
vəziyyət daha da ağır idi. Bu rayonlar “durğunluq” rayonları hesab 
edilirdi.  
1929-cu ildə leyboristlər partiyası parlament seçkiləri qabağı 
vəd etmişdi ki, hakimiyytə  gələcəyi təqdirdə ilk növbədə kömür 
şaxtalarında çalışan mədənçilərin vəziyyətini yaxşılaşdıracaq və 
orada iş gününü 7 saata endirəcəkdir. Lakin onlar hakimiyyətə 
gəldikdən sonra bu vədlərinə  əməl etmədilər. Leyboristlərin bu 
hərəkəti  İngiltərə  fəhlə sinfində, ilk növbədə isə  mədənçilərdə çox 
böyük narazılıq törətdi. Kömür sənayesi fəhlələrinin aramsız tətilləri 
leyborist hökumətini məcbur etdi ki, 1930-cu ilin iyulunda kömür 
şaxtaları haqqında yeni qanun qəbul etsin. Bu qanuna əsasən iş günü 
7,5 saat müəyyən edilsin. İki həftəlik iş həftəsi isə 90 saat müəyyən 
olunurdu. Lakin fəhlələr bu qanuna qaşı  kəskin etiraz bildirdilər. 
Fəhlələr nəhayət onlar üçün iş saatı sistemi tərtib edilməsinə nail 
oldular.  
Leyborist liderləri seçkiqabağı  vəd etmişdilər ki, fəhlələrin 
“Ştrейkbrexerlər qanunu” adlandırdıqları 1927-ci ildə qəbul edilmiş 
həmkarlar ittfaqları haqqındakı qanunu ləğv eəcəklər. Lakin hökumət 
bu qanunu da ləğv etmədi. Uzun müzakirələrdən sonra ancaq bu 
qanuna bəzi əlavələr edildi.  
Burjuaziyanın fəhlə sinfi üzərinə basqını bütün ölkədə 
inqilabi hərakatın yüksəlməsinə  səbəb oldu. İngilis fəhlə sinfinin 
1931-32-ci illərdəki mübarizəsi öz gərginlik dərəcəsinə  və 
kəskinliyinə görə yalnız müharibədən sonrakı ilk illər və 1926-cı illə 
müqayisə edilə bilər.  
1931-ci ilin sentyabrında işsizlərin çıxışları İngiltərənin az – 
çox  böyük şəhərlərinin hamısını bürümüşdü.  İşsizlərin nümayişləri 
kütəvi xarakter daşıyır və bir qayda olaraq polis ilə  qızğın 
toqquşmalara səbəb olurdu.  
İşsizlərin milli hərakatı işsizlərə izah edirdi ki, yalnız onların 
qüdrətli müqaviməti hakim dairələrin onların yaşayış  səviyyəsinə 
hücumunun qarşısını ala bilər. Təşkilat “ehtiyacı yoxlamaq”  əleyhinə 
 
194
geniş etiraz kаmpaniyası aparıdı. Hərakat tərəfindən toplanış  və 
1932-ci ilin mayında olmuş konfrans “ehtiyacı yoxlamağın”, 
“anomaliyalar haqqında qanunun”, işsizlər üzrə verilən maddi 
yardımın 10% azaldılmasını, habelə digər ictimai ehtiyatlara çəkilən 
ictimai xərclərin azaldılmasının ləğv edilməsini tələb edən  ərizənin 
altına imza toplamağı  nəzərdə tutan planı  bəyəndi. Bu kampaniya 
1932-ci ilin payızında Londona aclıq yürüşü təşkil etməklə 
nəticələndi. “Ehtiyacı yoxlamaq” əleyhinə etiraz ərizəsinin  əleyhinə 
oktyabr ayına qədər bir milyondan artıq imza toplanmışdı.   
İşsizlərin mübarizəsi fabrik və zavodlarda əmək hqqının 
azaldılması  əleyhinə  fəhlələrin etiraz çıxışları ilə bir zamanda 
aparılırdı.  
Böhran illərində Kompartiya işsizlər arasındakı işə ciddi fikir 
verirdi.  İşsizlərin nümayişlərində, yürüşlərində  və digər çıxışlarında 
kommunistlər fəal iştirak edirdilər.  
İngiltərə Kommunist partiyasının 1932-ci ilin noyabrında 
toplanmış XII qurultayı kütlələr içərisində partiya işinin bir qədər 
yaxşılaşdığını qeyd etməklə  bərabər, onun kütlələrlə  əlaqəsinin  
qeyri-qənaətbəxş olduğunu etiraf etdi. 
Başda Henderson olmaqla Leyborist partiyasının yeni 
rəhbərliyi öz təsirini kütlələr içərisində mühafizə etmək üçün manevr 
etməyə  əl atdı. Kütlələr leyboristlərin “təcridçilik”  şüarından  əl 
çəkməsini və möhkəm,  əsl sosialist siyasəti yeritməsini tələb 
edirdilər. Leyborist rəhbərliyinin “sol” bəyannamələri bu cür 
tələblərə cavab oldu. Leyborist partiyasının 1932-ci ildə olmuş 
konfransının qərarında göstərilirdi ki, “gələcəkdə leyborist 
hölumətinin və parlamentdəki leyborist partiyasının rəhbərləri, 
parlamentdə leyborist çoxluğuna  əsaslanan və ya əsaslanmayan 
hökumət təşkil etdikdə, müəyyən sosialist qanunvericiliyi proqramını 
dərhal elan etməlidirlər. Partiya parlamentdə etiqad etdiyi prinsiplər 
uğrunda sona qədər mübarizə aparmalı  və lazım gələrsə bu 
mübarizədə məhv olmalıdır”. 
Gələcək göstərdi ki, leyborist  partiyasının rəhbərlərinin  
sosializmə  sədaqət  haqqındakı bu andlarının  onların burjuaziya  
əleyhinə mübarizə aparmaq istəkləri ilə heç bir əlaqəsi yoxdur.   
Leyborist partiyasının kollektiv üzvlərindən biri olan 
Müstəqil fəhlə partiyası içərisində leyborist partiyasından çıxmaq 
tələbləri güclənirdi. Müstəqil fəhlə partiyasının 1932-ci ilin iyulunda 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə