“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   31   32   33   34   35   36   37   38   39

72

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

zәrәrsiz hәlledicilәrlә әvәz edilmәsi son dәrәcә

vacib mәsәlә kimi alim lәrin vә mühәndis-texniki

işçilәrin diqqәt mәrkәzindә dayanmışdır.

Dünya miqyasında bu istiqamәtdә apa rılan

tәdqiqatların nәticәlәrini toplayıb tәhlil edәn

A.Əzizov bu problemin o vaxt yenicә tәdqiq

olunmağa başlanmış, son illәrdә isә geniş inki -

şaf tapmış әn vacib yollarından biri kimi aşağı

temperatur ion-mayelәrinin tәtbi qinә diqqәti

cәlb etdi vә respublikada bu yeni istiqamәtdә

tәdqiqatların aparılmasına nail oldu.

Son illәr A.Əzizovun tәşәbbüsü vә rәhbәr -

liyi ilә digәr yeni istiqamәtdә monomerlәrin,

mak  romonomerlәrin, o cümlәdәn ion-maye tipli

mono merlәrin  tәnzimlәnәn  radikal  poli mer lәş -

mәsi sahәsindә tәdqiqatlara başlanmışdır.

Bunlardan başqa, zamanın tәlәbi ilә mey-

dana çıxmış yeni sahәlәrdә dә A.Əzizovun

rәhbәrliyi altında NKPİ-dә sudan termokatali-

tik üsulla hidrogenin alınması, havada atılan

karbon qazının tutulması vә sәmәrәli utilizә olun -

ması kimi vәdedici maraqlı tәdqiqatlar aparılmışdır. 

Aparılan tәdqiqat işlәrinin nәticәlәri AMEA-nın

әn mühüm nәticәlәri siyahısına mütәmadi ola -

raq daxil edilmişdir. Tәdqiqat lardan irәli gәlәn

nәticәlәr bir sıra beynәlxalq patentlәr vә mәqa -

lәlәr şәklindә çap olunmuş, Beynәlxalq vә Respub-

lika Konfranslarında dinlәnilmişdir.

Ümid edirik ki, bu istiqamәtlәrin sonrakı

inkişafı Azәrbaycanda perspektiv tәlәblәrә

cavab verәn bir sıra yeni kimya vә neft-kimya

mәh 


sullarının, onların istehsal texnologiya 

-

larının yaradılmasını sürәtlәndirәcәkdir.



Akif Əzizov çoxsahәli dәrin biliklәrә malik,

bir neçә dil bilәn, milli-ictimai mәnafeyi şәxsi

mәnafedәn üstün tutan, әmәkdaşlığı sevәn,  öz

bilik vә tәcrübәsini başqaları ilә tәmәn  nasız

bölüşmәyi bacaran bir elm xadimidir. Dәfәlәrlә,

dövri mәcmuәlәrdә, qәzet sәhifәlәrindә, AMEA

Rәyasәt Heyәtinin iclaslarında problem mәsә -

lәlәrә hәsr olunmuş çıxışlar etmişdir. Uzun

illәrdәn bәri onun top layıb yaratdığı böyük

hәcmli elektron kitabxana hal-hazırda NKPİ-nin

әmәkdaşlarının istifadәsindәdir.

Akif Əzizov tәrәqqipәrvәr bir alim kimi

daim elmi axtarışlar aparmaqla yanaşı, elmi-ic-

timai işlәrdә dә fәal iştirak edir. Kimyaçılara

yaxşı mәlumdur ki, Əzizovun elmi maraq dairәsi

çox genişdir, pedaqoji fәaliyyәti isә azdır. Belә

ki, Akif Əzizov “Nә üçün ali mәk tәblәrdә dәrs

demirsiniz?” sualına özünә mәxsus tәrzdә belә

cavab vermişdir: “Mәnsiz dә bu sahәdә çalışan

lәyaqәtli alimlәrimiz çoxdur. Bir dә ki, nә vaxt

mәnә mühazirә oxumaq tәklif olundu ki, mәn

dә etiraz etdim”.

A.Əzizovun adı Amerikada nәşr edilәn

“Elm vә texnikada kim kimdir” mәlumat kitab -

çasına vә İngiltәrәdә çap edilәn Beynәl xalq

bioqrafiya lüğәtinә daxil edilmişdir. O, Ame -

rika Kimya Cәmiyyәtinin üzvü, Rusiya Elmlәr

Akademiyasının «Mineral vә tәkrar olunan kar-

bon tәrkibli xammalın kimyası» Elmi şurasının

xarici üzvüdür. 

Akif Əzizovun digәr müәlliflәrlә apardığı

mәhsuldar elmi-tәdqiqat işlәri Azәrbaycanda

vә xaricdә çap olunmuş 500-dәn çox elmi

әsәrdә öz әksini tapmışdır. Bunların içәrisinә

bir sıra  monoqrafiyalar, müәllif şәhadәtna -

mәlәri vә beynәlxalq patentlәr dә daxildir. 

Akif Əzizovun rәhbәrliyi altında bir çox

elmlәr namizәdi (kimya elmlәri üzrә fәlsәfә

doktorları) vә elmlәr doktorları yetişib. İnamla

söylә mәk olar ki, Akif Əzizovun elminin sayә -

sindә neft kimyasının mühüm sahәlәri olan

metal-üzvi kataliz, polimerlәşmә vә oliqo mer -

lәşmә proseslәri, etilendәn sintetik yağların

alınması, aşağı temperatur ion-mayelәrinin tәt -

biqi vә başqa sahәlәrdә aparılan elmi tәdqi qatlar

kimyanın bu bölmәlәrini xeyli zәnginlәşdirmişdir.



Leylufәr Əliyeva, 

t.e.d., professor 


73

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



Mәmmәdova Fәxriyyә Tahir qızı 15 avqust

1987-ci ildә Bakı şәhәrindә anadan olub.

1993-cü ildә Bakı şәhәri Binәqәdi rayonu 83

saylı mәktәb-liseyin birinci sinfinә daxil

olmuş, tәhsilini 1995-ci ildә Şәmsi Bәdәl bәy -

li adına 23 saylı musiqi mәktәbinin fortepi-

ano sinfindә davam etdirmişdir. 2002-ci ildә

hәmin mәktәbi, 2004-cü ildә 83 saylı mәk tәb-

liseyi fәrqlәnmә a estatı ilә bitirib, hәmin il

Dövlәt proqramı çәrçivә sindә Sankt-Peter-

burq Dövlәt Universitetinin kimya fakültә -

sinә qәbul olunmuşdur. 2009-cu ildә kimya

ixtisasına yiyәlәnәn Fәx riyyә Mәmmәdova

2009–2011-ci illәrdә Neft-Kimya Proseslәri

İnstitutunda çalışmışdır. 2011-ci ildә Dövlәt

Proqramı әsasında M.V.Lomonosov adına

Moskva Dövlәt Universitetinin kimya

fakültәsinin aspirantura pillәsinә qәbul

olunmuş vә hal-hazırda tәhsilini davam et-

dirir.

– Dövlәt Proqramı әsasında Azәrbaycan

vәtәndaşlarının xarici ölkәlәrin universi -

tet lәrindә  tәhsil  almalarının  әhәmiyyә tin -

dәn nә deyә bilәrsiniz?

– Birincisi, mәn öz adımdan vә Dövlәt

Proq  ramı әsasında xaricdә tәhsil alan bütün

tәlәbәlәr adından prezidentimiz İlham

Əliyevә minnәtdarlığımı bildirmәk istәyi -

rәm. Bizim xaricdә keyfiyyәtli tәhsil almağı -

mız üçün gözәl şәrait yaradılıb. Xaricdә

tәhsilin tәmәli hәlә ulu öndәrimiz Heydәr

Əliyev tәrәfindәn qoyulmuşdur vә indi bu

siyasәt onun davamçısı prezidentimiz İlham

Əliyev tәrәfindәn uğurla davam etdirilir.

Xaricdә tәhsil böyük miqdarda vәsait tәlәb

etdiyindәn maddi durumları yüksәk ol-

mayan  ailәlәrin övladları belә bir imkana

malik deyildilәr. Dövlәt Proqramı әsasında

isә ağıllı vә istedadlı gәnclәr bu imkanı әldә

edә bilirlәr. Bu baxımdan proqramın әhә -

miy  yәti olduqca böyükdür. Onu da deyim

ki, dövlәtimiz tәrәfindәn göstәrilәn bu qayğı

bizim üçün böyük bir stimuldur ki,  tәhsi -

limizi uğurla başa vurduqdan sonra biz Vәtәnә

dönәk vә Vәtәnimizdә yüksәk ixti saslı mütә -

xәssis kimi bilik vә bacarıqlarımızı sәrf edәk.

– Fәxriyyә xanım, adәtәn, qızlar daha

çox humanitar elm sahәlәrinә meyilli olur -

lar. Siz nәdәn kimyanı seçdiniz. Kimya

elmi nә motivasiya hansı mühüm sәbәbdәn

yarandı?

– Mәn hәmişә texniki elmlәrә daha çox

meyilli olmuşam. Kimya ilә yanaşı riyaziy -

yatı da çox sevdiyimdәn orta mәktәbdә hәm

kimya, hәm dә riyaziyyat fәnni üzrә olim -

piadalarda iştirak edirdim. Konkret olaraq

kimyaya gәldikdә isә nәslimizdә mәn birinci

kimyaçı deyilәm. Anamın  kimyaçı, baba mın,

ulu babamın neftçi olması onu göstәrir ki,

bizim nәsildә kimyaya hәvәs olub. Onu da

qeyd edim ki, qardaşım da M.V.Lomo no sov

adına Moskva Dövlәt Universitetinin Bakı

filialının kimya fakültәsini bitirәrәk, hәmin

universitetin magistratura pillәsinә daxil

olub. 

Kimya elminә maraq mәndә 8-ci sinifdәn



oyanıb. Mәnim orta mәktәbdә müәllimim

olan anam Gülnarә xanımın oxuduğum

mәktәbdә hәmin il tәşkil etdiyi “Kimya

gecәsindә” mәn dә iştirak edirdim. Gecәnin

ssenarisindә biz kimyadan müxtәlif tәcrü -

bәlәr qoyurduq. Yadımdadır, reaksiya nәti -

cәsindә mәn bir maddәnin başqa bir

mad dәyә çevrilmәsinә möcüzә kimi baxırdım.

Anama tәşәkkür edirәm, onun sayә sindә mәn

bu “möcüzә”li elmlә maraqlanmağa başla -

dım. Bundan sonra yalnız onu söylәyә bilә -

rәm ki, bu hәvәs mәndә get-gedә art mağa




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə