“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

bay can Dövlәt Universitetinin hospital cәrrah -

lığı kafedrasında privat – dosent, iki il sonra

professor olub. 1930-cu ildәn hәyatının sonu -

na dәk isә Azәrbaycan Tibb İnstitutunun hos -

pi 

tal cәrrahlığı kafedrasına rәhbәrlik edib.



1931–1934-cü illәrdә Azәrbaycan Mәrkәzi

İcraiyyә Komitәsinin üzvü olub. Azәrbaycan

dilindә cәrrahlıq sahәsindә ilk dәrsliyi o, 1933-cü

ildә hazırlayıb. 1934-cü ildә әmәkdar elm

xadimi fәxri adına layiq görülüb. 1945-ci ildә

yaradılan Azәrbaycan Elmlәr Akademiyasının

on beş ilk hәqiqi üzvündәn biri vә hәm dә

akademiyanın ilk prezidenti olub. O qәdәr

gәrgin iş rejimi olmasına baxmayaraq, ictimai

işlәrә dә vaxt tapıb. Üç çağırış –1937, 1946 vә

1950-ci illәrdә SSRİ Ali Sovetinin deputatı

olub. 1955-ci ildә Cәrrahların Beynәlxalq

Asso si asiyasının hәqiqi üzvü seçilib.  

19 iyun 1930-cu ildә Azәrbaycan Dövlәt

Universitetinin tibb fakültәsi müstәqil Azәr -

baycan Dövlәt Tibb İnstitutuna çevrildi. Bu

hadisә respublikada tibb tәhsilinin gәlәcәk

inki şafına әlverişli şәrait yaratdı. Mirqasımov

bütün bilik vә bacarığını bu institutun güclәn -

mәsinә sәrf etdi. Böyük alimin sәylәri nәticә -

sindә klinikanın pataloji-anatomiya muzeyi

ya radılmışdır. Professor Mirqasımov vә onun

әmәkdaşlarının gәrgin әmәyi nәticә sindә muzey

tәdris-pedaqoji fәaliyyәt üçün istifadә mәq -

sәdilә  toplanmış nadir vә rәnga rәng ekspo -

natların zәngin kolleksiyasına çevrilmişdir. 

O zaman yüksәk vәzifәlәrә çatmaq arzu -

sunda olanlar Kommunist partiyasının üzvü

olmağa can atırdılar. Çünki bunsuz mәqsәd -

lәrinә çatmaları çәtin idi. Mirqasımov isә  öz

nüfuzu, savadı sayәsindә vәzifәlәrә yüksәlir,

ancaq Kommunist partiyasına üzv olmurdu.

Dostları, yaxınları onu qorumaq üçün mәs -

lәhәt görürdülәr ki, әrizә yazıb partiyaya

keçsin. O isә bunu etmirdi. Bir gün Azәrbay -

canın birinci katibi Mir Cәfәr Bağırov filarmo -

niyada keçirilәn iclasda Azәrbaycan Elmlәr

Akademiyasının tәşkilatçısı vә ilk prezidenti

Mir Əsәdulla Mirqasımova deyib: 

– Bitәrәfliyiniz yetәr, yoldaş Mirqasımov,

Kommunist partiyasına üzv olmalısınız.  

– Bu, mümkün deyil, yoldaş Bağırov. 

– Bu nә sözdür? 

– Mәn bir dәfә and içmişәm, o da Hippok -

rat andıdır. Hәm dә mәn Allaha inanıram. 

Salondakılar birinci katiblә alimin ara sında

gedәn bu söhbәtdәn tәşvişә düşüb lәr. Mirqa -

sımov müdrik insan idi. Bu söhbәtin onun

üçün necә nәticәlәr verә bilәcәyini söz yox ki,

götür-qoy etmişdi. Mir Cәfәr Bağırova o qәdәr

adamın yanında kәskin şәkildә «yox» dedi -

yinә görә azadlığına, bәlkә dә, hәyatına «әlvi -

da» deyә bilәrdi. Sadәcә öz prinsiplә rin dәn,

qürurundan әl çәkmәk, güzәştә getmәk ona

yad idi. Bunu Bağırov da yaxşı bilirdi. 

Birinci katibin reaksiyasını çox gözlәmәli

olmayıb. İclasdan çıxıb piyada işә gәlmәsi

cәmi on dәqiqә çәkib. İçәri girәndә görüb ki,

nә katibәsi, nә dә kömәkçisi yerindәdir. Kabi -

neti isә möhürlәnib. Kommunist partiyasının

üzvü olmaqdan imtina edәn Mir Əsәdulla

Mirqasımov akademiyanın prezidenti vәzifә -

sindәn azad olunub. 

Əslindә, onun mәqsәdi heç dә Kommunist

rejiminin ideyalarına qarşı çıxmaq deyildi.

Sadәcә azadlıq sevәn bir insan üçün hansısa

siyasi qüvvәyә, rejimә tabe olmaq yolverilmәz

idi. O, zәngin bir hәyat yolu keçib. Onun

Rusiyada tәhsil illәri tәhlükәlәrdәn, tufan -

lardan keçib. Gözlәrinin önündә quruluşlar

dәyişib, çarizmi, müstәqil Azәrbaycan höku -

mә tini, sonra bolşevizmin gәlişini, sovetlәş -

mәni görüb. Onun doğmaları, tay-tuşları

müs tәqillik uğrunda döyüşüblәr. Qardaşı Mir

Zeynalabdin ağa Müsavat partiyasının üzvü

olub. O, Parisdә, Sorbonna Universitetindә

oxuyub. Sovet hakimiyyәtinin qәlәbәsindәn

sonra geri qayıtsaydı, yәqin, o da sovet

rejiminin qurbanı olacaqdı. Mirqasımovun

yaxın dostlarından biri Hüseyn Cavid idi. 

Mirqasımovun hәyat meyarı dәqiqlik idi.

Bütün mәsәlәlәrdә dәqiq idi. Birinә vәd

versәydi, dediyi vaxtda görüş yerindә olardı.

bir dәqiqә tez, nә dә bir dәqiqә gec. O qәdәr

işlәrin arasında «Vaxtım yoxdur» demәzdi.

Vaxt nәdir ki? Onu yuxuya, istirahәtә ayır dı -

ğın zamandan da almaq mümkündür. Tәki

xe yir xah işlәr görmәk üçün istәk, daxili güc olsun. 

1941–1945-ci illәrdә ailә üzvlәri bәzәn

günlәrlә onun üzünә hәsrәt qalırmış. O, gecә-

gündüz hospitallardan çıxmırmış. Cәbhәdә

yaralanan: «Mәni hәyata qaytarın», – deyә

yalvaran neçә-neçә gәnc döyüşçünü öz cәrrah

37

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




38

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

bıçağı ilә ölümün pәncәsindәn xilas edirdi. O

illәrdә o, tәkcә hәkim deyildi, hәm dә cәbhәyә

oğul yola salan ata idi. Böyük oğlu Mir Mus -

tafaya çağırış vәrәqi gәlәndә hәyat yoldaşı ona

çox yalvarıb: «Bağırova de, Mir Mustafanı cәb -

hәyә aparmasınlar». Mirqasımov birinci katibә

ağız açmayıb. Mir Mustafa müharibәyә gedib,

Berlinәdәk döyüşüb. 

Oqtay Mirqasımov: “Atam yalnız doğru

hesab etdiyi işlәri görәrdi. Kimsәnin haqqını

tapdalamaz, başqalarının da bu cür hәrәkәtlәr

etmәsinә yol vermәzdi. Hәtta bir dәfә belә

hәrә kәt etdiyinә görә yaxın qohumunu işdәn

çıxarmışdı. Bәzәn sәrt olar, çox qәti hәrәkәtlәr

edә bilәrdi. Amma onda mәrhәmәt hissi böyük

idi. Kimsәnin qәlbinә toxunmaq istәmәz, ko -

bud söz işlәtmәz, vәzifәcә üstünlüyünü nü -

ma yiş etdirmәzdi. Hamıya «siz» deyә müra  ciәt

edәrdi. Onun üçün әsas olan düzlük, әdalәt vә

zәhmәtsevәrlik idi”. 

O zaman Bakıda cәmi üç nәfәrin – Üzeyir

Hacıbәylinin, Sәmәd Vurğunun vә Mir Əsә -

dulla Mirqasımovun şәxsi avtomobili var idi.

Mirqasımova bir maşın akademiyadan veril -

miş di, o biri şәxsi idi. Üçüncü maşını isә Mir

Mus 


tafaya müharibәdәn sonra yanında

işlәdiyi general bağışlamışdı. Oqtay Mirqa -

sımov:  “Üç maşınımız olduğu halda, ardı mız -

ca mәktәbә maşın, sürücü göndәrilmәsinә atam

icazә vermirdi. Bizi aparmağa anamız gәlirdi.

Nadir hallarda atam gәlәrdi mәktәbә. Özü dә

hәmişә piyada.  O, hәm dә yaxşı bağ ban idi.

Şüvәlanda atamın bibisi oğlu Mir Möv süm

ağanın qonşuluğunda bağımız var idi. O

dәdә-baba bağımızı biz çox sevirdik. Orada

meyvә ağacları, tәrәvәzlәr, qızılgül kolları

әkmişdik. Beş oğul atamızın rәhbәrliyi altında

işlәyirdik. Anam da hәvәslәnib bizә qoşu lur -

du. Atam deyirdi ki, bağımıza fәhlә, bağban

çağırıb onların әmәyini istismar etmәyimiz

eyibdir. Bağda işlәmәklә biz zәhmәtә alışır,

torpağın qәdir-qiymәtini bilirdik”.  

Mir Əsәdulla Mirqasımovun evindә beş

oğul böyüyüb. Böyüyü Mir Mustafa 1922-ci

ildә, Mir Əlәsgәr (biz onu Mir Əli çağırırdıq)

1924-cü ildә, Fәrid 1925-ci ildә, Rüfәt 1940-cı

ildә Oqtay Mirqasımov isә 1943-cü ildә dün -

yaya gәlib. Mir Mustafa tanınmış cәrrah, Mir

Əlәsgәr xalq rәssamı, heykәltәraş oldu. Neft-

maşınqayırma texnikası üzrә mühәndis olan

Fәrid Moskvada Bauman adına İnstitutu bitir -

dikdәn sonra Tupolev adına mәxfi tәyyarә

zavo duna dәvәt aldı. Rüfәt Rusiyada Beynәl -

xalq Nüvә Fizikası Mәrkәzindә çalışırdı.

Oqtay Mirqasımov isә tanınmış rejissordur.  

Mir Əsәdulla Mirqasımov 1958-ci ildә vәfat

etdi. Mir Qasımovun rәhbәrliyi ilә 12 nami -

zәd 

lik, 6 doktorluq dissertasiyası müdafiә



olunub. Onun 300-dәn çox elmi әsәri vә 3

monoq  rafiyası  dәrc  olunub. 

O, dönә-dönә bu fikirlәrini tәkrar edirmiş:

“Hәyatdan mükafat gözlәmәyin. Əgәr sizin

addımlarınız düzgündürsә, gördüyünüz işlәr

doğrudursa, mükafat sizә verilәcәk. Siz müka -

fatı düşünürsünüzsә, onda heç zaman onu

görmәyәcәksiniz. Onun lәzzәtini dә bil mәyә -

cәk siniz. İş görün, düzgün yaşayın vә onda

mükafat özü sizi tapacaq”.

“Xeyirxahlıq hәkimin әn mühüm әxlaqi

keyfiyyәtidir. Bunsuz xәstә ilә hәkim ara sında

inam ola bilmәz”.

“Rәhbәr işçinin әxlaqi keyfiyyәti çox mü -

hüm dür vә bu kollektivin әxlaqına vә atmos -

ferә ciddi tәsir edir”.



E.Əliyev,

fәlsәfә üzrә fәlsәfә doktoru


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə