ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə99/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   95   96   97   98   99   100   101   102   ...   154

Şəmistan Nəzirli

319


UNUDA BİLMƏRƏM

“Bizim  Vurğunun  dolaşdığı  diyarları  qarış-qarış 

gəzib onun əfsanəvi hekayətlərini toplayıb əbədiləş-

dirən Şəmistana ən xoş arzularla”.

İsmayıl Şıxlı 

“Xatirəyə dönmüş illər”

kitabına yazdığı avtoqraf

16 iyun 1980-ci il

Mən  İsmayıl  Şıxlının  yoxluğuna  inanmıram.  O,  cismən  ara-

mızdan getsə də ruhən həmişə, hər an bizimlədir. Necə ki, “Dəli 

Kür” var, onun səhifələrindən sərt baxışlı Cahandar ağanın zəhm-

li səsi gəlirsə, İsmayıl Şıxlı yaşayır və yaşayacaqdır.

Məgər onun biz gənclərə yetmişinci illərdə elədiyi kömək likləri, 

yaxşılıqları  unutmaq  olarmı?  Mənim  cızma-qaralarımı  səbir  və 

təmkinlə  oxuyub  verdiyi  ağıllı  məsləhətlərdən,  göstərdiyi  doğru 

yoldan qazandığım nailiyyətlərin sevincini unuda bilə rəmmi?

O, qızıldan qiymətli vaxtını təkcə mən arxasıza, köməksizə 

yox, Azərbaycanın  onlarca  gəncinə  sərf  etmişdir.  Mənim  kimi 

onlarca azərbaycanlı indi iftixarla deyir ki, ədəbi aləmdə mənim 

müəllimim İsmayıl Şıxlı olmuşdur. Onun yetirmələrinə heç kəs 

irad tutub şübhə ilə baxa bilmir. Çünki İsmayıl Şıxlı adı saflıq, 

təmizlik mücəssəməsidir.

Görkəmli  yazıçı-alim  Qulu  Xəlilli  İsmayıl  Şıxlı  saflığından 

danışanda deyərdi: “Bizim çoxumuz ali məktəb müəllimləri za-

manın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl 

Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”.

Bu gün şəxsi arxivimdə saxladığım onun mürəkkəbli qələmlə 

yazdığı qeydlərinə baxır və istər-istəməz kövrəlirəm. Onun ağa-

yana, zəhmli səsi varlığımı titrədir: “Burda cızığından çıxdın”, 




General Əli ağa Şıxlinski və silahdaşları

320


“Uydurmusan”, “Yenə deyirəm, obraz şişirdilib, özü də üfürməli 

danışır”,  “Qız,  qadın  yanında  Səməd  Vurğun  belə  danışa  bil-

məzdi”. Onun bu qeydləri tənqid yox, mənim üçün iftixar idi, 

baş ucalığı idi. Hələ neçə il əvvəl telefonda İsmayıl Şıxlının dedi-

yi  sözlər  mənim  üçün  nə  qədər  əziz  və  doğmadır:  “Oxudum 

əsərini, sabah səhər saat 12-də gəl kafedraya, bir neçə məsələdə 

“dərsini verim”. Bəli, elə bu dərslər məni böyük şairimiz Səməd 

Vurğun, məşhur generalımız Əli ağa Şıxlinski və Azərbaycan ge-

neralları haqqında kitabların müəllifi elədi. Bütün bunlar üçün 

ancaq və ancaq xeyirxahım İsmayıl Şıxlıya ömürlük minnətdaram.

Ötənilki – 1994-cü il söhbətlərimizin birində deyəndə ki, İsmayıl 

müəllim, general Əli ağa Şıxlinskinin hərbi elmi əsərlərini çapa ha-

zırlayıram,  kitabda  nələri  verəcəyimi  dinləyəndən  sonra  sevinə-

sevinə öz təkliflərini də əlavə etdi. Bu xoş xəbərdən xəstəliyini belə 

unutdu. Onda kimlərin söhbətlərini xatırlamadı, atası Qəhrəman 

əfəndinin, dayısı Qiyas bəyin, Alay bəyin və nüfuzlu Şıxlinskilərin 

bir çoxunun... Mənim sevincimin üstünə bir sevinc də əlavə etdi 

İsmayıl müəllim: “Allah qoysa, ayağa durum, yaranalın (bu sözü 

deməyi yaman xoşlardı) kitabına mü qəddiməni özüm yazacağam”.

Ümidə xanım: “İsmayıl, çay buza döndü” – dedi, qalın qaşlar 

gah çatılır, gah da yarğan kimi yarılırdı. Sanki yaraşıqlı üzündə 

Kür nəhri axırdı. Belə anlarda adam ona baxmaqla doymurdu... 

Xəyal İsmayıl Şıxlını hara aparmışdı, onu bir Allah bilirdi... Mən 

də başımızın tacı, ömrümüzün varlığı İsmayıl Şıxlını sevindirə 

bildiyimlə özlüyümdə iftixar edirdim. Handan-hana əlini kres-

lonun dirsəyinə vurub:

– Nə gözəl fikrə düşübsən. Generalın kitabını bu gün biz nəşr 

etdirməsək, gələcəkdə heç kəs məşğul olub, tədqiqat aparmayacaq.

Bundan sonrakı söhbətlərimizdə, telefon zənglərində ilk sor-

ğusu general haqqında olardı:

–  Yaranalın  kitabı  nə  yerdədi?  –soruşardı.  –  Tələs,  bir  az 

tələsmək lazımdı, mən o kitabı görmək istəyirəm...

Ürəyinə  nəsə  daman  İsmayıl  Şıxlının  “tələsmək  lazımdı” 

sözlərində dərin bir kədər vardı...



iyul, 1995-ci il


Şəmistan Nəzirli

321


Ü Ç Ü N C Ü   H İ S S Ə

QƏRİBƏ TALE

Batan günəş soruşdu:

– Ehey, burda kim var, mənim işimi davam etdirsin?

Saxsı çıraq cavab verdi:

Mən əlimdən gələni edirəm, ey hökmdar.

Rabindranat TAQOR,

məşhur hind yazıcısı

Topoqraf-general İbrahim ağa Vəkilov Zaqafqazi-

yada  yeganədir  –  nə  özündən  əvvəl  və  sonra,  nə  də 

müasirləri arasında bu sahə üzrə belə ali hərbi rütbəli 

mütəxəssis olmayıb. 

Müəllif 

Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam dü-

şürdü.  Örüşdən  qayıdan  mal-qaranın  mələşməsi  kəsildi.  Yal 

gözləyən itlər zəncir gəmirir, dartınıb gah hirslə, gah da yazıq-

yazıq zingildəyirdi. Yenicə doğmaqda olan Ay Kürün sularında 

“yuyunurdu”.

Salahlı obasına qərib bir axşam düşmüşdü. İbrahimin səbri 

tamam kəsilmişdi. Tez-tez torpaq dama girib çıxır, dinclik tapa 

bilmirdi. Gözü o tayda qalmışdı. Pənah kişi isə görünmürdü. İb-

rahim bir neçə dəfə gəlib Pənah kişinin xalxalına baxıb məyus 

qayıtmışdı.  Atasının  dostu  ilxıçı  Pənah  sözünə  düz  adam  idi. 

Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin böyüyü 

İbrahimlə  davam  etdirdi.  “Nə  oldu,  görəsən,  Pənah  əmi  niyə 

gəlmədi, bəlkə...” Öz-özünə verdiyi suallar İbrahimin intizarını 

daha da artırırdı.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə