ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə94/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   90   91   92   93   94   95   96   97   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

298


Əlimdən gedibdi yarü yoldaşım,

Qan-yaş dolu bir ümmanə düşmüşəm.

Mən Arifəm, bir Qazağı göreydim,

Camaatla halallaşa bileydim.

Elə o gün obamızda öleydim,

Deyəydim ki, haqq məkanə düşmüşəm.

Kazım ağa Salik Şıxlinskinin bayatı boğçası

Hər  dəfə  Respublika  Əlyazmalar  İnstitutunda  işləyən  dos-

tum  Seyfəddinin  yanına  yön  salanda  maraqlı  bir  faktın  şahidi 

oluram.


…Təxminən on-on iki il əvvəlin söhbətidir. Bir günortaüstü 

yenə dostuma baş çəkməyə gəldim. İş otağı bağlı idi. Geniş foye-

nin açıq pəncərəsindən onun məşhur alim Məmmədağa Sulta-

novla yanaşı oturduğunu gördüm. Həyətə düşüb onlarla görüş-

düm. Məmmədağa müəllim Seyfəddinə ötən illərdə görüşdüyü 

xas kişilərdən maraqlı söhbətlər edirdi. Belə söhbətlərin vurğu-

nu  olduğumdan  cınqırımı  çıxarmadan  mən  də  oturub  diqqət 

kəsildim. Bu nurani kişi, gözəl alim elə dəqiqliklə və yığcam da-

nışırdı ki, adam istər-istəməz ona həsəd aparırdı. Fasilə vaxtı ol-

duğundan  o,  bir-iki  dəfə  ötəri  saatına  baxıb  ayağa  durdu.  Bir 

neçə addım atar-atmaz zəndlə mənə baxıb:

– Seyfəddin, – dedi, – səni qonağın gözləyir, məni də hökumət 

işi. Gedək...

Seyfəddin əlini çiynimə qoyub:

– Qonağım jurnalistdir, – dedi, – tarixi əhvalatlarla, Sizin haq-

qında danışdığınız kişilərin söhbətlərilə çox maraqlanır.

Məmmədağa müəllim təəccüblə mənə baxıb:

– Suyu şirindi, tanış gəlir, – dedi, – harada görmüşəm anlaş-

dıra bilmirəm. 

–  Mənim  dostumdu.  Tez-tez  gəlir  bura.  Televizorda  çıxış 

eləyəndə görə bilərsiniz. Ən çox da hərbi verilişlərdə çıxış edir.



Şəmistan Nəzirli

299


– Generallardan, sərkərdələrdən danışır, eləmi? 

Özüdür ki, var. – Seyfəddin sevinclə cavab verdi.

Mən ürəklənib:

– Məmmədağa müəllim, – dedim, – təkcə generallarla yox, 

həm də keçmiş şairlərlə maraqlanıram. Xüsusilə, XIX əsrin və XX 

əsrin  əvvəllərində  yaşayıb-yaratmış  sənətkarların  həyatından 

mütaliə eləməkdən çox xoşum gəlir. Sizin bu sahədə xidmətiniz 

çox böyükdür. Amma icazə verin soruşum, niyə indiyədək Ab-

basqulu ağa Bakıxanovun tam külliyyatı nəşr olunmayıb? Siz bu 

sahə ilə neçə illərdi ki, məşğul olursunuz. Nə vaxtadək təkrar-

təkrar bir cildliyi oxuyacağıq? Orada əsərlərinin əksəriyyəti də 

ixtisarla nəşr olunub. Qarşıdan Abbasqulu ağa Qüdsinin 190 illi-

yi gəlir, heç olmasa, onda oxuya biləcəyikmi?

– Haqlı sualdı, haqlı tələbdi, oğul. Hələ bir neçə il əvvəl (o 

dəqiq dedi, amma mən unutmuşam) Abbasqulu ağanın əsər lə-

rinin tam külliyyatını nəşrə hazırlayıb təqdim etmişəm. Nəşriy-

yata gedib-gəlməkdən daha utanıram. Hələ dəqiq bir şey hasil 

olmur. Yüz doxsan illiyinə söz verirlər, amma bilirəm ki, yalan 

deyirlər.  Üzüm  də  gəlmir  deyəm  ki,  ay  nəşriyyat  işçisi,  oğul, 

mənə  niyə  yalan  danışırsan?  Görək,  ya  qismət,  amma  laqeyd 

millətik,  klassiklərimizə  laqeyd…  Sən  ondan  dissertasiya 

yazırsan-nədi?

– Yox, – dedim, – sadəcə olaraq yaradıcılığının vurğunuyam. 

Bir də mənim ən çox xoşuma gələn şair Abbasağa Nazir Qayıb-

zadədir. Siz onun rübailərini “Keçmişimizdən gələn səslər” al-

manaxında  dərc  etdirmisiniz.  Məndə  bir  “Bəyani-halım”  adlı 

poeması və xeyli də şeirləri var. İstəyirəm, onun və inqilabdan 

əvvəl  yazıb-yaratmış  qazaxlı  şairlərin  əsərlərini  toplu  halında 

nəşr elətdirəm. Bir xeyli toplamışam. Amma sizin köməyiniz ol-

masa, bu işin öhdəsindən çətin gələm…

– Yaxşı fikirdi, xüsusilə, Nazir inqilabdan sonra tədqiqatsız 

qalan şairdir. Bilirsənmi, Nazir harda dəfn olunub?

– Bilirəm, Qazaxda, doğma kəndi Salahlıda, qəbrini ziyarət 

də eləmişəm. 1919-cu il dekabrın 31-də vəfat edib. Onun ölümü 

Firidun bəy Köçərlini yandırıb-yaxıb.



General Əli ağa Şıxlinski və silahdaşları

300


Getməyi unudan Məmmədağa müəllim həvəsə düşüb:

Qulaq as, gör bir Nazir yana-yana nə deyir:



Nazir, bədənin xakilə yeksan olacaq,

Dərda ki, vücudun evi viran olacaq.

Tən rifğət edib əslinə xak olsa nə qəm,

Səd heyf ki, gənci-nəzm pünhan olacaq.

Buradan oxucu elə başa düşməsin ki, Nazir hər şeydən əlini 

üzmüş, həyatdan küskün bir insandır. Xeyr. Nikbin bir şair olan 

Nazir bu rübaisində deyir ki, mən öz ölümümə heyfsilənmirəm. 

Heyfsilənirəm  ki,  məndən  sonra  şeir  xəzinəsi  pünhan  olacaq. 

Məndə  şair  Abbasağa  Nazir  Qayıbzadənin  şeirləri,  qəzəl  və 

tərcümələri çoxdur. Bu günlərdə Kazım ağa Salik Şıxlinskinin də 

bayatılarını tapmışam. Gələrsən yanıma verərəm, sal onları da 

kitaba.

Müdrik söhbətlərindən doymasam da, onun ayaq üstə qal-



mağına  qıymırdım.  Məmmədağa  müəllim  pilləkənin  yanına 

kimi ötürdüm. O, ayaq saxlayıb:

–  Gələn  çərşənbə  gözləyəcəyəm,  –  deyib  asta  addımlarla 

mərmər pillələri qalxdı.

Onun dediyi vaxtda görüşünə gəldim.

– Otur, mən deyim, sən yaz, – dedi. 

…Xalqımız üçün qiymətli poetik söz xəzinəsi qoyub getmiş 

görkəmli şairimiz Kazım ağa Salik Şıxlinskinin (1781-1842) baya-

tılarını möhtərəm oxucularımıza təqdim edirəm.

Heç  vaxt  oxucu  nəfəsi  görməyən,  bu  dadlı-tamlı  söz 

incilərində doğma Qazağın füsunkar təbiəti və Salikin vüsalına 

yetmədiyi ilk məhəbbəti vəsf olunur.

Bayatıları mənə təqdim edən mərhum professor Məmmədağa 

Sultanova Allah rəhmət eləsin. Qoy, müqəddəs torpaq ona qu 

tükü qədər yumşaq olsun.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə