ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə76/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   72   73   74   75   76   77   78   79   ...   154

Şəmistan Nəzirli

241


ev telefonunu verim, zəng edib soruşun. Məmnuniyyətlə razı ol-

dum.  O,  “buyurun”  deyə  ev  telefonu,  ad  və  familiya  yazılmış 

balaca bir kağızı mənə verdi. 

Telefona Nina Aleksandrovna Trofimovanın özü gəldi. O, Ba-

kıdan olduğumu biləndə:

– Allah xatirinə, heç bir izahat, təqdimat lazım deyil, vaxtınız 

varsa, gözləyin, indi gəlirəm.

Yarım saat keçər-keçməz Nina Aleksandrovna gəlib çıxdı.

– Bağışlayın, – dedi, – bir az gecikdim, lətifəsi sizdən uzaq, 

bizim  şəhərin  yağışı  üzlü  qonaq  kimidi,  gəldi,  getmək  bilmir. 

“Bakı”  sözünü  eşidəndə  sevindim.  Bakılılara,  ümumiyyətlə, 

azərbaycanlılara böyük hörmətim var.

Ürəyim fərəh hissiylə döyündü. Uzaqda yağışlı, soyuq bir ha-

vada  xalqımızın  haqqında  eşitdiyim  xoş  söz  canıma  hərarət, 

gözümə nur gətirmişdi.

–  Buyurun,  eşidirəm,  mənə  dair  qulluğunuz?  –  Nina Alek-

sandrovna mehriban gözlərini mənə dikdi. 

Mən nə məqsədlə gəldiyimi izah elədim.

O, gülümsəyə-gülümsəyə dedi:

– Əli ağa Şıxlinski general olub, özü də elə-belə general yox, 

ordudakı misilsiz xidmətinə görə artilleriyanın “allahı” sayılıb. 

Mən  onun  haqqında  eşitmişəm  də,  oxumuşam  da. Amma  çox 

təəssüf ki, onunla bağlı muzeyimizdə heç nə yoxdur, təkcə on-

dan yox, heç onun işlədiyi məktəbdən də bir sənəd, fotoşəkil qal-

mayıb. Məndə bir kitab var, 1911-ci ildə Sankt-Peterburqda çap 

olunub – “Çarskoye-Selo”, müəllifi də Sergey Nikolayeviç Velçi-

kovskidir. O kitabı gətirim baxaq.

Kitabın bir yerində polkovnik Şıxlinskinin adı çəkilir. Məktəb 

haqqında olan faktları dəftərçəmə köçürdürəm. Arxiv, haqqında 

isə yenə də heç nə əldə edə bilmirəm.

Nina Aleksandrovna soruşur:

– Yaxşı, qonaq, belə yağışda yolun haradır?

– Məktəbə baxmaq istəyirəm. 

– Gedək göstərim, mənim evim də o istiqamətdədir.




General Əli ağa Şıxlinski və silahdaşları

242


Biz məktəbin həyətinə çatdıq. İndi burada “Puşkin şəhər Ali 

Radiotexnika Məktəbi” yerləşir. Bazar günü olduğundan rəhbər 

işçilərindən heç biri yoxdur. Nina Aleksandrovna xahiş edib mu-

zeyi açdırdı. Təəssüf ki, general Əli ağa Şıxlinski haqqında heç 

nə  tapa  bilmədik.  Muzey  əsasən  1940-cı  ildən  bu  günlərədək 

olan eksponatlar əsasında qurulub. Biz siyasi işlər üzrə rəis mü-

avini,  keçmiş  məktəb  zabitlərinin  yaşadığı  binanın  yerini 

göstərməyi xahiş etdik. O, ikimərtəbəli bir binanı göstərdi.

“Burada məktəbin rəisi, müavinləri, əlbəttə, ailələri ilə birlikdə 

yaşayıblar”. “Məktəb müavininin evi”. Deməli, Şıxlinski həyat 

yoldaşı  Nigar  xanımla  burda  yaşayıb.  1906-cı  ildən  ta  1914-cü 

ilin  yayına  kimi  isti  ocağı,  doğma  evi  bura  olub.  Burada  o, 

gecədən  keçənə  kimi  qərib-qərib  yanan  lampa  işığında  elmi-

hərbi  məqalələrini  yazıb,  onu  bütün  dünyaya  tanıdan  məşhur 

“Şıxlinski üçbucağını” tərtib edib. 1912-ci ildə Nigar xanım qışın 

bir  ayını  Tiflisdə  atası  evində  olanda  general  Əli  ağa  Şıxlinski 

qəribsəyərək yazmışdı:

Səni ziyarət eylərəm

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm,

Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli, 

Verdin bu dərsi, bilməli: 

Eşqindən olmuşam dəli,

Sən ahü zarımsan mənim.

Burada, bu evdə general Şıxlinskinin həyat yoldaşı Nigar xa-

nımın bir vaxt bişirdiyi dadlı-tamlı Şərq xörəkləri qraf Baransevi, 

general  Sinitsını,  Barsukovu,  knyaz  Sergey  Vasilyeviçi  heyran 

qoyub…

1914-cü ildə məktəbi yoxlamağa gələn qraf Baransev üzünü 



general Şıxlinskiyə tutub deyir:


Şəmistan Nəzirli

243


– Hamı Sizi tərifləyir. Həyat təcrübəmə görə əgər bir adamı 

tərifləyirlərsə, deməli, burada bir fırıldaq var.

On gün məktəb heyətinin işilə yaxından tanış olan yoxlama 

qrupu heç bir qüsur tapa bilmir. Qraf Baransev Əli ağa Şıxlinskiyə 

nümunəvi rəhbərliyinə təşəkkür etmək üçün general Qaitinovla 

onun evinə gəlir. 

“Qraf Baransev gəldi. O, son dərəcə mehriban idi. Arvadımla 

tanış oldu, onun əlini öpdü, sonra general Qaitinova müraciət 

edərək dedi:

– Mən indi inandım ki, belə bir köməkçisi olan hər cəhətdən 

xatircəm ola bilər.

Görüşüb ayrılarkən qraf Nigar xanıma dedi: 

– İzin verin, ərinizi qucaqlayım.

 Arvadım ona cavab verdi:

–  Nəinki  icazə  verirəm,  ona  qarşı  səmimiyyətinizə  görə 

təşəkkür edirəm.

Qraf məni qucaqlayıb üç dəfə öpdü”.

Çarskoye-Selo xatirələri general-mayor, hərb elmləri doktoru 

professor  Yevgeni  Barsukovun  da  qəlbində  unudulmaz  izlər 

qoymuşdu: “1905-ci ildən 1914-cü ilə kimi mən həmişə topçu – 

general-müfəttiş tərəfindən taktika dərsləri vermək və qrupların 

təcrübə atışlarına rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə 

göndərildim.  İşi  ilə  yaxından  tanış  olduğuma  görə,  təsdiq  edə 

bilərəm ki, Əli ağa Şıxlinski məktəbi ali akademik topçuluq təh-

sili görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən 

istedadlısı idi…

Əli ağa Şıxlinski arvadını sonsuz bir məhəbbətlə sevirdi, övla-

dı  yox  idi.  Qumara  nifrət  edirdi,  heç  bir  zaman  spirtli  içki 

içməzdi. Pulla kart və başqa bir oyun oynamazdı, çox mehriban 

və  qonaqpərvər  idi.  Yoldaşlarını  tez-tez  ləzzətli  plova  qonaq 

edərdi…”. 

Mən bütün bunları Nina Aleksandrovnaya və siyasi işlər üzrə 

müavinə danışdım. Onlar məni heyranlıqla dinlədilər. Hiss edir-



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə