ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə87/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   83   84   85   86   87   88   89   90   ...   154

Şəmistan Nəzirli

275


Təcili teleqram

1920-ci il 27 aprel

Gəncə. Birinci piyada diviziyasının rəisi, general Şıxlinskiyə

1

.

“Bolşeviklər  Yalama  stansiyasına  hücum  etdilər.  Onlar  da-

yan madan  irəliləyirlər.  Xudatı  ələ  keçiriblər.  Çıxılmaz  vəziy-

yətdəyik. Günü bu gün Qızıl Buruna Qazaxdan bir batalyon və 

Gəncədən bir batalyon göndərmənizi əmr edirəm. Hər bir batal-

yonda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını ar-

tıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqrafla bil-

dirin. Biz batalyonları sabaha gözləyirik.



Hərb naziri artilleriya generalı 

Səməd bəy Mehmandarov”.

Respublika  Mərkəzi  Dövlət  Arxivində  saxlanılan  daha  bir 

sənəd.  Hərbi  Dəniz  komissarı  Çingiz  İldırımın  və  Respublika 

bolşevik  ordusunun  müvəqqəti  Qərargah  rəisi  general-mayor 

Əbdülhəmid  bəy  Qaytabaşının  30  aprel  1920-ci  ildə  verdiyi 

əmrdə oxuyuruq:

“Birinci piyada diviziyasının rəisi, general-mayor Cavad bəy 

Şıxlinskinin tabeliyində olan, Gəncə və Zaqatala quberniyaların-

da  yerləşən  bütün  hərbi  hissələrə,  habelə  Qarabağ  bölməsinin 

dö yüşçülərinə  təcili  olaraq  XI  Qızıl  Ordunun  komandanlığına 

hərbi əməliyyatlar zamanı tabe olmasını əmr edirəm.

Bütün başqa hallarda bu hərbi hissələr əvvəlki kimi mənim 

tabeçiliyimdə qalır”.

Nə igid Cavad bəy, nə də onun mərd əsgər və zabitləri bol-

şeviklərin  bu  ədalətsiz  əmrinə  boyun  əymədilər.  Onlar  son 

güllələri qurtarana kimi Gəncə üsyanını davam etdirdilər…

1

  Bu teleqramı bəzi müəlliflər səhvən tam artilleriya generalı Əli ağa 



Şıxlinskinin adına dərc edirlər. Əvvəla, Əli ağa Şıxlinski heç vaxt birinci 

piyada  diviziyasının  rəisi  olmayıb.  İkincisi  də  Əli  ağa  Şıxlinski  1913-cü 

ildən 1917-ci ilədək general-mayor rütbəsində olmuşdur. Teleqram, haq-

qında  söhbət  açdığımız,  onun  qardaşı  oğlu  general-mayor  Cavad  bəy 



Məmmədağa oğlu Şıxlinskiyə vurulub (1874-1959) – Ş.N.


General Əli ağa Şıxlinski və silahdaşları

276


İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər Azərbaycanı 

zəbt edəndə Gəncə qaynar qazana dönmüşdü. Hamı silaha sarıl-

mışdı.  O  günlərin  hadisələrini  alay  komandiri,  polkovnik  Ca-

hangir bəy Kazımbəylinin mühacirətdə yazdığı “Gəncə üsyanı 

haqqında xatirələr”ində daha real görürük. O yazır: “…Mayın 

iyirmi üçündə səhər saat altıda növbəti fəaliyyət planını və birgə 

işləri müəyyənləşdirmək üçün şəhərdə olan birinci Azərbaycan 

diviziyasının  rəisi  general  Cavad  bəy  Şıxlinskini,  Azərbaycan 

Ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və 

süvari diviziyasının rəisi general Teymur bəy Novruzovu mü-

şavirəyə dəvət etdim. İlk iki general onların arxasınca göndərilmiş 

polk adyutantının müşayiəti ilə gəldilər. Küçələrə çıxan əhalinin 

sevincini xüsusi qeyd etmək lazımdır. Əhali polkun qərargahına 

gələn hər iki generalı “Yaşasın” sədaları ilə qarşıladı. Onları qə-

rar gaha əllərinin üstündə apardılar. Uzun müddət küçələrdə se-

vinc qışqırtısı eşidilirdi. Yalnız mənim təkidli xahişlərimdən son-

ra  kütləni  sakitləşdirmək  mümkün  oldu.  Xalq  evlərinə  dağıl-

mışdı. 


Bu  müşavirədə  general  Məmməd  Mirzə  Qacar  yerli  höku-

mətin ümumi rəhbəri və təşkilatçısı seçilir. Artilleriya generalı 

Cavad  bəy  Şıxlinski  həm  bolşeviklərdən  alınmış  artilleriyanı, 

həm də bolşeviklərin pozub-dağıtdıqları Azərbaycan artilleriya-

sını yenidən təşkil edir.

Mən öz polkuma və partizan dəstələrinin fəaliyyətinə rəhbər-

lik edirəm”.

Ədilə  xanımla  köhnə  albomu  yenidən  vərəqləyirik.  İllərlə 

arxivlərdə axtardığım general Cavad bəyin və polkovnik Rüstəm 

bəy Şıxlinskilərin fotoşəkillərinə ilk dəfə burda rast gəlirəm. Se-

vincimin həddi-hüdudu yoxdur. Yetmiş ildən çox adı, fəaliy yəti 

hərb tariximizdən yoxa çıxan iki görkəmli sərkərdəmizin qayta-

rılması üçün Ədilə xanıma təşəkkür edib ayrılıram. 

İnqilabın ilk günlərində Müsavat generalı “damğası” ilə təqib 

olunan məşhur hərbi xadimlərimiz Əli ağa Şıxlinskinin, İbrahim 

ağa  Vəkilovun,  Səməd  bəy  Mehmandarovun,  Həbib  bəy  Səli-




Şəmistan Nəzirli

277


movun, Mirkazım xan Talışxanovun, Firidun bəy Vəzirovun, İb-

rahim  ağa  Usubovun,  Qalib  bəy  Vəkilovun,  Daniyal  bəy 

Həlləcovun,  Əhməd  bəy  Dibirovun  başına  nələr  gətirilməyib? 

Vaxtlı-vaxtsız qapıları döyülüb, onlara ağla gəlməyən suallar ve-

rilib: bəy baban nə vaxt ölüb, niyə köhnə orduda qulluq eləmisən?. 

Türkiyədə, İranda neçə qohumun var? 

Azərbaycan  Demokratik  hökumətinin  polkovniki  Əhməd 

bəy Dibirovun qızı Nəcibə xanım Abdullayeva hazırda (1995-ci 

ildə) Bakının Qaqarin küçəsindəki səkkiz nömrəli evdə yaşayır. 

O, ağrılı-acılı illəri Nəcibə xanım kədərlə xatırlayır:

Atam general Əli ağa Şıxlinski ilə yaxın dost idi. Onların ən 

böyük  arzusu  bu  dostluğu  qohumluğa  çevirmək  idi.  General 

məni  qardaşı  oğlu  Cavad  bəyə  istədi.  Bu  izdivaca  atam  məm-

niyyətlə razılıq verdi. 1920-ci ilin mart ayında bizə nişan gəldi. 

Həmin  ilin  payızında  toyumuz  olmalı  idi.  Gəncə  üsyanından 

sonra hər şey tar-mar oldu. Cavad bəy xaricə mühacirətə getdi. 

Evlənmək bizə qismət olmadı…

Atam Əhməd bəy general Əli ağa Şıxlinski ilə fəxr edirdi. 

Onu böyük qardaş, görkəmli sərkərdə kimi çox sevirdi. Hətta 

generalın 1906-cı ildə Tiflisdə çəkilmiş fotoşəklini böyük ölçüdə 

çərçivəyə saldırıb evimizdən asmışdı. Atam tutulandan sonra 

nənəm həmin fotoşəkli zirzəmidə gizlətdi. Şəkil indi də Mah-

malardakı evimizdə qalır. (1993-cü ildə polkovnik Əhməd bəy 

Dibirovun nəvəsi, polkovnik Əhməd Dibirov xeyirxahlıq edib 

general Əli ağa Şıxlinskinin iriölçülü həmin fotoşəklini Bakıya 

gətirdi – Ş.N.

–  İstefaya  çıxan  atam  Balakən  rayonunun  Mahamalar  kən-

dində yaşayırdı. Otuzuncu illərdən başlayaraq çox get-gələ sal-

dılar.  Amma  onu  həbs  etmək  üçün  bir  əsas  tapa  bilmirdilər. 

Nəhayət,  həyat  yoldaşım  –  1917-ci  ildən  partiyanın  üzvü  olan 

Əmir Abdullayevi həbs etdilər. Səbəbi də bu oldu ki, müsavat 

polkovnikinin qızına evlənmisən.

…Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu 

vaxt bir xoruz onların yanındakı kötüyün üstünə çıxıb dalbadal 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə