Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə51/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

 
203 
görməsini tələb edirdi. Fəhlələrin bu əhval-ruhiyyəsi 1933-cü ilin 
payızında leyborist konfransının qəbul etdiyi qətnamədə öz əksini 
tapmışdı. Leyborist partiyası “müharibədə  iştirak  etməməyi  və 
ümumi tətil də daxil olmaqla fəhlə hərakatının sərəncamında olan bu 
vasitələrlə onun əleyhinə mübarizə aparmağı”  öz ğhdəsinə götürdü. 
Bu qərar  İngiltərə  fəhlə  hərakatının mürtəce rəhbərlərinin xoşuna 
gəlmirdi, onlar Sovetlər İttifaqı əleyhinə müharibə hazırlayan “milli” 
hökumətin xarici siyasətini müdafiə edərək, bu qərarı pozmaq üçün 
hər  şeyi edərdilər. Bir neçə aydan sonra, leyborist partiyasının və 
trедйunionların nümayəndələrinin daxil olduqları Milli əmək şurası, 
1933-cü il leyborist konfransının qərarını əslində ləğv etmiş olan bir 
bəyanatla çıxış etdi.  
Həmkarlar ittfaqları  rəhbərlərinin fəhlə sinfinin bərabərliyi 
əleyhinə, həmkarlar ittifaqında inqilabi ünsürlərin təsiri  əleyhinə 
mübarizəsi 1935-ci ilin martında özünü göstərdi.  
İngilis burjuaziyasının ayrı-ayrı qruplar arasında uzun 
müddət proteksionizm məsələsi ilə əlaqədar olaraq mübarizəси davam 
etdi. Mühafizəkarlar proteksionizm siyasətinin yeridilməsinin ardıcıl 
tərəfdarları kimi çıxış edirdilər. Liberallar və leyboristlər isə azad 
ticarətin tərəfdarı idilər. 1931-ci ilin sentyabrında İngiltərəyə bir sıra 
malların gətirilməsində proteksionizm siyaəsti yeridilsə  də, amma o 
yenə  də azad ticarət ölkəsi olaraq qalırdı.  Бу  дюврдя  эениш  сосиал 
прогпрамлар да щяйата кечирилди. Йени иш йерляри ачылды. 1931-жи илин 
августунда  ишсизляря  йардым  щаггында  йени  ганун  гябул  едилди. 
Гануна  эюля  мювсцмц  фящляляр,  аиляли    гадынлар,  фасилясиз  иш  стаъы  
олмайан шяхсляр йардым алмагдан мящрум едилдиляр. 1932-жи илин 
нойабрында  гябкл  едилмиш  «Ещтийажларын  йохланылмасы  щаггында» 
гануна  ясасян  йардымларын  юдянилмяси  цзяриня  жидди  нязарят 
гойулду. 
1931-32-ci illərdə isə dünya iqtisadi böhranının təsiri altında 
İngiltərə qəti olaraq sərbəst ticarətdən əl çəkib proteksionizmə keçdi. 
Bu keçid bir neçə  mərhələdə  həyata keçirildi. 1931-ci ilin noyabr 
ayında parlament mehriban qonşuların mallarına qarşı qanun qəbul 
etdi. 1931-ci ilдя  həmçinin proteksionist siyasətə keçmək haqqında 
qanun qəbul edildi. Ümumiyyətlə 1932-ci ilin fevralında qəbul 
edilmiş qanun hökumətə imkan verirdi ki, gömrüyü 100%-ə  qədər 
qaldırsın. Proteksionizm göstərdi ki, İngiltərə böhranı azad ticarət 
şəraitində aradan qaldırmağa qabil deyildir, onu ancaq proteksionizm 
 
204
öz rəqiblərinin pəncəsindən azad edə bilər. 30-cu illərdə bu siyasətin 
yeridilməsi dünya bazarında ingilis iqtisadiyyatı üçün əlverişli rol 
oynadı.  İngilis burjuaziyası  həmçinin iqtisadi böhranı müstəmləkə 
xalqlarını istismar etmək hesabına azaltmağa çalışırdı. Böhran 
müstəmləkə ölkələrinin ticarətini  kəskin surətdə ixtisar etdi.  
Maliyyə böhranı ilə əlaqədar İngiltərə 1931-ci ilin ortalarından 1934-
cü ilin əvvəllərinə  qədər Hindistandan funt – sterlinq mövqeyini 
möhkəmləndirmək üçün 2 milyard  funt – sterlinq dəyərində  qızıl 
aparmışdır.  Böhran dövründə müstəmləkə xalqlarında ingilis 
imperializminə qarşı milli azadlıq hərəkatı gücləndi. Bu ilk növbədə 
özünü Hindistanda göstərdi. Rəsmi məlumatlara görə 1930-31-ci 
illərin 10 ayı  ərzində Hindistandaн antiingilis çıxışlarına görə 90 
mindən artıq adam istintaqa cəlb edilmişdi. Leyborist hökunəti 
Hindistanda  İngiltərə tarixində biabırçı hal kimi qalan Mирут 
məhkəmə prosesini keçirdi ki, 1929-cu ilin martında Hindistan fəhlə 
hərəkatının 32 lideri məhkəməyə  cəlb edildi. 1930-cu ildə  İngiltərə 
hökuməti Hindistandakı  fəhlə  hərakatının qarşısını almaq üçün 
Saymonun başçılığı altında xüsusi komissiya yaratmağı  qərara aldı 
ki, həmin komissiya Hindistanın konstitusiyasını işləyib hazırladı.  
Bu dövrdə  həmçinin  İngiltərənin Asiya və Afrikadakı 
müstəmləkələri  də azadlıq hərəkatını genişləndirdi. Qeyd etmək 
lazımdır ki, bu dövrdə  İngiltərя öz ərazisindən  даща böyük olan 
müstəmləkələrə malik idi.  
İqtisadi böhranın inkişafı kapitalist dövlətləri arasında 
ziddiyətləri kəskinləşdirdi. Böhran ilk növbədə  İngiltərə ilə ABŞ 
arasındakı satış  bazaлары,  хам mal mənbələri, kapital qoyuluşu 
sferaları, və Çinin  hərbi dəniz silahlanması sahəsində mübarizəni 
kəskinləşdirdi. Hərbi dəniz donanması quruculuğunu nizama 
salmaqməsələsi ilə    əlaqədar  olan məsələni həll etmək üçün 
Londonda İngiltərə, ABŞ, Yaponiya, Fransa və İtaliyanın iştirakı ilə 
konfrans keçirildi. İtaliya və Fransa arasında Aralıq dənizində ağalıq 
uğunda  ziddiyйət meydana çıxdı.  İngiltərə Aralıq dənizində onu 
gözləyən təhlükədən, yəni dəniz silahlanamsında mövqeyini itirmək 
təhlükəsindən yaxa qurtara bilmədi. 1930-cu ilin London 
konfransında hərbi dəniz qüvvələri üzrə münasibətlər ABŞ-ın xeyrinə 
dəyişildi.  İngiltərənin dəniz hökmranlığı keçmişdə qaldı.  İqtisadi 
böhran  İngiltərə, ABŞ  və Fransa hökumətlərinin yenidən 
Almaniyanın təzminat məsələsi ilə məğul olmağa vadar etdi. 1931-ci 


 
205 
ilin iyununda ABŞ hökuməti təklif etdi ki, Almaniyadan artıq 
təzminat alınmasın. Bu məsələ ilə  əlaqədar olaraq 1932-ci ildə 
Lozannada xüsusi konfrans çağırıldı və orada Almaniyadan təzminat 
alınması saxlanıldı. Almaniya ancaq 15 il müddətinə 3 milyard markа 
təzminat verməli idi ki, sonralar Almaniya bunu da verməkdən boyun 
qaçırdı.  
1932-ci ilin noyabrında  İngiltrə hökuməti Almaniyanın 
silahlanması haqqında tədbirlərini müdafiə etdi.  
1932-ci ilin dekabrında 5 dövlətin – ABŞ, İngiltərə, Fransa, 
İtaliya, Almaniyanın birgə keçirilən konfransında Almaniyanı onlarla 
bərabərhüquqlu olduğunu İngiltərə də qəbul etdi. İngiltərə bu dövrdə 
öz xarici siyasətində SSRİ-yə qarşı antisovet siyasətini davam 
etdirirdi. 1931-ci ilin fevralında  İngiltərə burjuaziyası ticarəti 
qorumaq adı altında xüsusi təşkilat yaratdı ki, bu da SSRİ-ni iqtisadi 
blokadaya almaq siyasəti yeridirdi. İngiltərə xarici siyasətində 
Yaponiyaya qarşı elə bir mövqe tuturdu ki, bu Yaponiyanın Uzaq 
Şərqdə yeni işğallara başlaması üçün şərait yaradırdı.  
1934-cü ildə artıq  İngiltərədə  sənaye məhsulunun  həcmi 
1929-cu il səviyyəsinə çatdı. Keçən illərdə olduğu kimi, indi də 
ingilis təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı eyni səviyyədə 
deyildi.  İngiltərə  sənayesində baş verən bəzi canlanmanın başlıca 
səbəblərindən biri də  hərbi sənaye sahələrinin sürətlə inkişaf etməsi 
idi. Proteksionizm də ingilis sənayesinin canlanmasına kömək 
etmişdi.  
1937-ci ilin ortalarında  İngiltərədə başlamış yeni iqtisadi 
böhran nəticəsində 1938-ci ildə  sənaye məhsulunun indeksi aşağı 
düşmüş, 1937-ci ilə nisbətən 115,7 təşkil etmişdi.  Лакин  бющран 
узун сцря билмяди. Мцщарибянин башланмасы буна мане олду. 
1929-1933-cü illəri  əhatə edən ümümdünya iqtisadi böhranı 
Avropa ölkələrini sarsıtdı. Böhran həmçinin bölünmüş dünyanı 
yenidən bölüşdürmək üçün yeni cahan müharibəsinin başlanmasında  
başlanğıc rolunu oynayan, ona təkan verən amillərdən biri oldu. 
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi ilə bu proses daha 
da gücləndi.  Aydındır ki, Almaniyanın Avropada hegemonluq 
iddiası  ən çox İngiltərənin mənafeyinə toxuna bilərdi. 30-cu illərin 
ikinci yarısında bəşəriyyət günbəgün yeni dünya müharibəsinə doğru 
getməyə başladı.  Əlbəttə  İngiltərə kimi bir dövlətin 30 cu illərin 
ikinci yarısında Almaniyaya verdiyi imkanlar da bu prosesdə az rol 
 
206
oynamamışdı. 1935-ci ildən  İngiltərədə mühafizəkarlar partiyası 
hakimiyyətdə idi. 1937-ci il seçkilərində də onlar qələbə qazandılar.  
Fəhlə sinfi yeni dünya müharibəsi təhlükəsinin artdığını  
dərindən dərk edir və onun qarşısını almaq üçün tədbirlər 
görülməsini tələb edirdi. 1934-cü ildə dövlətin “Qiyama təhrik 
haqqında” qanunu ən mürtəce tədbirlərdən biri idi, çünki o, əslində 
antimüharibə təbliğatı əleyhinə yönəldilmişdi.  
1935-ci ildə müharibə təhlükəsi daha çox artdıqda, ingilis xalqı 
Millətlər cəmiyyəti ittifaqı  və  bəzi digər təşkilatlar tərəfindən 
keçirilmiş “sülh haqqında rəy sorğusu” ilə cavab vermiş  və xalqın 
böyük  əksəriyyəti öz səslərini kollektiv təhlükəsizliyə, tərksilah 
olunması və təcavüzkar dövlətlər əleyhinə sanksiya tətbiq edilməsinə 
vermişdi.   1935-жи  илдя  кечириляжяк  сечкилярдян  габаг  Макданалд  
истифадяйя эетмяли олду. 1935-ci ilin iyununda mühafizəkar Balduini  
baş nazir etdilər. Mühafizəkarlar seçkiqabağı kampaniyada daxili 
siyasət sahəsində heç bir nəzəri vədlər verməyərək  əməli fəaliyyət 
göstərəcəklərini, xarici siyasət sahəsində isə beynəlxalq aləmdə 
kollektiv təhlükəsizlik sistemi yaratmaq və sülh uğrunda mübarizə  
aparmaq niyyətlərini bəyan etdilər.  
1935-ci ilin noyabrında  İngiltərədə növbəti parlament 
seçkiləri keçirildi.  
1935-ci ilin yayında hökumət yenidən formalaşdırıldı.  İyun 
ayından ona Bolduin başçılıq etməyə başladı. Noyabr ayında isə 
parlamentə yeni seçkilər keçirildi.  
Seçkilərdə mühafizəkarlar 387, leyboristlər isə 154 yer aldılar. 
Hökuməti mühafizəkarlar təşkil etdilər. Baş nazir İngiltərənin 
mövqelərinin gücləndirilməsi uğrunda siyasəti fəal müdafiə edən 
S.Bolduin oldu. Hökumətdə xarici işlər naziri vəzifəsini Semuel Xor, 
maliyyə naziri vəzifəsini isə Nevil Çemberlen tutdular. 
Leyboristlər isə «Sosializm və sülh uğrunda» adlı yeni proqram 
qəbul etdilər.  Əvvəlki «Leyborizm və millət» proqramından xeyli 
geniş olan bu proqramda bank, nəqliyyat, enerji sistemlərinin yenidən 
qurulması, daş kömür, gəmiqayırma və maışnqayırma sahələrinin bir 
qisminin milliləşdirilməsi irəli sürülürdü. Bundan ötrü milliləşdirmə 
prosesinin hüquqi əsaslarının işlənib hazırlanması  zəruriliyi 
göstərilirdi. Leyboristlər demokratiya və sülh ideyalarına sadiq 
olduqlarını  bəyan etdilər. 1935-ci ildə leyboristlərin lideri Klement 
Ettli seçildi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə