Şəmistan Nəzirli
263
lı Məmməd Koxa Mahmudov, Söyün bəy Sübhanverdixanov,
Mədəd bəy Vəkilov, Əskiparalı Mikayıl ağa, Cahangirbəylə
çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü menşeviklərinə
qarşı vuruşaraq torpağımızı qorudular.
Mən də “Azərbaycan tarixi” kitabından oxuduğum bir epizo-
du onlara danışdım.
– Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil
hansı fabrikin – Ş.N.) gündəlik əmək haqqının artırılması üçün
tətil eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də
artırır. Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə imtina
edirlər. Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Ca-
hangir bəy Şıxlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına
çağırıb onları həbslə hədələyir. Əmr edir ki, işə başlasınlar.
Polislər də fabriki mühasirəyə alırlar. Lakin tətilçilər inadla öz
tələblərinin ödənilməsinə nail olurlar, onların əmək haqqı beş
qəpikdən on beş qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım
saat azaldılır…
Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı
dedi: – Yalandı, oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim
Qazaxda elə bir fabrik olmayıb. Bizdə indi də, o vaxt da xırda
xalça, kəlağayı, dondurma və konfet sexləri var. Bizdə inqilab-
dan əvvəl belə sexlərin və dükanların sahibkarları Hacı Rəsul
uşağı adı ilə tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa
qardaşlar vardı. Onlar da xeyirxah, kasıba, yetim-yesirə əl tutan
oğullar idi. Dükanlardan biri kəlağayı alanda, birini də bağışla-
yırdılar. Onlar xırda-para şeylərin alverçisi deyirdilər, əsl tacir
idilər. Mən əsrdən (XX əsr) böyüyəm, nə təhər olub ki, bu boyda
tətili nə görmüşəm, nə də eşitmişəm. Yalan yazır o oxuduğun
“Azərbaycan tarixi” kitabı…
Yaxşı tanıdığım bir tarixçi professorun kitabından aşağıdakı
cümlələri oxuyanda o vaxt mən də general Cavad bəy Şıxlinski-
nin xalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik
bu cümlələri də Abdulla müəllimə oxudum: “Müsavat generalı
Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, ge-
General Əli ağa Şıxlinski və silahdaşları
264
neral Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Xan Xoyski
qardaşları və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar.
Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki min-
lik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər. Ma-
yın 26-da qiyamçılar hərbi cəbbəxananı ələ keçirdilər, dəmiryol
vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində bol şe-
viklər, qızıl əsgərlər əleyhinə hər cür böhtanlar yayır, guya
bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, – deyə
fitnə-şayiələr yayırdılar”.
Cümlələri oxuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq
barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:
– Bu cümlələrdəki “böhtan, fitnəkar, şayiə”, “əksinqilabçı”
söz lərini pozsaq, “qiyam və qiyamçıları” isə igid, üsyankar söz-
ləri ilə əvəz etsək, professorun fikirləri düz olar.
Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə
ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya
vardı, nə də aşkarlıq.
1991-ci ildə arxivdə rast gəldiyim bir kitab məni çox sevindir-
di. Sevindim ki, nə general Əli ağa Şıxlinskinin yazdığı, nə də
onun qohumunun dediyi səhv olmadı. 1912-ci ildə Qafqaz cani-
şinliyinin mətbəəsində nəşr olunmuş “Kavkazski kalendar” sor-
ğu kitabı bunu bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində
belə bir qeyd var: “Otuz doqquzuncu artilleriya briqadasının ko-
mandiri general-mayor Kalin, birinci rotanın komandiri isə kapi-
tan Cavad bəy Şıxlinskidir”.
Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca ola-
raq oxuculara təqdim edirəm. Ona görə ki, orada xalqımızın
görkəmli hərbçi oğulları haqqında məlumat verilir.
Dörd yüz yetmiş səkkizinci səhifədən:
– Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi ge-
neral-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya
briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışxanov,
Qafqaz canişinliyinin hərbi qərargahında ştalmeyster (orduda
süvari zabiti – Ş.N.) Bəhram xan Naxçıvanski xidmət edirlər.
Şəmistan Nəzirli
265
Yüz otuz altıncı səhifədən:
– Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy
Vəkilovun, Qarasaqqalda İsfəndiyar bəy Muradovun (general
Ə.Şıxlinskinin bacısı oğludur. Az müddət Qazax qəzasının rəisi
olub. 1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə
məçhur ədəbiyyatşünas Firidun bəy Köçərli, doktor Məcid bəy
Vəkilov, müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər
tərəfindən Gəncədə güllələnib – Ş.N.) Qazax qəzasında starşina
köməkçisi Cahangir bəy Şıxlinski və Məcid bəy Şıxlinskinin
fəaliyyətindən danışılır.
Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əli ağa Şıxlinskinin
iyirmi ikinci artilleriya briqadasında birinci polkun komandiri
olduğu göstərilir.
“Kavkazski kalendar”dakı bu tapıntılarımdan sonra cəsarət
edib 1990-cı ilin sentyabrında “Bizim generallar” verilişində ge-
neral Cavad bəy Şıxlinski haqqında sorğu ilə çıxış elədim. İki
gün keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıxışınıza qulaq as-
dım. Çox sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm
bəy Şıxlinskilər haqqında az-çox məlumat verdiniz. Amma heç
birinin şəklini göstərmədiniz.
– Yoxdur, – dedim, – qardaş, heç bir arxivdən şəkillərini tap-
maq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə
onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər
sənin babandırsa, kömək elə, şəkillərini tapaq.
– Var, – deyə xəttin o başındakı adam inamla bildirdi.
Mən sevinclə:
– Harda, kimdə? – soruşdum.
– Qazaxda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə
telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə
həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə
inanmır. Sizin verilişə baxıb, indi özü Qazaxdan zəng eləmişdi
ki, qəzetdə dərc olunan yazılarını oxuyuram, verilişinə də bax-
dım, şəkilləri ona etibar eləyə bilərəm…
Dostları ilə paylaş: |