“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   31   32   33   34   35   36   37   38   39

74

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

başladı. Buna görә dә Sankt-Peterburq Döv -

lәt Universitetinin kimya fakültәsini seçmә -

yim gözlәnilәn bir addım idi. Mәn nәyi

seçdiyimi, hansı istiqamәtә doğru getdiyimi

dәrk edirdim.

– Azәrbaycanda orta mәktәbdә qazan -

dığı 

nız biliklәr sizin yaxşı tәhsil alma 

-

ğınıza yardımçı oldumu?

– Mәn orta mәktәbi әla qiymәtlәrlә bitir -

mişәm vә hesab edirәm ki, mәktәbdә aldı -

ğım biliklәr qarşıma qoyduğum mәqsәdlәrә

doğru irәli getmәyә, sonradan ali mәktәbi

dә әla oxumağıma çox yardımçı oldu. Für -

sәtdәn istifadә edib mәnә verdiklәri biliklәrә

görә 83 saylı mәktәb-liseyin rәhbәrliyinә vә

müәllimlәrimә  minnәtdarlığımı bildirirәm.

– Sankt-Peterburq Dövlәt Universite-

tinin mәzunlarının  Mendeleyev Mәrkә -

zinin böyük kimya auditoriyasında tәn tә nәli

diplom tәqdimetmә mәrasimindә kimya

fakültәsinin rәhbәrlәrindәn birinin belә

bir maraqlı fikri olmuşdu: kimya fakültә -

sinin mәzunları ixtisaslarına dәrindәn

yiyәlәnmәklә yanaşı,  hәm dә çox mühüm

baca rığa – öyrәnmәk bacarığına da malik -

dirlәr ki, bu da onlara intensiv dәyişәn

dünyada özlәrini itirmәmәyә yardımçı ola-

caq. Öyrәnmәk bacarığı dedikdә o, nәyi

nәzәrdә tutur? 

– Bu, hәqiqәtәn dә, belәdir. Bunu tәkcә

kimya fakültәsinә deyil,  bütöv universitet

tәhsilinә aid etmәk olar. Universitetdә tәhsil

alan tәlәbәlәr universal biliklәrә yiyәlәn -

mәk lә yanaşı, öyrәnmәk bacarığını da әldә

edirlәr. Götürәk kimya fakültәsini: bu fakül -

tәdә oxuyan tәlәbәlәr çoxlu fәnlәr öyrә 

-

nirlәr. Onlardan bәzilәri kimya ilә bilavasitә



әlaqәdar deyil, digәrlәri isә kimya elminin

müxtәlif istiqamәtlәrini әks etdirir. Bu fәnlәr

üzrә materiallar öyrәnilir, imtahan verilir.

Əlbә ә ki, bir müddәtdәn sonra materialla -

rın bir hissәsi unudulur vә bu, tәbii haldır,

insan beyni bütün bunları eyni vaxtda yadda

saxlamaq gücündә deyil. Ancaq hansısa sual

ortaya çıxdıqda tәlәbәlәr onun hansı sahәyә

aid olduğunu vә cavabın necә axtarılması vә

hardan tapılmasını yaxşı bilirlәr. Mәncә, әsas

olan da budur: biz universiteti bitirәrkәn

öyrәnmәk, öz üzәrimizdә işlәmәk, suallara

cavab tapmaq vәrdişlәrini әldә edirik.

– Nәdәn aspiranturada tәhsil almaq

üçün Moskva Dövlәt Universitetini seçdi-

niz? İxtisasınızın spesifikliyinә görә, yoxsa

MDU-nun nüfuzuna görә?

– Özüm kifayәt qәdәr nüfuzlu ali mәk -

tәbi bitirdiyimdәn MDU-dakı aspiran tu ranı

seçmәklә söylәdiyiniz prinsipi rәhbәr tut -

ma mışam. Sadәcә mәnim mәşğul olmaq istә -

diyim  elmi istiqamәt – alternativ  enerji

mәn bә lәri, bioyanacağın alınması – MDU-da

daha yaxşı inkişaf edib. Bәri başdan deyim

ki, bu çox perspektivli istiqamәtdir. Neft,

qaz vә kömür ehtiyatları getdikcә tükәn -

diyindәn dünya alimlәri bu gün alternativ

enerji  ilә maraqlanır, alternativ enerji mәn -

bәlәri axtarırlar. Bunlardan biri dә bio yana -

caqdır. Bioyanacağın әsaslı üstünlüyü ondan

ibarәtdir ki, birincisi, bu bәrpa olunan, buna

görә dә uzunömürlü, nisbәtәn ucuz vә rahat

enerji  mәnbәyidir,  ikincisi,  bioya na ca ğın  is-

tehsalat siklindә vә istifa dәsindә atmos ferә

daha az parnik qazları ixrac olunur, başqa

sözlә, atmosfer çox çirk lәndirilmir. Bununla

әlaqәdar olaraq bütün dünyada bioya na -

cağın müxtәlif növ bio küt lәlәrdәn alınması

istiqamәtindә geniş tәd qiqat işlәri aparılır.  

– Siz hәlә sovetlәr vaxtından böyük nüfuz

qazanmış universitetlәrin birindә ali tәhsil

almısınız. Digәrindә isә elmi-tәd 

qiqat

işlәri ilә mәşğul olursunuz. Bu iki ali mәk -

tәbin tәhsil mühitini qısaca necә müqa yisә

edәrdiniz?



75

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

– Bilirsiniz, mәnim üçün bu iki ali mәk -

tәbin tәhsil mühitini müqayisә etmәk çәtin -

dir. Mәn MDU-da bakalavr pillәsindә tәhsil

almamışam. Aspirantura tәhsili ali mәk 

-

tәbdәki tәhsildәn fәrqli olaraq, әsasәn, elmi



tәdqiqatlar üzәrindә çalışmağı nәzәrdә tu tur.

Lakin mәnә belә gәlir ki, bu iki ali mәktәb

arasında ciddi qlobal fәrqlәr yoxdur. Necә

deyәrlәr, Rusiyanın iki әn böyük şәhәri vә

iki paytaxtı. Moskva rәsmi paytaxt, Sankt-

Peterburq isә mәdәniyyәt paytaxtı olmaqla

yanaşı, hәm dә Rusiyanın şimal paytaxtı

sayılır. Eynilә 2 böyük universitet. Yeri

gәlmişkәn, V.Putin vә D.Medvedyev Sankt-

Peterburq Dövlәt Universitetinin mәzunları

olublar. Rusiya Federasiyasının bu hәr iki

universitetә diqqәti vә qayğısı, demәk olar

ki, eynidir. Buna görә dә mәn bunların

arasında elә bir prinsipial fәrq görmürәm.



– Seçdiyiniz ixtisasın Azәrbaycanda

sәnayedә vә tәhsil müәssisәlәrindә tәtbi -

qini necә görürsünüz?

– Azәrbaycan kimya sәnayesinin yüksәk

inkişaf etdiyi bir ölkәdir. Buna görә dә ölkә -

miz dә kimya sahәsindә tәhsil almış yüksәk -

ixtisaslı mütәxәssislәrә çox böyük ehtiyac

duyulur. Bilikli mütәxәssislәrin rolu sәnaye

sahәsini inkişaf etdirmәklә yanaşı, tәhsil

sahәsindә yeni kadrların hazırlanması üçün

dә olduqca vacibdir. Belәliklә, onların sayә -

sin dә gәlәcәk nәsil Azәrbaycanda keyfiy -

yәtli tәhsil almaq imkanlarını qazanacaq.

– Azәrbaycanın yüksәkixtisaslı kadr-

lara, xüsusilә tәbiәt vә texnika sahәlәri üzrә

dünyanın aparıcı universitetlәrindә tәhsil

almış vә alimlik dәrәcәsi qazanmış insan-

lara böyük ehtiyacı vardır. Elmi işinizi başa

çatdırdıqdan sonra vәtәndә işlәmәk niyyә -

tiniz varmı?

– Əlbә ә ki, var. Başqa cür düşünmürәm

dә. Mәn tәhsilimi Dövlәt Proqramı çәrçivә -

sindә, dövlәtimin sayәsindә alıram. Əgәr

mәn layiq görülüb göndәrilmişәmsә, demәk,

dövlәtimә lazımlı bir insanam vә borcum-

dur ki, tәhsilimi bitirdikdәn sonra Vәtәnimә

xidmәt edim, Vәtәnimin irәli getmәsindә,

inkişaf etmәsindә iştirak edim.

– Tәlәbәlik  illәrinin әn maraqlı mә -

qam larından bir neçәsi barәdә danışın.

– Bilirsiniz, universitet dövrü mәnim

yaddaşımda ömürlük hәkk olunub. Mәn

hәmişә onları böyük coşqu ilә xatırlayıram.

Demәk olmaz ki, mәktәb illәri maraqsız

keçib, amma sıx tәdris qrafikinin olmasına

baxmayaraq, tәlәbәlik illәri çoxlu hadisәlәr

vә xüsusi atmosferi ilә fәrqlәnir. Mәhz tәlә -

bәlik illәrindә mәn etibarlı dostlar qazan dım,

ziyalılar, professor-müәllim heyәti ilә ünsiy -

yәt qurdum. Hәmçinin әcnәbi tәlәbә lәrlә

tәmasda oldum. Onlar öz ölkәlәri vә mәdәniy -

yәtlәri haqqında danışanda mәn dә ölkә -

mizin tarixi vә әnәnәlәri barәdә danış dım,

belәliklә, mәdәni dialoqların iştirakçısı oldum.

Zәnnimcә, tәlәbәlik çox maraqlı dövrdür:

bir tәrәfdәn bu gәnclik qayğıları ilә zәngin

olan şәn hәyat, digәr tәrәfdәn isә insanı şәxsiy -

yәt kimi formalaşdıran böyük hәyat mәktә -

bidir.  


Emin Bayramzadә


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə