ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə84/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   80   81   82   83   84   85   86   87   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

266


Danışan  Ədilə  xanım  Şıxlinskayanın  oğlu  Rüstəm  idi.  On 

ildən  sonra  bu  görüşün  baş  tutması  üçün  polkovnik  Rüstəm 

bəyin nəvəsi Rüstəmə təşəkkür edib, Qazaxa getdim. Gedəndə 

özümlə Respublika Kino-Foto-Sənədlər Arxivindən tapdığım iki 

nadir şəkli də götürmüşdüm. 1919-cu ildə çəkilən bu şəkillərdə 

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general və zabitləri 

təsvir olunmuşdu. Hər iki şəkildə cavan bir zabitin ad-famili ya-

zılmışdı: Bahadır bəy Vəkilov.

* * *

Elə ilk görüşdən bir-birimizdən üzrxahlıq elədik. Ədilə xanım 



yanıqlı-yanıqlı dedi ki, gözüm qorxub, ay oğul, iyirminci, bir də 

otuz yeddinci illər bizim ailəyə heç nədən çox ağır zərbələr vu-

rub. Sənin on il bundan qabaqkı telefon zəngində isə yara hələ 

isti idi. Şəkillərin yarasını deyirəm, ən çox məni yandıran da, Əli 

ağa babamın ağ at üstündə çəkilmiş yeganə fotoşəkli idi. Günah 

məndə oldu, heç olmasa üzünü çıxartdırıb özümdə saxlamadım. 

Rüstəm dönə-dönə gedib o rejissoru axtarıb. Deyiblər rəhmətə 

gedib.  Şəkillər  də  itdi-batdı.  Nə  isə,  olan-oldu,  keçən-keçdi… 

Məndə qalan şəkillər bunlardı, – deyib, Ədilə xanım “Nikolay-

dan  qalma”  bir  albomu  stolun  üstünə  qoydu.  Albomun  ilk 

səhifəsində çərkəzi geyimli cavan bir zabit şəkli... İri ala gözləri 

necə  də  tanış  və  doğmadır.  Mənim  şəklə  diqqətlə  baxdığımı 

görən Ədilə xanım: – Dayımdı, – dedi, – müsavat zabiti olduğu-

na görə iyirminci ildə bolşeviklər onu da güllələyiblər.

Onun səsindəki təsvirəgəlməz kövrəklik, həzin bir qəm dal-

ğası varlığımı titrətdi. Adam, belə anlarda qarşısındakına təsəlli 

verməkdən də məhrum olur. Daxili təlatüm, vicdanın səsi olub 

keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir. Dərindən köks ötü-

rüb, “heyf” deməkdən başqa əlindən bir şey gəlmir. Çünki na-

haq qan tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək 

gecdir. O vəhşiləri indi tarix mühakimə edir. Tarix öz səhifələrində 

onlara amansız cəza verir, gec də olsa əyrini – əyri, düzü – düz 

yazır.



Şəmistan Nəzirli

267


Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruşdum:

– Dayınızın adı necədir, Ədilə xanım?

– Bahadır bəy Vəkilov, Milli Orduda rütbəsi kapitan...

–  Ola  bilməz,  –  dedim.  Özümdən  asılı  olmayaraq  səsim 

bərkdən çıxdı. – Onda bu şəkillərə baxın, zəhmət olmasa…

Mən  özümlə  gətirdiyim  bir  qrup  milli  ordu  əsgərinin  iki 

fotoşəklini ona göstərdim.

– Bu, tən ortada oturan Bahadır dayımdı, – dedi. İkinci şəklə 

baxır:  –  Bu  da  odu,  dayımdı…  Bu  şəkillər  bizdə  yoxdu.  Sizdə 

hardandı? – soruşdu.

– Arxivdən tapmışam, – dedim.

– Oy, nə yaxşı iş görmüsünüz, çox sağ olun… Mənim anam 

Böyükxanım Vəkilovlardandır. İbrahim ağa Vəkilovun qızıdır. 

General-topoqraf İbrahim ağanın yox, o, Paşa ağanın oğludur. 

Mənim  babam  isə  Pənah  ağa  Vəkilovun  oğludur.  İkicə  dayım 

vardı: böyüyü İsfəndiyar bəy, kiçiyi isə Bahadır bəy idi. İsfəndiyar 

dayım 1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət 

Bakıda rus-tatar məktəbində müəllim işləyib. 1910-cu ilin yayın-

da görkəmli maarifçi Əhmədağa Mustafayevin Dilicanda ədəbi 

fəaliyyətinin iyirmi beş illiyi keçirilib. Dayım yubileyin təşkilatçısı 

olub.  Böyük  şairimiz  M.Ə.Sabirin  “Hophopnamə”sinin  nəşri 

üçün ianə toplayıb. 1918-ci ildə Qazax Seminariyası açılanda Fi-

ridun  bəy  Köçərli  onu  Qazağa  dəvət  edib.  Səməd  Vurğunun, 

Seyfulla Şamilovun, Mirqasım Əfəndiyevin, Osman Sarıvəllinin, 

Mehdi Hüseynin, Mehdixan Vəkilovun və yüzlərcə seminaristin 

müəllimi  olub.  Bolşevik  hökuməti  qurulanda  əksinqilabçı-

müsavatçı fəaliyyətinə görə Solovki konslagerinə sürgün etdilər. 

Ana tərəfimdən Solovki adalarında əzab çəkənlər çox olub. Mü-

savat parlamentinin üzvü Rəhim bəy Vəkilov, maarifçi Zəkəriyyə 

Vəkilov,  Məmmədhəsən  Vəkilov-Baharlı,  Bakı  Darülmüəl lim-

atının  direktoru  Mədinə  xanım  Vəkilova-Qiyasbəyli  isə  otuz 

yeddinci ildə güllələndi. Azərbaycan parlamentinin üzvü, parti-

yanın ikinci lideri Mustafa ağa Nadir bəy oğlu Vəkilov 1920-ci 

ildə Türkiyəyə mühacirətə getdi… Solovki konslagerində on il 




General Əli ağa Şıxlinski və silahdaşları

268


həbs cəzası çəkən dayım İsfəndiyar bəy Vəkilov 1936-cı ilin no-

yabrında qayıtdı. Ömrünün axırına kimi müəllimlik etdi. 1960-cı 

ildə vəfat edən dayımın indi bir qızı, bir oğlu qalır. Oğlu İbrahim 

Vəkilov  istefada  olan  polkovnikdir.  Kiçik  dayım  Bahadır  bəy 

Vəkilov  idi.  Bayaq  dediyim  kimi,  iyirminci  ildə  cavankən 

bolşeviklər güllələdilər, heç evlənməmişdi də. Sizin tapdığınız 

şəklin arxasında yazılıbmı, neçənci ildə çəkilib?

– 1919 -cu ildə çəkilib, – cavab verdim.

– Mənimlə yaşıddı, dayımın şəkli, – deyib Ədilə xanım qəmli-

qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli 

gözlərini sildi. 

– Ədilə xanım, bolşeviklər ana tərəfinizdən ona görə çox ada-

mı  güllələyib,  sürgün  ediblər  ki,  Rəhim  bəy  Vəkilov  müsavat 

parlamentinin  üzvü  olub  və  nəslinizdə  bəylik  varmış.  Əslində 

maarifçilər daha çox olub. Tiflisdəki Qori seminariyasının arxi-

vində işləyəndə bir dəfə maraqlandım ki, görüm neçə Vəkilov 

oxuyub. Saydım on bir nəfər idi. Hələ Qazax Seminariyasını qur-

taranlar da olub… Bəs, ata tərəfinizi niyə incidiblər?

–  Ata  tərəfimdən  də  ağalıq  var  idi.  “Ağalıq”  yeri  adlanan 

Şıxlinskilərə məxsus torpaqlar indi də qalır. Birinci Şıxlıya çat-

mamış, Kürqırağı yerlər Şıxlinskilərin olub. İndi orda üzüm bağı 

salınıb… Polkovnik atam Rüstəm bəy Şıxlinskini də 1920-ci ildə 

bolşeviklər güllələdilər. Bizim ailə Bakıdan Qazaxa köçdü. Sonra 

Gəncə üsyanı oldu. Cavad əmim İrana getdi. Evimizdə başıpa-

paqlı  qalmadı. Anam  Qazaxda  arteldə  dərzi  işləyirdi,  birtəhər 

dolanırdıq. 1932-ci ildə olan bir hadisə heç vaxt yadımdan çıx-

mır. “Çistka” vaxtı idi. Bir gün anamı komsomolçular kluba ça-

ğırdılar. Belə yerlərdə heç vaxt olmayan anam getmək istəmirdi, 

utanırdı.  Dedilər  ki,  Bakıdan  “çistka”  aparmağa  nümayəndə 

gəlib, getməsən, vəziyyətin daha da pis olar. “Kulak” kimi sür-

gün edərlər, körpələrinə yazığın gəlsin. Onda anam məni də özü 

ilə apardı. Yığıncaq başlandı. Səsə qoydular ki, Böyükxanım İb-

rahimağa qızı Şıxlinskayanın səsi alınsın, yoxsa yox. Yerdən: – 

Qadındı,  köməksizdi,  əri,  qayını  və  bir  qardaşı  güllələnib,  bir 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə