“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

üçün zәmin yaradır. İkincisi, M.Nağıyevin

kitabı sovet hakimiyyәti illәrindә neft emalı

mәdәniyyәti vә texnikasındakı irәlilәyişlәr

haqda aydın tәsәvvür yaradır.

Hәlә bu yaxınlarda, tәqribәn 20 il bundan

әvvәl, neft emalının әsas prosesi olan krekinq

yalnız istilik göstәricilәri nәzәrә alınmaqla

layihәlәndirilirdi. Hazırda isә dövrәyә girәn

yeni proseslәrin müfәssәl öyrәnilmәsi bu pro -

ses 


lәrin hәyata keçirilmәsinin ilkin mәrhә 

-

lәsindәn etibarәn, reaksiyanın sürәti haqqında



dәqiq mәlumatlar toplamağa, nәticәdә müәl -

lifin tәsvir etdiyi metodlardan yararlanaraq

zavodlardakı reaktiv qurğularda müәy 

yәn


olunmuş iş şәraitindә maksimal göstә ri cilәr әldә

etmәyә imkan yaradır».

Murtuza Nağıyevin yaratdığı bütün metod-

lar, prinsiplәr vә anlayışlar fәlsәfi kateqori -

yalarla çox yaxındır, onlar da fәlsәfi kate qo riyalar

kimi yeni ideyalar vә yanaşma sistemlәri әmәlә

gәtirir, kimya vә kimya texnologiyası nәzәriy -

yәsinә yeni, qeyri-әnәnәvi elmi mövqelәrdәn

yanaşmaqla, bu sahәdә kimyәvi proseslәrin

aparılmasında yeni baxışlar formalaşdırır.

Tәsadüfi deyil ki, «… zәhmәt, axtarış,

yaradıcılıq… bir yerdә tәlәffüz olunur vә on-

lardan heç biri digәri olmadan mümkün deyil»

ifadәsi mәhz bu alimә aiddir. Bu ifadәyә alimi

bütün fәaliyyәti boyu zirvәlәrin fәthinә doğru

aparan vahid bir anlayış, fәlsәfi kateqoriya kimi

dә baxmaq olar. Hәmin anlayışda «açar» söz,

әlbә ә ki, «axtarış» sözüdür. M.Nağıyevin

hәyatı boyu (onun haqqında danışarkәn fiziki

hәyat vә  yaradıcılıq hәyatı sinonim kimi

anlaşılır) elmi yaradıcılığı ilә tanış olanlar bu

alimi «iksir» daşı, bütün varlığın mahiyyәtini

aça bilmәk, hadisәlәrin mahiyyәtini dәrk etmәk

iqtidarında olan hansısa bir ideal fenomen

axtarışı yolu ilә aparan mәntiqi tәfәkkürün

tәsiri altına düşür. Bu, elmin konkret sahәlәri –

kimya vә kimya texnologiyası üzrә yaradılmış

fundamental әsәrlәrlә dә hәr dәfә sübuta

yetirilmişdir. Hәr hansı kimyәvi prosesin

tәdqiqi, demәk olar ki, hәmişә ümumilәşdirmә

ilә tamamlanan forma alırdı. Alimin apardığı

elmi tәdqiqatların başlanğıc mәrhәlәsindә dә

belә olmuşdu. Hәlә kimya texnologiyası üzrә

ilk işindә, termiki krekinqi tәdqiq edәrkәn, o,

dünyada ilk dәfә olaraq elementlәrdәn hәr

birinin başqaları ilә hәm birbaşa, hәm dә re-

sirkulyasiya (әks әlaqә) axınları ilә birlәşmiş

olduğu mürәkkәb kimyәvi-texnoloji kom-

pleksin riyazi modelini tәklif etdi vә bununla

da «resirkulyasiya nәzәriyyәsi»nin vә bir sıra

gәlәcәk fәnlәrin – bu cür komplekslәrin tәdqiqi

üçün sistemli tәhlilin, onların riyazi modellәş -

dirilmәsi vә optimallaşdırılmasının  әsasını

qoy du. Moskvada 1991-ci ildә «Vısşaya şkola»

nәşriyyatı tәrәfindәn tәxminәn iki min il әrzin -

dә kimyәvi biliklәrin inkişafını ümumi şәkil dә

әks etdirәn «Dünyanın görkәmli kim yaçıları»

(«Vısşil ximiki mira»; V.A.Volkov, E.V.Von-

skiy, Q.İ.Kuznetsova) bioqrafik mәlu mat kitabı

nәşr olundu. Kitabın «Kimyada mühüm

hadisәlәrin vә kәşflәrin xronologiyası» bölmәsi

oxucuda yalnız mәlumat xarakterli olduğuna

görә yox, hәm dә dünya miqyasında tanınmış

görkәmli alimlәrә görә fәrәh hissi doğurur.  Bu

xronologiyanın mühüm kәşflәri siyahısında

1939-cu il, hәm dә hәmvәtәnimiz Murtuza

Nağıyevin adının resirkulyasiya nәzә riy yәsinin

әsas prinsiplәrini işlәyib hazırlayan alim kimi

göstәrilmәsinә görә әhәmiyyәtlidir. Bu funda-

mental, prinsiplәrsiz, xüsusilә klassik kineti -

kanın istifadә edildiyi birdәfәlik proses lәrdә

reaksiyalar klassik kinetika qanunlarına әsasәn

aparıldığından kimyәvi reaksiyanın gedişatına

xas xüsusiyyәtlәr tәshihlәr tәlәb edirdi. Buna

görә dә reaksiya axınlı  mürәkkәb sistemlәrin

ciddi elmi, riyazi hesablanması vә layihәlәn di -

rilmәsi  mümkün deyildi. 

Qabaqlanmış zaman sözünü deyirdi. Bu

fundamental işin әhәmiyyәti, hә a XXI әsrin

әvvәllәrindә dә tam deyil,  riyazi modellәş -

dirmә, sistemli tәdqiqatlar rәsmәn qәbul edilib

tәbiyyat biliklәri statusu alandan, kimyәvi

proseslәrin idensifikasiyası haqqında fikirlәr

söylәnilәndәn, Murtuza Nağıyevin bu tәdqiqat

işi «Dünyanın görkәmli kimyaçıları» kitabının

2000 ili әhatә edәn «Kimyada mühüm hadisә -

lәrin vә kәşflәrin xronologiyası»na Azәrbay -

can dan yeganә alim kimi daxil edildikdәn,

«Resirkulyasiya nәzәriyyәsi vә kimyәvi pro -

seslәrin optimallığının yüksәldilmәsi» vә «Əks

әlaqәli kimyәvi sistemlәr haqqında etüd lәr»,

«Kimyәvi resirkulyasiya» monoqrafiyaları nәşr

olunandan sonra dәrk olunmağa başlayacaqdı.  

Bütün bunlar o vaxta qәdәr kimya elmi üzrә

milli kadrların sayı çox olmayan bir  respub-

likada baş verirdi. Burada kimya elminin



50

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




tәmәlli  inkişafı, alim vә mütәxәssislәrin hazır -

lan ması, elmi-tәdqiqat institutlarının yaran -

ması vә formalaşması iki böyük şәxsiy yәtin –

akademiklәr Y.Mәmmәdәliyev vә Murtuza

Nağıyevin adları ilә daha çox bağlanacaqdı.

Akademik M.Nağıyev resirkulyasiya proseslәri

nәzәriyyәsi ilә vahid bir sistem kimi kimya

elmindә yeni bir istiqamәtin – resirkulyasiya

proseslәri haqqında tәlimin dә әsasını qoyacaq,

Neft-Kimya Proseslәri İnstitutunun ilk direk-

toru, Kimya Texnologiyasının Nәzәri Problem -

lәri İnstitutunun tәşәbbüskarı vә yaradıcısı

kimi tanınacaqdı. M.Nağıyevin kimya texnolo -

giyası nәzәriyyәsinә superoptimallıq  prinsipinin

daxil edilmәsi isә kimya texnologiyasının

inkişafına tәkan verәcәkdi. Elm alәmindә böyük

maraqla qarşılanan «Kimya texnolo giyasında

resirkulyasiya proseslәri haqqında tәlim» adlı

monoqrafiyasının 1958-ci ildә Moskva da rus

dilindә, 1964-cü ildә isә Londonda ingilis

dilindә nәşr olunması elmi fәaliyyәtindә әsl

hadisәyә çevrilәcәk, akademikә dünya şöhrәti

gәtirәcәkdi. 

Murtuza Nağıyev 1952-ci ildә Azәrbaycan

SSR EA-nın hәqiqi üzvü vә akademik katibi,

hәmçinin «Azәrbaycan SSR EA-nın mәru 

-

zәlәri» jurnalının redaksiya heyәtinin üzvü



seçilmişdi. O, böyük alim, bacarıqlı tәşkilatçı,

gözәl ictimaiyyәtçi idi. 

Mәşhur sovet alimlәri, xüsusilә akade 

-

miklәr – filosof M.V.Keldış vә Nobel mükafatı



laureatı, fiziki-kimyaçı N.N.Semyonov, sovet

kimyasının nәhәngi N.M.Emanuel, kimyaçı

akademiklәr S.S.Namyotkin vә A.V.Topçuyev

onu bir alim kimi yüksәk qiymәtlәndirirdilәr.

Yorulmaq bilmәdәn apardığı elmi tәdqiqatlar

vә onların nәticәlәri alimi hәr gün şöhrәtin

zirvәsinә daha da yaxınlaşdırırdı. 

1956-cı ilin sentyabrında, doğrudan da,

inanılmaz  bir hadisә baş verdi. O dövrdә xarici

ölkәlәrdә keçirilәn elmi konfranslarda sovet

alimlәri mütәmadi olaraq iştirak etsәlәr dә,

iştirakçıların milli tәrkibinә xüsusi diqqәt

yetirildiyindәn bu, hәr alimә qismәt olmurdu.

İlk dәfә idi ki, SSRİ-dәn müsәlman, hәm dә

türk millәtindәn olan alim ABŞ-a göndәrilirdi.

Bu şәxs görkәmli kimyaçı alim, azәrbaycanlı

Murtuza Nağıyev idi! Onun uzaqgörәn nәzә -

riy yәsi vә bu nәzәriyyәnin prinsiplәri, hәmçi -

nin yeni elmi istiqamәt diqqәtdәn yan keç mә mişdi.

O, Filadelfiyada keçirilәn kataliz üzrә I

Beynәlxalq konqresdә «Çoxpillәli vә kompleks

kimyәvi resirkulyasiya proseslәrinin material

balansı»  mövzusunda   mәruzә ilә çıxış etdi.

Nәticәlәrin «Kemikl injenerinq proqress»

(«Chemical engineering progress») jurnalında

dәrc olunması ilә sovet aliminin tәdqiqatlarına

vә onların nәticәlәrinә maraq tәkcә Amerikada

deyil, hәm dә beynәlxalq miqyasda artdı. 

Bu dövrdә onun mәrkәzә aparılmasını da

gözlәmәk olardı, amma SSRİ-dә neft kimyası

kimi mühüm bir sahәnin yükünü üzәrinә

götürmüş alim Moskvaya neft sәnayesinin әsas

mәrkәzi olan Bakıda daha çox lazım idi, çünki

Bakıda fәaliyyәt göstәrәn Neft İnstitutuna

1946–56-cı illәrdә Murtuza Nağıyev rәhbәrlik

edirdi. Bu institut 1959-cu ildә Elmi-Tәdqiqat

Neft Emalı İnstitutu ilә birlәşdirilib Neft

Kimyası Proseslәri İnstitutu yaradılır. Bundan

sonra görkәmli alim strukturun elmi mövzu la -

rını hәll edәrәk 1962-ci ilә qәdәr oraya rәhbәr -

lik etmişdi. 1959-cu ildәn ömrünün sonuna

kimi «Azәrbaycan kimya jurnalı»nın redaktoru

olan M.Nağıyev hәm dә «Azәrbaycan SSR

Elmlәr Akademiyasının mәruzәlәri» vә «Neft-

kimya» jurnalları redaksiya heyәtinin üzvü idi.

O, 1957–59-cu illәrdә Azәrbaycan SSR EA-nın

kimya elmlәri üzrә vitse-prezidenti olmuş,

hәmin dövrdә Azәrbaycan SSR әmәkdar elm

xadimi fәxri adını almışdı. 1959-cu ildә Nyu-

Yorkda keçirilәn 5-ci Beynәlxalq Neft Konqre -

sindә çıxış edәn alimin «Neft-kimya sintezinin

kompleks resirkulyasiya proseslәri nәzәriy 

-

yәsi» adlı mәruzәsi konqresin materialları ilә



birlikdә mәtbuatda bütünlüklә dәrc olun muş -

du. Bu dövrdә ardı-arası kәsilmәyәn uğurları

yeni elmi nәzәriyyәsinin özünütәsdiqi vә yeni

elmi istiqamәti ilә bağlı idi. 1960-cı ildәn sonra

14 il Neft üzrә Milli Komitәnin üzvü olan

akademik M.Nağıyev 1962-ci ildәn  Neft Kon qres -

lәri Beynәlxalq Daimi Komitәsindә SSRİ-ni

tәm sil  edirdi. 

Onun tәşәbbüsü vә tәşkilatçılığı ilә  1965-ci

ildә Sovet İ ifaqında yeganә olan Kimya

Texnologiyasının Nәzәri Problemlәri İnstitutu

yaradılmışdı. Bu institutda Murtuza Nağıyevin

rәhbәrliyi ilә resirkulyasiya  nәzәriyyәsi, kim -

yәvi reaksiyaların kinetikası, termodina mikası

vә texnologiyası istiqamәtlәrindә elmi tәdqi -

qatlar aparılırdı. Buna görә dә neft kimyasının



51

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə