“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

problemlәri ilә bağlı idi. İlk müәlliflik şәhadәt -

na mәsini bir il sonra, yәni 1934-cü ildә aldı. O,

tәlәbә olmasına baxmayaraq, bu kәşfin dә tәk

müәllifi idi. Bunun ardınca da neft emalı

qurğularının müxtәlif elementlәrinin – injek -

tor ların vә ejektorların  hesablanması metod -

larını işlәyib hazırladı.

Elmә maraq onu 1937-ci ildә Neft Emalı

Elmi-Tәdqiqat İnstitutuna çәk mişdi. 1939-cu

ildә  kimya texnologiyası nәzәriy yәsinin bir neçә

bölmәsinin predmeti olan bir sıra mәsәlәlәrin

hәll olunduğu ilk elmi-tәdqiqat әsәrini yazdı.

Murtuza Nağıyev o zaman böyük elmin

astanasında idi. Bundan sonra hәr addımda

tәzyiq vә tәqiblәrlә qarşı 

laş 


masına baxma-

yaraq,  yol onu daim zirvәyә aparacaqdı.  

Əsl elmi fәaliyyәtә başladığı vaxt 37-ci illәrә

tәsadüf etmişdi. Bu, hәr kәsin özündәn dә

qorxduğu dövr idi. Böyük uğurlara çox çәtin

yollarla gedәcәkdi. 1939-cu ildә yazdığı elmi-

tәdqiqat işi sonralar geniş inkişaf etmiş riyazi

modellәşdirmә vә kimyәvi proseslәrin sistemli

analizi sahәsindә ilk iş kimi dәyәrlәndirilәcәk,

yeni elmi istiqamәtin – resirkulyasiya proses -

lәri tәliminin başlanğıcı olacaqdı. M.Nağıyev

әn mürәkkәb struktura malik  kimya texnologi -

yası obyektlәrindә o vaxta qәdәr aparılan uzun

hesablamaların әvәzinә daha tez vә dәqiq he -

sab lamaların aparılmasının  riyazi ifadәsini

verәrәk   kimya sәnayesi üçün yeni riyazi mo del

işlәmişdi.

Elmi nәzәriyyәsinin tәmәli sayılan bu elmi-

tәdqiqat işindә, ilk dәfә olaraq Murtuza Nağı -

yev tәrәfindәn texnoloji kompleksin ayrı-ayrı

aparatların mәcmusu kimi deyil, onların qarşı -

lıqlı tәsiri vә әlaqәsi baxımından vahid sistem kimi

riyazi tәsvir metodu, yәni proseslәrin tәdqiqinә

sistemli yanaşma tәklif olunurdu. Hәmçinin ilk

dәfә bu işin kimyәvi prosesin intensifikasi yası -

nın әsas şәrti – ilkin xammalın aşağı dәrinlikdә

çevrilmәsi ilә aparılması da dәqiq ifadәsini

tapmışdı.  Ənәnәvi olaraq, kimyәvi proseslәrdә

sintez olunan maddәlәrin maksimum çıxımla

alınması yolu ilә prosesin sәmәrәliliyini artır -

ma ğa çalışırdılar, o isә irәli sürdüyü nәzәriy -

yәdә bunun әksini göstәrirdi. 

Akademik Murtuza Nağıyev öz nәzәriy -

yәsi nin әn sadә izahını belә verirdi – «resirkul -

yasiya nәzәriyyәsi xammalın әsaslı çevril mә sini

hәyata keçirmәyә, kәnar mәhsul çıxımını mini-

muma endirmәyә vә ya onu xammaldan tama -

milә xaric etmәyә, reaksiyanı yüksәk sürәtlә

aparmağa,  reaktor hәcmi vahidinin mak simum

hәddinә nail olmağa imkan verir. Elmi әhәmiy -

yәtinә gәlincә, resirkulyasiya nәzәriy yәsi fiziki

biliklәrin kimyaya vә kimya texnolo gi yasına

tәtbiqi bu elmlәrin inkişafında kim ya nın bir sıra

prinsiplәrinin dialektik inkarı halları ilә aydın

xarakterizә olunaraq nüfuzetmә anlarını әks et-

dirir».


Elmi tәdqiqatların nәticәlәrinin  tәtbiq olun -

masına vә artıq öz sәmәrәsini vermәsinә bax-

mayaraq, elm qısqancları da peyda olmuş du…

Bunlar sadәcә cılız hiss olaraq qalmaya caqdı,

yenilikçi alim elmi fәaliyyәti boyu gizli-aşkar

tәqib lәrә mәruz qalacaq, uğurları, şöhrәti art dıq -

ca qәrәzli hücumların gücü dә artacaq, yolunu

süni maneәlәrlә әngәllәmәyә çalışa caq dılar. 

Akademik Tofiq Nağıyev atasının hәlә

1938-ci ildә neftayırma zavodlarından birinә

baş mühәndis tәyin edildiyini vә  hәmin

vәzifәdә әvvәlki iki mühәndisin ağlagәlmәz it-

tihamlarla hәbs olunduğunu, Nağıyevi hәbs -

dәn vә repressiyadan yalnız bir tәsadüfün –

Cәnubi Azәrbaycanda doğulduğuna görә

tezliklә işdәn azad edilmәsinin xilas etdiyini

söylәyir. O vaxt Sovet Azәrbaycanında onun

heç kimi yox idi, Bakıdakı yeganә qohumu –

dayısı iki uşağı ilә birlikdә iki il әvvәl, 1936-cı

ildә İrana qayıtmışdı. Yeni tәyinata qәtiyyәn

sevinmәyәn Nağıyev baş verәnlәrdәn sonra

uzun müddәt özünә gәlә bilmir, bir  neçә ay

işsiz qaldıqdan sonra Neft emalı üzrә Elmi-

tәdqiqat İnstitutunda işlәmәyә başlayır. 

1940-cı ildә alimin hәyatında iki mühüm

hadisә baş verdi. O, ailә qurmuşdu. İçindәki

tәnhalığı anası qoparıb özü ilә aparmış, onu

gәlini Nәrgizә әmanәt etmişdi,  haqq dünya -

sında rahat idi – oğlu  ta ömrünün sonuna kimi

tәnha olmayacaqdı. O hәm dә «Resirkulya -

siyalı krekinq zamanı benzin çıxımının tәdqiqi»

mövzusunda dissertasiyasını uğurla müdafiә

edib elmlәr namizәdi adı almışdı. Beş il әvvәl

bitirdiyi Azәrbaycan Sәnaye İnstitutunda audi-

toriyaya ilk dәfә müәllim kimi daxil olmuşdu.

Neft-zavod mexanikası kafedrasının dosenti

idi, krekinq texnologiyası vә proses aparatla -

rının hazırlanması kursunda mühazirәlәr

oxuyurdu. 

48

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




O, vaxtın üstünә gedәn bir alim idi, daim

tәlәsirdi, sәbri, tәmkini yalnız insani münasi -

bәt lәrә  aid  idi.  1941-ci  ildә  «Krekinq  texno lo gi -

yası vә aparatların hesablanması» adlı ilk

mo noq  ra fiyasını  nәşr  etdirir.  EA-nın  Azәrbay -

can  filialında baş elmi işçi işlәdiyi dövrün alimin

elmi fәaliyyәtindә xüsusi әhәmiyyәti olur, o,

kimya texnologiyasının  müxtәlif proses lәrinә

dair  tәdqiqatlar apararaq maraqlı elmi

nәticәlәr alır. Akademik Yusif Mәmmәdәli -

yevlә birgә 1943-cü ildә nәşr etdirdiklәri «Avi-

asiya yanacaqlarının kimyası vә texnolo gi ya sının

müasir vәziyyәti»  kitabına bu nәticәlәri әks

etdirәn iki böyük elmi mәqalәsini daxil

etmişdi. Bütün qәlbi ilә elmә bağlanan alim

1944-cü ilin yanvarında  Moskvada SSRİ EA

Qazıntı Yanacaqları İnstitutunda «Krekinq

prosesinin kinetikasının vә texnologiyasının

әsas mәsәlәlәrinin tәdqiqi» mövzusunda dok-

torluq dissertasiyasını da müvәffәqiyyәtlә

müdafiә etdi. O, son dәrәcә istedadlı vә böyük

elmi potensiala malik bir alim idi. Hәyatında

hәr şey öz axarı ilә getsәydi, çәtinliklәr bir

qәdәr az olsaydı, yәqin ki, bu müdafiә 36

yaşdan da әvvәl baş tutardı. 1945-ci ildә o artıq

professor idi. 

Murtuza Nağıyev 1941–1945-ci illәrdә ölkә

miqyasında dәyәrlәndirilәn, xüsusi elmi xid -

mәt lәrinә görә qorunan sovet alimlәrindәn idi.

Müharibә gedәn bir dövlәtdә hәm elmi inkişaf

etdirmәk, hәm dә konkret nәticәlәrә gәtirәn

elmi axtarışlar aparmaq alimdәn zәka, әzm vә

böyük hünәr tәlәb edirdi. Müharibә illәrindә

respublikada kimya elminin inkişa fında әldә

edilәn nailiyyәtlәrin faşizm üzәrindә qәlәbәni

tәmin edәn amil kimi ölkә hәyatın dakı  rolu

danılmazdır vә onların qazanılma 

sın 


da

azәrbaycanlı kimyaçı alim Murtuza Nağıyevin

dә böyük xidmәtlәri olmuşdu. Buna baxma-

yaraq, o yenә dә növbәti haqsızlıqla qarşılaşır.

«Müәllim sıralarını dәyanәtsizlәrdәn tәmizlә -

mәk» kampaniyasına qoşulan rektor fürsәtdәn

istifadә edir, Neft-zavod  mexanikası kafedra -

sının professoru, öz prinsipiallığı vә cәsarәti ilә

fәrqlәnәn Nağıyevi çağırıb ondan işdәn azad

olunması ilә bağlı әrizә yazmasını tәlәb edir,

hәm dә professora yalnız laboratoriya mәşğә -

lәsi müәllimi  kimi işlәmәsinin mümkün oldu -

ğunu deyir.  M.Nağıyev cәmi bir neçә ay öncә

institutdan dövlәt mükafatına tәqdim edilmiş

vә Azәrbaycan SSR Ali Sovetinin Fәxri Fәrmanı

ilә tәltif olunmuşdu!  Sonradan onu dәfәlәrlә

dәvәt etsәlәr dә, bu ali mәk tәbә bir dә rektor

dәyişәndәn sonra  qayıdır. 

Bu hadisә son deyildi, alim 1948-ci ildә tәk

bir sәbәblә – SSRİ-dә doğulmadığına görә Neft

İnstitutunun direktoru vәzifәsindәn azad olunur.

Altı aydan sonra onu vәzifәsinә bәrpa edib üç

il әvvәl olduğu kimi növbәti mükafatla –

«Qırmızı Əmәk Bayrağı» ordeni ilә tәltif

edirlәr. Tәәssüf ki, sovet elminә şәrәf gәtirәn,

azәrbaycanlı sovet aliminin sovet pasportu yox

idi! Yәni onun vәtәndaşlığı yox idi! Nә qәdәr

qәribә olsa da, onu hәlә 1926-cı ildә Kommu-

nist partiyası sıralarına qәbul etmişdilәr, buna

baxmayaraq, ona hücumlar vә tәqiblәrlә,

әslindә, dissident hәyatı yaşadır, daim sıxışdı -

rırdılar. Onun hәyat vә fәaliyyәtini öyrәnәrkәn

bir şey aydın olur ki, nә Nağıyevsiz keçinә

bilirdilәr, nә dә onu olduğu kimi qәbul edә

bilirdilәr. Bunlar böyük alimi daxilәn üzsә dә,

elmә olan mәhәbbәti ilә yenә dә mübarizәnin

qalibi çıxırdı. Bu tәzyiq vә tәqiblәrin onu daha

da güclәndirdiyini isә başa düşmürdülәr.

1950-ci ildә «Sәnaye sistemlәri kinetikasının

әsasları» adlı monoqrafiyası çapdan çıxmışdı.

Kimya kinetikası sahәsindә işini davam etdi -

rәrәk sәnaye reaktorlarının hesablanmasına

kinetik asılılıqların tәtbiqinin nәzәri prinsip -

lәrini işlәyib hazırlayan alim, bunları yeni

monoqrafiyasında cәmlәşdirmişdi. Monoqra -

fiya qısa bir müddәtdә satıldığından nadir bib-

lioqrafik nüsxәyә çevrilmişdi. Nәşrin redak toru

görkәmli alim  A.Frost әsәrin әhәmiyyә tindәn

bәhs edәrәk yazırdı: «Professor M.Nağı yevin

monoqrafiyası «Sәnaye sistemlәrinin kimyәvi

kinetikasının әsasları» axar reaksiya qurğula -

rında baş verәn proseslәrin kinetikası haqqında

ilk müfәssәl әsәrdir vә iki nöqteyi-nәzәrdәn

maraq doğurur. Birincisi, kitabda, ilk dәfә

olaraq kimyәvi emalda tәtbiq olunan әn müx -

tәlif sistemlәrin kinetik hesablama metodları

әlaqәli şәkildә toplanılmışdır. Kitab bütünlüklә

bu vaxtadәk yalnız jurnal әdәbiyyatında

tәsadüf edilәn vә әksәriyyәti müәllif әmәyinin

nәticәsi olan kinetik tәdqiqatlara hәsr olun -

muş dur. Bu işlәrlә bağlı mәlumatlar mühәn -

dis-neftçilәr üçün faydalı olmaqla yanaşı,

kimyәvi texnologiyanın digәr sahәlәrindә baş

verәn çoxsaylı proseslәrin tәkmillәşdirilmәsi



49

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə