ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə83/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   79   80   81   82   83   84   85   86   ...   154

Şəmistan Nəzirli

263


lı  Məmməd  Koxa  Mahmudov,  Söyün  bəy  Sübhanverdixanov, 

Mədəd  bəy  Vəkilov,  Əskiparalı  Mikayıl  ağa,  Cahangirbəylə 

çiyin-çiyinə  verib  erməni  daşnaklarına,  gürcü  menşeviklərinə 

qarşı vuruşaraq torpağımızı qorudular.

Mən də “Azərbaycan tarixi” kitabından oxuduğum bir epizo-

du onlara danışdım.

– Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil 

hansı fabrikin – Ş.N.) gündəlik əmək haqqının artırılması üçün 

tətil eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də 

artırır. Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə imtina 

edirlər. Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Ca-

hangir bəy Şıxlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına 

çağırıb  onları  həbslə  hədələyir.  Əmr  edir  ki,  işə  başlasınlar. 

Polislər də fabriki mühasirəyə alırlar. Lakin tətilçilər inadla öz 

tələblərinin  ödənilməsinə  nail  olurlar,  onların  əmək  haqqı  beş 

qəpikdən on beş qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım 

saat azaldılır…

Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı 

dedi: – Yalandı, oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim 

Qazaxda elə bir fabrik olmayıb. Bizdə indi də, o vaxt da xırda 

xalça, kəlağayı, dondurma və konfet sexləri var. Bizdə inqilab-

dan  əvvəl  belə  sexlərin  və  dükanların  sahibkarları  Hacı  Rəsul 

uşağı adı ilə tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa 

qardaşlar vardı. Onlar da xeyirxah, kasıba, yetim-yesirə əl tutan 

oğullar idi. Dükanlardan biri kəlağayı alanda, birini də bağışla-

yırdılar. Onlar xırda-para şeylərin alverçisi deyirdilər, əsl tacir 

idilər. Mən əsrdən (XX əsr) böyüyəm, nə təhər olub ki, bu boyda 

tətili  nə  görmüşəm,  nə  də  eşitmişəm.  Yalan  yazır  o  oxuduğun 

“Azərbaycan tarixi” kitabı…

Yaxşı tanıdığım bir tarixçi professorun kitabından aşağıdakı 

cümlələri oxuyanda o vaxt mən də general Cavad bəy Şıxlinski-

nin xalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik 

bu cümlələri də Abdulla müəllimə oxudum: “Müsavat generalı 

Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, ge-




General Əli ağa Şıxlinski və silahdaşları

264


neral Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Xan Xoyski 

qardaşları və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar. 

Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki min-

lik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər. Ma-

yın 26-da qiyamçılar hərbi cəbbəxananı ələ keçirdilər, dəmiryol 

vağzalını  tutdular.  Müsavatçılar  şəhər  əhalisi  içərisində  bol şe-

viklər,  qızıl  əsgərlər  əleyhinə  hər  cür  böhtanlar  yayır,  guya 

bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, – deyə 

fitnə-şayiələr yayırdılar”.

Cümlələri oxuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq 

barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:

–  Bu  cümlələrdəki  “böhtan,  fitnəkar,  şayiə”,  “əksinqilabçı” 

söz lərini pozsaq, “qiyam və qiyamçıları” isə igid, üsyankar söz-

ləri ilə əvəz etsək, professorun fikirləri düz olar.

Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə 

ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya 

vardı, nə də aşkarlıq.

1991-ci ildə arxivdə rast gəldiyim bir kitab məni çox sevindir-

di. Sevindim ki, nə general Əli ağa Şıxlinskinin yazdığı, nə də 

onun qohumunun dediyi səhv olmadı. 1912-ci ildə Qafqaz cani-

şinliyinin mətbəəsində nəşr olunmuş “Kavkazski kalendar” sor-

ğu kitabı bunu bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində 

belə bir qeyd var: “Otuz doqquzuncu artilleriya briqadasının ko-

mandiri general-mayor Kalin, birinci rotanın komandiri isə kapi-

tan Cavad bəy Şıxlinskidir”. 

Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca ola-

raq  oxuculara  təqdim  edirəm.  Ona  görə  ki,  orada  xalqımızın 

görkəmli hərbçi oğulları haqqında məlumat verilir.



Dörd yüz yetmiş səkkizinci səhifədən:

– Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi ge-

neral-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya 

briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışxanov, 

Qafqaz  canişinliyinin  hərbi  qərargahında  ştalmeyster  (orduda 

süvari zabiti – Ş.N.) Bəhram xan Naxçıvanski xidmət edirlər.




Şəmistan Nəzirli

265


Yüz otuz altıncı səhifədən:

 Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy 

Vəkilovun,  Qarasaqqalda  İsfəndiyar  bəy  Muradovun  (general 

Ə.Şıxlinskinin bacısı oğludur. Az müddət Qazax qəzasının rəisi 

olub.  1920-ci  ilin  mayında  Gəncə  üsyanının  iştirakçısı  adı  ilə 

məçhur ədəbiyyatşünas Firidun bəy Köçərli, doktor Məcid bəy 

Vəkilov, müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər 

tərəfindən Gəncədə güllələnib – Ş.N.) Qazax qəzasında starşina 

köməkçisi  Cahangir  bəy  Şıxlinski  və  Məcid  bəy  Şıxlinskinin 

fəaliyyətindən danışılır.

Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əli ağa Şıxlinskinin 

iyirmi  ikinci  artilleriya  briqadasında  birinci  polkun  komandiri 

olduğu göstərilir.

“Kavkazski  kalendar”dakı  bu  tapıntılarımdan  sonra  cəsarət 

edib 1990-cı ilin sentyabrında “Bizim generallar” verilişində ge-

neral  Cavad  bəy  Şıxlinski  haqqında  sorğu  ilə  çıxış  elədim.  İki 

gün keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıxışınıza qulaq as-

dım. Çox sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm 

bəy Şıxlinskilər haqqında az-çox məlumat verdiniz. Amma heç 

birinin şəklini göstərmədiniz.

– Yoxdur, – dedim, – qardaş, heç bir arxivdən şəkillərini tap-

maq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə 

onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər 

sənin babandırsa, kömək elə, şəkillərini tapaq.

– Var, – deyə xəttin o başındakı adam inamla bildirdi.

Mən sevinclə:

– Harda, kimdə? – soruşdum. 

– Qazaxda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə 

telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə 

həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə 

inanmır. Sizin verilişə baxıb, indi özü Qazaxdan zəng eləmişdi 

ki, qəzetdə dərc olunan yazılarını oxuyuram, verilişinə də bax-

dım, şəkilləri ona etibar eləyə bilərəm…




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə