72
ELM DÜNYASI
/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013
zәrәrsiz hәlledicilәrlә әvәz edilmәsi son dәrәcә
vacib mәsәlә kimi alim lәrin vә mühәndis-texniki
işçilәrin diqqәt mәrkәzindә dayanmışdır.
Dünya miqyasında bu istiqamәtdә apa rılan
tәdqiqatların nәticәlәrini toplayıb tәhlil edәn
A.Əzizov bu problemin o vaxt yenicә tәdqiq
olunmağa başlanmış, son illәrdә isә geniş inki -
şaf tapmış әn vacib yollarından biri kimi aşağı
temperatur ion-mayelәrinin tәtbi qinә diqqәti
cәlb etdi vә respublikada bu yeni istiqamәtdә
tәdqiqatların aparılmasına nail oldu.
Son illәr A.Əzizovun tәşәbbüsü vә rәhbәr -
liyi ilә digәr yeni istiqamәtdә monomerlәrin,
mak romonomerlәrin, o cümlәdәn ion-maye tipli
mono merlәrin tәnzimlәnәn radikal poli mer lәş -
mәsi sahәsindә tәdqiqatlara başlanmışdır.
Bunlardan başqa, zamanın tәlәbi ilә mey-
dana çıxmış yeni sahәlәrdә dә A.Əzizovun
rәhbәrliyi altında NKPİ-dә sudan termokatali-
tik üsulla hidrogenin alınması, havada atılan
karbon qazının tutulması vә sәmәrәli utilizә olun -
ması kimi vәdedici maraqlı tәdqiqatlar aparılmışdır.
Aparılan tәdqiqat işlәrinin nәticәlәri AMEA-nın
әn mühüm nәticәlәri siyahısına mütәmadi ola -
raq daxil edilmişdir. Tәdqiqat lardan irәli gәlәn
nәticәlәr bir sıra beynәlxalq patentlәr vә mәqa -
lәlәr şәklindә çap olunmuş, Beynәlxalq vә Respub-
lika Konfranslarında dinlәnilmişdir.
Ümid edirik ki, bu istiqamәtlәrin sonrakı
inkişafı Azәrbaycanda perspektiv tәlәblәrә
cavab verәn bir sıra yeni kimya vә neft-kimya
mәh
sullarının, onların
istehsal texnologiya
-
larının yaradılmasını sürәtlәndirәcәkdir.
Akif Əzizov çoxsahәli dәrin biliklәrә malik,
bir neçә dil bilәn, milli-ictimai mәnafeyi şәxsi
mәnafedәn üstün tutan, әmәkdaşlığı sevәn, öz
bilik vә tәcrübәsini başqaları ilә tәmәn nasız
bölüşmәyi bacaran bir elm xadimidir. Dәfәlәrlә,
dövri mәcmuәlәrdә, qәzet sәhifәlәrindә, AMEA
Rәyasәt Heyәtinin iclaslarında problem mәsә -
lәlәrә hәsr olunmuş çıxışlar etmişdir. Uzun
illәrdәn bәri onun top layıb yaratdığı böyük
hәcmli elektron kitabxana hal-hazırda NKPİ-nin
әmәkdaşlarının istifadәsindәdir.
Akif Əzizov tәrәqqipәrvәr bir alim kimi
daim elmi axtarışlar aparmaqla yanaşı, elmi-ic-
timai işlәrdә dә fәal iştirak edir. Kimyaçılara
yaxşı mәlumdur ki, Əzizovun elmi maraq dairәsi
çox genişdir, pedaqoji fәaliyyәti isә azdır. Belә
ki, Akif Əzizov “Nә üçün ali mәk tәblәrdә dәrs
demirsiniz?” sualına özünә mәxsus tәrzdә belә
cavab vermişdir: “Mәnsiz dә bu sahәdә çalışan
lәyaqәtli alimlәrimiz çoxdur. Bir dә ki, nә vaxt
mәnә mühazirә oxumaq tәklif olundu ki, mәn
dә etiraz etdim”.
A.Əzizovun adı Amerikada nәşr edilәn
“Elm vә texnikada kim kimdir” mәlumat kitab -
çasına vә İngiltәrәdә çap edilәn Beynәl xalq
bioqrafiya lüğәtinә daxil edilmişdir. O, Ame -
rika Kimya Cәmiyyәtinin üzvü, Rusiya Elmlәr
Akademiyasının «Mineral vә tәkrar olunan kar-
bon tәrkibli xammalın kimyası» Elmi şurasının
xarici üzvüdür.
Akif Əzizovun digәr müәlliflәrlә apardığı
mәhsuldar elmi-tәdqiqat işlәri Azәrbaycanda
vә xaricdә çap olunmuş 500-dәn çox elmi
әsәrdә öz әksini tapmışdır. Bunların içәrisinә
bir sıra monoqrafiyalar, müәllif şәhadәtna -
mәlәri vә beynәlxalq patentlәr dә daxildir.
Akif Əzizovun rәhbәrliyi altında bir çox
elmlәr namizәdi (kimya elmlәri üzrә fәlsәfә
doktorları) vә elmlәr doktorları yetişib. İnamla
söylә mәk olar ki, Akif Əzizovun elminin sayә -
sindә neft kimyasının mühüm sahәlәri olan
metal-üzvi kataliz, polimerlәşmә vә oliqo mer -
lәşmә proseslәri, etilendәn sintetik yağların
alınması, aşağı temperatur ion-mayelәrinin tәt -
biqi vә başqa sahәlәrdә aparılan elmi tәdqi qatlar
kimyanın bu bölmәlәrini xeyli zәnginlәşdirmişdir.
Leylufәr Əliyeva,
t.e.d., professor
73
ELM DÜNYASI
/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013
Mәmmәdova Fәxriyyә Tahir qızı 15 avqust
1987-ci ildә Bakı şәhәrindә anadan olub.
1993-cü ildә Bakı şәhәri Binәqәdi rayonu 83
saylı mәktәb-liseyin birinci sinfinә daxil
olmuş, tәhsilini 1995-ci ildә Şәmsi Bәdәl bәy -
li adına 23 saylı musiqi mәktәbinin fortepi-
ano sinfindә davam etdirmişdir. 2002-ci ildә
hәmin mәktәbi, 2004-cü ildә 83 saylı mәk tәb-
liseyi fәrqlәnmә a estatı ilә bitirib, hәmin il
Dövlәt proqramı çәrçivә sindә Sankt-Peter-
burq Dövlәt Universitetinin kimya fakültә -
sinә qәbul olunmuşdur. 2009-cu ildә kimya
ixtisasına yiyәlәnәn Fәx riyyә Mәmmәdova
2009–2011-ci illәrdә Neft-Kimya Proseslәri
İnstitutunda çalışmışdır. 2011-ci ildә Dövlәt
Proqramı әsasında M.V.Lomonosov adına
Moskva Dövlәt Universitetinin kimya
fakültәsinin aspirantura pillәsinә qәbul
olunmuş vә hal-hazırda tәhsilini davam et-
dirir.
– Dövlәt Proqramı әsasında Azәrbaycan
vәtәndaşlarının xarici ölkәlәrin universi -
tet lәrindә tәhsil almalarının әhәmiyyә tin -
dәn nә deyә bilәrsiniz?
– Birincisi, mәn öz adımdan vә Dövlәt
Proq ramı әsasında xaricdә tәhsil alan bütün
tәlәbәlәr adından prezidentimiz İlham
Əliyevә minnәtdarlığımı bildirmәk istәyi -
rәm. Bizim xaricdә keyfiyyәtli tәhsil almağı -
mız üçün gözәl şәrait yaradılıb. Xaricdә
tәhsilin tәmәli hәlә ulu öndәrimiz Heydәr
Əliyev tәrәfindәn qoyulmuşdur vә indi bu
siyasәt onun davamçısı prezidentimiz İlham
Əliyev tәrәfindәn uğurla davam etdirilir.
Xaricdә tәhsil böyük miqdarda vәsait tәlәb
etdiyindәn maddi durumları yüksәk ol-
mayan ailәlәrin övladları belә bir imkana
malik deyildilәr. Dövlәt Proqramı әsasında
isә ağıllı vә istedadlı gәnclәr bu imkanı әldә
edә bilirlәr. Bu baxımdan proqramın әhә -
miy yәti olduqca böyükdür. Onu da deyim
ki, dövlәtimiz tәrәfindәn göstәrilәn bu qayğı
bizim üçün böyük bir stimuldur ki, tәhsi -
limizi uğurla başa vurduqdan sonra biz Vәtәnә
dönәk vә Vәtәnimizdә yüksәk ixti saslı mütә -
xәssis kimi bilik vә bacarıqlarımızı sәrf edәk.
– Fәxriyyә xanım, adәtәn, qızlar daha
çox humanitar elm sahәlәrinә meyilli olur -
lar. Siz nәdәn kimyanı seçdiniz. Kimya
elmi nә motivasiya hansı mühüm sәbәbdәn
yarandı?
– Mәn hәmişә texniki elmlәrә daha çox
meyilli olmuşam. Kimya ilә yanaşı riyaziy -
yatı da çox sevdiyimdәn orta mәktәbdә hәm
kimya, hәm dә riyaziyyat fәnni üzrә olim -
piadalarda iştirak edirdim. Konkret olaraq
kimyaya gәldikdә isә nәslimizdә mәn birinci
kimyaçı deyilәm. Anamın kimyaçı, baba mın,
ulu babamın neftçi olması onu göstәrir ki,
bizim nәsildә kimyaya hәvәs olub. Onu da
qeyd edim ki, qardaşım da M.V.Lomo no sov
adına Moskva Dövlәt Universitetinin Bakı
filialının kimya fakültәsini bitirәrәk, hәmin
universitetin magistratura pillәsinә daxil
olub.
Kimya elminә maraq mәndә 8-ci sinifdәn
oyanıb. Mәnim orta mәktәbdә müәllimim
olan anam Gülnarә xanımın oxuduğum
mәktәbdә hәmin il tәşkil etdiyi “Kimya
gecәsindә” mәn dә iştirak edirdim. Gecәnin
ssenarisindә biz kimyadan müxtәlif tәcrü -
bәlәr qoyurduq. Yadımdadır, reaksiya nәti -
cәsindә mәn bir maddәnin başqa bir
mad dәyә çevrilmәsinә möcüzә kimi baxırdım.
Anama tәşәkkür edirәm, onun sayә sindә mәn
bu “möcüzә”li elmlә maraqlanmağa başla -
dım. Bundan sonra yalnız onu söylәyә bilә -
rәm ki, bu hәvәs mәndә get-gedә art mağa