“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

46

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

1919-cu ildә Sәrabdan gәnc bir ailә  11 yaşlı

oğlu ilә birlikdә çörәkpulu dalınca Aşqabada

tütün yığımına gedirdi. Bu sәfәr üç il çәkәcәk,

yollar bu ailәni Bakıya qovuşduracaqdı. 

…Bakıya gәlәndә Murtuza 14 yaşında idi.

Atası Fәtulla kişinin yolu ilә getdi, tezliklә ley-

tenant Şmidt adına maşınqayırma zavodunda

işә düzәldi. Çilingәr kömәkçisi kimi işә böyük

hәvәslә başlamışdı, bacarığı vә çalışqanlığı ilә

on ilin ustalarını mat qoymuşdu. Qısa bir vaxt -

dan  sonra  dövrә görә böyük sayılan bu kol -

lek tivdә Murtuzanı «fәrasәtli uşaq» kimi tanı dılar.

Elә bu ad   onun cәmiyyәtdәki ilk uğuru olacaqdı.  

1922-ci il. Hәr şey bu tarixdәn başladı. Bu

cavan oğlan işlәdiyi zavodda adi işçi kimi qal-

maq fikrindәn çox uzaqdı, çünki aclığın dadını

hәlә Aşqabadın tütün plantasiyalarında gör -

müşdü, bütün bunları nә özünә, nә dә anasına

yaşatmaq istәmirdi. Çәkdiklәri ağrı-acını ana -

sına unutdurmaqdan ötrü öyrәnmәyә, hәr gün

daha irәliyә getmәyә çalışırdı. 

Valideynlәri kimi zәhmәtkeş idi, çәtin 

-

likdәn,  zәhmәtdәn qorxmurdu, lakin ailәdә



gördüyü saflıq, tәmizlik qanına hopmuşdu.

Qürurlu idi, saflıqda, sәmimilikdә dә onlara

çәkmişdi, buna görә dә istәyinә doğru heç kim -

dәn heç nә ummadan, heç kәsә zәrәr vermә -

dәn, heç kimi әzmәdәn, әllәrinin zәhmәti ilә,

amma inamla, dürüstlüklә gedәcәkdi. Yaşına

görә çox diribaş, cәsarәtli idi, iti hafizәsi, gözәl

danışıq qabiliyyәti vardı.   

İlk zәhmәt haqqını hәlә 11 yaşında anası ilә

birlikdә almışdı. Bakıda evin kişisi kimi ana -

sına ilk maaşını verәndә cavan qadın kövrәl -

miş, amma gizlәtdiyi göz yaşları ilә hәlә çox

gәnc olan oğlunu sındırmaq istәmәmişdi. Mәn -

tiqi ilә yaşını qabaqlayan Murtuza anasının

gözlәrindәki kәdәrin hәm dә anasının erkәn

itirdiyi hәyat yoldaşı ilә vә qovuşa bilmәdiklәri

yurd yeri Sәrabla bağlı olduğunu yaxşı başa

düşürdü. Axı bu qismәt tәk onların payı deyildi,

Bakıda eyni taleyi yaşayan, bu ayrılığın sonunu

hәsrәtlә, yana-yana gözlәyәn o qәdәr azәr -

baycanlı vardı ki… Çox gәnc olmasına baxma-

yaraq, xüsusilә Xiyabani dövründә yaşa  nan  lardan

sonra  bu ayrılığa son qoyulacaq gü nün yaxında

olmadığını yaxşı anlayırdı.  Sovet hökumәti

möhkәmlәndikcә İranla әlaqәlәrin dә hәr gün

dәyişdiyini görürdü. Bütün bunlardan sonra

Arazı yenidәn keç mә yin çәtinliyini daha aydın

dәrk edir, lakin ana sını üzmәmәk üçün  ona

daim ümid verirdi. 

Suğra xanım dövrünә görә çox aydın düşü -

nәn qadın idi. İllәr ötsә dә, ürәyi Sәrabla döyü -

nürdü… Ətrafda baş verәnlәri gördükcә bu

duy 

ğularla barışmağa, mümkün qәdәr bu



mövzudan qaçmağa çalışırdı. İndi tәk bir

arzusu vardı – oğlunu savadlı görmәk.

Anasının nәlәr düşündüyünü gözlәrinә bax-



madan, duruşundan, nәfәsindәn anlardı Mur-

tuza. Bu incә vә nәcib qadın oğlunun onun

arzu ladığından çox-çox uzaqlara gedәcәyindәn –

dövrünün görkәmli alimlәrindәn biri olaca -

ğından xәbәrsiz idi.  

... Sevinirdi, zavodda işlәri yaxşı gedirdi. O,

işlәmәklә yanaşı, tәhsil dә alırdı. Artıq fabrik-

zavod şagirdliyi mәktәbindә tәhsilini başa vur-

maq üzrә idi.  Yaxşı ictimaiyyәtçi idi, buna görә

dә hәmişә tay-tuşlarından bir neçә addım

qabaqda olardı. Hәlә 1926-cı ildә onu partiya

sıralarına qәbul elәmiş, ictimai vәzifә dә tapşır -

mışdılar. 

İşlәdiyi zavodun ictimai hәyatını әks etdi -

rәn qәzet materiallarının hazırlanması ilә ciddi

mәşğul olduğundan hamı onu jurnalist kimi

tanıyırdı. Rus dilini yaxşı mәnimsәmişdi, hәr

iki dildә mükәmmәl yazırdı. 1922-ci ilin iyu-

lunda respublika mәtbuatında ilk mәqalәsi

dәrc olunanda cәmi on dörd yaşı vardı. Əsasәn,

tәnqidi mövzuda yazırdı. Bu işlә boş vaxtında

mәşğul olmurdu, bu işә vaxt ayırırdı. Onun boş

vaxtı ömrünün sonuna qәdәr olmayacaqdı.

Ona görә ki, Murtuza әylәncә bilmәyәn uşaq,

uşaqlığı olmayan bir  yeniyetmә idi. Hәyat onu

vaxtından әvvәl yetişdirmiş, yaşına xas ol-

mayan müdriklik vermişdi… 

İlk mәqalәnin dalınca ikincisi, üçüncüsü vә

qalanları gәldi. «1923-cü ildәn ictimai işdә

işlәmәyә başladı… 4. 1923-cü ildәn indiyә

qәdәr fәhlә müxbir vә jurnalist. 5. …divar

qәze tindә  redaksiya heyәtinin sәdri (6 çağırış,

1925-ci ilin әvvәllәrinә qәdәr). 6. 1925-ci ilin so-

nuna qәdәr fabrik-zavod rayonunda mәtbuat

üzrә müvәkkil. 7. 1924-cü il. Azәrbaycan fәhlә-

kәndli müxbirlәri mәrkәzi bürosunun üzvü.

(«Kommunist»). 8. «Yeni yol» qәzetindә fәhlә

müxbirlәri mәrkәzi bürosunun üzvü (yeni

әli a ilә). 9… zavodda 1-ci dәrәcәli özünü -

tәhsil dәrnәyinin rәhbәri – bunlar  fabrik-zavod

şagirdliyi mәktәbini bitirib Azәr baycan Dövlәt

Universitetinin nәzdindәki fәhlә fakültәsinә

daxil olmağa hazırlaşan 18 yaşlı bir gәncә 1926-cı

ilin 8 iyulunda verilәn arayışda yazılmışdı. O,

cәmi bir neçә ildәn sonra, dәqiq desәk, 1933–37-ci

illәrdә «Neft kadrosu» qәzetinin redaktoru

olacaqdı. 1922–26-cı illәrdәki ictimai fәaliy yә -

tinin nәticәsi kimi görünәn, hәqiqәtdә isә

dövrünә görә әsl jurnalist fәaliyyәti kimi dә -

yәr lәndirilә bilәn mәqalәlәrin siyahısı da xeyli

uzun idi. 

Dәqiq elmlәrdәki qabiliyyәtini elә özü kәşf

elәmişdi. Elm onu öz cazibәsinә salmışdı, daim

onu çәkir, jurnalistikanın әlindәn qoparırdı.

Hәqiqәtәn, yaxşı jurnalist, nasir, tәrcümәçi,

yazıçı, şair (gәncliyindә şeir dә yazardı), lap elә

filosof ola bilәrdi, ancaq mәqsәdi aydın idi –

hәdәfi humanitar deyil, dәqiq elmlәr olacaqdı.

1923–29-cu illәrә aid sәnәdlәrdә (onun pas-

portu yox idi) bütün soydaşları kimi milliyyәti

türk yazılan Murtuza Fәtulla oğlu Nağıyevә bir

neçә onillikdәn sonra nә sәrablı, nә bakılı –

böyük AZƏRBAYCANLI alim deyәcәkdilәr!    

Görünür, Ulu Yaradan onun qismәtinә

başqa şeylәr yazmışdı – o, görkәmli alim oldu.

Azәrbaycan Dövlәt Universitetinin fәhlә fakül -

tәsindә tәhsilini 1929-cu ildә uğurla başa vurub

birdәn-birә iki ali mәktәbә daxil olmuşdu! O,

bununla da vәrdiş etdiyi, bir növ artıq tәnzim -

lәnmiş hәyatdan imtina etdi, özünә yaxşı

mәlum olmayan bir dünyaya baş vurdu – tәhsi -

lini davam etdirmәk üçün Moskvaya gedәn ilk

azәrbaycanlılardan biri oldu. Moskvanın iki ali

mәktәbinin – Moskva Ali Texniki Mәktәbinin

vә Mәdәn Akademiyasının (indiki İ.Qubkin

adına Neft vә Qaz İnstitutu) tәlәbәsi idi. Lakin

1932-ci ildә anasının xәstәliyi ilә bağlı Bakıya

qayıdıb tәhsilini   Azәrbaycan Sәnaye İnstitu-

tunda davam etdirmәli olur.

Elmә, biliyә olan sonsuz ehtiras Murtuza

Nağıyevin hәyat amalına çevrildi – o, fәdakar -

casına vә sәdaqәtlә elmә xidmәt edәn bir alim

oldu. Qeyd etmәk lazımdır ki, jurnalist bacarıq -

ları da hәdәr getmәdi, onlar da öz faydasını

verdi – o, savadlı yazırdı, nitqi dә çox aydın vә

sәlis idi. 

Tәlәbәlik illәrindә әvvәlkilәrdәn fәrqli

olaraq, qәlәmindәn elmi mәqalәlәr çıxır. 1933-cü

ildә «Neft texnikası uğrunda» qәzetindә onun

«Bizә antidetonasion keyfiyyәtli benzin lazım -

dır» adlı ilk elmi mәqalәsi dәrc olunur. Tәlәbә

olmasına baxmayaraq, bu elmi mәqa lәnin tәk

müәllifi idi. Elә hәmin il, 25 yaşında ikәn ilk

kәşfinә dә imza atır. Bu kәşf böyük bir ölkә

üçün aktual olan  mәsәlә ilә – әlavә benzin

alınmasına imkan verәn termiki krekinq prosesinin



47

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə