“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

Ümumi qәbul olunmuş rәylәrә görә, insan-

lar 200 min il әvvәl tarixi arenaya daxil

olmuşlar. Bәşәr övladı neolitik inqilaba qәdәr

ovçu tayfaları vә köçәri tayfalar şәklindә

yaşamışdır. Bu inqilabdan sonra insan oturaq

hәyat tәrzi keçirmәyә başlayaraq  torpaq

becәrmәklә daha mürәkkәb ictimai tәşkilat

qurmuşdur.  Tarixin bu dönәmindә insanlar

yalnız mövcudluqlarının qorunması üçün

vasitәlәr axtarırdılar. Nәticә kimi iqtisadi

qeyri-bәrabәrlik minimum sәviyyәdә idi.

Digәr tәrәfdәn isә iqtisadi inkişafdan da

söhbәt gedә bilmәzdi. Əsas mәqsәd qida әldә

etmәk idi: әsas peşә ovçuluq, primitiv şәkildә

torpaq becәrmә vә heyvandarlıq idi. Dünya -

nın bu vәziyyәti “tәbii vәziyyәt” adlanırdı.

İngilis filosofu Tomas Hobbsa görә, “hәyat

ağır,  amansız vә qısa idi”. Belә bir çәtin du-

rumda әsas mәsәlә inam idi. İnsanlar, әsasәn,

ailә üzvlәri vә qan qohumlarına inanırdılar.

İnsanların bağlı olduğu vә inandığı ikinci bir-

lik tayfa idi. Ovçu icmasının üzvlәri 20–30

nәfәr olduğu halda, tayfanın üzvlәrinin sayı

1000 nәfәri ötürdü. Bir neçә qiymәtlәndirmәyә

görә, b.e.ә. 3000-ci ildә milyonlarla belә sosial

icmalar mövcud idi ki, onların da hәr birindә

onlarla insan cәmlәşirdi. Qloballaşmanın

müasir tәdqiqatçılarından biri Pankadj Hema -

vatın fikrincә, bütün tayfa icmaları dağılmağa

mәhkum idilәr. Hә a әn yaxşı vә әn sabit ina -

mın formalaşdığı belә icmalarda inam bazar

iqtisadiyyatı inkişaf etmiş ölkәlәr sәviy yә sin -

dә deyil.

B.e.ә. 3000–2000-ci illәr arasında planetdә

insanların sayı 100 dәfәdәn çox artmışdır.

Daha radikal dәyişikliklәr sosial tәşkilatlarda

baş vermişdir: Bugünkü dünyada 200 müs -

tәqil siyasi qurum fәaliyyәt göstәrir. Daha bö -

yük tayfaları milli dövlәtlәr әvәz etmәyә baş -

la mışdır.

Bir çox tәdqiqatçılar 1600-cü ildәn sonrakı

dövrlәri tәdqiq edirlәr. 1648-ci ildә imzalan -

mış otuzillik müharibәyә son qoymuş Vest-

faliya sülh müqavilәsi müasir beynәlxalq

mü na  sibәtlәrin  әsasını  qoydu.  Belәliklә,  yeni

dünyanın әsas açar elementi milli sәrhәdlәr

sayılmağa başladı. Bir çox tәdqiqatlar göstәrir

ki, XVII әsrdә beynәlxalq ticarәt Dünya Ümu -

mi Daxili Mәhsulun 0,1%-ni tәşkil edirdi.

Belәliklә, bir dünyadan başqa bir dünyaya

keçid yerli sәviyyәdә әmәkdaşlıqdan milli sәviy -

yәdә әmәkdaşlığa keçidlә xarakte rizә olunurdu.

Demәli, 1820-ci ildәn 2000-ci ilә qәdәr dünya

әhalisinin sayı 5 dәfә, Dünya Ümumdaxili

Mәhsulu isә 55 dәfә artmışdır. Əhalinin artımı

ilә Ümumdaxili Mәhsulun artımı yeni iqtisadi,

sosial vә mәdәni münasibәtlәrin yaran masına

gәtirib çıxartdı. Artıq cәmiyyәti әhatә edәn

bütün sahәlәrdәki inteqrasiya yeni anla yışın

ortaya çıxmasına zәrurәt yaratdı.




“Qloballaşma” anlayışı ilk dәfә 1951-ci ildә

dәrc olunmuş Amerika jurnallarının birindә

işlәdildi. Bu tәzahürә maraq 1980-ci ildәn

yaranmağa vә 1990–2000-ci illәrdә kәskin

şәkildә artmağa başladı. 1990-cı ildәn başla ya -

raq ABŞ Konqresinin kataloqunda  qlobal laş -

ma haqqında hәr il әn azı 50 elmi әsәr

qey  diy yatdan keçirdi.  2000-ci ildә isә bunların

sayı 1000-ә çatdı.

Artıq dünya qloballaşmanın yeni dövrünә

qәdәm qoyub.

Bir çox tәdqiqatçılar Qloballaşma paradi qma -

sını sırf iqtisadiyyatla vә siyasәtlә bağla yırlar.

Bu prosesdә tәkcә cәmiyyәtlәr, tәşki latlar deyil,

hәr millәtin ayrıca götürülmüş nüma yәn dәsi

dә özünün “vahid dünyada” yaşa masını hiss

edir. Müasir dünyada hәlә dә indi yә qәdәr

hansı problemin daha kәskin qlobal xarakter

daşıması әtrafında mübahi sәlәr sәngimir. Bu,

hәmin problemin kollektiv hәllindәn birbaşa

asılı olan mәsәlәdir. Belә bir sual doğur. Əsl

hәqiqәtdә qlobal problemlәrin sayı neçәdir vә

onları hansı sahәlәrә aid etmәk olar. İndiki

vәziyyәtdә, әsasәn, 20 qlobal problemin adı

çәkilir vә onların hәlli yolları axta 

rılır.


Qloballaşma üzrә tanınmış mütәxәssis, pro-

fessor J.Rişar  bunları belә tәsnifatlandırır:

–  Qlobal istilәşmә

–  Biomüxtәliflik vә ekosistemin pozulması

–  Meşәlәrin qırılması

–  Balıq ehtiyatının tükәnmәsi

–  Tәmiz suyun çatışmaması

–  Sahilboyu suların vәziyyәti vә çirklәn -

mә si

1-ci qrupa daxil olan qlobal problemlәr heç



bir sәrhәddin çәrçivәsinә sığmır. Bunları çox

vaxt  “ümumi qlobal” adlandırırlar:

– Yoxsulluğa qarşı birgә mübarizә

–  Sülhmәramlılıq, münaqişәlәrin çözül -

mә si vә terrora qarşı mübarizә

–  Hamı üçün tәhsil

–  Qlobal infeksion xәstәliklәr

–  Rәqәmsal uyğunsuzluq

–  Tәbii fәlakәtlәrin qarşısının alınması

2-ci qrupa  sosial vә iqtisadi әhәmiyyәtli

qlobal problemlәr daxildir vә onların hәlli

qlobal sәylәr tәlәb edir. Bu problemlәr bizim

özümüzü ağıllı varlıq kimi aparmağımızdan

asılıdır.

– XXI әsr üçün vergi sisteminin yaradıl ma sı

– Biotexnologiyanın tәnzimlәnmәsi

– Qlobal maliyyә strukturlarının yaradılması

– Narkotiklәrin qanunsuz dövriyyәsi

– Ticarәt investisiya vә rәqabәt  qayda-

qanunları

– İntellektual mülkiyyәt hüququ

– Elektron ticarәt hüquqları

– Beynәlxalq әmәk vә miqrasiya normaları

3-cü qrupa  isә hüquqi vә tәnzimlәnәn

problemlәr daxildir. Bunların hәlli üçün dә

qlobal  әmәkdaşlıq tәlәb olunur.

Dünyanın sürәtlә inkişaf edәn dövlәtlәri

sırasına daxil olan Azәrbaycan sadalanan qlo -

bal problemlәrin hәlli üçün öz imkan larından

maksimum istifadә edir. Bu hәm dә ölkәmizin

dünyәvi dövlәt olmasını sübuta yetirir. Bunu

ölkә başçısı cәnab İlham Əliyevin apardığı

uğurlu daxili vә xarici siyasәtin nәticәsi kimi

qiymәtlәndirmәk lazımdır. Mәhz İlham Əliye -

vin müdrikliyi vә uzaqgörәnliyi nәticәsindә

ölkәmizdә dünyәvi problemlәr ilk öncә lokal

şәkildә hәllini tapır. Buna yoxsulluğun kәskin

sәviyyәdә aşağı salınması, tәhsil sahәsindә

aparılan islahatlar, informasiya cәmiyyәti quru -

cu luğu, üzlәşdiyimiz münaqişәnin beynәl xalq

hüquq normaları çәrçivәsindә hәlli üçün

göstәrilәn sәylәri misal çәkmәk olar. Bununla

yanaşı, Azәrbaycan hәm dә qlobal problem -

lәrin hәllindә öz nüfuzunu vә imkanlarını

әsir gәmir.

Qlobal problemlәr sırasında sülhmә ram -

lılıq, münaqişәlәrin çözülmәsi vә terrora qarşı

mübarizәnin bir yerdә götürülmәsini mәqsә -

dә uyğun hesab etmәk olar. Ərazimizin 20 faizi

işğal olunub, dәfәlәrlә ermәni terroru ilә

üzlәşmişik. Düşünmәk olar ki, qlobal prob -

lemlәr sırasına soyqırıma qarşı mübarizә dә

әlavә olunmalıdır. Xocalı hadisәlәri ötәn әsrin

әn dәhşәtli soyqırımlarından biridir. Azәrbay -

canlılara qarşı törәdilmiş bu amansız qәtliam

bölgәdә sülhün әldә olunmaması, münaqi -

şәnin çözülmәmәsi vә ermәni terrorizminin

mәntiqi davamıdır. Azәrbaycan qlobal dünya -

nın kiçik bir parçasıdır vә dünyada gedәn

40

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə