335
salsın. Prezident federal qanunlarla məhkum edilmiş şəxslərin əhv
edilmə və bu qanunları təxirə salma hüququna malikdir.
Prezident
partiyada heç bir vəzifə tutmur, lakin partiyanın lideri hesab edilir.
Gərgin daxili və xarici vəziyyətlərdə prezident fövqəladə
səlahiyyətlərdən istifadə edə bilər. Prezidentin qanunverici prosesdə
böyük rolu var. Prezident administrasiyasının qanunverici proqramını
formula edərək seriyalarla konqresə göndərir, buna görə prezident
faktiki olaraq qanunverici siyasətin lideri sayılır. Konqresə
göndərilən belə layihələrdən biri büdcə layihəsidir, hansını ki, Ağ
evin ekspertləri hazırlayır. İcraedici hakimiyyətin başçısının
prezident fərmanları vermək
hüququ var, hansı ki, faktiki qanun
qüvvəsinə malikdir. Prezidentlə bərabər 4 illiyə həm də vitse-
prezident də seçilir. Öz növbəsində onların hər ikisi bir ştatın sakini
ola bilməz. Konstitusiyaya görə vitse-prezident səlahiyyətləri Senatda
sədrlik etməklə məhdudlaşır. Əgər senatorların səsləri bərabər
bölünərsə, vitse-prezidentin səsi səsvermənin nəticələrini həll edir.
1933-cü ildə konstitusiyaya edilmiş 20-ci əlavəyə görə əgər prezident
vəfat edərsə və ya vəzifəni icra etməyə qabil olmazsa, onu vitse-
prezident əvəz edir.
PREZİDENTİN İCRAEDİCİ İDARƏSİ
Konstitusiyada nəzərdə tutulmamış, lakin həyatın reallığından
doğaraq yaranmış Ağ evdə bütün idarələrin üst orqanı olan
prezidentin icraedici idarəsi adlı bir orqan var. Bu orqan 1939-cu ildə
F.Ruzvelt tərəfindən yaradılmış və prezident
hakimiyyətinin daha da
möhkəmlənməsinə gətirib çıxarmışdır. Prezident İcraedici İdarəsinin
(P.İ.İ.) tərkibində 1970-ci ildə ən çox 4742 nəfər çalışırdı. 1986-cı
ildə onların sayı 1492 nəfərə qədər azaldıldı. P.İ.İ. strukturunda
aşağıdakı bölmələr var: 1) Ağ evin apparatı. Bura ayrı-ayrı məsələlər
üzrə prezidentin köməkçiləri daxildir. 2) Büdcə administrasiyası
idarəsi. 3) Prezident yanında iqtisadi sovet. 4) Milli təhlükəsizlik
soveti. 5) Siyasətin işlənilməsi idarəsi. 6) Elm və texnika sahəsi üzrə
siyasi məsələlər idarəsi. 7) Ətraf mühitin keyfiyyəti üzrə sovet. 8)
Ticarət danışıqlarında ABŞ nümayəndəsi idarəsi. 9)
Administrativ
kömək bölməsi. 10) Vitse-prezident apparatı.
336
Milli Təhlükəsizlik Şurası (M.T.S.) prezident yanında
məsləhətçi orqanıdır. Daxili xarici və hərbi siyasət məsələlərinin
koordinasiya etməklə məşğul olur. M.T.S-in sədri ABŞ prezidentidir.
Ondan başqa sovetin daimi üzvləri vitse-prezident dövlət katibi
vəmüdafiə naziridir. M.T.S. işində məsləhətçi kimi mərkəzi
kəşfiyyatın direktoru və qərargah rəisləri komitələrinin sədri də
iştirak edir. M.T.S. aparatına prezidentin milli təhlükəsizlik
məsələləri üzrə köməkçisi başçılıq edir.
Siyasətin işlənilməsi idarəsi-prezidentin
çox olmayan
köməkçilərindən ibarətdir, onlardan biri idarənin rəisi funksiyasını
yerinə yetirir. İdarə iqtisadi və daxili siyasətinin aparılması,
koordinasiya və formula edilməsi üçün ABŞ prezidentinə məsləhətlər
hazırlayır. Bu idarə həmçinin nazirlər kabinetinin müvafiq
sovetlərinin iclaslarının işini təmin edir.
Elm və texnika sahəsində siyasi məsələlər üzrə idarəyə
əsasən elm sahəsinin nümayəndələri tərəfindən formalaşdırılır və
prezidentin elm üzrə müşaviri tərəfindən başçılıq edilir. İdarə
məsləhət işləyib hazırlayır, hansı ki, elmi-axtarış işləri haqqında
dövlət proqramını aiddir. Elmi-texniki tərəqqinin iqtisadiyyata, xarici
və hərbi siyasətə, səhiyyədə və ətraf mühitin vəziyyətinə təsirini
analiz edir və proqnozlaşdırır.
Ticarət danışıqlarında ABŞ nümayəndəsi idarəsinə səfir
dərəcəsində olan rəsmi şəxslər başçılıq edir
və onlar prezidentə tabe
olurlar. Ticarət danışıqlarında ABŞ-nın nümayəndəsi həm də
beynəlxalq çoxtərəfli və ikitərəfli danışıqların aparılmasına ümumi
rəhbərlik edir, hansı ki, ticarət və mal ehtiyatlarına aiddir. O, həm də
ABŞ-ın xarici ticarət siyasətinin formalaşmasına da ümumi rəhbərlik
edir. Tutduğu vəzifəyə görə o, ABŞ idxal-ixrac bank idarəsinin
üzvüdür.
NAZİRLƏR KABİNETİ
Nazirlər Kabineti konstitusiyasından kənar yaradılmış
prezident yanında məsləhətçi orqanıdır. Artıq ABŞ-ın birinci
prezidenti C.Vaşinqton icraedici departamentlərin bütün başçılarının
qeyri-formal iclaslarını praktikada tətbiq edir,
prezidenti
maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırdı. 1793-cü
ildə bu iclaslar kabinetin iclası adını aldı.
337
Kabinetin tərkibinə 13 federal nazirliyin başçıları daxildir,
ancaq prezident istəsə, bu tərkibə başqa vəzifəli şəxsləri də daxil edə
bilər. Kabinetin üzvləri adətən prezidentin üzv olduğu partiya üzvləri
olurlar. Kabinetin iclaslarında vitse-prezident də iştirak edir və
müzakirə edilən məsələyə aidiyyatı olan icraedici apparatın
nümayəndələri də dəvət edilə bilər. İclasların protokolu tutulmur.
İclasların ardıcıl olması və gündəlik məsələ prezidentdən aslıdır.
Prezident tərəfindən həm də kabinetin katibi təyin edilir ki, o,
iclasları hazırlasın və təşkil etsin.
İcraedici hakimiyyətin bürokratik apparatına Prezidentin
İcraedici İdarəsindən başqa ( P.İ.İ. ) nazirliklər sistemi və başqa
administrativ idarələr də daxildir. Nazirliklərin başçıları birbaşa
prezidentə tabedirlər. Prezident tərəfindən Senatın razılığı ilə təyin
edilirlər, lakin vəzifəsindən prezident tərəfindən təkbaşına azad
edilirlər. Nazirlik porfellərinin bölüşdürülməsi çətin siyasi prosessdir.
Prezident bütün qrupların maraqlarını nəzərə almalıdır. Administrativ
idarələr Konqresin təşəbbüsü ilə yaradılırlar və Konqresdə onların
vəzifələrini və səlahiyyətlərini müəyyənləşdirir. Ona görə də belə
administrativ idarələri müstəqil agentliklər adlandırırlar. Bu
idarələrin başçıları prezident tərəfindən vəzifəsindən azad edilə
bilməz. Ancaq Konqresin hüququ var ki, bu dövlət müəssisələrinə
nəzarət etsin, onların başçılarını komitələrinin iclaslarında
dinləsinlər. İndiki vaxtda federal icraedici aparatda aşağıdakı
nazirliklər var:
1) 1789-cu ildə yaradılmış Dövlət departamenti. Bu ABŞ-
ın Xarici İşlər Nazirliyidir. Konstitusiyaya görə xarici siyasət
prezidentin səlahiyyət dairəsində olduğu üçün departamentin başçısı (
dövlət katibi ) formal olaraq prezidentin xarici siyasət məsələləri üzrə
baş məsləhətçisi sayılır. Dövlət departamenti
xarici siyasətin
aparılması və işlənilməsi sahəsində prezidentə məsləhət verir və onun
tapşırığı ilə beynəlxalq danışıqları aparır, ABŞ-nı beynəlxalq
təşkilatlarda təmsil edir, diplomatik və konsulluq xidmətinin işlərini
təşkil edir. Xarici siyasət kursunu həyata keçirərkən Dövlət
Departamenti mənəvi diplomatik fəaliyyətlə kifayətlənmir və
aşağıdakı sahələrə aktiv qoşulur: hərbi və ticarət-iqtisadi siyasət,
kəşfiyyatçılıq fəaliyyəti, xarici siyasət təbliğatı,
energetika,
ekologiya, yarımfabrikat və ərzaq ehtiyatları və s.
338
2) Müdafiə Nazirliyi, 1788-1947-ci illərdə ABŞ-nın hərbi
nazirliyi olub, 1947-ci ildə bu nazirliyin yenidən təşkili əsasında o
Müdafiə Nazirliyinə çevrilib. ABŞ-ın silahlı qüvvələrinə aidiyyatı
olan məsələlərlə məşğul olur. ABŞ silahlı qüvvələrinin hərbi hazırlığı
və material-texniki təhcizatı üçün məsuliyyət daşıyır. Nazirliyin
səlahiyyət dairəsinə silahlı qüvvələrin idarəedilməsi təşkilatına
rəhbərlik etmək də daxildir.
Müdafiə naziri Senatın razılığı ilə prezident tərəfindən
mülki şəxslərin arasından təyin edir və ona ABŞ Silahlı Qüvvələrinin
Ali baş komandanının (prezidenti) əsas köməkçisi kimi baxılır.
Nazirliyin qeyri-rəsmi adı Pentoqon adlanır ( nazirliyin binasının ilə
adıdır ), onun sirrlərinin saxlanmasına ciddi nəzarət altındadır.
Müdafiə Nazirliyinin strukturuna ona tabe olan silahlı
qüvvə formasında olan 3 nazirlik daxildir: 1) ordu (quru qoşunlar); 2)
hərbi hava qüvvələri ( H.H.Q ); 3) Hərbi Dəniz Qüvvələri (H.D.Q. ).
bu nazirlər prezident tərəfindən mülki şəxslərin arasından təyin
edilirlər, onlar kabinetin üzvü deyirlər.
Müdafiə Nazirliyinin strukturuna Rəislərin Qərargahları
Komitəsi də ( R.Q.K. ) daxildir. R.Q.K. sədrdən, ordu qərargahlarının
rəislərindən, H.H.Q. və H.D.Q. və dəniz piyadası qoşunlarının
komandalarından ibarətdir. R.Q.K. geniş iş aparatına malikdir. O,
strateji və səfərbərlik planlarını hazırlayır, silahlı qüvvələrin
qurulmasının əsas proqramını və silahların inkişafı proqramını da
hazırlayır. Bu aparatın tərkib hissələri Birləşmiş Qərargah, Strateji
planlaşdırma və ehtiyatlar idarəsi, Kosmos planlaşdırılması və
istifadə edilməsi birləşmiş qərargah və s-dir. R.Q.K. ABŞ-ın hərbi
təmsilçilərinin beynəlxalq danışıqlarda iştirakını təmin edir.
Müdafiə Nazirliyinə həm də bir neçə idarələr ( agentliklər )
və ali hərbi tədris müəssisələri də daxildir. MN-nin agentlikləri:
Perspektiv axtarışlar və işləmələr idarəsi, Nüvə hərbi sursatı idarəsi,
Milli
təhlükəsizlik agentliyi, Kəşfiyyatçılıq idarəsi, Hərbi kömək
göstərilməsi idarəsi, Kartoqrafiya idarəsi, Cəbhə arxası idarəsi və s.
M.N. silahların böyük dövlət sifarişçiləridir. M.N. hərbi-
siyasi və hərbi-strateji doktrina və konsepsiyaların, canlı qüvvənin və
hərbi texnikanın tədarükçüsüdür.
3) Maliyyə Nazirliyi. Bu nazirlik 1789-cu ildə yaradılıb.
Bu nazirlik dövlətin iqtisadiyyat, maliyyə, vergi və pul-kredit siyasəti
sahəsində tövsiyyələrini hazırlayır, hökumətin maliyyə agenti kimi