Qarayev (
Əliheydər Qarayev - Ş.N.) tərəfindən
burjua-millətçi əksinqilabi
təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni
zamanda o, mənə bilmirmişdir ki, Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün
onu Sov.İKP sıralarına keçirmək lazımdır.
Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə
hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən Bakı şəhər partiya komitəsinin keçmiş
katibi Levon Mirzoyan da ona imza atmışdı. Az.KPMK-nın Naxçıvanskiyə həsr
olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən “şəxsən” açıq şəkildə onunla
söhbət aparmalıyam.
Mən Cəmşid xan Naxçıvanskini “Avropa” mehmanxanasına öz yanıma
çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun qubernator
işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim.
Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin
əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. Naxçıvanski razılıq verdi.
Mən
ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda
çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində
durmalıdır. Bundan sonra Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata
Azərbaycan alayının keçmiş komandiri Veysov
51
və digərləri də cəlb olunmuşlar”.
* * *
Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə
1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi Dəniz - Xalq Komissarlığı təşəkkür
elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni
yaradılan Azərbaycan dağatıcı diviziyasına komandir təyin olundu.
1923-cü ildə Moskvadakı qısa müddətli Ali Akademiya kursuna göndərilən
Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı.
Ön cərkədə soldan oturanlardan 3-cü C.Naxçıvanski, ayaq üstə soldan 3-cü
polkovkik Murtuz Talıbzadə Azərbaycana qayıdandan
sonra yenidən diviziya
komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumaqa
göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa
Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının
redaktorlarından biri olmuşdur.
Mərhum general Agim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu
diviziyada xidmət edib. Onun dediklərindən:
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması,
səliqəylə yana ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın
baxışları indi də gözümün önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus
dəyanəti ilə müasirlərindən seçilirdi. Biz - Cəmşid Naxçıvanskinin diviziyasında
xidmət edənlər, bu istedadlı sərkərdədən hərbi peşənin sirlərini öyrənmiş
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün
də keçmiş ənənələrə görə onu
“Xan Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik. Xanlar
51
Pоlkоvnik Мəmməd Кərim оğlu Vеysоv (1900-1972) М.V.Frunzе вə V.I.Lеnin аdınа Аli Hərbi Аkаdеmiyаnı
bitirmişdir. Оtuz yеddinci ildə həbs оlunmuş, günаhsız оlаrаq dоqquz il Sibir sürgünü çəkmişdir - müəl.
rayonu ərazisində iki kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl
əsgərlər, həmçinin yerli sakinlər komandirimizə ehtiram əlaməti olaraq “Xan
Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid xan komanda məntəqəsini bu dağda
qurmuşdu. Buranın relyefi elədir ki, həmin
dağdan ətrafda, Azərbaycan
diviziyasının təlim meydançaları aydın görünürdü.
Cəmşid Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb
işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi
İnqilab Şurasının əmri ilə Cəmşid Qızıl Ordunun Ali Komanda Heyəti kursuna
dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931 -ci
ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini
davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid Naxçıvanski
Xalq Müdafiə Komissarının əmri ilə akademiyada müəllim saxlanıldı.
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın.
O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski
hərbi təlimlərdə, operativ
taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən
korpus komandiri kimi də istifadə etmək olar... O, təmkinli, sakit təbiətlidir,
tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq
qabiliyyəti vardır...”
Bu da Hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı
marşalı Boris Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi:
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının
komandiri vəzifəsinə münasibdir”.
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid xan orduda bu
qoşun növünə vətəndaş müharibəsinin təəssüratı ilə həddən artıq aludə olanlarla
razılaşmır. Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan
tezliklə yaxa
qurtarmağa çağırırdı. Sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi
üstünlük təşkil edəcək; döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif
qoşun növlərinin qarşılıqlı fəaliyyətini
təmin edə bilsin, döyüşün idarə olunmasına
yaradıcı şəkildə yanaşmağı öyrənsin. Toxum münbit zəminə düşmüşdü. Lakin bu
toxumun cücərməsi...”
52
Bəli, nadanlar, şər və iftira düşgünləri bu toxumun cücərməsinə imkan
vermədilər. Onun tərbiyə edib yetirdiyi müdavimləri - S.Biryuzov, A.A.Qreçko,
P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun
fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid
Naxçıvanskinin “xalq düşməni” olmasına inanmaq çox çətindir. Bu,
ağa qara
demək kimi bir şeydir. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar.
Lakin o, istintaqda heç bir iftiranı boynuna almayıb, özünün günahsız dostlarını
satmayıb, xalqının, nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında
ürək dolusu ilə danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə
52
Аksеlrоd. Göstərilən оçеrk.