“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə28/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

58

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Belә bir fikir geniş yayılmışdır ki, biz öz

mәnәviyyatımızı, mәdәni-mә nәvi dәyәrlәri -

mizi qorumağa çalışmalıyıq, Qәrbdәn isә

ancaq onların elmi-texniki dәyәr 

lәrini,

müasir texnologiyaları götür mәk  lazımdır.



Bu, ilk baxışda optimal bir variant dır, amma

eyni zamanda çox sadәlövh fikirdir. Əslindә,

bunu o zaman etmәk olar ki, söz sahibi sәn

özün olasan. Yәni nәyi vermәk vә nәyi almaq

mәsәlәsini dә özün müәyyәnlәş 

dirә 


sәn.

Halbuki baxılan halda qüvvәtlәr nisbәti

Qәr bin xeyrinә olduğuna görә, verәn dә,

alan da Qәrb özüdür. Yәni o bizә nәyi

vermәk istәyirsә, onu da verir vә bizdәn

nәyi almaq istәyirsә, onu da alır. İndi gәlin,

mә sә lәyә Qәrbin gözü ilә baxaq vә anla ma -

ğa çalışaq ki, Qәrb üçün nә daha sәrfәlidir?

Bәli, bizim mәdәni-mәnәvi dәyәrlәrimiz

bir üstünlükdür vә Qәrb bunun qiymәtini

bilir. Vә Qәrb bizә öz elmi-texniki nailiyyәt -

lәrinin, sәnaye mәhsullarının müәyyәn bir

qismini vermәklә әvәzindә bizim malik

olduğumuz yeganә sәrvәti almaq istәyir.

Qәrb bizә sadәcә olaraq kompyuteri, yaxud

televizoru transfer etmir. O hәm dә tele-

viziya verilişlәrinin mәzmununu vә İnternet

vasitәsilә ötürülәn informasiyanın çeşi dini

müәyyәn edir. Qәrb bizim maraq dairәmizi

dә, zәif cәhәtlәrimizi dә bizdәn daha yaxşı

bilir. Çünki bizi kәnardan vә mәqsәdyönlü

sürәtdә seyr edir.

Bәs biz özümüzü öyrәnmәyә çalışırıqmı?

O vaxtlar – Xudu Mәmmәdovun bizә

dәrs dediyi 70-ci illәrdә vә universiteti bitir -

dikdәn sonra müntәzәm xarakter almış gö -

rüş lәrimiz zamanı biz kristalloqrafiyadan,

tәbiәt hadi sәlә rindәn, maddәlәrin qurulu -

şun dan daha çox, insan tәbiәtindәn, cәmiy -

yәtin qurulu şundan bәhs edәrdik. Kris tal ların

vә milli ornamentlәrin strukturu, tәbiәtin

yaddaşı ilә milli tәfәkkür arasında eyniyyәt

mәsәlәlәri fәlsәfi yaradıcılıq yolunu seçmiş

gәnc fizik üçün maraqlı olmaya bilmәzdi.

Bizi bağlayan mәhz tәbiәtә vә insan hәya -

tına fәlsәfi sәviy yәdә yanaşma tәrzi idi. Mü -

ba hisәlәr dә çox olurdu. Bir dәfә mәn isbat

etmәyә çalışdım ki, biz Qәrbin neçә yüz illәr

әrzindә qalxdığı sәviyyәni qısa bir müd -

dәtdә mәnimsәyib onlarla yarışa bilmәrik;

ona görә dә optimal bir yol seçmәk lazımdır.

Bu yol isә Qәrbdәn hazır elmi nәticәlәri

götü rәrәk onların daha tez tәtbiqinә nail

olmaqdır. Görünür, mәn hәm dә Yaponiya

tәcrübәsinә istinad edirdim. Lakin gözlәdi -

yimin әksinә olaraq Xudu müәllim bu fikrә

etiraz etdi vә dedi ki, hәr bir xalq dünya

sivili zasiyasına nә qәdәr pay verirsә, ancaq

o qәdәr dә götürә bilәr.

O vaxtdan neçә illәr keçmişdir vә bizim

ümumi mәhsuldan, dünya sivilizasiyasın -

dan daha çox pay götürmәk iddialarımızın

hәmişә tәrsinә çevrildiyinin şahidi olmu şam.

Dәyәrli kitablar




59

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Nәyi isә әvәzsiz almaq ancaq illüziya imiş.

Elmi-texniki sahәdә aldıqlarımızın bәdә lini,

sәn demә, mәnәviyyatımızla ödәyirmişik.

Bәs çıxış yolu nәdәdir?

Bunun üçün, әlbә ә, orta әsrlәrdә islam

dünyasının indiki Qәrb ölkәlәrinә nisbәtәn

çox irәlidә olmasına rәğmәn, tәdricәn geri

qalmasının sәbәblәrini müәyyәnlәşdirmәk

lazımdır. Elmin ön cәbhәsindәki ayrı-ayrı

nümunәlәr, yәni müsәlmanların normal

elmi mühitdә çalışarkәn, heç kimdәn geri

qalmayaraq böyük uğurlar qazanması fakt -

ları göstәrir ki, hәr şey ictimai mühitlә bağ -

lıdır. Yәni söhbәt islami dünyagörüşü nün,

guya, elmin inkişafı üçün әlverişli olma ması

haqqında yaradılmış mifin da ğı  dıl ma sından

gedir. Problem cәmiyyәtin tәşkilatlanması

vә onun strukturunda elm üçün normal

şәrait yaradılması ilә bağlıdır. İngiltәrәdә

tәhsil alan vә İtaliyada, özünün yaratdığı

nәzәri fizika mәrkәzindә çalışan Əbdüs Sәla -

mın, ABŞ-ın әn mәşhur universitet lә rindәn

olan Yell Univer sitetindә çalışan Oqtay Sinan -

oğlunun, habelә cәmi bir neçә il Moskvada

vә bir il İngiltәrәdә çalışdıqdan sonra vәtәnә

dönәn Xudu Mәm mәdovun timsalında biz

bir daha bunun şahidi oluruq.

Mәktәb olimpiadalarında gәnc fiziklә -

rimizin, riyaziyyatçılarımızın, bioloqları 

-

mızın uğurları, hәr il neçә-neçә mәktәblinin



vәtәnә qızıl medalla qayıtması artıq bir

әnәnәyә çevrilmişdir. Bәs sonra? Sonra әlve -

riş li elmi mühitin yoxluğu ucbatından bu gәnc

istedadlar ya xarici ölkәlәrә getmәli olur, ya

da qalıb paslanırlar.

Elәcә dә şahmat yarışlarında 10, 12, 14

yaşa qәdәr uşaqlar arasında birinci yerlәri

asanlıqla tutduğumuz halda, yetkin yaş 

-

larda bu qәlә bәlәri tәkrar etmәk çәtinlә şir.



Çün 

ki genetik intellektual keyfiyyәtlәr

gәrәk müvafiq mü hitlә tamamlansın. Bizdә

çatışmayan mәhz mühitdir.

Bir dәfә böyük riyaziyyatçı-alim Lütfi

Zadәnin 75 illik yubileyinә hәsr olunmuş bir

mәrasimdә hamı Azәrbaycan aliminin vә

hә a Azәrbaycan elminin böyük nailiyyәtlә -

rindәn bәhs edәrkәn sual verdim ki, axı Zadә

hansı bir tәsadüflәysә ABŞ elmi mühi tinә

düşmәsә idi, Azәrbaycanda qalsa idi, yenә

indiki Zadә ola bilәrdimi? Yox... Bәlkә, biz

onu heç doktorluq müdafiәsinә dә bu rax -

mazdıq. Ona görә dә beş dәfә azәr bay can lı

alim de yәndә, bir dәfә dә gәlin Ame rika

elmi mühitini yada salaq.

Haqqında söhbәt açdığımız üç böyük

alim: Əbdüs Sәlam, Xudu Mәmmәdov, Oqtay

Si 

nan 


 

oğlu da mәhz xarici elmi mühitdә

özlәrini tәsdiqlәyә bildilәr. Lakin onların

fәrqlәndirici cәhәti budur ki, yüksәk milli

ruh onları hәmişә vәtәnlә bağlamış, bütün

nüfuzlarını vә elmi potensiallarını öz xalq -

ları nın elmi intibahı üçün sәrf etmişlәr. Uzun



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə