“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   31   32   33   34   35   36   37   38   39

insan embrionu, doğrudan da, heyvan embrio-

nundan tәkamül etmişdir. Bu nәzәriyyә biolo -

giya elmi üçün әsrarәngiz bir kәşfdir. İn san ların

sosial vә siyasi varlığı Darvinin gös tәrdiyi kimi,

tәkamül nәzәriyyәsinә әsasla naraq tәbii selek-

siya vә biologiya ilә idarә edilir. Bunun әksini

söylәmәk, әlbә ә ki, ağılsızlıq olardı”.

Yevgenika Ernest Hekkel üçün dә yeni vә

cәlbedici bir nәzәriyyә idi. O, yevgenikanın

tәbliği üçün hәr şeyi etmәyә hazır idi. Hekkel

yeni doğulmuş şikәst uşaqları, vәbaya yolux -

muşları, xәrçәngә tutulmuşları vә ruhi xәstә lәri

vaxt itirmәdәn öldürmәyi tәklif edirdi. Onun

fikrincә, әgәr bu yararsız insanlar cәmiy yәtdә

daha çox qalarsa, bu, tәkamülü lәngidә bilәr. 

Əslindә, Hekkelin qanunu Aristotelin böyük

varlığın zәnciri fәlsәfәsinә qayıdış idi vә tәka -

mülün inkişaf etmiş mәrhәlәsindә köhnәl miş bi-

oloji anlayışların son hәddi ağ dәrili insanın

yaranmasına gәtirib çıxarırdı.

Hekkelin biogenetika pillәsi heyvan vә bitki

növlәrindәn insan irqlәri vә mәdәniy yәtlәrinә

qәdәr genişlәnirdi. Tәbii ki, pillәnin yüksәk liyin dә

nord ağ irqli avropalılar vә onların mәdәniyyәti

dayanırdı. Hә a din dә Hekkelin nәzәriyyә sin -

dәn yan keçmәmişdir. O, yәhudi dinini xristian -

lığın embrional forması kimi tәsvir edirdi. Hek ke lin

nәzәriy yәsinә görә, qalan irqlәr vә mәdәniy -

yәtlәr inkişafdan geri qalmış vәziyyәtdә idilәr.

Ernest Hekkel 1919-cu ildә vәfat etdikdәn

sonra öz fikirlәrini nasistlәrә miras qoydu. Adolf

Hitler bu mirasdan çox sәmәrәli istifadә etdi.

Heç tәәccüblü deyildir ki, Hitler Hekkelin

nәzәriyyәlәrindәn ilham alaraq “Mayn Kampf”

(“Mәnim mübarizәm”) kitabını yaz mış dır. Bu

kitab işıq üzü gördükdәn sonra dәr hal qadağan

olunmuş kitablar sırasına daxil edilmişdir.

Zәif irqlәr kimi göstәrilәn qruplara yavaş-

yavaş müxtәlif irqlәr, millәtlәr dә daxil olmağa

başladı. Hә a iş o yerә çatmışdı ki, 1936-cı il

Berlin Olimpiada oyunlarında idmançıları tәbrik

edәn Hitler 4 qızıl medal qazanmış zәnci atlet Jesse

Oveni saymayaraq stadionu tәrk etmişdi.

Yevgenika sadәcә Almaniyanın daxili vә

xarici siyasәtinә müdaxilә etmәdi. Bu qrupa ABŞ

da daxil oldu. Qaltonun ölümüylә bir likdә Yev-

genika qanunları Amerikaya keçdi vә bu ölkәdә

daha sәrt formada tәtbiq olun mağa başlandı.

Yevgenikanı әn pis ssenari üzrә inkişaf etdirәn

ölkә mәhz ABŞ oldu. Xüsusi istedada malik in-

tellektual cәmiyyәtlәrdә çox uşaqlılıq tәbliğ olunur,

gәlәcәkdә onlardan әmәlә gәlәn uşaqların dahi

şәxsiyyәt  olacağına  ina nır dılar.  Ən  dәhşәt lisi

Amerikaya  saysız-he sab sız  axın  edәn  müha cir -

lәrin mәhkәmә qәrarı ilә mәcburi sterilizasiya

edilmәsi idi. Əksәr ştatlarda isә irqlәrarası izdi-

vaclara qadağa qoyulmuşdu. Çünki dövlәt yev-

genikaya  әsas la na raq  bu  izdivaclardan  әmәlә

gәlәn  uşaq la rın  qüsurlu  olacağına  inanırdı.

Cәnubi Avropa dan, Asiyadan vә Afrikadan gәlәn

mühacir lә rә isә  ümumiyyәtlә, ABŞ-ın qapıları

bağlı idi. 

Henri Ferfild Osborn, Harri Langhlin vә

Medison Qrant Qaltonun amerikalı varislә rin -

dәn sadәcә bir neçәsiydi. Sonradan Yevgenika

vәhşәtini dәstәklәyәnlәrin sayı o qәdәr artdı ki,

Rokfeller İnstitutu vә Karnegi Cәmiyyәti dә

mәmnuniyyәtlә onlara qoşuldu. Hә a Rokfeller

İnstitutundan Nobel mükafatçısı Dr. Aleksis

Karrel almanların törәtdiyi bu soyqı rımını coş -

quyla alqışlamış vә ruhi xәstәlәrin, mәhkum la -

rın toplu şәkildә öldürülmәlәrini belә çәkin mәdәn

müdafiә etmişdir.

Pozitiv yevgenika insan nәslinin yaxşılaş -

dırılması, cәmiyyәt üçün dәyәrli, yüksәk in-

tellektli, fiziki inkişafı vә ya bioloji uyğunluğu

yaxşı olan fәrdlәrin  çoxaldıl ma sıdır.

Əslindә, yuxarıda qeyd etdiyimiz kimi, yev-

genika Hitlerin törәtdiyi vәhşiliklәrlә yad daşlara

78

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




hәkk olduğu üçün insanların fikrincә, bu tәlim

sadәcә qeyri-әxlaqi eksperiment lәrdәn ibarәt idi.

Bu haqda mәlumatı olmayanlar, ümumiyyәtlә,

yevgenikanın nә oldu ğunu tәsәvvür belә etmirlәr.

Əslindә, elmin nә qәdәr tәrәfsiz olduğunu, onun

elm adamları tәrәfindәn yaxşılığa vә pisliyә

yönәl diyinin şahidi oluruq. Əgәr hәr hansı bir

elm insanın şәxsi ambisiyaları ilә vә onun istәk -

lәrinә uyğun tәtbiğ olunarsa, sonda, әlbә ә ki,

bu, faşizm vә digәr antiinsani vәhşiliklәrә qәdәr

gәtirib çıxara bilәr.  Vә ya başqa bir misala müra -

ciәt edәk: atomu xeyirxah mәqsәdlәr üçün tәd -

qiq edәnlәr onun bu gün bәşәriyyәti hansı

fәla kәtә sürüklәyәcәyini düşünә bilmәzdilәr.

Ancaq bu gün müasir tibdә yevgenikanın

üstün mәziyyәtlәrinә rast gәlinir. Bu gün tibb vә

biologiya elmlәri, hәmçinin inkişaf edәn texno -

logiyalar müasir tәbabәtdә genetik xәstә lik riski

mövcud olan ailәlәrdә genetik diaqnoz metod -

larını tәtbiq etmәkdәdir. 

Müasir tәbabәtdә amniosintez vә başqa

genetik testlәrin kömәyi ilә dölün diaqnostik

müayinәsi vә bir sıra genetik nöqsanları uşaq

ana bәtnindә ikәn aşkar etmәk imkanı yaradır.

Mәsәlәn, hәkimlәr doğulacaq uşaqda ağır irsi

hemofiliya, oraqhüceyrәli anemiya vә ya Daun

sindromuna tutulma ehtimalını anladıqları an

vaxtında onun qarşısını almaq iqtidarında dırlar.

Yәni öncәdәn valideynlәr lazımi şәkildә

mәlumatlandırılır, onlara genetik mәslәhәtlәr

verilmәklә yol göstәrilir vә valideynin istәyinә

bağlı olaraq uşağın yaşayıb yaşamamasına

qәrar verilir.

Keçmişdәn bu günә qәdәr insan lәyaqәtinә

zidd olan tәcrübәlәr hәr zaman dövrün aktual

problemlәrindәn hesab olunmuşdur. Yuxarıda

qeyd etdiyimiz neqativ yevgenika buna açıq-

aşkar sübutdur.

Bu gün dünyada insan hüquqlarının –

yaşamaq vә sağlamlıq hüququnun müdafiәsi

mәqsәdilә Bioetika elmi yaranmışdır. Bioloji

elmlәrin vә ümumbәşәri dәyәrlәrin bir-birini

tamamladığı bu elmi istiqamәti 1970-ci ildә

amerikan alimi Van Rensseler Poter “Bioetika”

adlandırdı.  Başqa sözlә, bioetika elmi araşdır -

malar zamanı meydana çıxan әxlaqi toqquş ma -

ların әsaslanmasında, yaxud hәllindә çağ 

daş


biologiyanın nailiyyәtlәrinә söykәnir. Bioetika

yüksәk texnologiyaların insan rifahına vә

tәrәqqiyә xidmәtini tәmin edәn, yalnız vә yalnız

mәnәviyyat prinsiplәri, etik normaları müdafiә

edәn vә bәşәriyyәtin sabahının keşi yin dә duran

elm sahәsidir.

Müasir tәbabәt bioetikanın “insanın şәrәf vә

lәyaqәtinә” yüksәk hörmәt prinsipini әsas tutur.

Bu isә öz növbәsindә tarixәn mövcud tәcrübәnin

ümumilәşdirilmәsi,  humanistlәş di ril mәsi  vә

insan hüquqlarının qorunmasına xidmәt edir. 

Azәrbaycanda bu elm sahәsi kifayәt qәdәr

gәnc olsa da, artıq böyük nailiyyәtlәrә sahib

olmuşdur. Azәrbaycanın birinci xanımı, Milli

Mәclisin deputatı, UNESCO vә ISESCO-nun

xoşmәramlı sәfiri, Heydәr Əliyev Fondunun

prezidenti  Mehriban Əliyevanın tәşәbbüsü ilә

Beynәlxaq Bioetika Komitәsinin Sessiya 

sı 

nın


Şәrqi Avropada ilk dәfә olaraq Bakı şәhә rindә

2011-ci ilin may-iyun aylarında keçi ril mәsi bunun

bariz nümunәsidir.

Bioetikanın Azәrbaycanda son iki ildә sürәtlә

inkişafında rolu olan qurumlardan biri İnsan

Hü quqları İnstitutudur. Tәsadüfi deyildir ki,

ses 

siya zamanı Yuneskonun Baş Ofisi İnsan



Hüquqları İnstitutunda bioetikanın tәdrisi prin -

siplәri haqqında ilk treninq seminarı keçi ril -

mişdir. 

Hörmәtli Mehriban xanım Əliyevanın Bey -

nәlxalq Bioetika Komitәsinin 18-ci sessi yasının

iştirakçılarına ünvanladığı müra ciәt dә xüsusi

maraq doğurur: "...Sabahı düşünü rük sә, gәlәcәk

nәsillәr qarşısında mәsuliyyәtimizi dәrk edi -

riksә, bütün münasibәtlәri mәhz etika vә әdalәt

platformasında qurmağa çalışmalı yıq. Şübhәsiz

ki, bu, uzunmüddәtli prosesdir. Əminәm ki, hu-

manizm vә әdalәt әsasında kons truktiv әmәk -

daşlığın qurulması mәhz bu halda mümkün

olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekun -

ları bioetikanın hәm dünya da, hәm bölgәdә,

hәm dә ölkәmizdә inkişafına xidmәt edәn önәmli

bir addım olacaq”.

Sonda onu qeyd etmәk istәyirik ki, heç bir

elmi kәşf, elmi yenilik ümumbәşәri dәyәr lәr dәn,

insan lәyaqәtindәn vә әxlaqından üstün ola

bilmәz.

Aynur Bağırova 

79

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə