ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə102/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   98   99   100   101   102   103   104   105   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

328


1900-cü ilin mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənab-

larının 1900-cü il 7 yanvar tarixli 80 nömrəli yazılı müraciəti əsasında 

mən Qazax Qəzası ikinci sahəsinin pristavı vəzifəsinin icraçısı po-

ruçik Kolomeytsev bu tarixdə gizir Paşa Xəlil ağa, mayor Əli Vəkil 

Qazaxlı  və  Pənah  bəy  Vəkilov  Qazaxlının  nə  vaxt  və  hansı  vali-

deynlərdən doğulduqlarını aydınlaşdırmaq məq sədilə dindi rilmə 

aparmaqla  Salahlı  kəndinin  uzunömürlü  sa kin ləri  Molla  Nəsib 

Oruc oğlunu, Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, İbra-

him Əfəndi oğlunu, Məmməd Pambıq Bəşi oğlunu, Əmirxan Hacı 

oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud oğlunu, yerli ruhanilər 

Molla Usub Əfəndini, Məmməd Əfəndi oğlunu və Molla Məmməd 

Zərif oğlunu dəvət etmişəm. Onların şəhadətləri inandırıcıdır və 

qabaqcadan şəha dətlə gətirilərək dindirmişəm və yuxarıda ərz olu-

nan məsələ ilə əlaqədar onlar bunları demişlər: bizə dürüst məlum 

olduğu kimi gizir Paşa ağa qanuni valideynləri – atası Xəlil ağa, ma-

yor Əli ağadan və Şəhriyar xanım Hacı Qasım ağa qızından doğul-

muşdur; mayor Əli ağa Pənah ağadan və Zöhrə xanım Abdulla ağa 

qızından, Pənah bəy isə Məmməd Şərif ağadan və anası Yetər xa-

nım Yolçu qızından doğulmuşlar. Fəqət, onların məhz nə vaxt ana-

dan olmalarını doğulduqları dövrdən xeyli ötüşdüyünə görə bilmi-

rik. Yuxarıda ərz olunanlarla əlaqədar mən, pristavın vəzifələrinin 

icrasını  qərara  aldım:  hazırkı  protokolu  tərtibləyərək  siz  Qazax 

Qəza rəisi cənablarına təqdim etmək. 

İkinci sahənin pristavı Kolomeytsev 

Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiş və 

hərbi  topoqraflar  korpusunun  kapitanı  İbrahim  bəy  Vəkilova 

onun  xahişi  əsasında  təhvil  verilmişdir.  Bunu  da  Zaqafqaziya 

Sünni Ruhani İdarəsi imza və dövlət möhürü ilə təsdiq edir. De-

kabr ayının 12-ci günü, 1901-ci il, Tiflis şəhəri.



İdarənin rəisi Zaqafqaziya Müftisi:

Mirzə Hüseyn əfəndi Qayıbzadə

Möhür.

katib: imza,

katibin köməkçisi: imza. 


Şəmistan Nəzirli

329


Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanı-

lan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il 

sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına 

daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu 

məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn 

əfəndi  Qayıbzadənin  məsləhətilə  İbrahim  Peterburqdakı  hərbi 

topoqrafiya məktəbinə daxil olur.

1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəff əqiy-

yətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən 

gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərar-

gahı şöbəsində çalışır.

Xidmətinin  ilk  illərində  Dağıstanda  topoqrafik  çəkilişlərlə 

məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rusiya-İran komis-

siyasının  tərkibində  Xəzər  dənizindən  Əfqanıstana  qədər  olan 

sərhədlərin  dəqiqləşdirilməsində  iştirak  edir.  Belə  bir  ciddi  işi 

vaxtından əvvəl – iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə 

İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şi-

re-Xorşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin 

topoqrafiya  şöbəsinə  rəhbərlik  edən  İbrahim  ağa  Qafqazın  və 

Krımın  müxtəlif  rayonlarında  topoqrafik  çəkilişlərlə  məşğul 

olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov 

dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. 

Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər 

icraçısı işləyir.

1901-ci  ildən  şöbə  rəisi  podpolkovnik  İbrahim  ağa  Vəkilov 

Qars vilayətinin Rusiya-Türkiyə sərhədlərində topoqrafik çəki-

lişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.

1912-1913-cü  illərdə  Rusiya-İran  hökumətinin  danışıqlarına 

əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmi-

ya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq 

edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərar ga-

hında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci 

il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri “Müqəddəs 

Stanislav”, “Müqəddəs Anna” və dördüncü dərəcəli “Müqəddəs 

Vladimir” ordenlərinə layiq görülür.



General Əli ağa Şıxlinski və silahdaşları

330


İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə gene-

ral-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.

Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqaf-

qaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim 

ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir.

1918-ci  ildə  o, Azərbaycan  Milli  Ordusunun  təşkilində  fəal 

çalı şanlardan  olmuşdur.  Bundan  əvvəl  Azərbaycan  hökuməti 

onu Qazax qəzasına kənd və şəhər sovetlərinin seçkilərinə rəh-

bərlik  etməyə  göndərmişdi.  Vəkilovun  nüfuzu  yeni  yaranan 

Azər baycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləş mə-

sinə güclü təkan vermişdi.

1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əm-

rilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-quberna-

toru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığı-

nacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator 

onları  tərksilah  etmişdi.  Onun  daxili  işlər  nazirinə  göndərdiyi 

1919-cu il 23 mart tarixli məlumatında bildirirdi ki, Gəncə qəza-

sında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnə-

fəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə birləşən ermə nilər 

müsəlmanlar  arasında  qırğın  törətmək  istərkən  yaxalanmışlar. 

Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.

1919-cu ilin martında Novruz bayramı münasibətilə Milli Or-

dunun paradı keçirilirdi. Respublika hərbiyyə naziri Səməd bəy 

Mehmandarov  və  bir  qrup  parlament  üzvü  parad-nümayişdə 

iştirak  etmək  üçün  Gəncəyə  gəlmişdi.  Gəncə  qarnizonundakı 

səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə nazi-

ri İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi.

Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə 

uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa 

ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi.

Ayyarım sonra (1919-cu il martın 14-də) general İbrahim ağa 

Vəkilov hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi 

topoqrafiya  şöbəsinin  rəisi  təyin  olunmuşdu.  O,  rusların  aprel 

işğalına qədər bu vəzifədə qeyrət və vicdanla çalışmışdı.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə