“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   31   32   33   34   35   36   37   38   39

76

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Vaşinqton Universitetinin tibb üzrә dok-

toru vә tarix professoru Kennet M.Zudmerin

söylә d

iyinә görә, Yevgenikanın tarixi qәdim



yunan idealist filosofu Sokratın tәlәbәsi  Platona

gedib çıxır. Onun “Dövlәt” әsәrindә bu haqda

geniş bәhs edilmişdir. Ancaq XIX әsrdә bu

mәsәlәyә daha çox önәm verilmәsinin sәbәbi

darvinizmlә bağlıdır. Bu dövrlәrdә Yevgeni ka -

nın insanlar arasında daha populyar olmasının bir

neçә sәbәbi vardır. Bunlardan әn birincisi

tәkamül nәzәriy yәsidir.

Tәbiәtdә daim bir hәyat mübarizәsi var, bu

mübarizәdә bәzi növlәr güclü olduğu üçün

inkişafa, digәrlәri isә mübarizәdә uduzmağa

mәh kumdur. İngilis tәbiәtşünası Çarlz Darvin

1859-cu ildә nәşr etdirdiyi “Növlәrin mәn şәyi”

vә 1871-ci ildә yazdığı “İnsan törәmәsi” adlı

kitablarıyla böyük bir mübahisәnin әsa 

sını


qoydu. İngilis tәbiәtşünası kitabında can lılar

alәminin mәnşәyini açmağa çalış maq la, bütün

canlıların ortaq bir әcdaddan tәka mül yolu ilә

formalaşdığını iddia etmişdir. Onun başqa iddi a -

sı isә canlılar arasında mәr hә mәtsiz (aman sız) vә

eqoist hәyat mübarizәsinin hökm sürmәsi idi.  

Oksford, Stenford, Harvard kimi universi -

tetlәrdә illәrlә çalışmış tarix professoru Ceyms

Koll hәlә dә universitetlәrdә dәrslik kimi tәdris

edilәn  “Europe Since 1870” (1870-dәn bu yana

Avropa) adlı kitabında darvinizmlә irqçilik

arasındakı ideoloji әlaqәni belә izah edir. Darvin

“Avropa düşüncәsinә müxtәlif istiqamәtdәn

eyni anda tәsir etmişdir”.

Darvin kitabının ilk hissәsini heyvanların

yetişdirilmәsi mövzusuna hәsr etmişdir. Mәsә -

lәn, faydalı at cinslәrinin ortaya çıxması üçün sa -

dәcә olaraq nәsillәr boyu yalnız sağlam cinslәri

cütlәşdirmәyin lazım oldu 

ğu 


nu deyirdi. O,

“İnsanın törәmәsi” kitabında daha da irәli gedә -

rәk, bu üsulun insanlara tәtbiq edilәcәyini is-

tisna etmәmişdir. İnsanın heyvan növü oldu ğunu

deyәn Darvin, onun heyvanlar kimi islah edilә

bilәcәyini düşünürdü. Ancaq bütün bu fikirlәrin

böyük bir yanlışlıq olduğu sonradan bilinәcәk.

O dövrün elminin müasir elmlә müqayisәdә

xeyli geri qalmasına baxmayaraq, bu konsep-

siyaya elә dә çox adam inanmırdı. Elә hәmin vaxt

Darvinin davamçısı vә pәrәstişkarı olan yaxın

qohumu Yevgenika nәzәriyyәsinin banilәrindәn

biri Frensis Qalton ortaya çıxdı. Qaltonun

düşün 


cәlәri Darvi 

nin tәkamül nәzәriyyәsinә

söykәnirdi.

“Hәyatımın xatirәlәri” adlı avtobioq 

rafi 

-

yasında Frensis Qalton yazırdı: “1859-cu ildә



Çarlz Darvin tәrәfindәn yazılmış “Növlәrin

mәnşәyi” әsәri  bәşәr övladının  ümumi düşün -

cәsinә hakim kәsilәn kimi mәnim dә fәrdi zehni

inkişafımda  olduqca böyük bir dönüş yaratdı.

Bu kitabın tәsiri bir çox doqmatik maneәlәri

bircә zәrbә ilә vә bir anda mәhv etmәklә yanaşı,




hәm dә bütün köhnә avto ritetlәrin üsyankar

ruhunun yüksәl mәsinә sәbәb oldu”.

Qaltonun doqmatik maneәlәr vә köhnә avto -

ritetlәr kimi ifadәlәrlә tәsvir etdiyi tәsi satlar,

dini inanclar vә dini tәsisatlar idi. Qalton

fikirlәrini 1869-cu ildә yazdığı “İrsi düha” adlı

kitabında açıqladı. Bu kitabda o, ingilis tarixindә

tәsbit edilәn bәzi dahiliklәrdәn bәhs edir vә

bütün bunları, özlәrinә xas irqi xüsu siy yәtlәr

daşıdığını iddia edirdi. Qalton bu iddiası ilә

bәrabәr ingilis millәtinin genetik yöndәn digәr

millәtlәrdәn üstün vә fәrqli qana malik

olduğunu vә bu keyfiyyәtlәrin qorunub

saxlanması üçün tәdbirlәr görülmә sini vacib

sayırdı. Onu maraqlandıran әsas mәsәlә zehni

qabiliyyәtlәr vә istedadların nәsildәn-nәslә

keçmәsi idi. O hәr zaman öz nәslinin tarixindә

iki mәşhur bioloq Erazm vә Çarlz Darvini, elәcә

dә tanınmış musiqiçilәr sülalәsini vә

hüquqşünasları misal gәtirәrәk belә nәticәyә

gәlirdi ki, onlar arasında irsilik mövcuddur.

Hә a o, irsi qabiliyyәtin riyazi düsturunu

çıxarmağa da cәhd etmişdir.

Qalton üstün irqlә zәif irqlәrin qarışmasına

mane olmaq üçün hansısa qadağaların qoyul -

masını tәlәb edirdi. Ona görә evliliklәr mәhz bu

irqçi mәqsәd nәzәrә alınaraq qanunla idarә

edilmәliydi. Nәticәdә bir müddәt sonra, guya,

üstün bir insan irqi ortaya çıxacaqdır. Qalton bu

irqçi tәkamülçü nәzәriyyәsinә ad qoymaq üçün

düşüncәlәrini bütpәrәstlik dünyasına yönәltdi.

O, yunanca (eu – genos) “uğurlu doğum”

mәnasını verәn “yevgenika” sözünü tapdı vә bu

anlayışı ilk dәfә istifadә etdi. Amma hәyata

keçirilәn nәzәriyyәdәn apokalipsis (“dünyanın

axırı”) qoxusu gәlirdi. Yevgenika o dövrün

inkişaf etmәyәn elm alәmindә qısa bir vaxtda

mәşhurlaşdı vә dәstәk qazandı. Alimlәr vә

sosioloqların çoxu bu yeni isti 

qamәti böyük

hәvәslә qәbul etdilәr. Qalton ina nırdı ki, onun

nәzәriyyәsi bütün bәşәriy yәti xoşbәxt edәcәk.

Vә bu mәqsәdlә o, insan nәslini yaxşılaşdırmaq

üçün elә hәvәslәndirici üsullar tәklif etdi ki,

buna istinad edәn insanlar әn gözәl uşaqları

dünyaya bәxş etmәli idilәr. Darvin onun fikir -

lәrinә çox önәm verirdi. O öz uşaqlarının sağlam -

lığı üçün çox narahat idi vә özünü günahkar sayırdı

ki, qohumu ilә evlәnәrәk onları inkişafdan lәngi -

dib.


Qaltonun nәzәriyyәsi alimlәr tәrәfindәn 2

yerә: neqativ vә pozitiv yevgenikaya bölündü.

Neqativ yevgenika әqli, fiziki vә ya orta

inkişafdan geri qalanların, başqa sözlә, genetik

qüsuru olanların törәmәsinin qarşısının

alınmasıdır.

1901-ci ildә London Universitetinin tәrki -

bindә “Yevgenika” tәhsil dәrnәyi yaradıldı. Bri-

taniya “Yevgenika dәrnәyinin” әsas mәq 

sә 


di

cәmiyyәtdәki bütün şikәstlәrin sterilizasiyası,

xәstә nәsillәrin tükәnmәsi üçün sonsuzlaş dır ma

proqramının tәtbiq olunmasından ibarәt idi.

Dәrnәk kral ailәlәrinә mәxsus olan әsil 

-

zadәlәrә tәriflәr yağdırır, digәr irqlәrin üzvlә rinә



isә geri qalmış heyvan növü kimi baxır dılar. Çarlz

Darvinin oğlu Leonard Darvin 1911–1928-ci

illәrdә bu dәrnәyin sәdri vә aktiv üzvü

olmuşdur. 

Yevgenikanı Almaniyada tәtbiq edәn Çarlz

Darvinin vә sosial darvinizmin әsas tәmsilçisi

sayılan tanınmış tәkamülçü bioloq Ernest

Hekkel olmuşdur. Hekkel Darvinin yaxın dostu

vә davamçısı idi. O, tәkamül nәzәriy 

yәsini


dәstәklәmәk üçün fәrqli canlıların embrionla -

rının bir-birinә bәnzәdiyini söylә miş, elәcә dә

“ontogenez filiogenezi tәkrar 

layır” ifadәsini

işlәtmişdir. Bu ifadәnin mәnası ondan ibarәtdir

ki, embrional inkişaf zamanı bәdәn tәkamülün

bütün mәrhәlәlәrini keçir. Hekkelin bioloji qa-

nununa görә, mәmәlilәrin vә quşların embrion -

larında inkişaf zamanı qәlsәmәlәr әmәlә gәlir,

ancaq onlardan isti 

fadә olunmur, insanın

embrion larında isә müәy yәn zaman keçdikdәn

sonra quyruq әmәlә gәlir.

O, tәkamül nәzәriyyәsinә o qәdәr “aşiq”

olmuşdu ki, bütün tәcrübәlәrini bu nәzәriy yәyә

әsaslanaraq aparırdı.

Georg Stein Hekkelin tәkamül nәzәriyyә sinә

kor-koranә bağlılığını belә ifadә etmişdir.

“Hekkel Darvinin doğru olduğunu iddia edir:

77

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə