ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə97/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   93   94   95   96   97   98   99   100   ...   154

Şəmistan Nəzirli

309


kədərləndirib. General ədəbiyyatımızın görkəmli nümayəndələri 

Səməd Vurğunun “Böyük ədib” və Osmanlı Sarıvəllinin “Yaşar” 

şeirlərini məharətlə rus dilinə tərcümə edib.

General  Əli  ağa  Şıxlinskinin  şəxsi  fondunda  şair  Osman 

Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır. O, 

şair Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük drama-

turq Cəfər Cabbarlıya yazdığınız “Yaşar” və “Ölüm” şeirlərini 

türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm, tərcümə ilə ta-

nış olun, xoşunuza gəlsə, dərc etdirmək üçün rüsxət verin.

Generalın şəxsi fondundakı məktublar arasında şairin heç bir 

cavabına rast gəlmədim. Ona görə də 1980-ci ilin qışında Osman 

müəllimin görüşünə getdim. Yazılan məktubların tarixini, ilini 

ona xatırlatdım. 

– Osman müəllim, – dedim, – Sizin cavablarınızı tapa bilmə-

dim. Bəlkə, generalın məktubları Sizə çatmayıb. 

Osman Sarıvəlli narahatçılıqla:

– Mənim, – dedi, – generalın məktublarını almağım yadıma 

gəlir. Tərcümələrini də oxuyub bəyənmişdim. Sən nə danışırsan, 

a  bala,  mən  o  vaxt  çar  və  müsavat  generalına  hansı  cəsarətlə 

məktub yaza bilərdim. Axı, o vaxtlar otuzuncu illərin repressiya-

sı tüğyan eləyirdi… – Sonra təəssüflə: – Heyf ki, generalın mənə 

yazdığı məktubları da elə o vaxtlarda cırıb atmışam… Onlar çox 

məzmunlu və zərif xətlə yazılmışdı. 

Generalın “Zabitin yaddaşı” dəftərində onun həyat və məslək 

yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım Mirzə 

Hüseyn əfəndi qızına yazdığı “Ey sevdiyim, ey dilrüba”, “Ana 

və onun əziz Nigarına”, “Adi povest”, “Vitse-admiral S.Makaro-

vun  xatirəsinə”,  VII  əsr  yapon  şairi  Ş.Munetodan  “Sən  mənə 

vəhşi dedin” şeirlərinin rus dilinə tərcüməsi və başqa parçalar 

saxlanılır. 

1948-ci ilin noyabrın 28-də gecə saat ikidə dünyadan köçən 

dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə 

bitməmiş bir not qalıb. Üzeyir bəy general Əli ağa Şıxlinskinin 

həyat yoldaşına 1912-ci ildə yazdığı altıbəndlik “Ey sevdiyim, ey 




General Əli ağa Şıxlinski və silahdaşları

310


dilrüba” şeirinin yalnız iki bəndinə romans yaza bilmişdi. Ömür 

ancaq buna vəfa edib…

Klassik şairlərimiz Molla Vəli Vidadinin (1707-1808), Mustafa 

ağa Arif (1781-1842) və Kazım ağa Salik Şıxlinskilərin (1781-1842) 

nəvəsi olan tam artilleriya generalı Əli ağa Hacı İsmayıl oğlu Şıx-

linski  iki  dildə  –  rus  və  Azərbaycan  dillərində  şeir  yazmaq, 

tərcümə etmək qabiliyyətinə malik olub.

MƏNİM

Ey sevdiyim, ey dilrüba,

Səbrim, qərarımsan mənim.

Səd mərhəba, səd mərhəba

Nə türfə yarımsan mənim.

Görən səni ey nazənin,

Deyər pəh-pəh, səd afərin!

Dünyada mislin yox, yəqin,

Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,

Gözəl batin, təbiətin.

Gözəl hər işdə qeyrətin,

Namusum, arımsan mənim.

Mənim baharda bülbülüm,

Mənim qızılca sünbülüm.

Gülşənlərdə zərif gülüm,

Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm.

Çün sən Nigarımsan mənim.



Şəmistan Nəzirli

311


Mən aşiqin adı Əli,

Verdin bu dərsi bilməli.

Eşqindən olmuşam dəli,

Sən ahü zarımsan mənim.



1912-ci il

ANA VƏ ONUN ƏZİZ NİGARINA

Dənizin üstündə bir ulduz yandı,

Dalğalar vuruldu işartısına.

Oxudu, ağladı, qəmli dayandı,

Yalnız əzabları qalmışdı ona.

Kədərli qayalar, dumanlı sahil,

Gecənin qoynunda inləyirdilər.

Fikirli dayanıb onlar elə bil,

Qəmli dalğaları dinləyirdilər.

Fəryada dönmüşdü dənizin səsi;

Ulduzlar sularda yırğalanırdı.

Tənha məhəbbətin qəmli nəğməsi,

Qaya-qulaqlarda sırğalanırdı.

O uzaq göylərin dərinliyində,

Sözlü dodaq kimi səyridi ulduz.

Həsrət mənzilində, əzab dilində,

Sanki öz dərdini deyirdi ulduz.

O mavi göylərdən silinməyib iz,

Uzaq bir həsrətin ağrısı qalıb.

Kədərlə dinləyir göyləri dəniz,

Hıçqırır, inləyir, gözləri dolub…



General Əli ağa Şıxlinski və silahdaşları

312


ADMİRALIN XATİRƏSİNƏ

1

Yat, igid qəhrəman, yaşayır adın;

Yuxu qalasını tez aldın, dostum.

Şöhrət çələngi yox, sən əzab aldın,

Cəsur dəstən ilə min səddi pozdun.

O soyuq məzarın zirehli, dərin…

Matroslar çətin ki, ora baş vura.

Sulara kədərlə baxan əsgərin,

Az qalır heyrətdən bağrı yarıla.

Dəniz cəsurları qısqanır-nədir,

Onları torpağa vermək istəmir.

Okeanın dibi – o sirli qəbir,

Susub… Eşidilmir nə səs, nə səmir.

Külək için-için hıçqırır indi,

Yağışla ağlayır buludlar sənə.

Göydə top səsitək ildırım dindi,

Matəm atəşitək sərkərdəsinə…

Çarskoye-Selo, 1906-cı il

N İ G A R   O L S A ...

Nə lazımdır mənə dünya,

Əgər yanımda yar olsa.

Kim istər mali-dünyanı,

Əgər yarı Nigar olsa.

1

  1904-cü il aprelin 13-də Port-Artur döyüşlərində 



Petropavlovsk

 

zirehli  gəmisində  yaponların  qəfil  mərmi  partlayışından  həlak  olmuş 



görkəmli  donanma  xadimi,  vitse-admiral  Stepan  Osipoviç  Makarovun 

(1848-1904) şərəfinə yazılıb – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə