ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   116   117   118   119   120   121   122   123   ...   157

ruxsarə nigah, 
Qədr bilməz həmdəm ilə eylədim 
ömrü təbah
58
;  
Vaqifə, ya Rəbbanə, öz lütfünü 
eylə pənah,  
Səndən özgə kimsədə 
lütfü-inayət görmədim. 
 
Bəs, Molla Pənah Vaqifin birinci arvadı Mədinə xanımdan neçə, övladı 
olmuşdurmu? 
Tədqiqat göstərir ki, iki qızı, bir oğlu olmuşdur. Pəri Soltan, Mələk Cahan və 
Əliağa. Vaqif hər iki qızını yaxın dostu Molla Vəli Vidadinin oğlanlarına ərə 
vermişdir. Vaqiflə Vidadi şer, sənət dostluğundan başqa iki dəfə quda olmuşlar. 
Vidadinin böyük oğlu Məhəmməd ağa Vaqifin böyük qızı Pəri Soltanla, kiçik oğlu 
Molla Osman isə Vaqifin kiçik qızı Mələk Cahanla ailə qurmuşdur. 
XIX əsrin tanınmış ədəbiyyatşünası, məşhur maarif və din alimi Mirzə 
Hüseyn Əfəndi Qayıbzadənin “Azərbaycanda məşhur olan şüaranın əşarına 
məcmuədir” dörd cildlik toplusunda Yəhya bəy Qazaği adlı şairin bir neçə şeri 
verilib. 
Kimdir Yəhya bəy Qazaği? Ədəbiyyat tariximizdə çox az şerləri qalan bu 
şair nədənsə unudulub, tədqiq olunmayıb. 
Şair Yəhya bəy Qazaği Vidadinin oğul, Vaqifin isə qız nəvəsidir. Onun atası 
Məhəmməd ağa, anası isə Pəri Soltandır. Bu qohumluq haqqında Firudin bəy 
Köçərli daha dəqiq məlumat verir. O “Azərbaycan ədəbiyyatı” kitabında yazır: 
“Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki, 
əhli elm və sahibi-təb olduğu ilə belə, bir az zarafatcıl və hərzəku imiş... Mərhum 
Yəhya bəy rövşənzəmin və xoştəb bir şair imiş və özü də iki böyük şairin nəvəsi 
olduğu üçün babaları Vidadi və Vaqifin təbi-şeriyyəni irsən almışdır” (1-ci səh. 
282,283-də). Yəhya bəy cavan yaşında, 1841-ci ildə vəfat etmişdir. Məzarı Birinci 
Şıxlı kəndindəki qədim qəbristanlıqdadır. Yəhya bəyin müasiri, məşhur şair Kazım 
ağa Salik Şıxlinski onun ölümündən ağır sarsıntı keçirmişdir. Bunun əyaniliyi 
Kazım ağa Salikin şairin qəbir daşına yazdırdığı altı misralıq şeridir. 
 
Bu məzarın sahibi Yəhya bəki – 
rövşənzəmir, 
Şairi-kani-süxən hüsnü-kəlami 
binəzir. 
Ol Vidadi Xəstənin fərzədinin 
fərzəndidir. 
Vaqif ol kim, Vaqifin həm bintinin 
peyvəndidir,  
Çünki, getdi bu cəhandan, buldu 
                                                 
58
 Тəbаh - puç, məhv, hеç, çürük 
 


rəsmi-məğfirət,  
Oldu tarixi-vəfatı, Salika, 
no axirət. 
 
Kazım ağa Salik Yəhya bəyin ölümünə təkcə şer-sənət dostu kimi yanmırdı. 
Yəhya bəy həm də onun kürəkəni idi. Kazım ağanın qızı Xeyransa xanım Yəhya 
bəyin həyat yoldaşı idi. Yəhya bəyin ölümünə dözməyən Xeyransa xanım düz bir 
ildən sonra -1842-ci ildə dünyasını dəyişəndə dərdli Salik yazırdı: 
 
Cahan, Salik, bizə çünki fədadır, 
Duadır, xeyrimiz, ancaq fənadır. 
Ağarmış saqqalım gər sürx
59
 görsən, 
Dü çeşmim qanıdır, sanma hənadır. 
 
Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məcmuəsində Kazım ağa Salikin şair 
dostu Yəhya bəy Qazağiyə ünvanlanmış beş nəsihət şeri var. Şerlərin 
məzmunundan hiss olunur ki, Yəhya bəy ədalətsizliyə dözməyən, həmişə haqqın 
tərəfini saxlayan kəskin ruhlu bir şair imiş. Mahalda dərəbəylik edənləri həcvə 
tutduğuna görə onu ölümlə hədələyənlər də az olmamışdır. Salik ona nəsihət 
edərək deyirdi: 
 
Yəhya bəy, əl götür hərcayi sözdən, 
Bir şey hasil eylə olmadan həlak
Kedər cani pak. 
Bir gün səndən oğul-uşaq yad olur, 
Salıb gedər səni anda dərnak, 
Yəni ziri xak. 
Yəni ziri-xakə qoyarlar səni, 
Mürdəşirlər tamam soyarlar səni, 
Anda oyum-oyum oyarlar səni, 
Olur qərargahın bir dərin məğak, 
Görünməz əflak. 
 
Cavan olmasına baxmayaraq, Yəhya bəy Qəzaği dövrünün görkəmli şairləri 
Dağkəsəmənli Mustafa ağa Nasirlə, Mirzə Məhəmməd ağa Qayıbovla, Kazım ağa 
Saliklə, Şıxlı Əbdürrəhman ağa ilə, Kəmərli İbrahim ağa Qiyasbəyovla, Salahlı 
Sədəfoğlu Süleyman koxa ilə sənət meydanında şerləşmişdir. 
Araşdırmalar vasitəsilə öyrənə bildik ki, şair Yəhya bəy Qazağinin yeganə 
qızı Fəxrənsə xanım şair Mirzə Nəbi əfəndi Qayıbzadənin (1810-1869) həyat 
yoldaşı olmuşdur. Mirzə Nəbinin oğlu isə XIX əsrin məşhur şairi Abbasağa Nazir 
Qayıbzadədir. 
                                                 
59 Sürx - qırmızı. 
 


Respublika Əlyazmaları İnstitutunun elmi arxivində şair Abbasağa Nazirin 
çap üzü görməmiş “Bəyani halım” adlı qiymətli bir poeması saxlanılır. Nəsli-
nəcabətini, doğulduğu mahalın tərifini nəzmə çəkən şair yazır: 
 
Min səkkiz yüz idi, qırx doqquz 
Ki, vücudum ədəmdən etdi büruz. 
Doqquzuncu günündə oktyabrın 
Məskənim oldu səfhəsi dəhrin
Adımı qoydular mənim Abbas, 
Şöhrət etdim bu adla bəynünnas. 
İsmi Mirzə Nəbi idi atamın, 
Adı Fəxrünnisə idi anamın. 
Əsrin əllaməsidi
60
 desəm atam, 
Zənn olunmaz mübaliğə bu kəlam. 
Bir xirədmənd mərdi-danəmənd 
Zirəkü durbinü qeyrətmənd 
Sahibi elm, əhli fəzlü-kəmal 
Nitqi şirin, çox fəsihməqal. 
 
1993-cu il. 
 
 
ŞİRVANLI  
ŞAİR NASEH 
 
1903-cü ildə Firidun bəy Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” 
kitabı Tiflisdə nəşr olundu. Kitabı ədəbi ictimaiyyət çox böyük maraqla qarşıladı. 
“Tiflisskiy listok” qəzeti yazırdı: “Müasir oxucunun böyük əksəriyyətinə 
Azərbaycan ədəbiyyatı haqqında heç bir şey məlum deyildir. Onunla ancaq bəzi 
mütəxəssislər tanışdırlar. Buna görə də bir neçə gün əvvəl haqqında müxtəsər 
məlumat verdiyimiz Firidun bəy Köçərlinin yenicə çıxmış, azərbaycanlıların 
ədəbiyyatına həsr olunan kitab xüsusi maraq doğurur”. 
Araşdırmalar göstərir ki, Firidun bəyin “Azərbaycan türklərinin ədəbiyyatı” 
kitabının nəşr olunması ziyalılar üçün tam bir sevinc olmuşdur. Kiyevdə təhsil alan 
azərbaycanlı tələbələr, Bakı, Tiflis, İrəvan ziyalıları, Dərbəndin bir qrup din 
xadimi, Novorossiya imperator Universitetinin tələbəsi Nəriman Nərimanov, Omsk 
şəhərinin sakini Məhəmmədov və başqaları Firidun bəyin bu zəhmətini millətimiz 
və xalqımız üçün əvəzsiz töhfə kimi qiymətləndirirdilər. 
Kitabı qəza mərkəzində yaşayan ziyalılar da maraqla qarşıladılar. Onlar 
vaxtilə şairlik etmiş ata-babaları haqqında Firidun bəyə məlumat verir, 
sandıqçalarda saxlanan əlyazmalarını, cünkləri ona göndərirdilər. 
                                                 
60
 Dərin bilikli, аlim, bilici - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə