ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə80/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   76   77   78   79   80   81   82   83   ...   154

Şəmistan Nəzirli

253


Şəxsi həyatında general Əli ağa Şıxlinski sonsuz 

bir məhəbbətlə arvadı Nigar xanımı sevən sədaqətli 

bir ər idi. Onun övladı yox idi.

Yevgeni BARSUKOV,

general mayor, hərb elmləri doktoru,

professor, Dövlət mükafatı laureatı

General Əli ağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi. O, 

sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını 

tamamilə artıq hesab edirdi. Bu, doğrudanmı belədir, yoxsa şair 

təbli məşhur sərkərdəmiz ötəri hissəmi qapılmışdı?

1931-ci il avqustun 12-də vəfat edən Nigar xanımdan sonra 

general on üç il yaşamışdı. Bu on üç ildə tənha yaşayan Əli ağa 

Şıxlinski həyatının bir anını belə Nigarsız təsəvvür etməmişdi. 

O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət et-

miş, vəfatının ildönümündə ehsan vermişdir.

Görüşdüyüm  Şıxlinskilər  nəslinin  çoxsaylı  nümayəndələri 

mənə dönə-dönə demişlər ki, generalın ən çox sevdiyi insan yal-

nız və yalnız həyat yoldaşı Nigar xanım olub. Əli ağa Şıxlinski 

məşhur “Xatirələrim” əsərində, şeirlərində və məqalələrində bu 

barədə söhbət açıb. Biz də bu məhəbbətin ülviliyindən oxuculara 

az-çox çatdırmışıq.

1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin Arxivindəki 

“Şıxlinski  fondu”nda  araşdırmalar  apararkən  ağzı  bağlı  bir 

məktuba rast gəldim. Mavi rəngli zərfin üstündə rus dilində belə 

yazılmışdır: “Vəsiyyət. Mən öləndən sonra açmalı”. 

Məktub əlimdə bir müddət kövrək hislərin ağır təsirindən qu-

ruyub qaldım. Gözlərimdə yaş dumanı, beynimdə qarmaqarışıq 

sözlər  fırlanırdı:  “Açım,  açmayım.  Bu  müqəddəs  kişinin  ruhu 

məni lənətlənməz ki…”.

Məktubu  o  biri  üzünə  çevirib  yapışdırılmış  tərəfinə  dönə-

dönə baxıram. Məktub bağlıdır. 1943-cü il avqustun 18-də Bakı-

da vəfat edən generalın ölümündən isə düz 40 il keçir. Kədərlə 

köks ötürüb çölə boylanıram. Fevral ayının sazağı, sanki uğultu 




General Əli ağa Şıxlinski və silahdaşları

254


ilə  içəri  dolub  varlığımı  titrədir.  Həyat  və  fəaliyyətini  az-çox 

öyrəndiyim general Əli ağa Şıxlinski bilirəm ki, çox maraqlı bir 

insan olub. Güclü müşahidəsi, əla mütaliəsi və geniş dünyagörü-

şü olan bu adam heç vaxt ötəri və ya başdansovdu iş görməzmiş. 

Onun  şəxsi  əlyazmalarını  araşdıranda  görürsən  ki,  xırdaca  bir 

qeydi də böyük məna kəsb edir. Mənim yəqinim idi ki, generalın 

hələ  oxumadığım  vəsiyyətnaməsində  də  müdrik  sətirlərə  rast 

gələcəm.


Bu anda ağlıma qəribə bir fikir də gəldi. Əgər arxiv işçiləri 

icazə  versəydi,  bu  ağzıbağlı  məktubu  götürüb  generalın  yaxın 

qohumlarından birinin yanına gedər və onunla birgə açıb oxu-

yardım. Məlumdur ki, vəsiyyət hər şeydən əvvəl yaxın qohumu 

üçün yazılır. Mən də istəyirdim ki, bu məktubu generalın doğ-

ması  müdrik  yazıçı  İsmayıl  Şıxlı  ilə  birgə  oxuyam. Amma  bu, 

mümkün  deyil.  İndi  bu  məktub  adi  kağız  parçası  deyil. 

Möhürlənib, qeydə alınıb və tarixi bir sənəd olub. Bəs bu tarixi 

sənəd  nə  üçün  indiyədək  heç  kəsi  maraqlandırmayıb.  Bəlkə, 

tədqiqatçıların rastına çıxmayıb. Elə isə onda mənim uğurum-

dur qarşıma çıxıb, açsam heç bir günah sahibi olmaram.

Ehtiyatla  qələmin  iti  ucunu  ağzıbağlı  məktuba  yaxınlaşdırı-

ram.  Qırx  il  qurumuş  yapışqan  asanca  qopur.  İçərisindən  adi 

dəftər kağızında yazılmış dörd vərəq çıxır. Birincisinin sərlövhəsi: 

“Ailə vəsiyyətnaməsi”, 30 oktyabr 1933-cü ildə yazılıb. İkincisi: 

“Əziz Bahadır və Varya” (həmin tarixdə yazılıb). Üçüncü sər löv-

həsizdir, yalnız “3 yanvar 1938-ci il” tarixi qoyulub. Dördüncü: 

“Son rica (xahiş)”, 13 mart 1942-ci ildə yazılıb.

General Əli ağa Şıxlinskinin “Vəsiyyətnamə”sinin dördünün 

də üzünü köçürüb evə qayıdıram. Yol boyu ikinci vəsiyyət na mə-

dəki bir cümləni ürəkağrısı ilə öz-özümə təkrar edə-edə gəlirəm: 

“Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam 

etdirərsə,  onda  mənim  “əmlakım”  mənim  dəfn  olunma  və  ən 

sadə  qəbirdaşı  qoyulma  xərclərinə  belə  bəs  etməz,  bu  halda 

mənim vəsiyyətim gülünc hal almış olar”.

Oxucum,  general  Şıxlinskinin  vəsiyyətnamələrindəki  kədər 

təkcə bu cümlədə deyil. Onların dördü də tənha yaşayan insanın 



Şəmistan Nəzirli

255


kədər  və  həsrətilə  doludur.  Burda  onun  sevimli  Nigarına  ülvi 

məhəbbətinin də şahidi olacaqsan.

Mən on bir il əvvəl ulu generalımızın kədərinə şərik oldum. 

Vəsiyyətnamələri Sizə təqdim etməkdə bircə məqsədim var: xal-

qımız üçün əvəzsiz xidmətlər göstərmiş general Əli ağa Şıxlins-

kinin nikbinliyinə, qayğılarına Siz də şərik olun. Ulu vəsiyyəti 

faydasız olmaz.

* * *


Ailə vəsiyyətnaməsi

Mənim  ölümümdən  sonra,  əmlakımdan  nə  qalarsa:  mebel, 

qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nağd 

pul  məbləğini  –  həyatımın  kimsəsiz  illərində  mənə  qayğı 

göstərmiş həkim Bahadır Qayıbova və onun arvadı Qayıbovaya 

vəsiyyət edirəm. 



Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.

30 oktyabr 1933-cü il, Bakı 

Əli ağa Şıxlinski 

* * *


Biz  mətnin  altında  imza  atmış  şəxslər,  aqronom  Nəsrulla 

Əlizadə və texnik Sadiq Əlizadə şahidik ki, Əli ağa Şıxlinski 30 

oktyabr  1933-cü  ildə  bizim  iştirakımızla  vəsiyyətnaməni  tərtib 

edib imzalayarkən tam sağlam əqlə və yaddaşa malik idi.



Nəsrulla Əlizadə,

Sadiq Əlizadə.

* * *


Əziz Bahadır və Varya!

1

Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam 



etdirərsə,  onda  mənim  “əmlakım”  mənim  dəfn  olunma  və  ən 

1

  Bahadır  bəy  Mirzə  Hüseyn  Əfəndi  oğlu  Qayıbov  (1878-1949)  Əli 



ağa  Şıxlinskinin  qaynıdır.  1897-ci  ildə  Tiflis  gimnaziyasının  və  Xarkov 

Dövlət Universitetinin tibb fakültəsini (1903-cü il) bitirmişdir. Onlar həm 

də qonşu olmuşlar. 

Varvara Qayıbova doktor Bahadır bəyin arvadı – Ş.N. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə