ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə88/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   84   85   86   87   88   89   90   91   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

278


banlayır. Səbri tükənən atam zəhlə tökən xoruza zarafatla: “Ay 

xoruz, – deyir, – sən də komsomol kimi nə qışqır-bağır salmı-

san”. Xırdaca bir daş atıb xoruzu qovur. Bir azdan evə qayıdan 

atamı yarıyoldan qaytarıb orqana apardılar. Sorğu-suala tutdu-

lar  və  günahlandırdılar  ki,  sən  nə  haqla  komsomolu  təhqir 

etmisən. Onu Sibirə sürgün etdilər. Atam o gedən oldu. O gündən 

mən “xalq düşməni”nin qızı və “xalq düşməni”nin həyat yoldaşı 

oldum. İki ay sonra bizə xəbər verdilər ki, atanız türmədə ürək 

partlamasından vəfat etdi.

* * *


İyirminci ildə rusca dərc olunan “Kommunist” qəzeti gene-

rallarımızın  və  ziyalılarımızın  təqib  olunması  barədə  kifayət 

qədər yazılar verib. Azərbaycan bolşeviklər partiyasının orqanı 

olan bu qəzetin səhifələrini vərəqləyəndə Azərbaycan və onun 

övladları haqqında ürəkaçan heç nəyə rast gəlmirsən. Əgər iyir-

minci  ilə  qədər  Azərbaycan  tarixindən  bixəbər  olan  adam  bu 

qəzeti vərəqləsə, istər-istəməz düşünər ki, bu xalqda ziyalı yox 

imiş, bu xalq quldur, sərgərdan, əksinqilabçı, rüşvətxor və oğru 

imiş. 

Yeni bolşevik hökuməti Azərbaycanda özünü möhkəmlətmək 



üçün  XI  Ordunun  gücü  ilə  hər  cür  alçaqlığa  əl  atıb.  Evləri 

müsadirə, ziyalıları həbs edib, güllələyib, qəddar və vəhşi hərə-

kət lərini həyata keçirib.

Qəzetin 1920-ci il 29 iyun tarixli nömrəsində oxuyuruq:

“Gəncə  Quberniyasının  Fövqəladə  Komissiyası  elan  edir: 

Gəncə  Quberniyasının  Fövqəladə  Komissiyası  aşağıda  adı 

çəkilən ailələri girov saxlayır: Qacarlar, Kazımbəyovlar, Şıxlin-

ski lər, Xanxoyskilər ailəsini və Gəncədə iki yüzə yaxın görkəmli 

burjuaziya sinfindən olan şəxsləri.

Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə 

yaxalanarsa, həmin şəxs dərhal sorğu-sualsız güllələnəcəkdir”.

“Kommunist” qəzetinin 1920-ci il 30 iyun tarixli nömrəsində 

yazılır:  “Gəncə.  İyunun  28-də  Tiflisdən  gələn  yoldaşlar  xəbər 



Şəmistan Nəzirli

279


verirlər ki, Azərbaycan əksinqilabçılarının hamısı Tiflisin küçə-

lərində veyllənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı, general 

Cavad  bəy  Şıxlinski,  Teymur  bəy  Novruzov  və  bütün  Şamxor 

bəyləri də oradadırlar.

Nəsib  bəy  Yusifbəyov  Konstantinopola  gedib.  Tiflisdə  belə 

bir şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına 

görə Xan Xoyski müsavatçılar tərəfindən qətlə yetirilib

1

. Həm də 



xəbər verilir ki, Gürcüstanda sovet qoşunları ilə toqquşmada Za-

qatala dairəsindəki gürcü əsgərləri onlara güllə atmaqdan imti-

na ediblər. Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü 

olub”. 


“Kommunist” qəzeti, 6 iyun 1920-ci il tarixli nömrəsində:

“General Şıxlinski həbs olundu. Gəncə, 3 iyul. Məşhur əksin-

qi labçı  və  Gəncə  üsyanının  təşkilatçısı  general  Cavad  bəy  Şıx-

linski cinayət axtarış idarəsinin milis rəisi tərəfindən həbs oluna-

raq Tiflisdəki xüsusi dəstənin sərəncamına verilmişdir.

Gürcülər həbs olunan general Cavad bəy Şıxlinskini ona görə 

günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən 

(1918-20-ci  illər  nəzərdə  tutulur  –  Ş.N.)  gürcü  zabitlərini  zorla 

hərbi işə cəlb etmişdir.

Axırıncı  cümlə  tamamilə  yalan  və  iftiradır.  Əvvəla,  tam 

məsuliyyətlə demək olar ki, “gürcü zabitləri zorla hərbi işə cəlb 

edilmişdir” sözləri gürcü və Azərbaycan xalqı arasında təfriqə, 

iğtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç vaxt 1918-1920-

ci  illərdə  gürcülər  zorla Azərbaycan  ordusuna  çağrılmamışlar. 

Əksinə,  onlar  könüllü  olaraq  Azərbaycan  Milli  Ordusunda 

xidmət etmişlər. Hazırda Respublika Mərkəzi Dövlət Arxivində 

saxlanan sənədlər arasında onlarca gürcü əsgər və zabitlərinin 

bizim orduda könüllü qulluq etmək haqqında ərizə və raportları 

1

  Əslində Azərbaycan  Respublikasının  Xarici  işlər  naziri  Fətəli  xan 



Xoyski 1920-ci il iyunun 19-da bolşeviklərin muzdla tutduğu erməni qatili 

Aram Yevkanyan və Misak Qriqoryan tərəfindən Tiflisdə arxadan atdıqla-

rı güllə ilə öldürülmüşdü – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

280


saxlanılır. Onların arasında yüksək rütbəlilər də var: Azərbaycan 

hərbiyyə  məktəbinin  rəisi,  general-mayor  Konstantin  Davudo-

viç Çxeidze, 1919-cu ildə birinci süvari diviziyasının Qərargah 

rəisi Amaşukelli, general-kvartirmeyster V.D.Karqaleteli, gene-

ral knyaz Makayev, general-mayor Aleksandr Purselidze və baş-

qaları.


Hətta V.D.Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı 

nümunəvi hərbi xidmətinə görə 167 nömrəli əmrlə general-ma-

yor rütbəsi ilə təltif olunmuşdur.

O  dövrün  tarixçisi  Cahangir  Zeynaloğlu  “Müxtəsər  Azər-

baycan tarixi” kitabında mart hadisəsindən danışanda gürcü pi-

yada  bölüyünün  təmənnasız  köməyini  unutmur.  O  yazır:  “O, 

Tiflisdəki  Mavərayi-Qafqaz  hökumətinin  lütf  və  mərhəmətilə 

müsəlman ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, 

düşmən  qarşısına,  Kürdəmirə  göndərildi.  Dəstə  birinci  tatar 

(Azərbaycan – Ş.N.) süvari alayı ilə yenidən təşkil edilmiş ikinci 

süvari alayı, bir gürcü piyada bölüyü və bir Gəncə topçu batare-

yasından ibarət idi. Gürcü bölüyü Bakı məsələsində gürcülərin 

müsəlmanlar  ilə  birlikdə  hərəkət  etmələrinə  bir  əlamət  və 

müsəlmanlara kömək olaraq göndərilmiş idi”.

O vaxtkı Azərbaycan-Gürcüstan münasibətlərindən onlarca 

belə  fakt  söyləmək  mümkündür.  Lakin  yeni  gələn  bolşevik 

hökumətinin  general  Cavad  bəy  Şıxlinski  və  gürcü  zabitləri 

barədə yazdığı fakt isə iki millət arasında suyu bulandırmaqdan 

başqa bir şey deyil.

Rusca “Kommunist” qəzetinin bundan sonrakı nömrələrində 

nə general Cavad bəy Şıxlinski, nə də Teymur bəy Novruzovun 

haqqında heç bir məlumat verilmir. Bundan sonra Cavad və Tey-

mur bəylərə əli çatmayan bolşeviklər Azərbaycanı tərk etməyən 

hərbçi oğullarımızın tutatutuna başlayıblar. 

Qəzet 19 iyul 1920-ci il tarixli nömrəsində yazır:

“Azərbaycan  Sovet  Sosialist  Respublikasının  İnqilabi  Səhra 

Məhkəməsi iyulun 17-də general-qubernator Teymur bəy Məlik 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə