ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə82/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   78   79   80   81   82   83   84   85   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

260


“1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leyte-

nant Baumqarten mənim komandamı gözdən keçirərkən briqa-

da komandiri knyaz Ximşiyevə göstərib dedi: “Bu zabit çox ağıl-

lı  adamdır,  onu  sənə  təqdim  edirəm”.  Knyaz  Ximşiyev  cavab 

verərək dedi: “Siz onu yunkerlikdə görmüsünüz, biz isə on ildir 

ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk”. Bu 

təftişin  nəticələri  haqqında  təlim  komandasının  rəisi  əmr-

naməsində yazırdı: “Otuz doqquzuncu topçu briqadasının təlim 

komandası sevindirici bir vəziyyətdədir…”. Sonra o, öz əmrində 

komandanın  başqa  komandanlarla  olan  bütün  üstünlüklərini 

göstərib, mənə təşəkkür elan etdi.

…1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bi-

zim  briqadaya  keçdi.  Topçu  rəisi  general-leytenant  Parçevski 

dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən 

azaddırlar.  Çünki  onun  üçün  əmisi  Əli  ağa  Şıxlinski  kimi  bir 

örnək vardır”. 

1983-cü  ildə  generalın  “Xatirələrim”  kitabını  yenidən  nəşrə 

hazırlayanda  ona  “Qeydlər  və  izahlar”  fəsli  yazmalı  oldum. 

İstər-istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi 

ilə maraqlandım. Bu barədə Bakıda heç nə tapmadım. Bir dəfə 

Qazaxa  gedəndə  ağbirçəklərdən,  ağsaqqallardan  soruşdum  ki, 

Əli ağa Şıxlinskinin hərbçi qardaşı oğlunun adı nə olub? Onlar 

da sorğuma sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu 

deyirsən, generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və 

Rüstəm bəy Şıxlinskilər.

Bəli, ortaya bir çətinlik də çıxdı.

Eşitdim  ki,  polkovnik  Rüstəm  bəyin  qızı  Qazaxda  yaşayır. 

Zəng eləyib görüşmək istədim. Ədilə xanımla telefon söhbətimiz 

görüşməyə  körpü  salmadı.  Mətbuat  işçilərindən  giley-güzar 

elədi. Dedi ki, “Dəli Kür” filmi çəkiləndə bir rejissor bizdən xey-

li şəkil apardı, hələ də geri ala bilmirik, hətta, Əli ağa babamın ağ 

at üstündə çəkilmiş yeganə şəkli belə it-bata düşdü. 

Haqlı  giley  idi.  Bu  söhbətdən  sonra  mən  də  Ədilə  xanımla 

görüşməyə inad eləmədim. O, telefonda elə qəmli danışırdı ki, 




Şəmistan Nəzirli

261


əzizlərinin  nadir  fotoşəkillərinin  onun  üçün  nə  qədər  ağır  itki 

olduğunu çox gözəl başa düşdüm. Bir də hiss elədim ki, Cavad 

bəy Şıxlinski haqqında danışmağa ehtiyat edir… 

Az sonra Şıxlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış ol-

dum. Sözarası həmin cavan zabitin adını soruşdum. O, inamla 

bildirdi ki, Əli ağa babamın ehtiyat edib adını çəkmədiyi cavan 

zabit Cavad bəy Şıxlinski idi. Onun dediyinə inanıb, “Xatirələrim” 

kitabının 211-ci səhifəsinə belə bir izahat yazdım: “Həmin cavan 

zabit  sonralar  general-mayor  rütbəsinə  qədər  yüksələn  Cavad 

bəy Məmməd ağa oğlu Şıxlinski olub”.

General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd 

ağanın hansı illərdə yaşadığını dəqiqləşdirmək üçün Əli ağa Şıx-

linskinin  yaddaşı  köməyinə  gəldi:  “Buma  (Qəbələ  rayonunda 

kənddir – Ş.N.) və Qutqaşenə gəldikdə eşitdim ki, İsmayıl bəy 

Qutqaşenə şair, həm də məşhur, şanlı bir adammış, özü də qut-

qaşenli imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalni-

kinin müavini olan doğma, həm də məndən iyirmi beş yaş bö-

yük olan qardaşım Məhəmməd ağa Şıxlinski söylədi” (Ə.Şıxlins-

ki. Qutqaşınlı haqqında, Əlyazmalar İnstitutu, arx. 38, Q-11 [250]). 

Məhəmməd ağa Şıxlınski haqqında yenə generalın “Xatirələr” 

kitabından: “Atam rus dilini bilməzdi. Məndən iyirmi beş yaş bö-

yük  olan  qardaşım  çar  konvoyuna  göndərildi.  Atamdan  aldığı 

pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. 

O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o za-

mankı  asan  proqramlar  üzrə  zabitliyə  imtahan  verdi  və  süvari 

korneti adını aldı. Halbuki onun yoldaşları ancaq bir ildən sonra 

milis praporşiki ola bilmişdilər. Məndən iyirmi iki yaş böyük olan 

ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaş-

larım isə uşaqkən ölmüşdülər” (səh.14-də, 1984-cü il nəşri).

Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci 

ildə, kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-

ci  ildə  isə  vəfat  etmişdir.  Poruçik  Məhəmməd  ağa  isə  1889-cu 

ildə dünyadan köçüb.



General Əli ağa Şıxlinski və silahdaşları

262


Generalın yaxın qohumuna inansam da, özümdə bir inamsız-

lıq, narahatçılıq vardı. Arxivlərdə işləyəndə Cavad bəyin adına 

rast gəlmirdim. Heç olmasa fotoşəklini belə tapa bilmirdim. Ax-

tarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda 

məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əli ağa Şıx-

linskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya bil-

mirdim. Generalın iki yüz səhifəlik “Xatirələrim” kitabında on-

larca  hərbçinin  və  müxtəlif  peşə  adamlarının  vəzifəsini,  ad-

familini dönə-dönə hərbi ensiklopediyalarla tutuşdurmuşdum. 

Səksən  yaşlı  qoca  generalın  yazdığı  kitabda  zərrəcə  səhv  tapa 

bilməmişdim.

General  xatirələrini  yazanda  1942-ci  il  idi.  Otuz  yeddinci  il 

hələ  davam  edirdi.  1920-ci  ildə  istilaçı  XI  Qızıl  Orduya  qarşı 

Gəncədə üsyanın fəal başçısı olan general Cavad bəy Şıxlinski 

İrana qaçmışdı. Ona görə də general onun adını yazmağa cəsarət 

etməmişdi.

Bəs nə etməli? Haradan, necə öyrənməli general Cavad bəy 

Şıxlinskinin fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun 

haqqında yazacağım məqalənin dərcinə heç kəs yaxın durmaya-

caq.


Qazax ağsaqqalları isə məni şirnikləndirirmiş kimi xeyir-şər 

məclislərində onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrən-

mək istəyəndə “qalsın gələn dəfəyə” – deyib, söhbətin mövzusu-

nu  dəyişirdilər.  Sözün  tam  mənasında  oxunu  atıb,  yayını 

gizlədirdilər.  Hiss  edirdim  ki,  qorxurlar,  ehtiyat  edirlər.  Onlar 

hardan biləydilər ki, dövr dəyişəcək, tarixin qaranlıqlarına işıq 

düşən gün gələcək. İndi həmin vaxt gəlib, amma çox təəssüf ki, o 

yaxşı  məlumatlı  kişilər  yoxdur.  Onlar  general  Cavad  bəy  və 

onun  polkovnik  qardaşı  Rüstəm  bəy  haqqında  söz-söhbəti  də 

özləri ilə o dünyaya apardılar. Onlardan yalnız Abdulla Babanlı 

müəyyən mətləblərdə mənə kömək etdi. 

Yadımdadır,  elə  oradaca  söhbət  polkovnik  Cahangir  bəy 

Şıxlinskidən düşdü. Bir neçə ağsaqqal onun 1918-1920-ci illərdəki 

fəaliyyətindən fəxrlə söhbət açdı. Dedilər ki, bu illərdə Daşsalah-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə