ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə86/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   82   83   84   85   86   87   88   89   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

272


İyirmi üç illik imperiya ordusundakı nümunəvi xidmətinə görə 

polkovnik  Cavad  bəy  Məmməd  ağa  oğlu  Şıxlinskinin  döyüş 

xidmətləri  layiqincə  qiymətləndirilmişdir.  O,  üçüncü  dərə cəli 

“Müqəddəs Anna” (16.03.1908), ikinci dərəcəli “Müqəddəs Stanis-

lav” (02.03.1911), ikinci dərəcəli “Müqəddəs Anna” (15.02.1914), 

dördüncü dərəcəli “Müqəddəs Vladimir” (31.01.1915), dördüncü 

dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə, 29.09.1915), 

iki dəfə Ali Baş Komandanlığın mükafatı ilə (05.03.1916; 14.10.1916), 

ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə, 21.10.1916), ikin-

ci  dərəcəli  “Müqəddəs  Stanislav”  (qılıncla  birgə,  02.12.1916), 

üçüncü dərəcəli “Müqəddəs Vladimir” (03.10.1917) ordenləri ilə 

təltif olunmuşdur. 

* * *

Zəngəzurda  məskun  olan  ermənilər  İrəvan  daşnaklarının 



təhriki ilə bu vilayəti özlərinə ilhaq etmək niyyətilə Azərbaycan 

hakimiyyətini tanımırdılar. 1919-cu ilin oktyabr ayında general 

Cavad  bəy  Şıxlinskinin  komandanlığı  altında  Zəngəzur 

ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq da-

vam etdi.

Zəngəzurdakı erməni milli hissələrinə qarşı hərbi əməliyyatlar 

aparan Cavad bəy Dığ kəndi ərazisində düşmənin möhkəmlən-

dirilmiş istehkamlarını dağıdır və kəndi onlardan təmizləyir. Az 

sonra ingilislərin işə qarışması ilə hücum dayandırılır. Noyabrın 

iyirmi üçündə olan barışığa əsasən erməni hərbi hissələri Zən-

gəzur ərazisini tərk edir.

General Cavad bəy Şıxlinskinin 1919-cu il noyabrın səkkizində 

həmin döyüşlər barədə Hərbi Nazirliyə göndərdiyi bir teleqram 

Mərkəzi Dövlət Arxivində saxlanılır.

“Adamların  həddindən  artıq  yorulduqlarını  və  Dığ  kəndini 

əldə  saxlamağın  mümkün  olmayacağını  müəyyənləşdirdikdən 

sonra,  mən  qrupu  Zabıx  çayının  şimal  sahilinə  çəkməyi  və 

əlverişli mövqe tutmağı qərara aldım. 




Şəmistan Nəzirli

273


Bütün  hissələr  çayı  sağ-salamat  keçib  müəyyən  olunmuş 

mövqeyi tutdular. Enişi enərkən toplardan biri yoldan çıxdı və 

dərəyə  düşdü,  onu  çıxartmaq  mümkün  olmadı.  Həmin  topun 

açarını, təkərlərini və mühüm hissələrini söküb götürdük. Top 

bizim mövqeyimizin yaxınlığındadır, çalışıram ki, ayın doqqu-

zuna  kimi  çıxarıb  aparaq.  Mənim  bütün  göstərişlərimi  yerinə 

yetirmək üçün Yadigarovun dəstəsi Abdallara gəlib.

Qəhrəmanlıqla  həlak  olan  Cavanşir  alayının  podpraporşiki 

Muradovun  və  Zaqatala  alayının  praporşiki  Qazıyevin  böyük 

cəsurluğunu xüsusi qeyd etməliyəm. Bizim artilleriyada əla dö-

yüş  xidmətləri  olan  podpolkovnik  Novruzovun  məharətini  də 

unuda  bilmirəm.  Bizim  itki  belədir:  Zaqatala  alayından  həlak 

olan və itkin düşən qırx nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavan-

şir alayından beş nəfər həlak olub, iyirmi nəfər yaralanıb. Şəki 

alayından  iki  nəfər  yaralanıb,  Qarabağ  alayından  isə  ikisi  və 

artilleristlərdən bir nəfər yaralanıb. Zabitlərdən üçü həlak olub, 

dördü isə yaralanıb. İtkilərimizin sayını əlavə olaraq yenə Sizə 

bildirəcəm. 



General Cavad bəy Şıxlinski, 

Abdallar kəndi” 

1920-ci ilin martında erməni daşnakları güclü silahlı qüvvə ilə 

Qarabağa hücum edəndə general-mayor Cavad bəy Şıxlinski də 

həmin  döyüşlərdə  inamla  vuruşmuşdur.  O  günlərdə  onun 

Nazirlər Sovetinin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib 

bəy Usubbəyliyə vurduğu üç təcili teleqram saxlanılır.



“23 mart 1920-ci il

1

Bu gün dan ağarmamış ermənilər Əsgərana hücum edib, qa-

lanın  bir  hissəsini  alıblar.  Teleqraf  xəttində  mənim  verdiyim 

məlumat  poçtda  kəsilir.  Mən  təsadüfən  buraya  gəlmişəm. 

Fövqəladə hadisə barədə Sizə məlumat verməyi özümə borc bil-

1

  Bakıdan alınan günü qoyulan tarixdir. Hər üç teleqramda eyni tarix 



qoyulub – Ş.N.


General Əli ağa Şıxlinski və silahdaşları

274


dim. Yerli qəza rəisi ilə birgə köməkçi qoşun dəstələri yığırıq. Bu 

məlumatı Bərdə və Tərtərə də çatdırmışam. 



General Cavad bəy Şıxlinski, 

Ağdam”.

“Nəsib bəy Usubbəyliyə

Əsgəranı  ermənilər  artıq  zəbt  ediblər.  Aldığım  məlumata 

görə  ermənilər  bütün  yüksəklikləri  ələ  keçiriblər.  Əsgərandan 

qaçıb  gələn  uryadnik  və  strajnikin  dediklərinə  görə  Xankəndi 

istiqamətində  döyüşlər  səhər  tezdən  başlayıb.  Hələlik  atəş 

kəsilib. Hava bərk dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağ-

dam mövqelərini ələ keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər 

davam edir. Parlamentin üzvü Qara bəy Əliverdiyevin təşkilat-

çılığı  sayəsində  Müdafiə  Komitəsi  və  yaralıları  müalicə  şöbəsi 

təşkil edilib.



General Cavad bəy Şıxlinski,

Ağdam.”

“Nəsib bəy Usubbəyova

Əsgəran qalasının bir hissəsini döyüşlə geri almışıq. Burada 

hökumət nümayəndələrindən heç kəs yoxdur. Qəza rəisini tapa 

bilmədik. Özüm köməkçi dəstələr təşkil edirəm. Yerli partizanla-

ra gözətçilər göndərdim. Başımızdan keçəcəyik, amma Əsgəranı 

düşmənə verməyəcəyik.



General Cavad bəy Şıxlinski.”

Cavad bəy Şıxlinskinin komandanlıq etdiyi birinci piyada di-

viziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi. Diviziya üç 

alaydan və üç taburdan (batalyon) ibarət idi: Cavanşir alayının 

komandiri podpolkovnik Səməd bəy Rüstəmbəyov Zaqatala ala-

yının komandiri, polkovnik Əhməd və Dibirov və Gəncə alayı-

nın komandiri Cahangir bəy Kazımbəyov idi. 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə