ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə93/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   89   90   91   92   93   94   95   96   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

294


Kazım  ağa  Şıxlinski  özünə  Salik  (ərəbcə  “düz  yolla  gedən” 

deməkdir) təxəllüsü götürmüşdür. Firidun bəy Köçərli yazır ki, 

Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki va-

hid Qazax mahalında, bəlkə, tatami Zaqafqaziyada zühur edən 

şairlərin müqtədirlərindən birisi hesab olunur.

1781-ci ildə Şıxlı kəndində ağalıq ailəsində anadan olan şair 

ev təhsili almışdı. Həmin illərdə Şıxı ağanın, Ağdolaq Məhəmməd 

ağanın  və  Alqazax  ağanın  övladları  əsasən  Kür  çayının  sahi-

lindəki Qazaxlı, birinci və ikinci Şıxlı kəndlərində sakin idilər. 

Böyük sərkərdə Əli ağa Şıxlinski də 1865-ci il martın 3-də ulu 

babasının  adını  daşıyan  Qazaxlı  kəndində  anadan  olmuşdu. 

Həmin  kənd  1927-ci  ildə  Kür  çayı  bərk  daşdığına  görə  əhalisi 

Aşağı Salahlıya, Qazaxbəyliyə, Şıxlıya və qəza mərkəzi Qazaxın 

özünə köçüblər. Kənd xəritələrdən belə silinib, indi yurd yeri qa-

lıb. 

Kazım ağa Şıxlinski öz nəsli haqqında bir şeirində belə mə-



lumat verir: 

Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,

Şıxlı qəryəmizdir, həm bizik ol qəryə ezazi

1

.

Anası nəcib Dilbazilər nəslindən olan Kazım ağa Şıxlıda dün-

yaya gəlib, altmış bir il ömür sürmüşdür. Qəbri Şıxlı kəndindədir. 

Zəmanəsinə  görə  kamil  biliyi  olduğuna  görə  Kazım  ağa  fars, 

türk  və  cığatay  dillərində  qəzəl,  qoşma  və  müxəmməslər  yaz-

mışdır.


Şair farsca yazdığı bir beytində deyir ki:

Şeir qoşanda Salik qəvvas olarsa,

Qəzəl dənizindən gövhərlər çıxarar.

Kazım ağa Şıxlinskinin böyük qardaşı Mustafa ağa rus ordu-

sunda mayor rütbəsində xidmətdə idi. 1826-1830-cu illərdə Qaf-

1

  E z a z i   – hörmətli-izzətli




Şəmistan Nəzirli

295


qazda istilaçı ruslara qarşı tez-tez üsyanlar olduğuna görə nü-

fuzlu bir şəxs kimi Mustafa ağadan şübhələnir və dekabristlər 

üsyanının təsiri qorxusu ilə vahiməyə düşən canişin general-ley-

tenant A.P.Yermolov Mustafa ağanı Sibirə sürgün etdir. Həmin 

illərdə  Şıxlı  qəriyəsindən  mindən  çox  kəndli  üsyan  edib  vergi 

verməkdən boyun qaçırır. Sürgündən Molla Vəli Vidadinin oğlu, 

alim və fazil bir şəxs olan Osman Əfəndiyə (1785-1850) nəzmlə 

məktub yazıb rica edir ki oğlu Əli ağanın təhsilində göz olsun, 

onu məktəbi buraxmağa qoymasın.

Olma tarik dərsdən, ey nuri-canım Əli!

Pəndimi eylə qəbul, ey xanü-xaqanım Əli!

Var ümidim etməyə zaye Əfəndi səyini,

Qoyma dərsdən bir kəm-kəsir Osmanım Əli!

Mən səninçün eylərəm xeyir-dualar ruzu şəb,

Saxlasın hifzü himayətində sübhanım Əli!

Gərçi, ey dil, mən Əbubəkrü Ömər, osmaniyəm,

Həqq imamımdır mənim ol şiri-mərdanım Əli!

Olsun, Arif, həşrdə əvvəl şəfin Mustafa,

Sonra Əbubəkrü Ömər, Osmanü aslanım Əli!

Şair, Mustafa ağa Arifin oğlu Əli ağa sonralar məşhur Muğan 

alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yaz-

dığı  “Müxəmməs”ində  (M.F.Axundov.  Əsərləri,  I  c.,  səh.  344) 

belə xatırlayır:

Tiflis müsəxxər sənə, ey duxdəri-tərsa!

Aşiqlərinə məbəd olub deyrü kəlisa!

Məndən sənə vəsf istədi Şıxlı Əli ağa,

Dedim səni vəsf etməyə mənəndi-Məsiha,

Rühulqüdüs imdadı gərək nitqi-Məsiha.

Bəzi  tədqiqatçılar  Mirzə  Fətəli Axundov  “Müxəmməs”ində 

adı çəkilən Əli ağanı məşhur general Əli ağa Şıxlinski hesab edir. 



General Əli ağa Şıxlinski və silahdaşları

296


Bu  fakt  tamamilə  səhvdir.  Çünki  Əli  ağa  Şıxlinski  1865-ci  ildə 

anadan olub. Hələ anadan olmayan Əli ağa Şıxlinski Mirzə Fətəli 

ilə necə görüşə bilərdi?

Mustafa ağanın “Arif” təxəllüsü ilə sürgündən yazdığı qoş-

maları və oğlu Əli ağaya qəzəlləri az da olsa qalmışdır. 

Dərdli şair Kazım ağa Şıxlinski qardaş həsrətli şeirində yazırdı:



Biri Arif, ona cövr etdi dövran 

Ki, qürbətdə şəhidü-mübtəladır.

Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan sənədlərdən 

məlum  olur  ki,  Mustafa  ağa  Arif  Şıxlinski  1845-ci  ildə  Kazan 

şəhərində vətən həsrəti ilə şəhid olub.

1993-cü ildə görüşdüyüm görkəmli geoloq, şairin təxəllüsünü 

ad kimi daşıyan, nəvə Arif Şıxlinskinin (1929-1995) yaddaşından:

– Nənəm Aişə xanım həmişə babam Mustafa ağa Arifi kədərlə 

yad  edərdi.  İllaha,  evdə  mənim  adım  çəkiləndə  nənəm  dərhal 

vaxtı  ilə  babamın  Sibirdən  göndərdiyi  qoşmasının  bir  bəndini 

qəmli-qəmli zümzümə ilə oxuyardı:



Üstümə gələydi bir pak müsəlman,

Üzümə örtəydi ağı, ey fələk.

Sibir yolunu fikr eyləməkdən,

Əridi ürəyin yağı, ey fələk. 

Rusiyada sürgündə olanda Mustafa ağa Arif ən çox mək tub-

laşdığı  qardaşı  Kazım  ağa  Şıxlinski  olmuşdur.  Bu  məktublar 

nəzmlə yazılıb: 



Din qönçəsi qan olub, açılmaz,

Yüz min gər ola bahar, sənsiz.

Ey gül, gecə-gündüz Arif ağlar,

Bülbül kimi zar-zar sənsiz.


Şəmistan Nəzirli

297


Kazım ağa Şıxlinskinin cavabından:

Canım çıxar oldu həsrətindən, 

Ömrüm gedər oldu badə sənsiz.

Çəkmiş həvəsin şikəstə Salik,

Nə qövmə baxar, nə yadə sənsiz.

Mustafa  ağa  Arifin  Respublika  Əlyazmalar  İnstitutun 

arxivində saxlanan “Düşmüşəm” qoşmasında qohum-qardaşını, 

ömrünün əlli yaşı ötdüyünü qubar hissi ilə yad edir. Şair bircə 

arzu ilə yaşayır. Qürbətə nifrət, vətənə məhəbbətin ülviliyi ona 

inam aşılayır. Ümid edir ki, bircə tezliklə obası Qazaxı görsün, 

ondan sonra ölsün, onda bilərəm ki, haqq məkana düşmüşəm. 

Başına döndüyüm elim, ulusum,

Nə müddətdi pisilyanə

1

 düşmüşəm.

Gülüstan içində ömür sürmüşdüm,

On ildir ki, zimistanə düşmüşəm.

Diyari-qürbətdə dərdim bilən yox,

Ağlayanda göz yaşımı silən yox,

Ömür keçdi, bir yanıma gələn yox,

Elə bil ki, qəbristanə düşmüşəm.

Biqeyrətlər durdu mənim qəsdimə,

Utanmayıb böhtan atdı üstümə.

Odlanıram, gələn yoxdu tüstümə,

Baş götürüb biyabanə düşmüşəm.

Çoxdandı əllini ötübdü yaşım,

Tutulub qıçlarım, ağarıb başım.

1

  P i s i l y a n  – 



поселение

 sözünün təhrif olunmuş formasıdır, 



sürgün


 deməkdir – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə