Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
148 
 
İmam Zeynalabidin, İdris peyğəmbər, 
Yüz iyirmi dörd min cəmi elçilər. 
 
İmam Sadiq, İmam Zaman məqamı, 
Burdadır ziyarət eyləyir hamı. 
 
Xızır peyğəmbərin məqamı burda, 
Əlinin möüzə, kəlamı burda. 
 
Bax burda Əliyə qılınc çalınıb, 
Bu məsciddə son namazı qılınıb. 
 
Nuhun, İbrahimin həm də Adəmin, 
İlk atası olan külli aləmin, 
 
Məqamı burdadır – ziyarətgahdı, 
Bu gün də onlara Tanrı pənahdı. 
 
Müslüm İbni Əqil, Muxtar həm Hani, 
Burdadır, yaxın gəl məzarın tanı. 
 
Burdadır məqamı Haqqı Rəsulun, 
Əli kişi geniş açaraq qolun. 
 
Düşdü üzü üstə öpdü o yeri
Süzüldü göz yaşı yanaqdan bəri. 
 
Əli kişi belə qəm-qəhər yedi, 
Yenə də qəlbindən keçəni dedi. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
149 
 
Ya Qəhhar, ya Qüddus, Bismillahir Rəhmanir-Rəhim, 
Allah Əkbər, la şəriki – haqdı dini Məhəmməd. 
Beş pənci ali-əba, hər iki dünya sərvəri, 
Millətinə şəfadardı məhşər günü Məhəmməd. 
 
İbrahim Xəlilullah ilkin yapdı Kəbəni, 
Peyğəmbərə şəkk edənlər sökdü, çapdı Kəbəni. 
Mədinədən qayıdanda gəldi, tapdı Kəbəni, 
Bəzədi öz əlləriylə haqq öyünü Məhəmməd. 
 
Gündə beş vaxt səcdəyə get, Şiruyə, eylə vəfa, 
Məhşər günü sayə salar, eylər dərdinə dəva, 
Yetəndə mehrac evinə Məhəmməd-əl Mustafa 
Yeddinci qat göydə qоydu məleykəni Məhəmməd. 
 
Məqamına yetdi İmam Baqirin, 
İmamı Səccadın seyidlər pirin. 
 
Meysət Tammarı da ziyarət etdi,  
İndi Samiraya bu karvan getdi. 
 
Burda dəfn olunub Həsən-Əsgəri
İmamı Hadinin burdadır qəbri. 
 
İmamı Zamanın anası Nərgiz, 
Burda dəfn olunub, burda salıb iz.  
 
Bibisi Həkimə burda dəfn olub, 
İmamı Zamana burda hökm olub. 


Sərraf Şiruyə             
                           
                          
 
 
150 
 
Qaib olub həmən bu sərdabədən,  
Ziyarətgah olub həmən vədədən. 
 
Təqinin, Kazımın ziyarətgahı, 
Olsun yaxşıların hər an pənahı. 
 
Əli kişi yetdi bu qismətə də, 
Belə xoş qismətə yetsin hər vədə. 
 
Museyibə şəhərinə gələndə,  
Qoşa qardaş məzarını görəndə. 
 
Ağladı Müslümün balalarına,  
İbrahim, Məhəmməd oğlanlarına. 
 
Bir nohə yadına düşdü bu zaman, 
Onları tutanda Haris bey imam.  
 
Qardaşlar ağlayıb belə deyirmiş,  
Sarılıb bir-birə hey göynəyirmiş. 
 
İki qardaşıq atasız,  
Varımızdı bir anamız.  
Anamız da göz dikibdi  
Biz iki cavana Haris.  
 
Yenə də güc verdi Əli gözünə, 
Qəbir torpağından sürtdü üzünə. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
151 
 
Yenə hər birini ziyarət etdi
Əli istəyinə, kamına yetdi. 
 
Rəşt, Tehran, Rey, Astarada da,  
Qədəmşah sayılan Nişanparda da. 
 
Ziyarət olundu İmamzadələr, 
Belə başa çatdı bu xoş vədələr. 
 
Əlinin qəlbindən keçən bu oldu, 
Hər kəlmə nur olub, qəlbinə doldu. 
 
Dəli könül, aç gözünü, bu qоca dünyanı gör, 
Qətrələrə meyil salma, sən bacar ümmanı gör. 
Adil kimdi, qadir kimdi – yeri-göyü yaradan, 
Məhəmmədə nazil оlan müqəddəs Quranı gör. 
 
Qоlu bağlı bir nökərsən Şahimərdan Əliyə, 
Düldül atlı, zülfüqarlı, sirri pünhan Əliyə. 
Məzlumların köməkdarı, canım qurban Əliyə. 
Döndəribdi haqq yоluna necə müsəlmanı gör. 
 
Həsən, Hüseyn qulusan, çağır yetsin dadına, 
Fəda eylə can-başını həzrət Abbas adına. 
Şümrü ləin, ibni Ziyad yandı məhşər оduna, 
Bir bax necə qəbul оlub, İsmayıl qurbanı gör. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
152 
Yüz iyirmi dörd min nəbi gəlib, gedib haxdı bu, 
Beş pənci ali əba heç millətdə yоxdu bu. 
Ömrə, günə bel bağlama, bir ötəri taxtdı bu, 
İnanmırsan dön geriyə, taxtı Süleymanı gör. 
 
Mehdiyisahibəlzaman çəkilibdi pünhana, 
Müşgülünə çarə gəzən könül bağla sən оna. 
Həyat özü bir məktəbdi cəmi qanan insana, 
Bu beş günlük dar fənada gəl yaxşı, yamanı gör. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
153 
XXI 
GÖZDƏN UZAQ DÜŞƏNLƏR 
(Əli Xəlilovun vəfatı) 
 
Aman Allah, o ürəyə dərd vermə, 
Əzəlindən o ürəyin dərdi var. 
Mərd ürəyə mərd dərd verki, çəkilsin, 
Dərdlərin də namərdi var, mərdi var. 
 
Elə dərd ver, barı sonra sovuşsun, 
Ümid-güman bir-birinə qovuşsun. 
Heç olmasa təsəlliyə uyuşsun, 
O ürəyin dərd, qəm dolu yurdu var. 
 
Bu fanidi qananlara yad gələn, 
Min adı aparıb, minbir ad gələn. 
Hamı peşman baxan, zəri bəd gələn, 
Ortalıqda bir sehrli nərdi var. 
 
Əzəlindən dedim Əli xeyirxah, 
Qohum-əqrabaya darda bir pənah. 
 
Səksəni haqlayan, bir kişi idi, 
Hamını yoxlamaq vərdişi idi. 
 
Hara getsə dost tapardı özünə, 
Yanardı dərdlinin alov-közünə, 
 
Atalıq etmişdi qardaşlarına, 
Qardaşlar ata tək baxırdı ona. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə