“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

lәrin hәrәkәti qeyri-mümkün olur vә onlar

ancaq metan qabarcığının mәrkәzi ilә xarici

kәnarı arasında yerlәşdiklәri halda suyun dibi -

nә batırlar. Bu, tapılmış gәmilәrdә ölmüş insan -

ların zәhәrli qazla boğulmuş olduğunu izah

edir. Tәyya rәlәrin itmәsinә gәldikdә isә, belә

izah edirlәr ki, belә qabarcıqlar havaya qalxa

bilirlәr vә havanın sıxlığının aşağı düşmәsi

sәbәbindәn metan mühәrriklәrin dayanma sına

vә qәza lara sәbәb olur.

Qabarcıqların әmәlә gәlmәsi onunla izah

olunur ki, mәhz bu yerlәrdә köhnә vulkan ların

çatlarında vә parçalanma yerlәrindә metan

hidratlarının çox böyük yataqları tapıl mışdır.

Lakin bu fәrziyyәnin әksinә gedәnlәr var.

Bermud üçbucağı üzәrindәki sәma sakit

deyil. İsti vә soyuq hava axınları daima toq -

quşur vә qasırğalar, fırtınalar yaradır. Ber mud

üçbucağı zonası güclü axınlarla xarakterizә olunur.

Belә ki, mәsәlәn, mәnbәyi Meksika kör fәzi olan

vә sonra Şimali – Atlantik Florida boğa zına keçәn

isti okean axını o qәdәr böyükdür ki, onu oke-

anda bütöv çayla müqayisә etmәk olar. Axının

eni 80 km, sәthdә onun sürәti saatda 9 km-dir

(havadan asılı olaraq).

Başqa bir fәrziyyәnin tәrәfdarları Qolfstrim

axınının nәinki gәmilәri öz sәmtlәrindәn, kursla -

rından döndәrmәk, hәm dә onları batır maq

qabiliyyәtinә malik olduğuna әmindirlәr.

Nәzәrә alınsa ki, Bermud üçbucağında dә -

rin liyi 9 km olan bir neçә çala var, onda ba tan gәmi -

lәrin heç vaxt tapılmayacağı ehtimalı çox yük sәkdir.

Bütün bunlar hәr bir nәqliyyat növü üçün

müәyyәn risk yaradır.

Daha bir fәrziyyә zәlzәlәlәr (dәniz zәlzә -

lәlәri) zamanı yaranan seysmik dalğalarla

bağlıdır. Bu dalğalar uzununa vә eninә olur.

Yuxarı paylanan infra sәs dalğalarının böyük

hissәsi güclü hava axınları ilә kәsişir vә buna

görә dә şaquli vәziyyәtlәrdәn daha çox kәnara

çıxır. Bu 10–25 km hündürlüklәrdә baş verir vә

elә bu hava dәhlizindә güclü cәrәyan axınları

hökmranlıq edir.

Birinci yerdә duran fәrziyyә ona әsaslanıb

ki, Bermud üçbucağının fövqәltәbii xüsusiy -

yәtlәri hәddindәn artıq şişirdilmişdir. Çoxlu

sayda hәm dәniz, hәm dә hava gәmilәri yer kü -

rәsinin bir çox nöqtәsindә izsiz yoxa çıxır. Bu

qәdәr gәmilәrin hәrәkәti kifayәt qәdәr gediş-

gә 


lişli naviqasiyaya çәtinlik törәdir. Çox 

lu

dayaz, çökәk yerlәri, axınları olan, daimi qasır -



ğa vә fırtınaların hökm sürdüyü bu yerdә tez-

tez baş verәn qәzalar tәәccüb doğurmamalıdır.

Atlantik okean sularında qaz hidratının

toplanması ilә bağlı olan Bermud üçbucağı

haqqındakı daha bir fәrziyyәni qeyd etmәk

43

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




olar. Bu haqda “Geologiya vә Qәrbi Sibir meqa

hövzәsinin neft-qaz vermә qabiliyyәti” möv -

zusunda keçirilәn mәtbuat konfransında REA

SB-nin Yerin Kriosferası İnstitutunun Elmi işlәr

üzrә direktor müavini Anatoliy Nesterov

mәlumat vermişdir. O, qeyd etmişdir ki, At-

lantik okeanının dibindә Baham, Kaliforniya vә

Bermud adaları әrazisindә çoxlu miqdarda qaz

hidratları toplanmışdır. Orada tәrpәnişlәr baş

verәn zaman tektonik parçalanmalar әmәlә

gәlir. Qaz hidratları parçalanmağa başlayır vә

qaz ayrılır. Belәliklә dә, “qazlı içki” effekti

yaranır.

Anatoliy Nesterov nәzәriyyәsinә әsasәn

әgәr gәmi bu mühitә düşürsә, su sәthinin

sıxlığının kәskin aşağı düşmәsi nәticәsindә

gәmi suyun dibinә gedir. Hәmin dağıdıcı ef-

fekt, eyni zamanda tәyyarәnin bu qazın

atmosferә ayrılması nәticәsindә әmәlә gәlәn

metan buluduna düşdüyü halda da baş verir

vә qәzaya sәbәb olur.

Bu fәrziyyә hәlә elmi cәhәtdәn tәsdiq

edilmәmişdir. Lakin Atlantik okean sularında

qaz hidratlarının olması faktı hәlә 80-ci illәrin

ortalarında Amerika proqramı çәrçivәsindә

dәrin sularda ararılan qazma işlәri zamanı

tәsdiq olunmuşdur.

Hidravlika qanunlarına görә, su kütlә lәri -

nin hәrәkәt başlanğıcı qonşu akvatori yalarda tәz -

yi qin müәyyәn düşmә kә miy  yәtlәri ilә üst-üstә

düşür vә dәrhal okean sәthinin “hiddәtlәn mә -

si”, nәticәdә qasırğa vә su burul ğan larının әmәlә

gәlmәsi ilә müşayiәt olunur. Tәz yiqin dәyişmәsi

vә suda baş verәn hadisәlәr, tәbii ki, hәmin rayonun

havasına tәsir göstәrir. Bundan başqa, dәnizin

nizamsız, güclü tәla tümlәri gәmilәrin idarә

olun masına kәskin tәsir göstәrir. 

Dәniz sәthinin aşağı düşmәsi (çuxurların

әmәlә gәlmәsi) uçuş hündürlüyünü aşağı sala

bilәr vә hә a tәyyarәnin mәhv olmasına sәbәb

ola bilәr.

Yuxarıda qeyd olunduğu kimi, Anatoliy Nes -

te rovun fәrziyyәsi hәlә elmi cәhәtdәn tәsdiq

olunmamışdır. Bununla yanaşı, dәniz sәthindә



44

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




çökәkliklәrin әmәlә gәlmәsinin vә bununla bağ -

lı baş verәn bütün hadisәlәrin düzgün başa

düşülmәsi bu hadisәlәrin baş verә bilәcәyi

әrazilәri aşkar etmәyә imkan yaradar ki, bu da

tәbii ki,  üzmәdә tәhlükәsizliyi tәmin etmiş

olar.


Azәrbaycan Dövlәt Dәnizçilik Akademi ya -

sında ikifazalı qabarcıqlı mühitlәrin mexa 

-

nikası üzrә elmi-tәdqiqat işlәri aparılır. Xüsu silә



qabarcıqlı dәniz suyunun gәmilәrin hәrәkә tinә

tәsiri öyrәnilir. Tәdqiqatların nәti 

cә 

lәri qaz


qabarcıqları ilә zәngin suyun gәmi nin göv dәsi

әtrafında hәrәkәtinin mәnzәrәsini aydınlaşdır -

mağa imkan verir. Nәzәriyyәnin inkişafı vә

Akademiyanın aspirantı D.R.Bә şirov tәrәfin -

dәn alınan konkret hesablamalar mәqalәnin

müәllifinә ilk dәfә Bermud üçbu ca ğın da baş

verәn anomaliyaların әmәlә gәl mәsinin elmi

әsaslandırılmış mümkün izahını vermәyә

imkan yaradır.

Modelin әsasını akademik R.T.Niqmatulin

tәrәfindәn tәklif olunmuş qaz-maye qarışı ğı nın

vәziyyәtini әks etdirәn tәnlik tәşkil edir (Hetero-

gen mühitlәrin mexanikasının әsasları. M,

«Elm», 1978).

Bu, Eyler, Bernulli vә Qromeka inteqral la -

rına analoji gәminin gövdәsindә qabarcıq

maye 

sinin tәzyiqini, sıxlığını tәyin etmәyә



imkan verәn tәnlik almağa kömәk etdi. Mәlum

oldu ki, hәrәkәt zamanı gәmi әtrafında suyun

tәzyiqinin vә sıxlığının aşağı düşmәsi baş verir.

Hәcmli qazın miqdarı çox olduqca, qarışığın

sıxlığı vә tәzyiqi aşağı olur. Qaz qabarcıqla rı -

nın qarışığın tәzyiqinә vә sıxlığına tәsiri axının

sürәtinin artması ilә çoxalır.

Mәlum olduğu kimi, tәzyiqin düşmәsi

gәminin sürәtlә çökmәsinә sәbәb olur. Gәmi -

nin gövdәsi istiqamәtindә hәrәkәt edәn axının

sürәti çox olduqca, tәzyiq daha da aşağı düşür

vә gәminin çökmә ehtimalı artır. Su hava

qarışığının sıxlığının aşağı düşmәsi üzündәn

gәminin gövdәsi әtrafında qabarcıqların olması

bu effekti artırır.

Modellәşdirilmә zamanı tәyin olunub ki,

mayenin sәth gәrginliyinin nәzәrә alınması,

qaz-maye qarışığı axını vasitәsilә gәmi bort -

larının hәrәkәt sürәtinin artması zamanı sıx -

lığın aşağı salınması vә tәzyiqin aşağı düşmәsi

effektinin artmasına gәtirib çıxarır.

Hidravlika qanunlarından başqa, siklon -

ların vә tropik fırtınaların әmәlә gәlmәsi dә

(xüsusilә Şimali Atlantikada) tәzyiqin düşmә -

sinә sәbәb olur. Bu zaman üst su qatlarının

aşağı su qatlarına tәzyiqi әhәmiyyәtli dәrә cәdә

azalır. Sәthin intensiv әyilmәsi boşluq 

ların


әmәlә gәlmәsinә vә su altında havanın sovrul -

masına sәbәb olur. Bu, nәinki gәmilәrin “yox

olmasına”, elәcә dә qaldırıcı qüvvәnin aşağı

düşmәsinә sәbәb olan havanın sıxlığının aşağı

olması üzündәn tәyyarәlәrin qәzaya uğrama -

sı na gәtirib çıxarır.

Azәrbaycan Dövlәt Dәnizçilik Akade miya -

sında bu hadisәnin modellәşdirilmәsi aparıl -

mışdır. Su kanalına iki qayıq yerlәşdirilmişdir.

Qayıqlar bir-birinin dalınca hәrәkәt edirdilәr.

Birinci qayığa hava balonu yerlәşdirilmişdir.

Sonra balonun ventili açılır, qaz balondan suya

ayrılır, nәticәdә ikinci qayığın әtrafında qazşә -

kil 


li qarışıq әmәlә gәlir. Sürәti artır 

dıq 


dan

sonra arxadakı qayıq suyun altına gedir.



Faiq Nağıyev,

Azәrbaycan Dövlәt Dәnizçilik Akademiyasının

Riyaziyyat kafedrasının müdiri, f.r.e.d.,

Beynәlxalq mәlumatlandırma 

Akademiyasının akademiki

45

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə