ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə96/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   92   93   94   95   96   97   98   99   ...   154

Şəmistan Nəzirli

305


OLMAZ

Nədəndir, ey Bəyim, əşarıma sizdən cavab olmaz,

Bu gündən böylə dəxi şeiriniz gəlsə, hesab olmaz.

Sədayi-qafiyəyə bir qəzəl yox suyi dilbərdən,

Necə səbr eyləsin dil, bundan artıq kim, əzab olmaz.

Keçib ol növcavanlıq, kimsə yad etməz məni hərgiz,

Qocalıq damənim tutmuş, dəxi zövqi-şəbab olmaz.

Gərək yad eyləsin səyyadi-tazə köhnə səyyadı,

Təsəvvür etməsin tərlan kim, üstündə üqab olmaz.

Rəqibi-kəcrovü gər yad ilə işrət qılır hər dəm,

O yerdə şəbpərə pərvaz edər kim, afitab olmaz.

Tikilmiş bir hədəfdir lövhi-sinəm tiri-müjganə,

Xədəngi-qəmzədən üşşaqlərdə ictinab olmaz.

Fəraqi-kuyi-canan odu bədtər nari-düzəxdən,

Neçə hicrani-rüsxarında yanmaz dil kəbab olmaz.

Fədai gəlsə yarın kuyinə, didarı mən, etmiş,

Neçün kim, aşiqü məşuq arasında hicab olmaz.

BU İMİŞ

Dilbərə, künci-ləbində məks edən hinduyimiş,

Bilməyib sehrinə düşmüş xalların caduyimiş.

Gənci-ruyin üzrə əfi zənn edib qıldım həzər,

Məh yüzün dövründə hər du həlqəyi-kəysuyimiş.


General Əli ağa Şıxlinski və silahdaşları

306


Ey cəbinin mihrə tən eylər çəharom çərxdə,

Gün yanında ol nazik düşmüş hilal əbruyimiş.

Hər zaman umdum vəfa gördüm cəfa səndən şəha,

Aşiqə məşuqəsi qövr eyləmək bu xu imiş.

Vədəyi-vəslinə can verdi Fədai, ey nigar,

Dəfnim et əl hökmilləh çün ki, vədə bu imiş.


Şəmistan Nəzirli

307


GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN ŞEİRLƏRİ

Əli ağa Şıxlinski Tiflisdə gimnaziyaya girdiyi ilk 

gündən  elmləri  mənimsənilməkdə  böyük  səy  göstə-

rmiş,  ikiillik  kursu  yeddi  ay  ərzində  başa  çatdıran 

yeganə  şagird  olmuşdur.  Hətta  o,  1876-cı  ildə  daxil 

olduğu kadet korpusunun 1883-cü ildə qurtarıncaya 

qədər birinciliyi əldən verməmişdir. Peterburqda Mi-

xaylov  topçuluq  məktəbində  Əli  ağa  dərslərində 

müvəffəqiyyətinə görə ilk üç əlaçı kursantlardan biri 

olaraq diqqəti cəlb etmişdir.

Hərb elmləri doktoru, professor, 

general-mayor, Dövlət Mükafatı laureatı 

Yevgeni BARSUKOV 

Tam artilleriya generalı Əli ağa Şıxlinski təkcə hərbçi olaraq 

qalmamışdır. O, hərbi-elmi publisistik məqalələrin, artilleriyaya 

aid dərsliklərin və şeirlərin də müəllifi olmuşdur. Onun “Divizi-

on miqyasında topçu manevrlərin təşkili üçün təlimat”, “Dağ və 

səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi” (1913-cü 

ildən  1916-cı  ilədək  üç  dəfə  nəşr  olunub),  1910-cu  ildə  “Səhra 

toplarının cəbhədə işlədilməsi” və “Topçu zabitləri məktəbində 

polkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi” 

kimi sanballı kitabları Peterburq və Luqa şəhərində çap olundu. 

Həmin əsərlərin surətini 1983-cü ildə Sankt-Peterburqdakı Saltı-

kov-Şedrin adına kütləvi kitabxananın nadir fondundan çıxarıb 

gətirmişəm. Əsərlər tərcümə olunub, şəxsi arxivimdədir.

1906-cı ildən 1914-cü ilə kimi Əli ağa Şıxlinski Çarskoye-Selo-

dakı Artilleriya Zabitləri Məktəbində müəllim və rəis müavini 

işləyib. 1912-ci ildə generalın təşəbbüsü ilə “Artilleriya Zabitləri 

Məktəbinin jurnalı” nəşr olunmuşdur.



General Əli ağa Şıxlinski və silahdaşları

308


1913-cü ilin payızında Artilleriya Zabitləri Məktəbinin rəisi, 

artilleriya  generalı  A.N.Sinitsın  qocalığına  görə  istefaya  çıxır. 

Jurnal  bu  münasibət  ilə  Sinitsının  portretini  və  ikinci  səhifədə 

haqqında böyük bir yazı verib. Əli ağa Şıxlinskinin iki bəndlik 

vida şeirini də dərc edib:

Yorulmaq bilmədən sən uzun illər,

Öz ağır topuna sükançı oldun.

Hər dəfə əmrinlə birləşdi əllər,

Bir ailə kimi sənin mərd ordun.

Toplardır əbədi məktəbimiz də;

Siz onun atası, tarix yazanı.

Ürəkdən salamlar göndərib sizə,

Hörmətlə önündə baş əyir hamı…

Həmin ilin payızında – 1914-cü ilin oktyabr ayına kimi Artil-

leriya Zabitləri Məktəbinin rəisi vəzifəsini general-mayor Əli ağa 

Şıxlinski aparmışdır.

General  Şıxlinski  bədii  yaradıcılıqla  da  məşğul  olmuşdur. 

Çoxlu  şeirlər,  tərcümələr  və  bədii  parçalar  müəllifi  olan  bu 

təvazökar insan heç vaxt onları dərc etdirməmişdir. Azərbaycan 

Tarix  Muzeyindəki  şəxsi  qovluğunda  və  Respublika  Mərkəzi 

Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivində,  akademik  Heydər 

Hüseynovun şəxsi fondunda general Əli ağa Şıxlinskiyə məxsus 

çoxlu sənəd və materiallar var.

Beş yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər 

də saxlanılır. Muzeydə və arxivdə saxlanan Şıxlinskinin “Zabitin 

yaddaşı” dəftərində şeirlərə, bədii parçalara, tərcümə və qeydlərə 

rast gəldik.

1900-cü il oktyabrın 21-də tərtib olunmuş “Zabitin yaddaşı” 

dəftərindəki  qeydlərdən  aydın  olur  ki,  görkəmli  dramaturqu-

muz Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti 

olub,  Cəfər  Cabbarlının  vaxtsız  ölümü  onu  hədsiz  dərəcədə 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə