ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə79/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   75   76   77   78   79   80   81   82   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

250


Onu  gözümdən  qırağa  qoya  bilmərəm,  kəsəsi,  istəmirəm  gül 

kimi balam yad şəhərlərdə, gavurlar içində yaşasın.

İllər ötdü, yaşın üstünə yaş gəldi. Amma ilk sevgisini heç cür 

unuda bilməyən Əli ağa başqa birisinə könül verib evlənə bil-

mirdi. 1906-cı ildə Port-Artur müharibəsindən ad-sanla qayıdan 

Əli ağa Şıxlinskini öz xahişi ilə Çarskoye-Seloda yerləşən Artille-

riya Zabitləri Məktəbində təhsilini davam etdirməyə göndərdilər. 

Kursu böyük müvəffəqiyyətlə bitirən podpolkovnik Əli ağa Şıx-

linskini məktəbdə müəllim saxladılar. Elmləri asanlıqla mənim-

səyən Əli ağanın tərtib etdiyi “Üçbucağı” məktəb heyə tində yax-

şı mənada səs-küy qaldırıb onun şöhrətini artırdı. Mək təbin rəisi 

onun elmi işini şurada müzakirəyə qoydu. Müəllim və professor 

heyəti ona zabitlər üçün yeni məsələ kitabı tərtib etməyi tapşırdı. 

Məktəbin rəisi tam artilleriya generalı Aleksandr Nikolayeviç Si-

nitsın əmr etdi ki, nəşr olunan kitabda üçbucağın şərhi “Şıxlinski 

üçbucağı” kimi yazılsın.

1908-ci il noyabrın 25-də Çarskoye-Selodakı Yekaterina sara-

yında Georgi Pabedonosev günü qeyd olunacaqdı. İmperatorun 

əmri  ilə  buraya  dəvət  olunanların  əksəriyyəti  Port-Artur 

döyüşlərinin iştirakçıları və Georgi kavalerləri idi. Onların ara-

sında Əli ağa da vardı. Kavalerlər sırasında padşaha təqdim olu-

nanda Əli ağa sağ ayağına laklı, qəşəng, sol ayağına isə mahud 

çəkmə geymişdi. İmperator ona diqqətlə baxıb xoş təbəssümlə 

gülümsündü:

– Cənab zabit, – dedi, – od-alov içindən çıxmış Georgi kava-

ler lərindən soruşmazlar ki, niyə axsayırsan? Məgər yaralarınız 

hələ də sağalmır?

– Əlahəzrət, sol dizimin üstündən aldığım yara sağalmır ki, 

sağalmır. Qıçım qatlanıb açılmır. Elə hey çirk verir. Həkimlərin 

dediyinə görə yara xeyli dərinə işləyib.

İmperator xəfifcə gülümsündü:

–  Sizə  şərəfli  Georgi  ordeni  təqdim  edir  və  altı  ay  padşah 

xəzinəsi  hesabına  Qafqaz  sularında  müalicə  olunmağı  tövsiyə 

edirəm.  Baxıram,  Siz  cavan  və  sağlam  zabitsiniz.  Hələ  uzun 




Şəmistan Nəzirli

251


müddət orduda qulluq edə bilərsiniz. Çalışın ki, tez sağalın, – 

deyib Əli ağa Şıxlinskinin əlini sıxdı.

Altı aylıq məzuniyyətin iki ayını Yessentuki mineral suların-

da  müalicə  olunan  Əli  ağanın  yarası  xeyli  yaxşılaşdı.  Çoxdan 

qürbət ellərdə dolaşan Əli ağanı könlü doğma eli-obası, qohum-

ları istədi. Onun Qazaxa gəlişi özü ilə bayram əhvali-ruhiyyəsi 

gətirdi.  Hamı  onu  görməyə  gəlir,  qonaq  çağırırdı.  Qəzetlərdə 

təriflənən  Port-Artur  qəhrəmanını  hamı  yaxından  görüb 

həmsöhbət  olmağı  özünə  şərəf  bilirdi.  Hər  gün  evləri  görüşə 

gələnlərlə dolu olurdu. Bir gün Tiflisdən Müftinin böyük oğlu 

Bahadır da Qazaxa gəldi. Aralarında yaş fərqi olsa da Əli ağa 

Bahadırı çox istəyirdi.

– Əli ağa, – dedi, – anam səni bizə qonaq çağırır.

–  Bəs  Müfti  necə,  çağırmır?  –  Əli  ağa  zarafat  etdi.  –  Mən 

dəvətsiz də gələcəkdim. Anam da bir neçə dəfə bu barədə söhbət 

salıb.  Amma  bu  gəlib-gedənin  əlindən  imkan  yoxdur.  Mən 

özümdə kəndim-kəsəyim üçün darıxmışam. Axı, on ildən çoxdu 

mən Vətənə gələ bilmirəm.

Neçə illik ayrılıqdan sonra Əli ağa ilk gənclik illərini keçirdiyi 

Tiflis və heç vaxt unutmadığı Nigarını gördü.

İllər ötsə də Nigar az dəyişmişdi, əvvəlki gənclik təravətini 

saxlamışdı. İlk görüşdə özünü şən göstərən Nigarın qəlbi kədər 

və nisgilli idi. İki il əvvəl əri Dərviş bəy Palavandov vəfat etmiş-

di.  Onların  Xosrov  bəy  adlı  bir  oğlu  var  idi.  O  da  əmisi  ilə 

Türkiyəyə getmişdi. Yaxın günlərdə qayıtmalı idi. Əli ağa fürsət 

tapıb Nigarla ayrıca söhbət elədi. Səmimi-qəlblə bildirdi ki, onu 

unuda bilmir. 

Əli  ağanın  Nigarla  evlənmək  xəbərini  eşidən  Şıxlinskilərin 

bəziləri onu töhmətləndirdi ki, qız tapılmır, sən gedib dul qadın 

alırsan. O vaxt Qayıbovlar bir qızı da bizə çox gördülər. Müfti 

tamahının  ucundan  qızı  vəzifəli  adamın  oğluna  verməklə  bizi 

təhqir etdi. İndi sən təzədən onun dul qızını istəyirsən. Əli ağa 

isə inadından dönmədi:

– Nigar, – dedi, – mənim ilk məhəbbətim, ilk arzumdur. İki 

dünya bir də olsa, Nigarla evlənəcəm, vəssalam. O ki qaldı qız, 



General Əli ağa Şıxlinski və silahdaşları

252


ya dul məsələsinə – mənim üçün nə olsa da qəbuldur. Təki ilk 

sevgim Nigar olsun…

1909-cu il oktyabrın 27-də, qırx dörd yaşlı Əli ağa Şıxlinski ilk 

sevgisinə belə qovuşdu.



ULU VƏSİYYƏTİ FAYDASIZ OLMAZ

Yarın könlün alaydım,

Dərdim yada salaydım.

Qismət belə imiş,

Gərək yalqız qalaydım.

El bayatısı

General Əli ağa Şıxlinskinin qadını Nigar xanım 

Şıxlinskaya  hərbi  vəzifədə  işləyən  ilk  azərbaycanlı 

qadınıdır.  Nigar  xanım  birinci  imperialist  müha ri-

bəsində  ordu  sıralarında  yaralılara  tibbi  yardım 

göstərən qadın komitəsinin sədri olmuşdur. Şıxlins-

kayanın  “Russkiy  invalid”  qəzetinin  1914-cü  il  bir 

avqust tarixli nömrəsində rus qadınlarına müraciət-

naməsi,  həm  vətənpərvərlik  hissi,  həm  də  ifadəsi 

etibarilə diqqətə şayandır. Nigar xanım Azərbaycan 

ədəbiyyatı məsələləri ilə çox yaxından məşğul olmuş-

dur.  Bu  fədakar  qadın  geniş  məlumata  və  yüksək 

mədəni səviyyəyə malik olmaqla, Azərbaycan xalqı-

nın ümumi inkişafı və mədəni yüksəlişi uğrunda ba-

cardığı qədər çalışmışdır.

 

Heydər HÜSEYNOV

Azərbaycan EA-nın həqiqi üzvü

fəlsəfə elmləri doktoru

 


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə