ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   119   120   121   122   123   124   125   126   ...   157

Hüseyn əfəndi Qayıbzadə olmuşdur. O, 1860-cı ildə M.F.Axundovun məsləhəti ilə 
tərtib etdiyi dörd cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” 
toplusunda Əbdürrəhman ağa Dilbazoğlunun “Dağlar”, “Ağlaram”, “Eylədi” 
qoşmalarını və Cavad xana yazdığı otuz doqquz bənddən ibarət müxəmməsini 
daxil edib. Şair Əbdürrəhman ağa yenilməz Cavad xana bir qoşma və bir 
müxəmməs yazmışdır. 
Ədəbiyyatşünaslığımızın atası, müqtədir tədqiqatçı Firidun bəy Köçərli 
“Azərbaycan ədəbiyyatı” adlı iki cildlik sanballı əsərində Əbdürrəhman ağanın 
yaradıcılığından danışanda onun məhz Cavad xana yazdığı müxəmməsini yüksək 
qiymətləndirir. O yazır: 
“Mərhum Əbdürrəhman ağanın əsərlərində ən əhəmiyyətlisi Gəncə xanı 
Cavad xan Ziyadxanoğlunun rus qoşunu ilə 1804-cü səneyi-miladidə etdiyi cəngin 
və xaniməfhumun göstərdiyi rəşadət və hünərin və filcümlə onun sərgüzəştinin 
barəsində yazdığı müxəmməsdir”. 
Firidun bəy Köçərlinin şair Əbdurrəhman ağa Dilbazoğlu haqqında tədqiqatı 
bir də ona görə əvəzsizdir ki, burdan oxucuya məlum olur ki, qırx iki yaşında şairi 
gürcü çarı II İrakli gözdən nəyə görə məhrum edib. Axı, 1799-cu ilin yayında Ağa 
Məhəmmədşah Qacarın Tiflisə müzəffər yürüşündə Cavad xan da fəal iştirak 
etmişdi. O vaxtlar Qazax qəzası Gürcüstanın himayəsində idi. Əli bir yana 
çatmayan II İrakli çuğulların fitvası ilə Cavad xanın qəhrəmanlığını tərənnüm edən 
şair Əbdürrəhman ağanın gözlərini çıxartdırır. Bu barədə Firidun bəy Köçərli daha 
dəqiq məlumat verir: 
“Bəzi müfsidlərin ki, (fəsad salan, düz işi pozan - Ş.N.) Əbdürrəhman ağa 
ilə şəxsi ədavətləri var imiş, şeytənət ilə Gürcüstan hakimi İrakli şah şairdən 
bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe 
olmasına səy və güşiş edir və Cavad xan ilə həmsirdir. Onların mabeynində bir 
para siyasi və mühüm məsələlər barəsində məxfi gövtükulər olunur. İrakli şahın 
qəzəbi cuşə gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır. 
Bilmək gərəkdir ki, Əbdürrəhman ağa ziyadə maddəli, fəsih və dilavər bir 
adam imiş ki, doğru söyləməkdən əsla ehtiyat xövf etməz imiş və öz eli içində 
nüfuzlu və möhtərəm və sözü ötgün sayılırmış. Tamami hünər və səyini öz elinin 
və vətəndaşlarının xeyir və səlahı yolunda sərf edərmiş. Vəli mərhumun bədxahı 
və düşmənləri də çox imiş. Öz işi və səlahını unudub camaat dərdinə yanmaqdan 
axrı düşmənlərinin hiylə və şərarəti ucundan çeşmi-cahanbinindən məhrum olur”. 
Bəli, belə qədir və qiyməti bilinməyən millət bahadırlarının haqqında 
deyirlər ki: “El üçün ağlayan gözsüz qalar!” Maraqlıdır ki, 1804 -cü ildən ta bu 
günlərimizə qədər Əbdürrəhman ağadan başqa heç bir şair cəsarət edib ruslara 
qarşı vuruşan, torpağını, elini istilaçılardan qoruyan mərd Cavad xana belə bir 
qəhrəmanlıq nəğməsi yazmamışdır. 
 
Qaldı tənha ol Cavadxan, gör necə ad 
eylədi, 
Urdu tiğin sərbəsər küffarə bidad 
eylədi, 
 İki bürcün saldatın çox qırdı, 


bərbad eylədi, 
Əhli beytin möhnətin ol dəmdə kim, yad 
eylədi, 
Ya İlahi, saxla sən der, intizarəm 
yardən. 
Çağırur ərşdə mələklər, mərhəba, 
 ey xan Cavad, 
Din yolunda qıldın axır ömrünü viran 
Cavad, 
 Məsnədi-ücbadə oldun sahibi-dövran 
Çavad,  
Mənzilindir, durma gəl, 
bu rövzeyi-rizvan Cavad, 
Seyr qıl cənnəti-təcri 
təhtiha -inəhardən  
Ol Ziyad, oğlunu sanma mülki əbədi 
viran ola, 
 Hardadır anlar kimi sərdar, 
əgər meydan ola,  
Hər zaman zün-intiqamdan əmr ola, 
fərman ola, 
Şaira, heyraniyəm ol gün ki, bu divan 
ola, 
Ol Ziyad oğlu deyən bir gün gələn 
 sərdardən. 
 
Ruslar Gəncəyə hücum edəndə ermənilərin satqınlığını, “Tiflis 
Qapısı”nı açıb gavur həmməzhəblərini qalaya buraxmasını, Cavad xanın tənha 
qalmasını da ürək yanğısı ilə qələmə alıb: 
 
Ermənistan gördi rusi, döndi birdəm 
hər nə var, 
Şəmsəddin xəlqi əzəldən çıxdı, 
getdi bərkənar
 
Əbdürrəhman ağanın mənsub olduğu Dilbazilər nəsli ötən əsrlərdə bir neçə 
görkəmli şair yetişdirmişdir. Onun iki bacısı oğlu - Mustafa ağa Arif Şıxlinski 
(1774-1845), Kazım ağa Salik Şıxlinski (1781-1842) və əmisi oğlu, “Vəhidi” 
təxəllüslü Hacı Rəhimağa Dilbazov (1822-1875) zəmanənin, dövrün məşhur 
şairləri olmuşlar. 
Firidun bəy Köçərli, Mirzə Hüseyn əfəndi Qayıbzadə, Salman Mümtaz, 
Feyzulla Qasımzadə, Həmid Araslı kimi müqtədir ədəbiyyatşünaslar bu şairlərin 
yaradıcılığı haqqında məhəbbətlə söhbət açıblar. Əbdürrəhman ağa bu günümüzün 
görkəmli şairi Mirvarid xanım Dilbazinin ulu babasıdır. 


Hörmətli redaktor, şair Əbdürrəhman ağa Dilbazoğlunun Cavad xana 
yazdığı otuz doqquz bəndlik müxəmməsi bir poema həcmindədir. Təbiidir ki, 
qəzetinizin belə böyük həcmli müxəmməs dərc etmək imkanı yoxdur. Ona görə də 
şair Əbdürrəhman ağanın altı bəndlik “Eylədi” qoşmasını möhtərəm oxucularımıza 
təqdim edirəm. 
 
 
EYLƏDİ 
 
Gəncənin fəth və zəbti babındadır, 
Dövləti-rusiyyə ilə Cavad xanın 
cəngi və qətlə yetişməgi 
xüsusundadır. 
 
Ey qazilər, gəldi qəzadan bəla, 
Bir olmaz müsibət dövran eylədi. 
Yüz verdi qövqayi-dəşti-Kərbala, 
Ruslar Gəncə şəhrin viran eylədi. 
 
Ruslar Gəncəyə oldu havalə, 
Döküşdü Cavad xan, gəldi zəvalə, 
Gəlmədi Azərbaycan bu qeylü qalə, 
Nə bir kömək Şəki, Şirvan eylədi. 
 
O zaman ki, Rəsul ruzi-rəğayib, 
Buyurmuşdu, ümmətim görər əcayib, 
İza təmm-ül-qürab təril-əcayib, 
Hədisin peyğəmbər əyan eylədi. 
 
Mövla ki, oldu Cavad xandan razı, 
Pozulmaz təqdirdə yazılan yazı, 
Xəbərdar olmadı xunkar qazı, 
Nə bir mədəd şahi-İran eylədi. 
 
Cavad xan ki zühur oldu anadan
Bir mərd idi əzəl başdan, binadan. 
Şəhid oldu, çıxdı dari-fənadan, 
Mənzilin rövzeyi-rizvan eylədi. 
 
Şair onda məzlum olan canların, 
Həqq eylər divanın ol yamanların, 
Mən də heyraniyəm ol zamanların, 
Görəm Uğurlu xan fərman eylədi. 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə