ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə91/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   87   88   89   90   91   92   93   94   ...   154

Şəmistan Nəzirli

287


1924-cü  ildə  seminariyanı  müvəffəqiyyətlə  bitirən  Səməd 

Vəki lova ən yaxşı xasiyyətnaməni də Alay bəy Şıxlinski vermiş-

dir. 

Alay bəy məşhur Qazax qazisi Sadəddin əfəndi Müftizadənin 



(1837-1916) qızı Güləndam xanımla ailə qurmuşdu. Əmisi oğlu 

Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba xanım da 

qazi Sadəddin əfəndinin qızı idi. 

Qiyas bəyin Türkiyədəki fəaliyyəti haqqında məlumatı hazır-

da İqdırda yaşayan qardaşı oğlu Turan Həsən bəy oğlu Alqazax-

dan almışıq

1

.

Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə 



Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət mü-

fəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi. 

Rus-sovet  hökumətinin  şikayətindən  sonra  Qiyas  bəy  və 

dostları Vana sürgün edildi. Van yolunda yerləşən Karaköşedən 

Qiyas bəy Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:

– Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bil-

mək istəyirəm.

Atatürk:


– Başınızın salamat olması üçün bunu etməlisiniz.

– Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin, ya da icazə 

verin Karaköşedə qalaq.

Atatürk:


– Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm. 

1

  Sıxlinskilər  nəslinin qədim  soyadıdır. Bu  barədə Əli  ağa  Şıxlinski 



“Xatirələrim” kitabında geniş məlumat verir. O yazır: “Atam İsmayıl ağa 

Alqazax oğlu Şıxlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. 

Bizim  ulu  babamız  Ağdolaq  Məmməd  ağa  Qazax  qəzasına  Şəmkirdən 

köçüb gəlmişdir. Onun iki oğlu vardı, böyük oğlu Şıxı – çox ağıllı və sakit, 

kiçiyi  Alqazax  –  çox  igid,  amma  dəlisov  bir  adam  idi.  Mən  Alqazaxın 

nəslindənəm... Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, 

kiçik oğuldan olan bizim nəsil isə Alqazax oğlu familiyasını qəbul etdi. 

Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri 

üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladılar, bi-

zim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi”.




General Əli ağa Şıxlinski və silahdaşları

288


Qiyas bəy:

Sağ olun, Paşam.

Atatürkün  əmri  ilə  yerləşdirmə  və  əmlak  məmurları  Qiyas 

bəyə köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz 

gücünə yaşamağa üstünlük verdi.

İkinci Dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Al-

maniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə 

əsasən  Qiyas  bəy  Şıxlinskinin  başçılığı  ilə  Türkiyədə  yaşayan 

Qafqaz xalqları geri qayıdıb Sovet İttifaqını daxildən dağıtmaq 

üçün yeni bir cəbhə açmalı idilər. Lakın Qiyas bəyin “dostların-

dan” İman Bolluq adlı birisi bu məlumatları ruslara 20000 (min) 

lirəyə satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahla-

rı ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə, 

Qiyas  bəy  mühakimə  olundu.  Ona  edam  cəzası  kəsildi.  Bu 

hadisədən  xəbər  tutan  Almaniya  hökuməti  Türk  hökumətinə 

belə bir ultimatum verdi:

– Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik.

Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olu-

nur.  O,  Gümüxanaya  sürgün  edilir.  Qiyas  bəy  1949-cu  ildə 

yenidən Qarsa, 1955-ci ildə Ağrıya gəlir. 1965-ci ildə isə Bandır-

mada  yerləşmişdir.  1970-ci  ildə  el-oba,  qohum-qardaş  həsrətli 

Qiyas  bəy  vəfat  etdi.  Qiyas  bəy  Şıxlinski  Ağrıda  yaşayanda 

evləndi, üç oğlu və iki qızı oldu.

Şıxlinskilər  Türkiyədə  ulu  babaları  Alqazaxın  adını  soyad 

kimi daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazax 

(1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qa-

zanmışdır. 

1990-cı  ilin  qışında  sevimli  xalq  yazıçısı  İsmayıl  Şıxlı  ilə 

mənzilində söhbət edirdim. Söhbətimizin əsas mövzusu general 

Əli ağa və onun general qardaşı oğlu Cavad bəy Şıxlinskilər idi. 

Həmin illərdə general Əli ağa Şıxlinskinin iki cildini çapa hazır-

layırdım.  Ona  görə  də  İsmayıl  müəllimlə  tez-tez  görüşürdük, 

onun köməyinə ehtiyacım var idi. Söhbətarası bığaltı xoş təbəs-

sümlə gülümsünən İsmayıl Şıxlı:




Şəmistan Nəzirli

289


– Sənə mənim bir hədiyyəm var, – dedi. – Dur, o kitab rəfinin 

üstündəki qovluğu bura gətir.

Qovluqdan  çıxan  nəsli  haqqında  nadir  bir  sənədi  və  iki 

fotoşəkli İsmayıl müəllim mənə bağışladı.

Fotoşəklin birində Qiyas bəy 1952-ci ildə Türkiyədə ailəsi ilə 

birgə  çəkilmişdir.  Digər  şəkildə  isə  polkovnik  Çingiz Alqazax 

təsvir olunmuşdur.

– Çingiz bəy, – dedi, – Türkiyədə Hərbi Aviasiya Məktəbini 

bitirib,  paraşüt-desant  idmanı  üzrə  Avropa  çempionu  olub. 

Türkiyə Silahlı Qüvvələrində şərəflə xidmət edən Çingiz bəy Al-

qazax yüksək vəzifələr tutmuşdur. Əlli dörd yaşında vəfat edib. 

Sonuncu vəzifəsi Hərbi Aviasiya Eskadrilyasının komandiri ol-

muşdur. 

Dayısı  Qiyas  bəylə  bağlı  kövrək  bir  epizodu  İsmayıl  Şıxlı 

1989-cu ildə qələmə alıb. Bu təsirli hadisə 1952-ci ildə tənqidçi 

Məsud Əlioğlugildəki qonaqlıqda olub.

“...Mir  Cəlal  müəllim  hiss  edilmədən  qabağıma  pivə  qoy-

muşdu.  Mən  hərdənbir  qurtum  alırdım.  Bunu  Səməd  Vurğun 

gördü.

– Ə, o nədir, içirsən? Kişi araq içər, araq iç. Neyləyim, yorğun 



vaxtıma düşübsən, yoxsa sənə necə içməyi göstərərdim. 

Mənə araq süzdü. 

Hiss etdim ki, gözü üzümdədir. Amma xəyalı hardasa uzaq-

lardadır.  Onu  da  başa  düşdüm  ki,  mənim  üzümə  baxa-baxa 

uşaqlıq dünyasına qayıtmışdır. Bəlkə də bu saat Kür sahilində, 

Qarayazı meşəsində gənclik dostları ilə gəzir, bəlkə... 

Birdən elə bil dirçəldi. Qamətini düzəldib qarmon çalan Fey-

ruza baxdı:

– Ə, a bala, bir “Motanı” çal.

Ayağa  durdu.  Məni  də  qaldırdı.  Qabaq-qənşər  oynamağa 

başladıq. Burada da gözünü üzümdən çəkmirdi. Ortada bir xey-

li fırlanandan sonra gördüm ki, oynaya-oynaya məni küncə doğ-

ru aparır. Ev böyük idi. Köhnə binaların hamısında olduğu kimi 

tavan  hündür,  qapı-pəncərə  genişdi.  Küncə  çatanda  dayanıb 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə