ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə78/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   74   75   76   77   78   79   80   81   ...   154

Şəmistan Nəzirli

247


Döyüşən  əzizlərimizin  təhlükəsindən  səksəkəyə  düşmək-

dənsə,  biz  onun  səhhətinin,  sağlamlığının  qeydinə  qalmalıyıq. 

Sülh, əmin-amanlıq çağlarına biz ailəmizin kişi xeylağının qullu-

ğunda dayanırıq: çalışırıq hər şeyi elə sahmanlayaq ki, ömrümü-

zün-günümüzün  fərəhi  xidmətdən  qayıdıb  gələndə  evdə  həm 

mənəvi, həm də ruhən dincələ bilsin. Əməlli-başlı yeyib-içməyə, 

istirahət  etməyə  onun  kifayət  qədər  vaxtı  olmadığı  üzündən, 

doğrusu,  çoxlarımızın  ürəyindən  ağrılar  keçib.  Müharibədə 

onun vəziyyəti müqayisəolunmaz dərəcədə çətindir. Elə də olur 

ki, o, mərmi gurultusu, güllə vıyıltısı altında ac-susuz, yuxusuz 

günlər  keçirir.  Təsəvvürə  gətirəsən  gərək  –  tapşırılan  vəzifəni 

yerinə yetirməkdən ötrü, varlığı titrədən, əsəbləri tarıma çəkən 

xoşagəlməz  şəraitdə  öz  dəyanətini,  zəka  aydınlığını  qoruyub 

saxlamaq  üçün  bizim  əzizimizə,  görün,  nə  qədər  böyük  iradə 

əzmkarlığı, əsəb gərginliyi lazım gəlir? Bu hələ harasıdır? Təkcə 

öz fəaliyyətini deyil, idarə olunması ona tapşırılmış qeyrilərinin 

hərəkətlərinə başçılıq etmək işində də şəxsi təşəbbüs göstərmək 

tez-tez onun üzərinə düşür.

 Mən qəlbimin dərinliyində əminəm ki, hər bir sevən qadın 

müharibədə könül həmdinimin görəcəyi işin müəyyən hissəsini 

öz  üzərinə  götürməyi  cani-dildən  arzulayır.  Təəssüf  ki,  indiki 

halda  bu  baxımdan  əlimizdən heç  nə  gəlmir.  İmkan  daxilində 

gücümüz buna çatar – özümüzü elə tutmalıyıq ki, əzizimizin biz 

sarıdan beli bərk olsun, evin güzəranı, qayğıları onun müharibədə 

keçirəcəyi hər cür həyəcanlara əlavə olunmasın.

Biz yaxın kimsələrimizi “Hara gedirsən, hara?, Sənsiz vay gü-

nüm  qara…”  deyə-deyə  uğurlamamalıyıq:  biz  təmkinlə  xeyir-

dua verməli, ona təlqin etməliyik ki, o özünün əvəzinə ailədə, 

ocaqda zəif, aciz məxluq deyil, ruhən güclü, təhlükənin gözünə 

düz baxmağı bacaran sadiq, sevən dost qoyub gedir və həmin bu 

sadiq dost lazım olarsa uçunub gələr onun yanına. Öz nəvazişilə 

ovundurar, qadasını alar onun…

Ruhdan  düşməmək,  özümüzü  möhkəm  ələ  almaq  üçün, 

əvəzsiz  əzizimizə  lazım  gələn  məqamda  şəfqət  göstərməyə 




General Əli ağa Şıxlinski və silahdaşları

248


imkanınız  olsun,  deyə  sağlamlığımızı  həmişəkindən  daha  çox 

qorumaq üçün, yola düşənimizə bəslədiyimiz atəşin bizə həyan 

olsun. 

“Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyəti”ndəki xidmətlərinə 



görə müfti Mirzə Hüseyn əfəndi Qayıbovun həyat yoldaşı Səadət 

xanım cəmiyyətin fəxri üzvü, qızı Nigar xanım isə ömürlük üzvü 

seçilmişlər.

yanvar, 1993-cü il 

GECİKMİŞ VÜSAL

(Sənədli hekayə)

Mənim  ölüm  tariximi  sevimli  Nigar  xanımın 

vəfatı günü ilə hesablayın. 

general Əli ağa Şıxlinski

Nigar  xanım  Şıxlinskayanın  iyirminci  əsrin  əvvəllərində 

çəkilmiş bir fotoşəkli var. Şəkildə o, oğlu ilə birgə təsvir olunub. 

Bizə yaxşı məlumdur ki, general Əli ağa Şıxlinski ilə iyirmi iki 

illik birgə yaşayışdan Nigar xanımın heç bir övladı olmayıb. Bəs 

onda Xosrov bəyin atası kimdir? Bunun qısa tarixçəsi var.

Nigar xanımın atası Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi 

Qayıbzadə Əli ağanın anası Şahyəmən xanımın əmisi oğlu idi. 

Zaqafqaziya müftisi kimi məsul vəzifədə çalışan Mirzə Hüseyn 

on iki yaşından Əli ağanın təlim-tərbiyəsi ilə özü məşğul olmuş-

dur. Onu Tiflisə gətirib Semyon Monastırsevin şəxsi gimnaziya-

sına oxumağa qoymuşdur. İllər keçəcək ömrünün son illərində 

bu  əvəzsiz  yaxşılığı  xatırlayan  Əli  ağa  Şıxlinski  yazacaq:  “Ata-

anam həmişə kənddə yaşadığına görə mən tamamilə Mirzə Hü-

seyn əfəndinin himayəsinə keçdim. Sonrakı tərbiyəm bütünlüklə 

onun  əlində  oldu.  Bu  adamın  nəsihətləri  və  örnək  ola  biləcək 

şəxsi  həyatı  mənə  o  qədər  böyük  təsir  bağışlamış  və  mənim 

xasiyyət və dünyagörünüşümdə o qədər dərin iz buraxmışdır ki, 

mən hər cəhətdə diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam”.



Şəmistan Nəzirli

249


Əli  ağanın  təlim-tərbiyəsində  əvəzsiz  xidmətləri  olan  müfti 

ilk  vaxtlar  qızı  Nigarla  onun  ailə  qurmasına  razılıq  vermişdi. 

Arada hələ heç bir nişan-filan olmasa da Peterburqdakı Mixay-

lovski Topçuluq Məktəbində təhsilini davam etdirən Əli ağa ilə 

qızının yazışmasından da xəbərdar idi. Müdrik müfti Mirzə Hü-

seyn yaxşı bilirdi ki, qeyri-adi istedada malik olan Əli ağanın çox 

parlaq  bir  gələcəyi  var.  Ona  görə  bu  izdivacın  baş  tutacağına 

qəlbən razı idi. 

1886-cı ildə Əli ağa Peterburq Topçular Məktəbini də birincilər 

sırasında bitirdi. Ona əla oxuduğuna görə pul mükafatı və bura-

xılış  imtahanında  qızıl  saat  hədiyyə  verdilər.  Podporuçik 

rütbəsində onu 39-cu topçu briqadasına xidmətə göndərdilər. 

Aradan beş aydan çox keçsə də Əli ağadan heç bir səs-soraq 

yox idi. Həmin vaxtlarda milliyyətcə acar olan knyaz Məmməd 

bəy Palavandovu Qazax qəzasına hakim təyin etdilər. Uzun illər 

Stavropol ərazisində yüksək rütbədə olan Məmməd bəyi müfti 

hələ gəncliyindən yaxşı tanıyırdı. O vaxtlar Məmməd bəyin bir 

neçə qohumu Qori Seminariyasında təhsil alırdı. O səbəbdən də 

Qoriyə tez-tez gələrdi. 

Müfti  Qori  seminariyasında  dərs  deyəndə  görüşüb  dostlaş-

mışdılar. Dədə-baba Vətəni Qazaxa hakim təyin olunan Məmməd 

bəyi təbrik etmək üçün ailəsilə birgə Tiflisə qonaq çağırdı. Elə bu 

qonaqlıqda Nigarı görən Məmməd bəyin arvadı onu oğlu Dərviş 

bəyə istədi. Qız anası Səadət xanım dönə-dönə işarə vurdu ki, 

Nigar bibisi oğluna istəklidir. Üstəlik də qızının hələ kiçik oldu-

ğunu  və  təhsil  aldığını  da  xatırlatdısa,  mümkün  olmadı.  Nə 

Məmməd bəy, nə də inadkar arvadı əl çəkmədilər. Zor-xoş müf-

tidən razılıq aldılar. Müftidən soruşanda ki, Nigarla Əli ağa bir-

birilərini çoxdan sevirlər, indi qızı Palavandovlara niyə verirsən. 

Əli  ağada  hansı  qüsuru  gördün?  Daxilən  əzab  çəkən  müftinin 

cavabı yarızarafat, yarıciddi belə olardı:

– Əli ağa hərbçidir, onun şələsi dalındadır. Bu gün bu şəhərdə, 

sabah o birində yaşayacaq. O həm də ağıllı və istedadlıdır. Hara-

da olsa, xoşbəxtliyini tapacaq. Nigarı mən gözümün nuru qədər 

istəyirəm.  O,  mənə  yazı-pozu  işlərində  ən  yaxın  köməkçidir. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə