ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə90/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   86   87   88   89   90   91   92   93   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

284


etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 av-

qustunda  dindirilmiş  şahidlərdən  Əliyev  Zeynal  Mehrəli  oğlu 

təkzib  etdi:  “Bağırov  çox  vaxt  keçmiş  müsavat  fəallarını  öz 

tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun 

Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı 

Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Mi-

lis  rəisi  işləyərkən  Şıxlinski  sovet  hökumətinə  heç  bir  yardım 

göstərməyib və heç bir xeyirli iş görməyib.

Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan 

istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə he-

sablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi. 

Təqribən  1930-cu  ildə  yerli  hökumət  cinayətkar  fəaliyyətini 

ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.

Bu ifadələri istintaq zamanı müttəhim T.M.Borşev də təsdiq 

etdi: “Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu 

yaxşı tanıyır. O vaxtlar Qiyas bəy Şıxlinski bununla fəxr edirdi.

İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siya-

si  İdarəsinin  rəhbər  işçiləri  arasında  dəfələrlə  Bağırovla  yaxın 

münasibətindən danışırdı”.

Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sü-

but olunur.

Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cina yət-

lərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olun-

mamışdır. Bundan  əlavə,  Qiyas  bəy  Şıxlinski  1930-cu  il  mayın 

12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqla-

rından  və  antisovet  fəaliyyətdə  şübhələndiklərindən  şikayətlə-

nən də, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:

“Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu bia-

bırçılıqlara  son  qoyun.  Nəticəsi  barədə  mənə  mayın  21-dək 

məlumat verin”.

Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıx lin-

skiyə  o  vaxtlar  Azərbaycan  Baş  Siyasi  İdarəsi  Gəncə  vilayət 

şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış ve-

rildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı 




Şəmistan Nəzirli

285


yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona 

heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.

Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə 

Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı”. 

Qiyas  bəy  Şıxlinski  1909-1914-cü  illərdə  Qori  şəhərindəki 

Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi. 

* * *

Sovet  çekistləri  tərəfindən  daima  təqib  olunan  Qiyas  bəy 



dəstəsilə  Gəncəbasar  və  Dilican  dağlarında  gəzib-dolanır. 

Nəhayət, 1931-ci ilin yanvar ayında Qazax, Dilican və Allahverdi 

rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir. 

Dəstədə onun yaxın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı 

Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil 

bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi So-

vet hökumətinə nifrət edən oğullar vardı. 

Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayo-

nunun  xüsusi  idarəsinin  rəisi  Xoren  Qriqoryan  Şıxlinskilər 

nəslinə qənim kəsilir. O, bu nəslin yaxın və uzaq qohumlarının 

əksəriyyətini  həbs  edib  sürgünə  göndərir.  Qiyas  bəyin  anası 

Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin 

iki  qardaşını  isə  güllələdilər.  1935-ci  ildə  Qiyas  bəyin  arvadı 

Badisəba  xanım  Sadəddin  əfəndi  qızı,  onun  yeddi  yaşlı  qızı 

Əzizə  xanım  və  1915-ci  il  təvəllüdlü  oğlu  Qiyasla  birgə  sosial 

təh lükəli ünsür kimi noyabrın 11-də üç il müddətinə Qazaxısta-

na sürgün edildilər.

Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy Şıxlins-

kinin ailəsindən də yan keçmədi. Qazax enkevedesi Xoren Qri-

qoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin 

əmisi qızı Şəkər xanım Adil bəy qızını (xalq yazıçısı Mehdi Hü-

seynin analığı) sürgünə göndərdi. 

İkinci Şıxlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində 

anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıxlinski ibtidai təh si-

lini  kənd  məktəbində  almışdı.  1897-ci  il  sentyabrın  1-də  Qori 



General Əli ağa Şıxlinski və silahdaşları

286


Müəllimlər Seminariyasına daxil olan Alay bəy 1902-ci ildə oranı 

əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala Quberni-

ya İdarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə 

Qazax  seminariyasında  riyaziyyat  müəllimi  olmuşdur.  1926-cı 

ildə sovet hökuməti Alay bəyi, Məhəb bəy Vəkilovu və Məcid 

ağa  Şıxlinskini  “keçmişin  qalığı”  kimi  səsvermədən  məhrum 

etdi. 

“Yuxarılara” şikayətlər yazan Alay bəy və dostlarına Azər-



baycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi (1892-

1937)  zəmanət  vermişdir  ki,  hər  üç  nəfər  uzun  illərdir  xalq 

müəllimi kimi xidmət edirlər. Keçmişdə onları polis orqanların-

da işləməyə qəza seçki komissiyası təyin etmişdir. Sovetləşmədən 

sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yox-

dur. 


1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin 

katibliyinə “məxfidir” dərkənarı ilə yazılan bu məktubdan sonra 

onların səsvermə hüququ özlərinə qaytarılmışdır. 

Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay 

bəyi yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən be-

zib cana doyan Alay bəy Şıxlinski başına dəstə toplayıb Altıntaxt 

yaylağına gedib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas 

bəylə birgə Türkiyəyə mühacirətə getdi. Ömrünün axırına kimi 

İqdırda yaşadı. 

Qazax seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy 

xalq  şairi  Səməd  Vurğunun,  Osman  Sarıvəllinin,  xalq  yazıçısı 

Mehdi Hüseynin, professor Mehdixan Vəkilovun, görkəmli ma-

arifçi  Mirqasım  Əfəndiyevin  və  onlarca  seminaristin  müəllimi 

olmuşdur. 1924-cü il buraxılışında müəllim və tələbələrlə birgə 

çəkilmiş fotoşəkildə Alay bəy də var. 

Müəllim Alay bəy Şıxlinskinin dərslərini dərhal mənimsəyən, 

çətin  məsələ  və  misalları  alıcı  quş  kimi  göydə  tutan  Səməd 

Vəkilovun haqqında Alay bəy demişdir:

– Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan 

görünməmiş bir şey çıxacaqdır. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə