“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

54

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

ЯLЯSGЯROV AЬASЯLИM 

KЯRИM OЬLU

Ağasәlim Əlәsgәrov 1928-ci il may ayının

22-dә Bakı şәhәrinin Balaxanı kәndindә doğul -

muşdur. 1946-cı ildә K.Marks adına Azәrbay -

can Dövlәt Xalq Tәsәrrüfatı İnstitutuna daxil

olmuş, 1950-ci ildә  hәmin institutu aqrar iqti -

sadçı ixtisası üzrә bitirmişdir.  1954-cü ildә

M.Lomonosov adına Moskva Dövlәt Univer-

sitetinin siyasi iqtisad, fәlsәfә vә partiya tarixi

mәktәbini bitirdikdәn sonra ona siyasi iqtisadçı

ixtisası verilmişdir. 1958-ci ildә SSRİ Elmlәr

Akademiyasının İqtisadiyyat İnstitutunda aspi -

ran turanı bitirәrәk iqtisad elmlәri namizәdi

elmi dәrәcәsini almışdır. 1968-ci ildә “Kәnd

tәsәrrüfatının ixtisaslaşması vә onun iqtisadi

effektliyi” mövzusunda doktorluq dissertasiyasını

müdafiә etmiş vә hәmin il iqtisad elmlәri dok-

toru elmi dәrәcәsinә, 1969-cu ildә professor

elmi adına layiq görülmüşdür. 1981-ci ildә

AMEA-nın İqtisadiyyat İnstitutunun direktor

müavini vәzifәsinә irәli çәkilir. AMEA-nın İqti-

sadiyyat İnstitutunda kiçik elmi işçi (1958), baş

elmi işçi, elmi katib (1958–1967), «Siyasi iqtisa -

dın ümumi problemlәri» şöbә 

sinin müdiri

(1967–1974), D.Bünyadzadә adına Xalq Tәsәr -

rüfatı İnstitutunun elmi işlәr üzrә prorektoru

(1974–1978), «Nәqliyyat iqtisadi әlaqәlәrinin ef-

fektliyi» şöbәsinin müdiri (1978–1979), «Xalq

tәsәrrüfatı komplekslәrinin optimal laş dırılması»,

«Şәhәrlә kәnd arasında sosial-iqtisadi fәrqlәrin

aradan qaldırılması» şöbәlәrinin müdiri (1979),

elmi işlәr üzrә direktor müavini (1981–1989),

institutun direktoru (1989–1999), «Xarici iqti-

sadi әlaqәlәr» şöbәsinin müdiri, Azәrbaycan

Respublikası Ali A estasiya Komis siyasının iqti-

sadiyyat, fәlsәfә vә hüquq ixtisasları üzrә Ekspert

Komissiyasının üzvü (1993–1995), «Qloballaşma

vә beynәlxalq iqtisadi münasi bәtlәr» şöbәsinin

müdiri (1993–2011) vәzifә sindә çalışmaqla hәm

dә aparılan elmi tәd qi qatlara rәhbәrlik et miş -

dir. İqtisadiy yatın müxtәlif sahәlәrindә – iqti -

sa di nәzәriyyә, makroiqtisadi siyasәt, maya

dәyәri, әmәk mәhsuldarlığı, tәsәr rüfat hesabı vә

di gәr istiqamәtlәrә aid 216 elmi әsәrin müәl -

lifidir. Onlardan 32-si monoqrafiya, kitabçadır. 

Müstәqillik qazanmış Azәrbaycan Respub -

li kasının bazar iqtisadiyyatı münasibәtlәrinә

keçmәsi ilә әlaqәdar olaraq, müәllifin elmi fәa -

liy yәti bu vacib sahәdә hәyata keçirilir. O, prob -

lemin müxtәlif mәsәlәlәrinә dair bir sıra elmi,

nәzәri vә praktiki әhәmiyyәtli mәqalәlәr yazıb

çap etdirmişdir. Onlardan «Bazar iqtisa diy -

yatına keçidin aktual problemlәri: nәzәri meto -

doloji sosial-iqtisadi aspektlәr», «Bazar

müna sibәtlәrinә keçid vә Azәrbaycanın iqti-

sadi inkişafının bәzi problemlәri», «Bazar

münasi bәtlәrinә keçid problemlәri», «Keçid



55

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

dövrünün iqtisadiyyatı: inkişaf yolu», «Müstә -

qil Azәrbaycan Respublikası bazar iqtisadiy ya tı na

keçid  yollarında»,  «Azәrbaycan  Res  p ub li  ka sının

köklü milli iqtisadi inkişaf problemlәrinin hәlli

yolları» vә digәr әsәrlәri göstәrmәk olar.

A.Əlәsgәrov bazar iqtisadiyya 

tına keçidlә

әlaqәdar yazmış olduğu elmi әsәrlәrindә bu

prosesin meydana gәlmәsinin labüdlüyünün

elmi әsaslarını, keçid dövrünün zәruriliyini,

çoxukladlığın vacibliyini vә onla rın sosial-iqti-

sadi vәzifәlәrini konkret vә aydın vermişdir.

Azәrbaycan Respublikasının sosial-iqtisadi

inkişafının sürәtlәndirilmәsi ilә әlaqәdar ortaya

çıxmış bir sıra mühüm tәdbirlәrin hәyata keçi -

ril mәsindә bilavasitә iştirakçı kimi yaxın dan

fәaliyyәt göstәrmişdir. O, Azәrbay 

can Res 


-

publikası Prezidentinin «Dövlәt aqrar isla hatı

komissiyasının yaradılması haqqında» 2 mart

1995-ci il 290 saylı Fәrmanına әsasәn hәmin

komissiyanın üzvü, Azәrbaycan Res pub lika -

sında «Dövlәt әmlakının özәllәşdi rilmәsi sahә -

sindә әmәli tәdbirlәr haqqında» Azәrbaycan

Respublikası Prezidentinin 8 mart 1995-ci il 295

saylı Fәrmanına әsasәn isә hәmin komissiyanın

üzvü seçilәrәk, bir sıra әsaslı tәdbirlәrin hazır -

lanıb tәtbiq edilmәsindә bilavasitә fәal iştirak

etmişdir. Bundan başqa, Azәrbaycan Res pub -

likası Nazirlәr Kabinetinin yaratmış olduğu

«Statistikanın yeni sistemә keçirilmәsi» höku -

mәt komissiyasının üzvü kimi dә fәaliyyәt

göstәrmişdir.

Azәrbaycan Respublikası Milli Mәclisindә

baxıl 


maq üçün onlarla qanun layihәsinin

hazırlanması, Milli Mәclisin iqtisadi siyasәt

daimi komissiyası vә hәmçinin büdcә mәsә -

lәlәri  daimi  komissiyalarının  müzakirә lә rin dә

müntәzәm olaraq yaxından iştirak etmişdir.

A.Əlәsgәrov digәr müәlliflәrlә birlikdә yerinә

yetirmiş olduğu elmi-tәdqiqat işlәrinin nәticә -

lә rini bir sıra tәhriri mәruzә, tövsiyә vә digәr

formalarda xalq tәsәrrüfatı sahәlәrindә tәtbiq

edilmәk üçün direktiv vә digәr müvafiq tәş -

kilatlara tәqdim etmişdir. Bu işlәmәlәr vә araş -

dırmalar xalq tәsәrrüfatının iqtisadiyyatı,

plan 

laşdırılması, tәşkili vә idarә edilmәsi



mәsәlәlәrini әhatә edir.

A.Əlәsgәrovun rәhbәrliyi ilә 44 namizәdlik

vә 3 doktorluq dissertasiyası müdafiә edil -

mişdir. Hazırda namizәdlik işi üzәrindә çalışan

3 aspirantın elmi rәhbәridir. Keçәn dövr әrzindә

16 doktorluq vә 46 namizәdlik dissertasiyası -

nın müdafiәsi ilә әlaqәdar respublika vә digәr

MDB ölkәlәrindә rәsmi opponent olmuşdur.

A.Əlәsgәrov Moskva, Sankt-Peterburq, Aşqa -

bad, Tbilisi, Daşkәnd, Bişkek, Minsk, Bakı şәhәr -

lә 

rindә keçirilәn Ümumi ifaq konfrans vә



sessiyaların fәal iştirakçısı olmuşdur. Maca -

rıstan, Türkiyә, İran, İraq, Almaniya, Çexoslo-

vakiya vә digәr ölkәlәrdә keçirilәn beynәlxalq

elmi forumlarda mәruzәlәr vә çıxışlar etmişdir.

Azәrbaycan EA-nın iqtisadi problemlәr üzrә

әlaqәlәndirmә şurasının üzvü kimi respublika

iqtisadçı alimlәrinin qüvvәlәrini vә digәr

maddi vә maliyyә resurslarını aktual problem -

lәrin hәllinә sәfәrbәr etmişdir.

A.Əlәsgәrov iqtisadiyyat elminin daim

inkişafının vә onun prioritet tәşkil edәn prob -

lem lәrinin gәlәcәk istiqamәtlәrini dәrk etmәyi

bacaran, gәnclәrә daim qayğıkeş olan şәxsiyyәt

kimi onların hazırlanmasında vә ixtisaslarının

artırılmasında böyük qüvvә vә vaxt sәrf edir.

On illәrdir ki, elmi fәaliyyәtini Azәrbaycan

Döv lәt İqtisad Universiteti, Azәrbaycan Neft

Akademiyası, Bakı Dövlәt Universiteti, Bakı

Biznes Universiteti vә digәr ali mәktәblәrdә

müәllimlik fәaliyyәti ilә әlaqәlәndirmişdir.

Onun yetirmәlәri bir sıra regionlarda çalışırlar.

O, doktorluq dissertasiyasının müdafiәsi üzrә

İqtisadiyyat İnstitutunun ixtisaslaşmış şura -

sının üzvüdür.

2000-ci ildә «Azәrbaycan iqtisadiyyatının

dünәni vә bu günü» adlı kollektiv elmi әsәri

Asiya müsәlmanları tәşkilatının qrant müsabi -

qәsindә I dәrәcәli pul mükafatına layiq görül -

müşdür. 1998, 2003 vә 2008-ci illәrdә mәh sul dar

elmi fәaliyyәtinә görә 70, 75 vә 80 yaşının

tamam olması ilә әlaqәdar AMEA-nın Rәyasәt

Heyәtinin fәxri fәrmanları ilә tәltif olunmuş -

dur. O, rus, ingilis, fars vә hәmçinin türk dillә -

rini sәrbәst bilir vә müvafiq әdәbiyyatlardan

elmi-tәdqiqat işlәrindә sәrbәst istifadә edә bilir.

S.Əsgәrzadә,

tarix elmlәri doktoru



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə