“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

proseslәrdәn özünü kәnarda saxlamır. Amma

tәәssüflәr olsun ki, dünya birliyi bu problem -

lә rin çözülmәsindә bizә yardımçı olmur vә

ikili standartlara üstünlük verilir.

Qlobal terrorizmin dağıdıcı gücü özünü

11 sentyabr 2001-ci ildә göstәrdi. Nyu-Yorkda,

Vaşinqtonda vә Pensilvaniyada 80-dәn çox

ölkәdәn 1000-dәn çox insan terrorun qurba -

nına çevrildi. Bu hadisәdәn sonra sanki insan -

ların dayanıqlı sülhә inamları itmәyә başladı.

Bu qanlı hadisә zamanı tәkcә insanlar tәlәf

olmadı, bütün dünyada Ümumi Daxili Mәh -

su lun, maliyyәlәşmә imkanlarının vә turizmә

ayrılan vәsaitin aşağı düşmәsi dalğası baş -

landı. Bu hәm dә inkişaf etmәkdә olan ölkә -

lәrdәn 10 milyona yaxın insanın daha da

yoxsullaşmasına sәbәb oldu. Bu sәbәbdәn isә

20–40 minә yaxın 5 yaşına qәdәr uşaqlar tәlәf

oldu. Bütün bunlar göstәrir ki, terror tәkcә

insan tәlәfatı ilә nәticәlәnmir. Bunun iqti-

sadiyyata, demoqrafiyaya vә sosial-psixoloji

mәsәlәlәrә da ciddi tәsiri var.

Azәrbaycan әrazilәrinin işğalı, bölgәdә

obyektiv sülhün әldә olunmaması, terrora

mәruz qalma   “hamı üçün tәhsil”, “meşәlәrin

qırılması”, “narkotiklәrin qanunsuz dövriy -

yәsi”, “ticarәt qaydalarının tәnzimlәnmәsi, in-

vestisiya vә rәqabәt”  kimi mühüm qlobal

problemlәrә tәsirsiz ötüşmәyib.

Dünya yalnız 2001-ci ilin 11 sentyabrından

sonra terrora qarşı qlobal mübarizә terminini

tanımalı oldu. Azәrbaycan dövlәti terrora qarşı

mübarizәdә ABŞ-ın başçılıq etdiyi koalisiyaya

qoşularkәn ümid edirdi ki, ermәni terrorun-

dan әziyyәt çәkәn ölkә olaraq bu tәrәfdaş -

lıqdan faydalanacaq. Çünki terrora qarşı

qlobal mübarizәyә qoşulanlar dünyanı inan -

dırmağa çalışırdılar ki, milliyyәtindәn vә han -

sı tәşkilatda birlәşmәsindәn asılı olmayaraq

terrora әl atan hәr kәs düşmәn kimi qәbul olu-

nacaq.

Gözlәyirdik ki, bu mü әfiqlәr, nәhayәt,



Azәr baycan әrazilәrinin 20 faizini işğal edib

orada etnik tәmizlәmә aparan, saysız-hesabsız

müharibә cinayәtlәri törәdәn, tarix-mәdәniy -

yәt abidәlәrini, bütöv şәhәrlәri vә yaşayış

mәntәqәlәrini yer üzündәn silәn Ermәnistana

tәzyiq göstәrәcәk. İşğalçı dövlәt mәcbur edi -

lәcәk ki, Dağlıq Qarabağ münaqişә sinin bey -

nәl xalq hüquqa söykәnәn hәllinә razı olsun.

Ermәnistanın işğal edilmiş әrazilәrdә terror

düşәrgәlәri yaratması, Azәrbaycana qarşı

dәfәlәrlә müxtәlif xarakterli terror aksiyaları

tәşkil etdiyi barәdә dәlil-sübutlar, faktlar ter-

rora qarşı mübarizәdәki tәrәfdaş ları mıza yaxşı

mәlumdur.

Azәrbaycan Respublikasının bütün mü-

vafiq orqanları milli tәhlükәsizliyә mümkün

tәhdidlәrin qarşısının alınması üçün zәruri,

qabaqlayıcı tәdbirlәr görür. Əgәr terrorizmә

qarşı mübarizә qlobal xarakter daşıyırsa, onda

mü әfiqlәr tәkcә xәbәrdarlıq etmәklә işlәrini

bitmiş hesab etmәmәlidirlәr.

Azәrbaycan hökumәtinin öz vәtәndaşı

üçün yaratdığı yüksәk tәhlükәsizlik mühiti

hamıya mәlumdur. Bu hәm dә bir çox ölkәlәr

üçün örnәk olmalıdır. Ölkәdә xalqla prezident

arasında dәrin vәhdәt mövcuddur. Bu fak-

torun özü dә milli tәhlükәsizliyimizin bariz

nümunәsidir.

Azәrbaycan hökumәti hәr 3 qrupa daxil

olan problemlәrin hәlli üçün hәm beynәlxalq,

hәm dә yerli sәviyyәdә güclü işlәr aparır.

Aparılan işlәr Azәrbaycanın qüdrәtli dövlәt

kimi dünya arenasında tanınması üçün yeni

üfüqlәr açır.



H.C.İbrahimov,

texnika elmlәri doktoru

41

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Bermud üçbucağı haqqında

hipotezanın elmi әsaslandırılması

Bermud üçbucağı – Floridadan Bermud ada -

larına qәdәr, Bermud adalarından Puerto-Rikoya

vә әksinә Baham adalarını keçәrәk Flo  ri daya

qәdәr şәrti xәtlәrlә mәhdudlaşan Şimali Atlan -

 tik okea nının bir hissәsidir.

Bu mәkanı bütün sәyahәtçilәr tanıyır, çünki

bu üçbucaq çәrçivәsindә gәmilәr vә tәyyarәlәr

radiolokatorların әhatә sahәsindәn yoxa çıxır -

lar. Yaxın tarixlәrdә artıq 50 gәmi vә 20-dәn artıq

tәy yarә bu “tilsimlәnmiş üçbucaqda” izsiz yox

olmuşlar.

Müasir dövrdә faciәlәrin çoxu 1945-ci ildәn

sonra baş vermişdir. Sonuncu 26 il әrzindә bu-

rada mindәn artıq insan hәlak olmuşdur. Lakin

axtarışlar zamanı nә bir meyit, nә dә bir iz

tapılmışdır.

Qәzanın gözlәnilmәdәn baş vermәsi vә ya

avadanlığın nasaz olması üzündәn, bәzәn

ekipajın hәyәcan siqnalı vermәk imkanı olmur,

okeanda qalıqları axtarmaq isә demәk olar ki,

qeyri-mümkündür.

“Bermud üçbucağı” anlayışını 1964-cü ildә

yazıçı Vinsent Deddison düşünüb tapmışdır.

Bu ad onun “Arqosy” jurnalı üçün “Evencer”

tipli beş bombardmançı – torpeda atan tәyya -

rәdәn ibarәt dәstәnin – 19 nömrәli reysin itmәsi

ilә bağlı yazdığı tәdqiqat xarakterli mәqalәsi

üzәrindә işlәdiyi zaman düşünül müşdür. Bu

tәyyarәlәr 5 dekabr 1945-ci il tarixindә Fort-

Loderdeyldә yerlәşәn ABŞ-ın hәrbi dәniz

donanması bazasından uçmuş vә geri qayıt -

mamışdı. Onların qalıqları tapıl mamışdır.

Daha dәqiq çәkilmiş şәkillәr әsasında müәy -

yәn olunmuşdur ki, tәyyarәlәr mәhz su üzә -

rindә oturmuş, onların propellerlәrinin pәrlәri

әyilmişdir. Kabinәdә pilotların cәsәdi yox idi.

Mәşhur “Ola bilmәz” almanaxının 1996-cı

ildәki  4-cü nömrәsindә (54) vә 1997-ci ildәki 4-cü

(66) nömrәlәrindә öz mәzmununa görә bir-

birinә bәnzәyәn V.Dolqanovun “Сооб щаю щиеся

Бермуды” vә V.Berejnovun “Бермуды – мек-

сиканский залив: “сообщающиеся сосуды”

adlı mәqalәlәri çap olunmuşdur. V.Dolqa no -

vun mәqalәsindә 1913-cü ilin yayında şimalda

baş verәn bir hadisә öz әksini tapmışdır. Çox

böyük olmayan rus–ingilis gәmilәrindәn ibarәt

dәstә Frans-İosif Torpağı vә Yeni Torpaq

arasında tәlim yürüşü keçirdi. Rus kreyseri

“Diana”nın iddia teleqrafı arxada onun izi ilә

gәlәn ingilis drednoutu*  “Yelizaveta”dan qәflә -

tәn әlaqәsiz, vahimәli siqnallar almağa başladı.

Yarım dәqiqәdәn sonra bu nәhәng polad gәmi

sürәtlә fırlanaraq böyük burulğanda yox oldu.

Nә “Diana”nın dәnizçilәri, nә dә digәr gәmi -

lәrin kapitanları vә ekipajı nәyin vә necә baş

verdiyini anlaya bilmәdilәr. Bu hadisә ilә bağlı

“Diana”nın kapitanı gәmi jurnalında belә yaz -

mışdır: “Bu heç cür tәsvir edilә bilmәyәn dәh -

şәtli bir hadisә idi. Yeni düzәldilmiş, hәr cür

yırğalanmaya tab gәtirә bilәn, şimal vә cәnub

dәnizlәrindә uğurlu hәrәkәt keyfiyyәtini (xü -

su siyyәtini) nümayiş etdirәn, dәfәlәrlә fırtı -

nalardan çıxmış drednout gözlәrimizin önündә

xilas olmağa heç bir çarәsi qalmadan bütün ko-

manda ilә suya qәrq oldu.

Xatadan xilas olmuş dörd gәmi sürәtlә

“Yeli zaveta”nı udan nәhәng burulğandan uzaq -

laşır. Bir qәdәr sonra faciә yerinә qayıdan gәmi

dәstәsi, elәcә dә xilasedici gәmilәr bütün dәniz

fәlakәtlәrindәn fәrqli olaraq, drednoutun heç

bir izini tapmadılar.

Bermud üçbucağında  sirli qüvvәlәrlә bağlı

çoxlu fәrziyyәlәr mövcuddur.

Bunlardan bәzilәri alimlәr tәrәfindәn elmi

şәkildә әsaslandırılır. Bu hadisә ilә bağlı bir çox

mәqalәlәr yazılmış, lakin meydana çıxan sual-

lara cavab tapılmamışdır.

Melbrundan olan (Monax Universiteti, Avs-

traliya) professor Cozef Monaqan vә tәlәbә

Devid Mey Bermud üçbucağı haqqında maraqlı

fәrziyyә irәli sürmüşlәr. Onlar fәrz edirdilәr ki,

bu hadisәlәri törәdәn metan qazıdır. Suda içi

hәddәn artıq aşağı sıxlığa malik metanla dol -

muş nәhәng qabarcıqlar әmәlә gәlir ki, gәmi -

Б

БЕРМУД



ЦЧБУЪАЬЫ

* Drednout – böyük zirehli hәrb gәmisi



42

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə