“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

66

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Azәrbaycan Elmlәr Akademiyasının

müx bir üzvü, әmәkdar elm xadimi, texnika

elmlәri doktoru, professor, neft kimyası vә

neft emalı sahәsindә tanınmış mütәxәssis

Mәcid Əhәd oğlu Mәrdanov 1913-cü il aprel

ayının 9-da Qәbәlә rayonunun Vәndam

kәndindә anadan olmuşdur.

M.Mәrdanov 1920-ci ildә Göyçay rayon

mәktәbinә daxil olmuş, 1926-cı ildә hәmin

mәktәbi, 1931-ci ildә isә pedaqoji texnikumu

bitirmişdir.

1931–1934-cü illәrdә Qәbәlә rayonunun

mәktәblәrindә әvvәlcә müәllim, sonra tәdris

hissә müdiri vә direktor kimi fәaliyyәt gös -

tәr mişdir.

1934-cü ildә M.Mәrdanov Azәrbaycan

Dövlәt Universitetinin kimya fakültәsinә

daxil olmuş, 1939-cu ildә oranı fәrqlәnmә

diplomu ilә bitirmişdir. Azәrbaycan Dövlәt

Universitetindә oxuduğu müddәtdә M.Əziz -

bәyov adına Azәrbaycan Sәnaye İnstitu-

tunda (indiki Azәrbaycan Dövlәt Neft

Akademiyası) laborant, baş laborant vәzifә -

lәrindә çalışmışdır. Universiteti bitirdikdәn

sonra “Analitik kimya” kafedrasında müәl -

lim işlәmişdir.

1939-cu ildә M.Mәrdanov Sovet ordusu

sıralarına çağırılmış; 1941–1945-ci illәrdә

Böyük Vәtәn müharibәsindә Leninqrad,

Kare liya vә Estoniya әtrafında gedәn döyüş -

lәrdә iştirak etmiş vә ağır yaralanmışdır.

Hәrbi xәstәxanada müalicә olunduqdan sonra

II dәrәcәli әlil kimi ordudan tәrxis olunmuşdur.

O, 1946–1948-ci illәr әrzindә Saratov

şәhәrindә yaşamışdır. 1948-ci ildә Saratov

şәhәrindәn Bakıya qayıdan M.Mәrdanov

V.V.Kuybışev adına Azәrbaycan Elmi-

Tәdqiqat Neft Emalı İnstitutuna (AzETNEİ)

mühәndis vәzifәsinә qәbul olunmuşdur. O,

1949-cu ildә xüsusi yanacaqlar vә aşqarlar

laboratoriyasının baş mühәndisi; 1952-ci ildәn

ömrünün sonuna kimi hәmin laborato riya -

nın rәhbәri vәzifәsindә çalışmışdır.

1953-cü ildә M.Mәrdanov “Benzolun ole -

finlәrlә alkillәşmәsi nәticәsindә alınan

polial kil benzolların katalitik çevrilmәsi” möv   -

 zu  sunda  namizәdlik  dissertasiyası  mü dafiә

etmişdir. Hәmin ildә ona SSRİ AAK-ın qәrarı ilә

kimya elmlәri namizәdi elmi dәrә cәsi veril -

mişdir. O, ilk dәfә olaraq alkil lәşmә sahә sindә

yeni  reaksiya–alyumosilikat  kata  li  zatorunun

iştirakı ilә alkil qrupun aromatik hәlqәdәn naf -

ten hәlqәsinә keçmә sini müәyyәn etmişdir.



67

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

M.Mәrdanov 1959-cu ildәn 1982-ci ilә

qәdәr Azәrbaycan Elmlәr Akademiyasının

yeni tәşkil edilmiş Neft-Kimya Proseslәri İnsti-

tutunda elmi işlәr üzrә direktorun birinci

müavini vәzifәsindә işlәmişdir.

M.Mәrdanovun elmi tәdqiqatlarının әsas

istiqamәti, neftlәrin tәrkibinin tәdqiqi vә on -

la rın әsasında yeni növ reaktiv yanacaq ların

istehsal texnologiyasının işlәnilmәsi olmuş -

dur.


1959-cu ildә onun rәhbәrliyi ilә keçmiş

SSRİ-dә ilk termostabil T-5 markalı reaktiv

yanacağın Azәrbaycan neftindәn istehsal

texnologiyası sәnayedә tәtbiq olunmuşdur.

Azәrbaycan neftlәrindәn istehsal olunan T-5

markalı yanacaq SSRİ-dә yeni nәsil reaktiv

tәyyarәlәrin yaradılmasına vә istismarına tә -

kan verdi. M.Mәrdanovun bu sahәdә apar -

dığı tәdqiqatlar digәr region neftlәrin dәn

ter mostabil  yanacaqların  alınması  isti qa -

mәtindә aparılan tәdqiqatların әsasını qoydu.

1962-ci ildә M.Mәrdanov “Azәrbaycan

neftlәrindәn reaktiv yanacaqların alınması”

mövzusunda doktorluq dissertasiyası müdafiә

etmişdir.

1963-cü ildә ona SSRİ Ali A estasiya Komis -

siyasının (AAK) qәrarı ilә texnika elmlәri

doktoru alimlik dәrәcәsi, 1964-cü ildә isә

professor elmi adı verilmişdir.

1968-ci ildә Azәrbaycan Respublikası Elmlәr

Akademiyasının müxbir üzvü seçilmişdir.

M.Mәrdanovun rәhbәrliyi ilә sәs sürә -

tindәn iti sürәtli tәyyarәlәr üçün T-6 markalı

yüksәk termostabil yanacağın alın ma texno -

logiyası yaradılmış vә Başqır dıs tanın Salavat

Neft-Kimya Kombinatında isteh sal olunub,

sәnaye-tәcrübi nümunәsi ixtisaslaşdırılmış

üsullarla sınaqdan müvәf fәqiyyәtlә keçmiş

vә aviasiyada istifadәsinә vәsadәt verilmiş -

dir.


Sonralar “Neft-daşları” neftindәn T-8В

markalı termostabil aviasiya yanacağının

alınma texnologiyası işlәnib hazırlanmışdır.

Bu yanacaq Rusiyanın Novokuybışev şәhә -

rin 

dә istehsal olunub, ixtisaslaşdırılmış



üsullarla sınaqdan keçirilmişdir.

Professor M.Mәrdanov әmәkdaşları ilә

birlikdә Azәrbaycan neftlәri ilә digәr region -

ların kükürdlü neftlәrinin qarışığından isti -

fadә etmәklә yüksәk termooksidlәşmәyә

malik РГ-1 vә RT markalı reaktiv yanacaq -

ların texnologiyasını işlәyib hazırlamışdır.

Professor M.Mәrdanovun rәhbәrliyi

altında keçmiş SSRİ-dә, ilk dәfә olaraq piro -

liz prosesinin maye mәhsullarından yüksәk

tәmizlik dәrәcәsinә malik siklo-pentadienin

ayrılma texnologiyası işlәnib, yarım sәnaye

qurğusunda tәtbiqini tapmışdır. Bu qurğu

Rusiya Federasiyasının Novokuybışev şәhә -

rindә Neft-Kimya Layihә İnstitutu tәrәfin -

dәn layihәlәşdirilmişdir.

Bu prosesin işlәnib hazırlanmasına görә

M.Mәrdanov “SSRİ Xalq Tәsәrrüfatının Nai -

liy  yәtlәri” sәrgisinin gümüş medalı ilә tәltif

olunmuşdur.

Müasir yanacaqların keyfiyyәtinin yaxşı -

laş dırılması vә yeni növ perspektiv yana -

caqların alınma texnologiyasının işlәn mә sindә

hidrogenlәşmә prosesi üçün Co, Mo, Ni, Pt,

Re vә sairә elementlәr әsasında yüksәk aktiv -

liyә malik katalizatorlar sintez olunmuşdur.

Professor M.Mәrdanov әmәkdaşları ilә

motor yanacaqlarının keyfiyyәtini artıran

aşqarların sintezi sahәsindә mәqsәdyönlü

tәdqiqatlar aparmışdır. SSRİ Elmlәr Akade -

miyası element üzvi birlәşmәlәr institutu-

nun әmәkdaşları ilә siklopentadien әsasında

avtomobil benzinlәri siklopentadienil dәmir

(ferrosen) vә siklopentadieniltrikarbonil-

manqan aşqarları sintez olunub sınaqdan

keçirilmişdir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə