ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə85/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   81   82   83   84   85   86   87   88   ...   154

Şəmistan Nəzirli

269


qardaşı  isə  sürgündədir,  bağışlansın,  –  deyənlər  çox  oldu.  Bu 

vaxt bizim keçmiş nökərimizin komsomolçu oğlu söz alıb kür-

süyə çıxdı. Anam ürəkləndi. Utancaq anam ilk dəfə başını qaldı-

rıb ümidlə kürsüyə tərəf baxdı. Nökərimizin komsomolçu oğlu 

Lenindən, Stalindən, proletariatdan və yeni qurulan kolxozdan 

odlu-odlu danışırdı. Bəyləri, ağaları təhqir edə-edə birdən üzü-

nü anam tərəfə tutub, əlini irəli uzatdı: – Bu, o Vəkilovlardan, o 

Şıxlinskilərdəndir ki, proletariatın qanını su yerinə axıdıb. Səsi 

alınmalıdır.  Vəssalam!  –  deyib  kürsüdən  fəxrlə  düşdü. Anamı 

işdən çıxardıb, “səsini” aldılar. Ailəmiz hökumət yanında gözü-

köl gəli oldu. Dinə bilmədi, yazıq anam.

Dünya yaxşı adamlardan xali deyilmiş, ay oğul. Bir xeyli son-

ra anam o vaxtın nüfuzlu adamları Həmid Əfəndiyevə və Sayad 

Bəhərzalova müraciət etdi. Onlar kommunist olsalar da, vicdan-

lı  adamlar  idilər. Anamın  səsini  qaytarıb,  özünü  də  işə  bərpa 

etdilər. O vaxt əmim Cavad bəy İranda sağ idi. Onda sərhəd çox 

da möhkəm deyildi, gedib-gələnlər vardı. Xəbər gətirmişdilər ki, 

general Cavad bəy Şıxlinski Ərdəbil qarnizonunun komandanı-

dır. Əmimə Azərbaycan Demokratik ordusunda general-mayor 

rütbəsi verilmişdi. Səhv eləmirəmsə, on doqquzuncu ildə veril-

diyini  anam  danışardı.  Əmim  də,  atam  da  Birinci  Dünya 

müharibəsində tatar polkunun tərkibində vuruşublar, hər ikisi 

“Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif 

olunublar. Otuz-qırxıncı illərdə o taydan, Cavad bəydən, onun 

qoçaqlığından yaxşı sədalar gələndə bizim qocalar pıçıltı ilə, eh-

tiyatla danışırdılar ki, Cavad bəy hərbi işdə atamdan da mahir 

olub. O, əmisi Əli ağa Şıxlinski qədər qoçaq imiş. 1946-cı ilə qədər 

eşidirdik  ki,  əmim  sağdır,  evlənib  iki  oğlu  –  Çingiz,  Nəzir  və 

Gövhər adında qızı var.

Cavad bəy böyük idi, yoxsa atanız Rüstəm bəy?

– Cavad əmim 1874-cü ildə anadan olmuşdu. Yaşı qırxı keçsə 

də  evlənməmişdi.  Bizim  Şıxlinskilərin  arasında  gec  evlənənlər 

var. 

– Ədilə xanım, elə general Əli ağa Şıxlinski buna canlı sübut-



dur. O da gec, qırx dörd yaşında evlənib.


General Əli ağa Şıxlinski və silahdaşları

270


– Anam danışardı ki, boy-buxunda, bacarıqda, xasiyyətdə də 

Cavad bəy əmisi Əli ağa Şıxlinskiyə oxşayırdı. Atamı da, əmimi 

də  Əli  ağa  babam  Tiflisdəki  zadəgan  balalarına  məxsus  kadet 

korpusuna qoymuşdu. Oranı bitirəndən sonra hər ikisini Peter-

burqa  aparır,  vaxtilə  özünün  oxuduğu  Mixaylov  topçuluq 

məktəbinə oxumağa qoyur (Cavad bəy bundan əvvəl Konstantin 

hərbi məktəbini birinci dərəcə ilə bitirmişdi – Ş.N.). Atam, əmim 

Cavad  bəydən  iki  yaş  kiçik  idi. Atam  Rüstəm  bəy  1877-ci  ildə 

anadan olub. Hər ikisi də Qazaxda anadan olub. Sizə danışdıqla-

rımın hamısını anam yazmışdı, ordan oxumuşam, hara qoymu-

şam,  harda  gizlətmişəm  tapa  bilmirəm…  Anam  bu  yazıları 

müharibədən qabaq yazmışdı. Deyirdim ki, ay ana, at getsin, bu 

yazılar nəyinə lazımdır. 

Birdən nə olar… Bunlara görə başımız bəlalar çəkər. Anam da 

arxaçıyınlıqla: “Yox, qızım, – deyərdi, – vaxt gələcək lazım ola-

caq, belə kişilərin adı batmamalıdır”.

– Ədilə xanım, nə general əminiz Cavad bəyin, nə də polkov-

nik atanız Rüstəm bəyin Azərbaycan milli ordusundakı əvəzsiz 

xidmətləri  itib-batmayıb.  Xalqımızın  görkəmli  oğlu  Mirzəbala 

Məmmədzadənin “Azərbaycan milli ordusunun keçdiyi yollar” 

məqaləsində onlar barədə məlumat var: “Ağdamda (1918-ci ildə) 

pulemyot  bölüyünə  məxsus  hazırlıq  məktəbi  açıldı.  Sonralar 

bolşeviklər tərəfindən edam edilən mərhum miralay (polkovnik) 

Şıxlı  Rüstəm  bəyin  idarəsi  altında  topçu  hissəsi  təşkil  edildi”. 

Müəllif yazırdı ki, yenicə yaradılan Müsavat ordusunun birinci 

diviziyasına  mirliva  (general-mayor)  Cavad  bəy  Şıxlinski  ko-

mandan təyin edildi…

* * *


Rusiya  Mərkəzi  Hərbi  Tarix  Arxivindən  aldığımız  rəsmi 

sənəddə Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşları haqqında 

məlumat verilir. Bu sənədlərdən hər iki sərkərdənin 1917-ci ilə 

qədərki fəaliyyəti göstərilir.




Şəmistan Nəzirli

271


1914-cü  il  yanvarın  12-də  tərtib  olunmuş  “Xidmət  kitabça”-

sında podpolkovnik Cavab bəy Şıxlinskinin 1874-cü ildə yanva-

rın 3-də Gəncə Quberniyasının Qazax qəzasında ağalıq nəslində 

anadan olduğu göstərilir. İbtidai hərbi təhsilini Tiflis kadet kor-

pusunda aldıqdan sonra yunker Cavad bəy Peterburqdakı Kons-

tantin hərbi məktəbini 1892-ci il avqustun 28-də birinci dərəcə ilə 

bitir dikdən  sonra  podporuçik  rütbəsi  alır.  Təhsilini  davam 

etdirmək üçün Artilleriya Zabitləri Məktəbinə daxil olur. 

Az müddət Kremençuk şəhərindəki artilleriya batareyasında 

xidmət edir. 1895-ci il mayın 9-da 39-cu artilleriya briqadasına 

ezam olunur. O, briqadada tədris işləri üzrə müəllim vəzifəsinə 

təyin olunur. 1896-cı il avqustun 18-də Qazax qəzasına ezam olu-

nan  Cavad  bəy  süvari  ordusuna  at  toplamaq  üçün  göndərilir. 

Sonrakı  illərdə  Qars  və  Aleksandropol  şəhərlərində  xidmətdə 

olan Cavad bəy Şıxlinski 1901-ci il avqustun 19-da ştabs-kapitan 

rütbəsi alır. 

1904-cü  ildə  Qars  şəhərində  beşinci  batareyanın  komandiri 

olan Cavad bəy həmin il martın 28-də xidmətdə fərqləndiyinə 

görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olu-

nub. 


Xidmət yeri tez-tez dəyişdirilən Cavad bəy İranda, İrəvanda, 

Tiflis quberniyasının Qombarı, Muxrovan ərazilərində, Çarskoe-

Seloda  müxtəlif  hərbi  vəzifələrdə  ləyaqətlə  qulluq  etmişdir. 

1913-cü il fevralın 21-də ona Romanovlar sülaləsi çarlığının 300 

illiyi münasibəti ilə xatirə medalı və podpolkovnik rütbəsi verilir.

Sənədlərdə  göstərilir  ki,  xidmətə  başlayan  gündən  həmişə 

nümunəvi zabit kimi qulluq etmiş, heç vaxt töhmət almamışdır. 

Öhdəsinə düşən tapşırığı vaxtında və ləyaqətlə yerinə yetirmişdir.

1913-1914-cü illərdə podpolkovnik Cavad bəy Şıxlinski 23-cü 

İri Çaplı artilleriya divizionuna komandir təyin olunur. 1916-cı il 

fevralın 10-da Cavad bəy 45-ci artilleriya briqadasında dördüncü 

batareyanın  komandiri  olur.  1917-ci  il  aprelin  22-də  isə  Cavad 

bəy Şıxlinskiyə polkovnik rütbəsi verilir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə