“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

Bakıda inkişaf etdirilmәsi münasib sayılırdı.

Azәrbaycanın paytaxtı mәhz M.Nağıyevin

yüksәk elmi nailiyyәtlәri, misilsiz xidmәtlәri vә

alimlik qüdrәti sayәsindә tәdqiqatların әsas

mәrkәzinә çevrilmişdi. İnstitut yaradılandan

cәmi iki il sonra, yәni 1967-ci ildә «Ədәbiyyat

vә incәsәnәt» qәzetindә dәrc olunan müsahibә -

sindә institutun fәaliyyәti ilә bağlı planlarını

açıqlayırdı: «Başçılıq etdiyim Kimya Texnolo -

giyasının Nәzәri Problemlәri İnstitutu profilinә

görә Sovet İ ifaqında yeganә müәssisәdir.

Qarşımızda duran әsas mәqsәd kombinatların

iqtisadi sәmәrәliliyini vә optimal layihәlәş dir -

mә üsullarını tәdqiq etmәkdir. Kimya kombi -

nat larının optimal variant sxemlәrini seçmәk

üçün layihәdәn әvvәl görülәn iş layihәlәşdirmә

sistemindә yeni ideyadır. Müasir mәnada neft

emalı vә kimya sәnaye kombinatı müxtәlif

texnoloji proseslәrin qarşılıqlı әlaqәsindәn

ibarәtdir. Odur ki, belә kombinatlar ciddi elmi

әsaslar üzәrindә tikilmәli vә işlәmәlidir. Biz

ayrı-ayrı qurğuların mexaniki yaxınlığına nail

olmaqla yanaşı, bir çox aralıq işlәri lәğv edәrәk

bu müәssisәlәri optimal sxem üzrә yaxınlaşdır -

malıyıq. Bu üsul ilә kombinatların tikilmәsinә

sәrf olunan vәsaitin xeyli azalmasına nail

olmaq olar. Bütün bunlar layihәlәşdirmә zamanı

resirkulyasiya nәzәriyyәsindәn istifadә etdikdә

mümkündür. Bizim institutumuzun işi ilk

baxışdan xalis nәzәri mәsәlәlәr kimi görünür.

Halbuki kollektivimiz istehsalatla, hәyatla, bu

vә ya digәr texnoloji proseslә üzvi surәtdә

әlaqәdar olan mәsәlәlәrin üzәrindә işlәyir.

Lazımi mәlumatları aldıqdan vә prosesin riyazi

tәnliyini yaratdıqdan sonra texnoloqlar,

kimyaçılar vә riyaziyyatçılar müasir elektron

hesablama maşınlarında kombinatların әn

әlverişli layihәsinin qurulma mәsәlәlәrini hәll

edirlәr». 

Kimya elminin, neft kimyası vә texnolo -

giyasının inkişafına verdiyi töhfәlәrә görә ona

1969-cu ildә Sosialist Əmәyi Qәhrәmanı adı,

hәmçinin «Oraq çәkic» qızıl medalı vә «Lenin»

ordeni verilmişdi. Yeri gәlmişkәn, o dövrdә

elm sahәsindә bu ada layiq görülәnlәrin sayı

çox az idi.

Akademik Murtuza Nağıyevin kimya vә

kimya texnologiyası üçün işlәyib hazırladığı

bütün anlayışlar, yaratdığı metod vә prinsiplәr,

elm vә texnikanın başqa sahәlәrindә  – biologiyada,

iqtisadiyyatda vә s-dә tәtbiq oluna bilәr. Bioloji

proseslәr üçün sәciyyәvi olan prob 

lemlәrdә

(mәsәlәn, Bauerә görә, canlı sistem lәrdә taraz -

lığın olmaması) «Resirkulyasiya nәzәriyyәsi»

xüsusilә dәqiq işlәnmişdir. 

Elmi fәaliyyәtini әks etdirәn sәnәdlәrdәn

görünür ki, M.Nağıyevin tәdqiqatları vә

onların nәticәlәri tәkcә sovet alimlәri tәrә fin -

dәn yox, beynәlxalq sәviyyәdә izlәnilir, ona

tez-tez elmi tәdqiqatları ilә bağlı müraciәtlәr

olurdu. O, kimya elmindә neft kimyası, neft

emalının elmi vә texnologiyası ilә bağlı

mәsәlәlәrdә   adı ilk çәkilәn alim vә әsas sima

idi. Yaratdığı nәzәriyyәnin әsasında başlanğıc

maddәlәrin vә reaksiyanın son mәhsulları

qarışığının texnoloji prosesә çoxsaylı tәkrar

qaytarılması dururdu. Kimyәvi resirkulyasiya

reaksiyanın kinetik vә termodinamiki mәhdu -

diy yәtlәrini aradan qaldırmağa, reaksiyanı mak -

simum sürәtlә aparmağa, başlanğıc mad  dә lәrin

son mәhsula tam çevrilmәsinә vә s. imkan

verirdi. Azәrbaycan EA onun nәzәriyyәsini

hәlә 1958-ci ildә Lenin mükafatına tәqdim etmәk

mәqsәdilә  SSRİ Nazirlәr Sovetinin Lenin müka -

fatı komitәsinә müraciәt etsә dә, bu istәk cәmi

iki sәsә görә baş tutmamışdı. 

Mәşhur sovet filosofu akademik B.M.Kedrova

görә, «resirkulyasiya nәzәriyyәsinin inki şafı

tim 


salında kimyaya vә kimya texno 

lo 


giyasına

fiziki biliklәrin nüfuzetmә mәqamları, onların

bu elmlәrin inkişafında yaratdığı vә kimyanın

bir sıra klassik prinsiplәrinin tamamilә aydın

dialektik inkarı ilә xarakterizә olunan situasiya

işıqlandırılmışdır».

«Kimya texnologiyasında resirkulyasiya

proseslәri haqqında tәlim» monoqrafiyasının

rus dilindәki nәşri resirkulyasiya üzrә yazılmış

ilk monoqrafiya idi vә kitab qısa müddәtdә

satıldığından 1962-ci ildә tәkrar nәşr olundu.

Bu, tәkcә müәllifin hәyatının әhәmiyyәtli

hadisәsi olaraq qalmırdı, çünki kitabın nәşri

beynәlxalq elmi ictimaiyyәt tәrәfindәn böyük

maraqla qarşılanmışdı. Alim vә mütәxәssislәr

müxtәlif vasitәlәrlә bu monoqrafiyanı әldә

etmәyә çalışırdılar. 1961-ci ildә Londondan

aldığı mәktubda ona Azәrbaycan SSR Elmlәr

Akademiyası Neft İnstitutunun rәhbәri kimi

rәsmi müraciәt edәrәk yazırdılar: «İnstitutu-

muzun Sizin «Kimya texnologiyasında re-

sirkulyasiya proseslәri» kitabınızı ingilis dilinә



52

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




tәrcümә etmәyi qәrara aldığını Sizә xәbәr

verdiyimә görә sevinirәm. …Kitabın tәrcümәsi

zamanı vә kitab üzәrindә iş gedәrkәn ortaya

çıxan mәsәlәlәrin hәllindә bizә lazım olan

kömәyin  göstәrilmәsi mәqsәdilә müәlliflәrin

özünә  bilvasitә müraciәt etmәyә üstünlük veri -

rik. …Kitabın 1958-ci ildә işıq üzü gördüyü

nәzәrә alınarsa, Siz, yәqin ki, ona kimyәvi

proseslәrin resirkulyasiyasının tәtbiqi sahә sin -

dә yeni nailiyyәtlәri vә anlayışları әks etdirәn

materiallar әlavә etmәyi mәqsәdәuyğun saya -

caqsınız. İngilis oxucusu üçün sitat gәti ri lәn

әdәbiyyat siyahısının tamamlanması xüsu silә

faydalı olardı. Ön sözdәn görünür ki, kitabın

nәşr olunduğu vaxtda Sizdәn başqa heç kim bu

mәsәlәni  әtraflı öyrәnmәmişdir, amma ola

bilәr ki, son iki ildә ona başqa alimlәr dә diqqәt

yetirsinlәr. Çox tәşkilatlar vә firmalar Sizin

kitabınıza maraq göstәrmişlәr vә  biz ingilis

nәşrindә bu mövzunun әn dolğun şәkildә

tәqdim olunmasını istәrdik».   

Göründüyü kimi, hәlә 1960-cı ildә aka 

-

demik Murtuza Nağıyevә bu sahә üzrә yeganә



mütәxәssis kimi müraciәt edirdilәr. Belәliklә,

«Perqamon press»in istәyi Moskvada kitabın

ikinci nәşri buraxılandan sonra baş tutdu.

Monoqrafiya ingilis dilinә tәrcümә edilәrәk

1964-cü ildә Londonda «Perqamon press»

nәşriyyatı tәrәfindәn yüksәk sәviyyәdә nәşr

olundu. Onu da deyәk ki, bu, akademikin xaric -

dә çıxan ilk yox, ikinci monoqrafiyası idi.  1959-cu

ildә Pekindә alimin «Motor yanacaqla 

rının


kimyası, texnologiyası vә sintezi proses lәrinin

hesablanması» monoqrafiyası Çin dilin dә nәşr

olunmuşdu.

Beynәlxalq alәmdә onun tәdqiqatlarına

böyük diqqәt vardı. Bu, yәqin ki, alimin öz

zәkası ilә  vaxtın önündә gedәrәk zamanı

qabaqlaması ilә bağlı idi. 1968-ci ildә ABŞ-ın

Çikaqo şәhәrindә çap olunmuş «Elmdә kim

kimdir» («World Who ́s Who in Science») adlı

geniş arayış kitabına akademik M.Nağıyev

haqqında da mәlumat daxil edilmişdi. Azәr -

bay canlı alim oxuculara iri kimya kompleks -

lәrinin optimizasiyasının әsasını tәşkil edәn

resirkulyasiya proseslәrinin yaradıcısı, neft

kimyası vә texnologiyası üzrә çoxsaylı dәyәrli

әsәrlәrin müәllifi kimi tәqdim olunurdu. 1972-ci

ilin mayında Hollandiyada keçirilәn Kimya

texnologiyaları üzrә V simpoziumun iştirakçısı

olan akademikin 1974-cü ildә Amerika Kimya -

çılar Cәmiyyәtinin illik mәcmuәsindә – «Kimya

yeniliklәri seriyasında–133» («Advances in

Chemistry – Series–133/ Chemical Reaction En-

gineering-11», The Conjugate Dehydroge na ti on

of Hidrocarbonas) oğlu, gәnc alim, bugünkü

elmi irsinin әsl varisi Tofiq Nağıyevlә birlikdә

yazdıqları «Karbohidrogenlәrin әlaqәli dehid -

ro genlәşdirilmәsi» adlı mәqalәsi dәrc olun muş -

du. Maraqlı burası idi ki, dörd kontinenti, 13 ölkәni

әhatә edәn mәcmuәdә mәqalә müәl liflәrinin

qarşısında SSRİ-nin yox, mәhz Azәr bay canın adı

yazılmışdı. Mәcmuәdә Asiya ölkә lәrini yalnız

Yaponiya vә Azәrbaycan (T.M. vә M.F.Na ğı -

yevlәr) alimlәri tәmsil edirdi.

Bu möhtәşәm xәbәri alanda o, böyük çәtin -

liklә dә olsa, yarımçıq işlәrini başa çatdırmağa

tәlәsirdi… Dünyasını dәyişәndәn 15 il sonra bu

nәzәriyyәnin әhәmiyyәti daha ay dın dәrk olu-

nacaq, yaradıcısı akademik M.Na ğıyevin adı

Moskvada 1991-ci ildә «Vısşa ya şkola» nәşriy -

yatının buraxdığı «Dünyanın gör kәmli kimya -

çıları» kitabına daxil edilәcәkdi. 

Akademik Murtuza Nağıyev vә Fransa

Akademiyasının akademiklәri Norman, Letor,

Şampitye vә Raymond Pol.

Resirkulyasiya proseslәrinin nәzәri tәdqi -

qat ları ilә uzun müddәt ancaq Murtuza Nağı -

yev mәşğul olurdu, yalnız 1960-cı illәrdәn

sonra belә tәdqiqatlar dünyanın müxtәlif ölkә -

lә rindәn olan alimlәrin apardıqları araşdır ma -

la rın predmetinә çevrildi. Bunların arasında

in gi lis alimlәri,  Çexoslovakiya, Macarıstan, Ame -

 rika,  Yaponiya  vә  mü әfiq  sovet  respubli ka la -

rından  (әsasәn dә, SSRİ EA-dan) olan sovet

alim lәri dә var idi. Hәmin alimlәr Murtuza Nağı -

yevin işlәrinә әsaslanırdılar. Mövcud prob le mә,

Nağıyev yanaşmasından,  resirkul yasiya  qurğu -

la rında material vә istilik balans larının hesab -

lanması üçün istifadә olundu, Nağıyev metodu

mürәkkәb resirkulyasiya bloklarının riyazi

tәsviri üçün tәtbiq edildi. Kimya-texnologiya

komplekslә rinin ümumi riyazi modellәşdiril -

mә sindә vә onların vahid sistemlәr kimi tәdqiq

edilmә 

sindә Murtuza Nağıyevin prioriteti



bütün dünyada tanınır. 

V.Abbasov,

kimya elmlәri doktoru, professor,

AMEA-nın müxbir üzvü

53

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə