ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə81/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   77   78   79   80   81   82   83   84   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

256


sadə  qəbirdaşı  qoyulma  xərclərinə  belə  bəs  etməz,  bu  halda 

mənim vəsiyyətim gülünc hal almış olar.

Lakin, ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xa-

nımın vəfatından sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, 

onsuz  yaşadığım  günləri  mənim  üçün  mümkün  və  dözümlü 

etdiyinizə görə, mənim Sizə qarşı olan minnətdarlığımın həddi-

hüdudu yoxdur.

Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə aparacağam.

Sizin mənə qarşı mərhəmətinizə görə Allah Sizdən razı olsun.

Sizi sevən Əli ağa Şıxlinski

Bakı, 30.X.1933-cü il

* * *


3 yanvar 1938-ci il

Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var 

idi  ki,  onlar  Bahadır  və  Varyanın  mənə  göstərdikləri  qayğı  və 

mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə 

bilərdi.

Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə var-

dısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını 

itirmiş oldu.

Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə 

qəbirdaşına kifayət edərsə, ona da şükür. Heç bir ehsan və elan 

lazım deyil.

Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər 

vermək olar.

Qəbirdaşı yalnız onun üçündür ki, mənim adım unudulmaz 

həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın.

Əli ağa Şıxlinski

* * *


Son rica (xahiş)

1.  Əgər  mən  yataqda  qalası  xəstə  olsam,  məni  xəstəxanaya 

göndərin.



Şəmistan Nəzirli

257


2.  Əgər  xəstəxanada  ölsəm,  nəşimi  evə  yox,  xəstəxanadan 

qəbiristanlığa aparın.

3. Qəzetdə elan verməyin.

4. Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bü-

külmüş  cəsədi  rənglənməmiş,  üstünə  ağ  kilim  salınmış  tabuta 

qoyun.


5. Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, 

müasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.

6. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı 

tava daşı ilə örtüb, üstünə yazarsınız: Əli ağa Şıxlinski – heç bir 

tarix lazım deyil.

Əli ağa Şıxlinski

Bakı, 13.03.1942-ci il

* * *


Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyul-

masın.

Əli ağa Şıxlinski

1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstə-

xanada kardiosklerozdan vəfat edən general Əli ağa Şıxlinskinin 

dəfn olunma mərasimini filosof-alim Heydər Hüseynovun özü 

təşkil etdi. Generalla heç bir qohumluğu olmayan alimin Ə.Şıx-

linski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə lü ğət-

çilik  sahəsindəki  elmi-publisistik  yaradıcılığına  böyük  rəğbəti 

vardı.


Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay 

orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan 

yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə 

məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun 

özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.

Tam artilleriya generalı Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlins-

kinin  adı  və  hərbi  quruculuq  tariximizdəki  misilsiz  xidmətləri 



General Əli ağa Şıxlinski və silahdaşları

258


bu gün də unudulmamışdır. İndi Bakıda, Gəncədə, İmişli və Qa-

zax rayonlarında abad küçələr onun adını daşıyır.

Respublika Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı 

ilə  Sabirabad  rayonundakı  altı  saylı  pambıqçılıq  kolxozuna  və 

Bakının yeddinci mikrorayondakı 135 saylı orta məktəbə Əli ağa 

Şıxlinskinin  adı  verilmişdir.  Vaxtilə  yaşadığı  Cəfər  Cabbarlı 

küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur.

1990-cı il iyulun 23-də isə Respublika Prezidentinin fərmanı 

ilə  ali  məktəb  tələbələri  üçün  xüsusi  general  Əli  ağa  Şıxlinski 

təqaüdü təsis edildi. Qazax Xeyriyyə Cəmiyyəti cəbhə bölgəsində 

və orduda fəallıq göstərən əsgər və zabitlər üçün “General Əli 

ağa Şıxlinski mükafatı” təsis edib. Hər il general Əli ağa Şıxlins-

kinin doğum və vəfatı günü qeyd olunur. Fəaliyyəti və şəxsiyyəti 

haqqında kitablar və çoxlu məqalələr yazılır, xatirə günü keçiri-

lir.

Vətənin, doğma Azərbaycanın şərəf və azadlığı yolunda igid 



bir sərkərdə kimi danılmaz xidmətləri olan tam artilleriya gene-

ralı Əli ağa Şıxlinski doğma xalqının ehtiramına tam mənada la-

yiq şəxsiyyətdir.



Şəmistan Nəzirli

259


GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN  

HƏRBÇİ QARDAŞOĞULLARI

Ata yurdumuzdan ilham almasaq,

Zaman ağac kimi qurudar bizi.

Bu gün babaları yada salmasaq,

Sabah nəvələr də unudar bizi.

Hüseyn ARİF 

xalq şairi

Sovet dövründə “qırmızı inqilab”dan əvvəl yaşamış bir çox 

hərbiçilərimiz haqqında danışmaq bizə yasaq olmuşdu. Xüsusilə 

də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general və zabit 

heyəti barədə. Bəzilərin adını bir yerdə çəksək də, yalan-gerçək 

yazırdıq ki, filankəs yeni gələn şura hökumətini ürəkdən alqışla-

yıb.

Beləcə, yetmiş ildən çox bir müddətdə yüzlərlə, minlərlə oğul-



larımıza, qızlarımıza özümüz öz əlimizlə qara yaxmışıq. Bunla-

rın  arasında  elələri  də  olub  ki,  indiyə  kimi  adını  heç  yerdə 

çəkməmişik. Hətta yaxın qohumları belə onların adını çəkməyə 

ehtiyat ediblər. Bunu dövr, zaman belə tələb edib. Totalitar reji-

min ağır təzyiqinə məruz qalmış o qohumları bu gün biz günah-

landırmaq  iddiasında  deyilik.  Bir  quruluşda  ki,  ölüyə  Quran 

oxuyan mollanı Sibirə sürgün edirdilər, onda əmini necə günah-

landırmaq olar ki, istilaçı IX Qızıl Orduya qarşı vuruşan qarda-

şın  oğlunun  adını  xatirələrində  niyə  yazmamısan?  Təsəvvür 

edin ki, “şanlı Qızıl Ordu” – deyə, şəninə nəğmələr qoşduğumuz 

bir vaxtda o əminin aqibəti necə olardı?

Tam artilleriya generalı Əli ağa Şıxlinski 1942-ci ildə qələmə 

aldığı  “Xatirələrim”  kitabının  iyirmi  ikinci  səhifəsində  yazır: 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə